Microsoft Word Elcin-75-metodik docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix31.10.2018
ölçüsü0,69 Mb.
#76971
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

28 

 

- Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr 



Cəmiyyəti ‒ “Vətən” Cəmiyyəti Rəyasət Heyətinin 

sədri seçilmişdir; 

- Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. 

 

1989  

- “Ölüm hökmü” romanı “Yazıçı” nəşriyyatı  tərə-

findən nəşr olunmuş  və  ədəbi ictimaiyyət 

tərəfindən yüksək qiymətləndirilmiş, sonralar 

müxtəlif dillərdə dəfələrlə nəşr edilmişdir. 

 

1990  

- Azərbaycan SSR-də Dövlət Dili Haqqında Qanun 

Layihəsinin Hazırlanması  İlə  Əlaqədar Dövlət 

Komissiyasının tərkibinə daxil olmuşdur. 

 

1993  

- Azərbaycan Respublikası Baş nazirinin müavini 

vəzifəsinə  təyin olunmuş, həmin vaxtdan etibarən 

humanitar sahələrlə bağlı bir çox Dövlət Komissi-

yalarının üzvü və sədri seçilmişdir. 



 

1994  

-  Məkkədə müqəddəs Kəbəni və Mədinədə  həzrət 

Peyğəmbərin qəbrini ziyarət etmişdir

- Qəzetin həyatında aktiv iştirakına görə Çingiz 

Aytmatov, Bella Axmadulina, Yevgeni Yevtuşen-

ko, Fazil İsgəndər və Bulat Okucava ilə  bərabər 

“Literaturnaya qazeta”nın (Moskva) “Xüsusi 

təşəkkür” mükafatını almışdır. 

 

1995  

- Məhəmməd Füzulinin qəbrini və Müqəddəs Kər-

bəlanı ziyarət etmişdir; 

- Azərbaycan Respublikasının Yeni Konstitusiya 

Layihəsini Hazırlayan Komissiyanın tərkibinə 

daxil olmuşdur. 

 

1996  

- Atası, XX əsr Azərbaycan  ədəbiyyatı klassiki, 

Xalq yazıçısı İlyas Əfəndiyev vəfat etmişdir. 



29 

 

 



1997  

 - “Ədəbiyyatda tarix və müasirlik problemi” möv-

zusunda doktorluq dissertasiyası müdafiə etmişdir; 

- Nəvəsi Eldar anadan olmuşdur. 

 

1998  

- Azərbaycan Respublikasının növbəti Prezident 

seçkilərindən sonra yenidən Baş Nazirin müavini 

vəzifəsinə  təyin edilmişdir. Baş nazirin müavini, 

“Vətən” Cəmiyyətinin sədri vəzifələrində çalış-

maqla bərabər, Bakı Dövlət Universitetinin profes-

soru kimi də fəaliyyət göstərməyə başlamışdır. 

- Azərbaycan Respublikasının “Xalq yazıçısı” 

fəxri adına layiq görülmüşdür. 

 

1999  



- Parisdə YUNESKO-nun dünya türkoloqlarmm 

iştirakı ilə keçirdiyi “Dədə Qorqud” mövzusunda 

elmi simpoziuma sədrlik etmişdir. 

 

2001  

“Sarı  gəlin” hekayəsi “525-ci qəzet”in “İlin  ən 

yaxşı hekayəsi” mükafatmı almışdır; 

- Türkiyə Respublikası Kültür Universitetinin fəxri 

doktoru seçilmişdir. 

 

2002  

- Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının xü-

susi sammit-sesiyasında Azərbaycan Respublikası 

nümayəndə heyətinin rəhbəri kimi iştirak və  çıxış 

etmişdir; 

- “Drujba narodov” jurnalı (Moskva) Redaksiya 

Şurasının üzvü seçilmişdir; 

- Türkiyə Respublikası Yarın Araşdırmalar Mərkə-

zinin “Türk Dövlətləri və Toplukları Ödülü”nü al-

mışdır; 

- Nəvəsi İlyas anadan olmuşdur. 



2003  

- Azərbaycan Respublikasının növbəti Prezident 


30 

 

seçkilərindən sonra yenidən Baş Nazirin müavini 



vəzifəsinə təyin edilmişdir

- Kipr, Balkanlar, Avrasiya Türk Ədəbiyyatları 

Qurumunun (KİBATEK) “2002-ci il Türk Ədəbiy-

yat Ödülü”nü almışdır; 

- Türkiyə Respublikası Yedditəpə universitetinin 

fəxri doktoru seçilmişdir; 

- Türkiyə Respublikası Fateh Universitetinin “Xü-

susi Ödul”ünü almışdır. Türkiyə Respublikası 

Memar Sinan Universitetinin “Xüsusi Ödül”ünü 

almışdır; 

- Ədəbiyyatın inkişafında böyük xidmətlərinə görə 

Azərbaycan Respublikasının ən yüksək mükafatı - 

“İstiqlal” ordeni ilə təltif edilmişdir. 

 

2005  

- Azərbaycan dilində 10 cilddən ibarət “Seçilmiş 

əsərləri” nəşr edilmişdir

- Nəvəsi Banu Çiçək anadan olmuşdur. 

 

2006  

- “Türk Dünyasına Xidmət Ödülü” ilə  təltif edil-

mişdir. Ödülü Türkiyənin doqquzuncu Prezidenti 

Süleyman Dəmirəl təqdim etmişdir. 

 

2008  

- Azərbaycan Respublikasında növbəti Prezident 

seçkilərindən sonra yenidən – dördüncü müddətə 

Baş Nazirin müavini vəzifəsinə təyin edilmişdir. 

2012  

Nəvəsi Mələk anadan olmuşdur. 



 

2013  

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi 

xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilmişdir. 

 

2015  

- Oxucular və ədəbi ictimaiyyət tərəfındən rəğbətlə 

qarşılanmış “Baş” romanı çap olunmuşdur. 



 


31 

 

2018  



“Baş” romanı Misirdə ərəb dilində çap edilmişdir. 

 

Elçinin  əsərləri ingilis, fransız, alman, rus, ispan, türk, ital-



yan, ukrayn, macar, bolqar, ərəb, fars, çin, çex, polyak, slovak, 

xorvat, gürcü, latış, moldavan, serb, türkmən, özbək, qazax, tacik, 

tatar, vyetnam, hindu, pəncab, ləzgi, kumık, yakut, ivrit və s. 

dillərə tərcümə edilib. 

Müxtəlif dillərdə 150-yə yaxın kitabı nəşr edilib. Kitablarının 

ümumi tirajı 16 milyondan çoxdur. 

Tərtibatı, redaktəsi və  ön  sözü  ilə Azərbaycan, rus və digər 

dillərdə 40-dan çox bədii, elmi və publisistik kitablar nəşr edilib. 

Dünya xalqları ədəbiyyatı nümunələrini, o cümlədən Molye-

rin “Skapenin kələkləri” və “Jorj Danden” (Molyer. Komediyalar, 

Bakı, “Gənclik”, 1995), B.Şounun “Milyonçu qadın”, Pirandello-

nun “Axmaq”, Maltsın “Sıravi Hiks”, Hoinskinin “Bir gecə 

əhvalatı”, J.P.Sartrın “Yalnız həqiqət”, K.Abenin “İstehkam”, 

Fermonun “Qapıları  çırpırlar” pyeslərini, Y.Qaşekin, A.Morua-

nın, A.Kristinin, S.Fitsceraldın, N.Laksnesin, R.Bredberinin, 

A.Əzimovun, C.Apdaykın. E.Kolduellin və b. hekayələrini 

Azərbaycan dilinə tərcümə edib. Klassik yapon xokkuları ilk dəfə 

Elçinin tərcüməsində Azərbaycan dilində  nəşr olunub (Nərgizin 

bircə ləçəyi. Bakı, “Gənclik”, 1979). 

Bütün bu illər ərzində Elçinin əsərləri və ədəbi-ictimai fəaliy-

yəti Azərbaycanda və xarici ölkələrdə bir çox digər mükafatlara 

layiq görülüb. 



 

 

 

 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə