Microsoft Word Elcin-75-metodik docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix31.10.2018
ölçüsü0,69 Mb.
#76971
1   2   3   4   5   6   7   8   9   10   ...   24

24 

 

simpoziumların, konfransların iştirakçısı olmuş, 



məruzə və çıxışlar etmiş, rəsmi dövlətlərarası danı-

şıqlar aparmış, xarici dövlət başçılarının ina-

uqurasiya mərasimlərində iştirak etmişdir. 

 

1968  

- SSRİ Yazıçılar  İttifaqına üzv qəbul edilmişdir. 

Aspiranturanı bitirmişdir. 

 

1969  

  - Azərbaycan MEA Nizami adına Dil və Ədəbiyyat 

İnstitutunun “Ədəbiyyat nəzəriyyəsi”  şöbəsində 

kiçik elmi işçi vəzifəsində işləmişdir. 



 

1970  

  - Filologiya elmləri namizədi alimlik dərəcəsi al-

maq üçün “Azərbaycan bədii nəsri ədəbi tənqiddə 

(1945-1965)” mövzusunda dissertasiya müdafiə 

etmişdir. 

 

1971  

  -  “Beş  qəpiklik motosikl” adlı hekayəsi görkəmli 

rus tənqidçisi  İqor Zolotuskinin tərcüməsində ilk 

dəfə Moskva mətbuatında “Drujba narodov” jurna-

lında çap olunmuşdur. Bundan sonra bir çox heka-

yə  və povestləri, Azərbaycan, eləcə  də dünya 

ədəbiyyatının problemlərinə  həsr olunmuş  məqa-

lələri o zamankı Ümumittifaq mətbuat orqanların-

da, o cümlədən “Literaturnaya qazeta”, “Komso-

molskaya pravda”, “Pravda”, “Nedelya”, “Litera-

turnaya Rossiya”, “Yunost”, “Smena”, “Sovet-

skaya literatura” (xarici dillərdə), “Voprosı litera-

turı”, “Literaturnoye obozreniye”, “Rabotnisa”, 

“Vesyolıye kartinki”, “Detskaya literatura”, “Lite-

raturnaya uçoba” və s. kimi nüfuzlu qəzet və jur-

nallarda dərc olunmuşdur. 



1972  

  - Musiqişünas Nüşabə Teymur qızı Əliyeva ilə ailə 

həyatı qurmuşdur;  



25 

 

 -  Azərbaycan MEA Nizami adına Dil və  Ədəbiy-



yat  İnstitutunun “Ədəbiyyat nəzəriyyəsi”  şöbəsin-

də baş elmi işçi vəzifəsində işləmiş, eyni zamanda 

Nəsimi adına Dilçilik və Nizami adına  Ədəbiyyat 

İnstitutlarının Birləşmiş Müdafıə  Şurasının elmi 

katibi olmuşdur. 

 

1973  

  - Ədəbi tənqidin problemlərindən bəhs edən məqa-

ləsi Moskvada nəşr olunan “Drujba narodov” jur-

nalının “İlin ən yaxşı məqaləsi” mükafatını almış-

dır; 

- Ssenarisi əsasında “Baladadaşın ilk məhəbbəti” 



qısametrajlı bədii filmi çəkilmişdir. Bundan sonra-

kı illərdə ssenariləri  əsasında “Arxadan vurulan 

zərbə” (1978, Quruluşçu rejissor: Arif Babayev), 

“Mən hələ qayıdacağam” (1981, Quruluşçu re-

jissor: Kamil Rüstəmbəyov), “Gümüşü furqon” 

(1981, Quruluşçu rejissor: Oqtay Mirqasımov), 

“Bağ mövsümü” (1986, Quruluşçu rejissor: Tofiq 

Tağızadə), “Sonsuz gecə” (1989, Quruluşçu 

rejissor: Şahmar Ələkbərov), “Milli bomba” (2002, 

Quruluşçu rejissor: Vaqif Mustafayev) adlı tam-

metrajlı bədii fılmləri, eləcə də bir sıra sənədli və 

cizgi fılmləri çəkilmişdir. 



 

1975  

 - “Ədəbiyyat və incəsənət” qezeti redaksiya heyəti-

nin üzvü seçilmişdir. Sonrakı illərdə bir çох qəzet

jurnal və  ədəbi-elmi nəşrlərin redaksiya heyətləri-

nin,  еləсə  də bir çох nüfuzlu respublika, keçmiş 

Ümumittifaq və beynəlxalq  ədəbi, elmi, ictimai-

humanitar təşkilаtlаrın, cəmiyyətlərin, birliklərin

оnlаrın rəhbər qurumlаrının üzvü seçilmişdir.  

- Moskvadakı “Molodaya qvardiya” nəşriyyatı 

hekayələrdən ibarət “Baladadaşın ilk məhəbbəti” 



26 

 

adlı rus dilində ilk kitabını  nəşr etmişdir. Bundan 



sonra bir çox bədii və tənqidi kitabları Moskvanın 

müxtəlif nəşriyyatlarında yüksək tirajla nəşr olun-

muşdur; 

- Azərbaycan Yazıçılar  İttifaqı idarə heyətinin 

katibi seçilmişdir; 

- Qızı Humay anadan olmuşdur.  



 

1977  

 - “Talvar” hekayəsi “Smena” jurnalının (Моskvа) 

“1977-ci ilin ən yaxşı hekayəsi” mükаfаtını 

almışdır.  

 

1979  

 - Ukrayna-Azərbaycan  ədəbi  əlaqələrinin inkişa-

fındakı xidmətlərinə görə Ukrayna Respublikası 

Ali Sovetinin “Fəxri fərmanı” ilə təltif edilmişdir.  

 

1980  

 -  “Poçt  şöbəsində  xəyal” tragikomediyası  Şəki 

Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. 

Bundan sonra “Ah Paris, Paris!”, “Mən sənin dayı-

nam”, “Mənim sevimli dəlim”, “Mənim  ərim 

dəlidir”, “Mahmud və  Məryəm”, “Ağ  dəvə”, 

“Ölüm hökmü”, “Şuşa dağlarını duman bürüdü”, 

“Qatil”, “Şekspir”, “Arılar arasında”, “Cəhənnəm 

sakinləri”, “Teleskop”, “Sənətkarın taleyi”, və s. 

kimi pyesləri Azərbaycan və xarici ölkələrin, o 

cümlədən London, Moskva, Nyu-York, Sankt-Pe-

terburq, Ankara, İstanbul, Tiflis, Konya, Ərzurum, 

Krım, Kipr və s. teatrlarında uğurla tamaşaya 

qoyulmuşdur.  

 

1982  

 - Hekayə  vе povestlərinə görə SSRİ Lenin Kоm-

somolu mükаfаtına layiq görülmüşdür.  

- Moskvada 235 min tirajla nəşr edilmiş  “Əncir 

ağacı” (“İzvestiya” nəşriyyatı) adlı kitabındakı 




27 

 

hekayə  və povestlərinə görə SSRİ Lenin Komso-



molu mükafatına layiq görülmüşdür. 

- “Baladadaşın toy hamamı” hekayəsi “Nedelya” 

həftəliyinin (Moskva) və SSRİ Yazıçılar İttifaqının 

“ilin ən уахşı hekayəsi” mükafatını almışdır. 



 

1983  

 - “Mahmud və Мəryəm” adlı ilk гоmаnı “Yazıçı” 

nəşriyyatında çapdan çıxmışdır. Sоnradan bu 

roman Azərbaycan dilində  dəfələrlə yüksək tirajla 

nəşr edilmiş, digər dillərə çevrilmişdir. Bu əsər 

əsasında bədii fılm çəkilmiş, teatr tamaşaları ha-

zırlanmışdir.  “Literaturnaya qаzеtа”nın “Ən fəal 

müəllif üçün” mükafatını almışdır. 



 

1984  

Azərbaycan Respublikasının “Əməkdar incəsənət 

xadimi” fəxri adına layiq görülmüşdür; 

 -  “Beş  dəqiqə  və  əbədiyyət” hekayəsi ikinci dəfə 

“Smena” (Moskva) jurnalının “1984-cü ilin ən 

yaxşı hekayəsi” mükafatmı almışdır; 

 - 


Astara 

şəhərinin “Fəxri vətəndaşı” seçilmişdir. 

- “Ağ dəvə” adlı ikinci romanı “Yazıçı” nəşriyya-

tında çapdan çıxmışdır. Bu roman da sonralar 

dəfələrlə  nəşr olunmuş  və xarici dillərə  tərcümə 

edilmişdir; 

- Qızı Aysu anadan olmuşdur. 

 

1985  

- Ədəbiyyat sahəsində xidmətlərinə görə SSRİ-nin 

“Şərəf nişanı” ordeni ilə təltif edilmişdir. 

 

1986  

- İkicildlik “Seçilmiş əsərləri” Azərbaycan Dövlət 

Nəşriyyatı  tərəfindən nəşr olunmuşdur. Bundan 

sonra bir sıra “Seçilmiş  əsərlər”i, o cümlədən 10 

cildlik “Seçilmiş  əsərləri” nəşr edilmişdir (Bakı, 

“Çinar-Çap” nəşriyyatı, 2005.) 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə