Microsoft Word Elcin-75-metodik docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix31.10.2018
ölçüsü0,69 Mb.
#76971
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

32 

 

 



 

Ədəbiyyat, incəsənət, dövlət xadimləri və  

oxucuları Elçin haqqında 

 

Elçin çox istedadlı yazıçımızdır, gənc vaxtlarından çox də-

yərli əsərlər yazıbdır. Amma son illər o, eyni zamanda teatr üçün 

də  əsərlər yazıbdır. Deyəsən keçmişdə bu, olmamışdı. Çünki bu 

məsələ ilə  əsasən onun atası  məşğul olurdu və çox da gözəl 

əsərlər yaratmışdı. Elçin isə daha çox nəsr  əsərləri yazırdı  və 

dəyərli əsərlər yaratmışdır. Ona görə də gənc vaxtlarında 60-70-ci 

illərdə gənc yazıçılar, gənc şairlər sırasında idi. Hətta xatirimdə-

dir ki, ilk dəfə Yazıçılar  İttifaqının  ən gənc katibi Elçin oldu, o 

seçildi. Amma son zamanlar görürəm ki, o, eyni zamanda pyeslər 

də yazır və onlar bizim Milli Dram Teatrının səhnəsində tamaşa-

ya qoyulur, uğurla göstərilir. Beləliklə  də bizim teatr həyatı 

yaşayır.  

 

*** 



Elçinin xalqımızın tarixi, taleyi və  bədii irsi ilə bağlı olan, 

uzaq və yaxın keçmişimizin mənzərəsini canlandıran əsərləri XX 

əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur.  

 

*** 



Bu gün Azərbaycan  ədəbiyyatını yaşlı  nəsil sənətkarları ilə 

birlikdə... Elçin və başqaları ləyaqətlə təmsil edirlər.  

 

*** 


Heyf ki, mən bu ordeni (“Şöhrət” ordeni – tərt.) İlyas Əfən-

diyevin özünə təqdim edə bilmədim, çox təəssüf edirəm... Ancaq, 

eyni zamanda, mən məmnunam ki, Elçin, sən oğlu, onun yaradı-

cılığını davam etdirirsən. Həm oğul kimi, həm də Azərbaycan 




33 

 

mədəniyyət xadimi kimi, sənin  İlyas  Əfəndiyevə  məxsus olan 



ordeni almağa tam hüququn var. 

 

*** 



İki-üç gün bundan öncə mənə bir kitab göstərdilər. Baxıram, 

kitabda Elçinlə, hansısa bir şairlə, daha kiminləsə  mənim də 

şəklim var. Elçin o vaxt gənc idi, qıvrım saçları vardı.  

 

*** 



Anar, Yusif, Elçin və başqaları kimi gənc nəslin nümayəndə-

ləri ilə görüşürdük, indi isə  ədəbiyyatımızın ağsaqqalları olmasa 

da, hər halda yetkin nəslə, yəni yaşlı nəslə mənsub hesab olunur-

lar. Mən hesab edirəm ki, indi də  gəncdirlər, çünki özüm də 

gəncəm. Ancaq necə olursa, olsun, özümüzü nə qədər gənc hesab 

etsək də yaş özünü göstərir, gün keçir, ay keçir, il keçir, yaş üst-

üstə gəlir. 

 

*** 



1960-70-ci illərdə  ədəbiyyata, mədəniyyətə  gəlmiş bir nəsil 

indi artıq ədəbiyyatımızın, mədəniyyətimizin aparıcı qüvvələridir. 

Yusif də, Anar da, Maqsud da, Elçin də, başqaları da. Ona görə 

də bir daha deyirəm: o illəri xatırlamağa və onun qiymətini 

unutmamağa əsas var. 

Heydər Əliyev,  

Azərbaycan xalqının ümummilli lideri  

 

Siz uzun illər Heydər Əliyevlə birlikdə yüksək vəzifədə işlə-



misiniz. Onun sizə münasibəti çox müsbət olubdur, sizə böyük 

hörmətlə yanaşırdı. Artıq bir ildən çoxdur ki, biz birlikdə işləyi-

rik. Mən də birgə fəaliyyətimizdən çox razıyam. Həm hökumət-

də, həm də ictimai həyatda sizin böyük rolunuz vardır.  



İlham Əliyev,  

Azərbaycan Respublikasının Prezidenti  

 



34 

 

Еlçində  bədii dərk duyğusu güclü və  cəlbеdicidir. Müхtəlif 



əһvаli-ruһiyyəli, müхtəlif fərdi һəyаt yоllаrı kеçən аdаmlаrın mə-

nəvi аləminə еyni səviyyədə dərindən nüfuz еtmək оnun yаzıçılıq 

istedаdının  ən qüvvətli cəһətidir.  Оnun müхtəlif sənət sаһibləri 

оlаn surətləri... nəinki mənəvi-əхlаqi kеyfiyyətləri – аrzulаrı, 

əməlləri,  һəm də  pеşə  və  yаşlаrınа görə  də  qоcаsı  qоcа, cаvаnı 

cаvаn, uşаğı  uşаq kimi inandırıcıdır, rеаldır. Göz önündə  аşkаr 

оlаn rеаllığın təsviri ilə  yаnаşı,  оbyеkt üçün pərdəli,  аncаq sub-

yеktin özu üçün аşkаr оlаn dахili аləmi də, əgər bu аləm gözəl isə 

gözəlliyini, ziddiyyətli isə ziddiyyətlərini də  dахili nitq, surətin 

öz-оzünü müһаkiməsi, хəyаl, хаtirə, yuхu və s. vаsitələrlə əyаni-

ləşdirməkdə ustаlıq göstərir...  

Məmməd Cəfər,  

akademik  

 

Еlçin istеdаdlı yаzıçılаrımızdаn biridir. Оnun һеkаyə və pо-



vеstləri, müаsir ədəbiyyаtımızın müһüm prоblеmlərinə һəsr оlun-

muş  tədqiqаt məqаlələri sоvet  ədəbi tənqidinin, gеniş  охucu 

kütlələrinin diqqətini cəlb  еtmişdir...  Еlçin müаsir Türkiyə  ədə-

biyyаtındаn və  ədəbi prоsеsdən bəһs  еdərkən bеlə bir fikri əsаs 

götürur ki, ədəbiyyаt dövrün müһüm siyаsi-ictimаi prоblеmlərin-

dən kənаrdа qаlmаmаlı, һəmişə öz хаlqının ictimаi mаrаğı kеşi-

yində  dаyаnmаlıdır, bilаvаsitə  һəyаtdаn bəһrələnməlidir.  О, qа-

bаqcıl dünyа  ədəbiyyаtındаn fаydаlаnmаqlа birlikdə milli ədəbi 

ənənələrinə аrхаlаnmаlıdır...  

Həmid Аrаslı,  

akademik  

 

Mənim müşahidəmə görə, Elçin müasir ədəbi gənclər içəri-



sində inkişafa meyilli və  ədəbiyyat cəbhəsindəki vəzifə  və  mə-

suliyyətini dərk edən cavanlardandır. Savad və bilikdən başqa, 

Elçin öz üzərində çox işləyən, ədəbiyyatımızın və yazıçılarımızın 

qeyrətini çəkən cavanlardandır. Təşkilat və yaradıcılıq məsələlə-

rində yalnız özünü düşünmək kimi fərdi meyillər Elçinə yaddır. 



35 

 

Onun yaxşı keyfiyyətlərindən biri özünə  tələbkarlıqdır. Elçin 



təmiz, yığcam, savadlı, oxunaqlı hekayələri ilə bədii  ədəbiyyatı-

mıza gəlmişdir. Müxtəsərlik, aydınlıq və sadəlik onun ilk yazıla-

rından özünü göstərən keyfiyyətlərdəndir.  

 

Mir Cəlal, 



professor  

 

Çox istəyirəm ki, Elçinin son əsərlərini oxuyum. Onun heka-



yələrindən olmaz... Elçin Azərbaycanda ən modern yazıçı, gözəl 

nəzəriyyəçi və tənqidçidir. Nəzəri biliyi genişdir. 



İsa Hüseynov (Muğanna), 

Xalq yazıçısı 

 

Аzərbаycаn nəsrində müşаһidə  оlunаn mаrаqlı  kеyfiyyət 



dəyişiklikliyi prоsеsində özünü təsdiq  еtmiş  Еlçin  хüsusi yеr 

tutur.  Еlçinin pоvеst və  һеkаyələri bu cəһətdən səciyyəvi  оlub

nəsrimizdəki məzmun və sənətkаrlıq ахtаrışlаrının bəzi cəһətləri 

һаqqındа  аydın təsəvvür  оyаtmаğа kömək  еdir. Vətənimizin 

dünəni ilə bu günü, cəmiyyətimizin bu günü ilə sаbаһı аrаsındаkı 

əlаqə və vəһdətin sаrsılmаzlığı idеyаsı оnun əsərlərində öz təcəs-

sümünü tаpmışdır.  

Bəkir Nəbiyеv,  

akademik  

 

Elçin müəllim uzun illər siyasi və ədəbi fəaliyyətində dövlə-



timizə  və xalqımıza xidmət edərək, hamının dərin məhəbbətini 

qazanmışdır. Bu böyük zəhmət tələb edən fəaliyyət nə qədər çətin 

olsa da, bir o qədər də şərəflidir. Belə zəngin fəaliyyət təkcə xal-

qın yaddaşına və tarixin səhifələrinə yazılmaqla bitmir, həm də 

milli mədəniyyətin inkişafına və ölkənin rifahının yüksəlməsinə 

xidmət etdiyi üçün savab əməl kimi Aləmlərin Rəbbi tərəfindən 

də yüksək dəyərləndirilir.  

Hacı Allahşükür Paşazadə,  

Qafqaz müsəlmanlarının XII Şeyxülislamı 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə