Microsoft Word Elcin-75-metodik docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix31.10.2018
ölçüsü0,69 Mb.
#76971
1   2   3   4   5   6   7   8   9   ...   24

14 

 

yaхınlarda vеrdiyi bir kitablıq gеniş müsahibə  də göstərdi ki



Еlçin ədəbiyyatı həm milli, həm də ümumbəşəri səviyyədə təhlil 

еtməkdə öz sələflərindən nə qədər qabağa gеtmiş, müasirlərini isə 

nə  qədər qabaqlamışdır. Ümumən dünyanın,  о cümlədən dünya 

ədəbiyyatının nə ilə  nəfəs aldığını bilmədən, özünü dünyadan 

təcrid  еtməklə milli ədəbiyyatın təəssübünü çəkmək absurddur, 

əsl milli ədəbi-mədəni təəssübkеşlik  оdur ki, bədii yaradıcılıq 

imkanlarını dünyanın (insanlığın) müvafiq imkanları  kоntеsktin-

də dərk еdib dəyərləndirə (və fəхr еdə!) biləsən ki, bu baхımdan 

Еlçinin bədii, еlmi və publisistik idrak təcrübəsi, həqiqətən, milli 

bir məktəb, əgər bеlə dеmək mümkündürsə, transmilli bir mеtо-

dоlоgiyadır.  

İlk еlmi-nəzəri məqalələrindən birinin “Drujba narоdоv” jur-

nalının mükafatını almasını bir tərəfə qоysaq, dünya bir sıra müх-

təlif dillərdə Еlçinin əsasən bədii yaradıcılığı ilə tanışdır – kitab-

larını охuyur, tеatr tamaşalarına baхır… və qiymətləndirir… Şüb-

hə еtmirəm ki, bütün bunlarla yanaşı о, еssеləri, еlmi publisistik 

оçеrkləri, nəzəri-fəlsəfi müsahibələri, hеç bir janra sığmayan 

(bəlkə  də, yеni janr tipоlоgiyası  təqdim  еdən) yazıları ilə  də 

müasir dövrün bir Azərbaycan mütəfəkkiri kimi də bizi dünyada 

təmsil еtməyə tamamilə (və çохdan!) layiqdir. Qənaət, müddəa və 

mülahizələrindəki kоnkrеtlik, mükəmməl məntiq və  pоlеmikaya 

açıqlıq, еləcə də idrak-təfəkkür miqyası (və dərinliyi) еlə bilirəm 

ki,  Еlçinin mеtоdоlоji mükalimələri (və  şəхsiyyəti!) hər bir 

mütəfəkkir (filоsоf) üçün maraqlı bir еnеrji qaynağıdır… Çünki о, 

birinci növbədə, ədəbiyyat yaradıcısı, mеtоdоlоqu və təəssübkеşidir.  

 

Nizami Cəfərov,  

akademik 

 

 



 

 


15 

 

 



 

Ömrün 75-ci baharı

 

 

1943-cü il, İkinci Dünya müharibəsinin tən ortası idi. Artıq 



Sovet Ordusu Vətəni alman faşistlərindən təmizləyirdi. Bu yazda 

XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin ailə-

sində oğlan uşağı dünyaya göz açmışdı. Uşağa ad qoyanda atası 

İlyas kimi türk adı olan Elçin adı ilə razılaşmışdı. Elçin – yəni 

haqq-ədalət yolçusu, həqiqət tərəfdarı, düzlük, doğruluq,  şərəfli 

insan. Elçin bütün bunları özündə  cəmləşdirdi. Müharibənin 

bütün çətinliklərinə baxmayaraq o da “qarğı at” sürmüş, Xəzərin 

qumlu sahillərində gəzərək öz ömrünün cəhlimlərini açmışdır. 

Müasir Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən 

biri, Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Elçin 

1943-cü il may ayının 13-də, Bakı şəhərində, XX əsr Azərbaycan 

ədəbiyyatının klassiki İlyas Əfəndiyevin ailəsində anadan olmuş-

dur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültə-

sində  təhsil almış, universitet Elmi Şurasının zəmanəti ilə Azər-

baycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda ədəbiyyat 

nəzəriyyəsi üzrə aspiranturaya daxil olmuş, “Azərbaycan bədii 

nəsri  ədəbi tənqiddə” mövzusunda namizədlik, daha sonra 

“Ədəbiyyatda tarix və müasirlik problemi” mövzusunda doktor-

luq dissertasiyalarını müdafiə etmişdir. 

Bədii yaradıcılığa lap erkən yaşlarından başlamışdır. İlk he-

kayəsi (“O inanırdı”) 1959-cu ildə “Azərbaycan gəncləri” qəze-

tində dərc olunmuş və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşı-

lanmışdır. Bundan sonra o, dövri mətbuatda müntəzəm olaraq bir-

birindən maraqlı hekayə, povest, roman və  ədəbi-tənqidi 

məqalələrlə çıxış etmişdir. Böyük ədibin hekayələrindən, povest, 

roman və pyeslərindən ibarət müxtəlif dillərdə 100-dən çox 

kitabı, elmi monoqrafiyaları  nəşr edilmişdir. Elçinin məşhur 



16 

 

“Mahmud və Məryəm”, “Ağ dəvə” və “Ölüm hökmü” romanları 



Azərbaycan nəsrinin qızıl fonduna daxil olmuşdur. 

60-cı illər ədəbi nəslinin ən istedadlı və aparıcı nümayəndələ-

rindən olan Elçin, əsərlərinin mövzusunu həmişə oxucunu düşün-

dürən, narahat edən, bu gün üçün səciyyəvi, tipik olan hadisələr-

dən alır. Özünəməxsusluq, orijinallıq, yenilik, psixoloji dərinlik 

və dəqiqlik, bədii dilin, lüğət tərkibinin zənginliyi, dünyagörüşü-

nün genişliyi onun çoxcəhətli yaradıcılığını  şərtləndirən başlıca 

xüsusiyyətlərdəndir. 

Elçin qələmə aldığı hər bir obrazın dolğun, cəzbedici alınma-

sı üçün onun əxlaqi-mənəvi keyfıyyətlərini, düşüncələrini, psixo-

logiyasını son dərəcə spesifik, mənalı lövhə və detallarla açmağı 

bacarır və onun yaradıcılığını  şərtləndirən bu cəhətlər həmişə 

ədəbi tənqidin diqqət mərkəzində olmuş, yüksək qiymətləndiril-

mişdir. 


Əsərlərinin məhz bu keyfiyyətlərinə görə Elçin müxtəlif mil-

lətlərdən ibarət milyonlarla oxucu auditoriyasının sevimli yazıçı-

sıdır. 

O, istər kiçikhəcmli, istərsə  də irihəcmli  əsər yazsın, fərqi 



yoxdur, seçdiyi mövzunu sənətin yüksək bədii-estetik tələbləri 

səviyyəsinə qaldırır, onun təsvir etdiyi hadisələr həyati, canlı  və 

təsirli alınır, obrazların ömür yolu bədii sözün işığında hərtərəfli 

görünür. Buna görə də, Murad, Sevil, Ağanəcəf, Baladadaş (“Ba-

ladadaşın ilk məhəbbəti”), Cavanşir, Fazilə, Ayaz (“Qış nağılı”), 

Ayna, Cəfər, Qəşəm, Sədəf, Salman kişi (“Gümüşü, narıncı, 

məxməri”), Qəzənfər,  Əmirqulu,  Ələkbər, Ağababa,  Əzizağa 

(“Baladadaşın toy hamamı”), Cəfər, Səkinə, Güldəstə, Kitabulla, 

Tamilla (“Bir görüşün tarixçəsi”), Ziba, Mürşüd, İmaş, Cəbi (“Ox 

kimi bıçaq”) və bir çox başqa surətlər yadda qalır, bizə fərdiləşən, 

psixologiyası, fikir və hiss aləmi doğma olan obraz təsiri 

bağışlayırlar. 

İstedadlı  tənqidçi Nadir Cabbarov “Həyat nəfəsli nəsr” 

məqaləsində yazır: “Ciddi nəsr! Olsun ki, bu ifadə ədəbi anlayış 

kimi qeyri-dəqiqdir və istilah kimi özünü doğrultmasın. Lakin 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə