Microsoft Word Elcin-75-metodik docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix31.10.2018
ölçüsü0,69 Mb.
#76971
1   2   3   4   5   6   7   8   9   ...   24

17 

 

yazıçının gerçəkliklə ünsiyyəti, onun həyat materialı ilə sənətkar 



rəftarı baxımından bu ifadə, zənnimcə, çox yerinə düşür: Elçin 

nəsri ciddi nəsrdir - sözünün canı olan mətləbli nəsrdir”. 

Elçin təkcə hekayələrində yox, povest və romanlarında da 

söz israfçılığına yol vermir, həmişə lakonik yazır,  əsl mətləbi 

qələmə alır, rəmz və  şərtiliklərdən, öz-özü ilə söhbət və daxili 

dialoqlardan, əfsanə və nağıl ünsürlərindən tez-tez istifadə edir. 

Elçinin “Bir görüşün tarixçəsi”, “Toyuğun diri qalması”, 

“Dolça” kimi povestləri yalnız Azərbaycanda deyil, dünyanın bir 

çox ölkələrində nəşr olunmuş, oxucular tərəfındən böyük maraqla 

qarşılanmışdır. Təsadüfi deyil ki, bu povestlər keçmiş Sovet 

İttifaqının  ən populyar və çoxtirajlı jurnallarında dərc edilmişdi 

(“Bir görüşün tarixçəsi” – “Yunost” jurnalı, 1977, № 6; “Toyu-

ğun diri qalması” – “Drujba narodov” və “Don” jurnalları, eyni 

vaxtda, 1978, № 10; “Dolça” – “Yunost” jurnalı, 1981, № 8). 

Onun  əsərləri bir çox ədəbi mükafatlar, o cümlədən SSRİ 

Yazıçılar  İttifaqının, “Drujba narodov” və “Smena” (iki dəfə) 

jurnallarının, “Literaturnaya qazeta”nın (iki dəfə), “Nedelya” həf-

təliyinin və digər mətbuat orqanlarının “İlin ən yaxşı əsəri” mü-

kafatlarını, Moskvada nəşr olunmuş “Əncir ağacı” adlı povest və 

hekayələr kitabı keçmiş SSRİ-nin  ən nüfuzlu mükafatlarından 

birini – Lenin komsomolu mükafatını, “Memar Sinan” Universi-

tetinin (İstanbul), Fateh Universitetinin (İstanbul) mükafatlarını, 

eləcə  də ulu öndər Heydər  Əliyevin müvafiq Sərəncamı ilə 

“İstiqlal”, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham 

Əliyevin Sərəncamı ilə isə “Şərəf” ordeni ilə təltif edilmişdir.  

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Elçin keçmiş ümum-

sovet ədəbi prosesində həm yazıçı kimi, həm də tənqidçi kimi ən 

fəal surətdə iştirak edən nüfuzlu bir qələm sahibidir. Onun yalnız 

elə “Literaturnaya qazeta”da dərc edilmiş onlarla məqalələrini, 

“Voprosı literaturı”, “Literaturnoye obozreniye” kimi jurnallarda-

kı nəzəri çıxışlarını xatırlamaq kifayətdir. 

Elçinin üç romanı – “Mahmud və  Məryəm”, “Ağ  dəvə” və 

“Ölüm hökmü” – yalnız milli romançılığımızın yox, ümumiyyət-



18 

 

lə, Azərbaycan  ədəbiyyatının ciddi və  əhəmiyyətli nailiyyətləri 



hesab olunur və onlar bədii-estetik səviyyələri, qaldırdıqları sosial 

-ictimai problemlərin dərinliyi baxımından keçmiş sovet ədəbiy-

yatında yaranmış ən mükəmməl romanlar sırasındadırlar. 

Misal üçün, “Ölüm hökmü” romanı  təxminən 60 illik bir 

dövrün bədii salnaməsidir. Yazıçı  həmin faciəvi və ziddiyyətli 

dövrlə bağlı həqiqətləri bütün kəskinliyi ilə demiş, sovet ictimai 

quruluşunun cəmiyyətə vurduğu mənəvi və maddi zərbələrin 

insan talelərinə  təsirini dolğun bədii boyalarla ifadə etmişdir. 

Romanda həm 20-30-cu illərlə, həm də müasir dövrümüzlə bağlı 

faktoloji sənədlilik, bədii təxəyyül və obrazlarla özünün üzvi 

vəhdətini tapmışdır. 

Elçinin dramaturgiyası, son illərdə qələmə aldığı komediya-

lar Azərbaycan komedioqrafiyasını keyfiyyətcə yeni bir mərhə-

ləyə qaldırmış  və milli sənətimizdə  bədii-estetik hadisə olaraq 

“Elçin teatrı”nı yaratmışdır. Onun “Poçt şöbəsində  xəyal”, “Ah, 

Paris!.. Paris!..”, “Mən sənin dayınam”, “Dəlixanadan dəli qaçıb, 

yaxud mənim sevimli dəlim”, “Mənim  ərim dəlidir”, “Qatil”, 

“Şekspir” və  s.  kimi  pyesləri yalnız Azərbaycanın deyil, xarici 

ölkələrin, o cümlədən Türkiyənin  ən böyük teatrlarında uğurla 

səhnəyə qoyulmuşdur.  

Görkəmli tənqidçi Yaşar Qarayev yazır: “Elçin dramaturgi-

yamızda ilk dəfə olaraq xaosun, hərc-mərcliyin obrazını yaradır! 

Onların  əsasında duran mənəvi-əxlaqi, ideoloji stereotiplərə, 

normativ düşüncə  və  rəftar tərzinə  ən müasir, ayıq, oyaq ədəbi-

estetik münasibət ifadə edir.” 

Elçinin “Tənqid və nəsr”, “Klassik aşıq ədəbiyyatında “dün-

ya” obrazı”, Üzeyir Hacıbəyovun publisistikasını tədqiq və təhlil 

edən “Bəstəkarın vətəndaş sözü” monoqrafiyaları, eləcə  də 

Azərbaycanın böyük şəxsiyyətlərinə ‒ Bülbülə həsr edilmiş “Bül-

bül”, Azərbaycan Demokratik Cümhuriyyətinin lideri Məmməd 

Əmin Rəsulzadənin həyat və yaradıcılığından bəhs edən 

“Məmməd  Əmin Rəsulzadə”, yazıçı, siyasi-ictimai xadim Nə-

riman Nərimanovun yaradıcılığını  və  fəaliyyətini işıqlandıran 



19 

 

“Nəriman Nərimanov”, Cəfər Cabbarlının yaradıcılığını yeni 



aspektdən təhlil edən “Sənətkar və şəxsiyyət” monoqrafık oçerk-

ləri və s. kimi elmi əsərləri Azərbaycan  ədəbiyyatşünaslıq elmi-

nin son onillərdə əldə etdiyi nailiyyətlərin parlaq nümunələridir. 

Onun son illərdə çap etdirdiyi son dərəcə orijinal “Ədəbi 

düşüncələr”i böyük marağa səbəb olmuş  və  həm oxucular, həm 

də ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. 

Elçinin ədəbi fəaliyyətində tərcümə də əhəmiyyətli yer tutur. 

Onun klassik yapon poeziyasından tərcümə etdiyi “Nərgizin bircə 

ləçəyi”, Qərb yazıçılarının hekayələrindən ibarət “Necə oldu ki, 

Pyer Duş  məşhurlaşdı” kitabları, Molyerin “Skapenin kələkləri” 

və “Jorj Danden, yaxud aldanmış ər” komediyaları və s. oxucular 

və tamaşaçılar tərəfındən rəğbətlə qarşılanmışdır. 

Elçinin əsərləri rus, ingilis, fransız, alman, ispan, türk, macar, 

bolqar,  ərəb, rumın, fars, çex, polyak, xorvat, gürcü, moldav, 

türkmən, özbək, qazax, tacik, serb və s. dillərə  tərcümə edil-

mişdir. Yalnız elə bu faktı qeyd edək ki, Elçinin qardaş Türkiyədə 

18 kitabı nəşr olunmuşdur. 

Elçin bu gün ədəbi-mədəni mühitin formalaşmasında böyük 

rolu olan hörmətli və nüfuzlu şəxsiyyətlərdən biridir. Onun həm 

dövlətçiliklə, həm də bədii yaradıcılıqla bağlı fəaliyyəti bir-birini 

ahəngdar şəkildə tamamlamışdır. 

Elçin hazırda yaradıcılığının ən dolğun çağını yaşayır və biz 

inanırıq ki, o, yeni-yeni əsərləri ilə ədəbiyyat xəzinəmizi daha da 

zənginləşdirəcəkdir. 

Bu elə həmin Elçindir – alnının təri olan bütün zəhmətini 10 

cildlik “Seçilmiş əsərləri”ndə cəmləşdirdi. 

Bu elə həmin Elçindir – “Min gecədən biri”ni yazıb. 

Bu elə həmin Elçindir – “Açıq pəncərə”ni qələmə aldı. 

Bu elə həmin Elçindir – “SOS”u yazdı. 

Bu elə  həmin Elçindir – “Gümüşü, narıncı, məxməri”ni 

yazdı. 

Bu elə həmin Elçindir – “Bu dünyadan qatarlar gedər” dedi. 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə