Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə15/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   ...   11   12   13   14   15   16   17   18   ...   108

 
47
Pektin maddələrinin miqdarını 5,0 mkq/ml-dən 50,0 
mkq/ml-dək qatılıqlı qalakturon turşusuna əsasən qurulmuş ka-
librləmə əyrisinə görə hesablanır.  
 
2.1.2.6. Bitki məhsullarında fenol  
birləşmələrinin təyini 
 
Fenol birləşmələrinin təyin olunmasının mövcud  metod-
larında analiz edilən məhsulun kimyəvi tərkib xüsusiyyətləri, 
eləcə də bir çox qruplara malik fenol birləşmələrinin tərkibində 
maddələrin olduqca böyük kimyəvi müxtəlifliyi nəzərə 
alınmalıdır. Fenol birləşmələrinin ümumi miqdarının təyini 
metodlarının xeyli çox olmasına baxmayaraq, bu metodların 
hamısı müəyyən çatışmazlıqlara malikdir. Buna görə də bir çox 
tədqiqatçılar aşı maddələrinin cəm miqdarının təyin edilməsi 
metodundan imtina edərək, ayrı-ayrı fenol birləşmələrinin 
(katexinlərin, leykoantosianların, antosianların və flavanol-
ların) təyini metodlarını təklif edirlər.  
Aşağıda, fenol birləşmələri ilə  zəngin olan məhsullar 
üçün məsləhət görülən ayrı-ayrı  təyinat metodları göstərilmiş-
dir. 
Polifenolların ümumi miqdarını  təyin etmək üçün 
aşağıdakı birləşmələrlərdən reaksiyalarda istifadə edilir: 
• Folin reaktivi – bu yolla hazırlanır: 100 q 
O
H
WO
Na
2
4
2
2


 duzuna 80 ml 85%-li H
3
PO
4
 (fosfat turşusu) 
və 750 ml su əlavə edilərək, qarışıq 3 saat ərzində  əks soyu-
ducu ilə qaynadırlar. Sonra qarışıq soyudulur və həcmi distillə 
suyu ilə bir litrədək çatdırılır. 
• Folin – Denis reaktivi – bu yolla hazırlanır: 100 q 
O
H
WO
Na
2
4
2
2

 duzu, 20 q fosfornomolibden turşusu, 50 ml 
85%-li H
3
PO
4
 və 750 ml suyu bir yerdə qarışdırır və qarışığı 2 
saat  ərzində  əks-soyuducu ilə qaynadır və  həcmi distillə suyu 
ilə bir litrədək çatdırılır. 


 
48
• Folin – Çokalteu reaktivi – bu yolla hazırlanır: 100 q 
O
H
WO
Na
2
4
2
2

 duzu, 25 q Na
2
MoO
4
 duzunu; 700 ml suyu, 
50 ml fosfat turşusunu (H
3
PO
4
), 100 ml qatı xlorid turşusunu 
bir yerdə əks soyuducu ilə 10 saat müddətində qaynadır, sonra 
üzərinə 150 q LiSO
4
 duzu və bir neçə damcı brom və ya 30%-li 
hidrogen peroksid (H
2
O
2
)  əlavə edilərək,  əks-soyuducuya 
qoşmadan 15 dəq.  ərzində qaynadılır, məhlulu soyudur və 
distillə suyu ilə həcmi bir litrədək çatdırılır. 
Hər üç reaktiv göstərilən fosfornomolibden – volfram tur-
şularının fenollarda W
8
O
23
  və Mo
8
O
23
 mavi rəngli oksid-
lərinədək oksidləşməsi nəticəsində mavi rəng əmələ gətirir.  
 
2.1.2.7. Şərablarda və üzümdə fenol maddələrinin təyini 
 
Təyinat metodikası.
 1 ml şərabı 100 ml-lik ölçü kol-
basına (qırmızı  şərab qabaqcadan su ilə 1:5 nisbətində du-
rulaşdırılır) keçirilir, üzərinə 1 ml Folin – Çokalteu reaktivi, 10 
ml 20%-li Na
2
CO
3
 əlavə edilir, distillə suyu ilə ölçü xəttinədək 
doldurur və 30 dəq.-dən sonra fotoelektrokalorimetrdə, 1 sm-
lik küvetdə 9 № li işıq filtri ilə boyanma intensivliyi ölçülür 
(maksimum udulma 725 nm dalğa uzunluğunda baş verir). 
0,03 mq/ml qatılıqlı taninin standart məhlulu, 3 mq tanini 
pH 3,2 şərti daxilində 100 ml 10%-li spirtdə (spirtin 10%-li su 
məhlulu) həll etməklə hazırlanır. 
Kalibrləmə qrafikini qurmaq üçün 1, 2, 5, 10, 20 və 25 ml 
standart tanin məhlullarını 100 ml – lik kolbalara tökür, üzərinə 
1 ml Folin – Çokalteu, 10 ml 20%-li Na
2
CO
3
 əlavə edir, distillə 
suyu ilə kolba ölçü xəttinədək doldurur və 30 dəq.-dən sonra 
qarışığın boyanma intensivliyi yoxlanılır. 
 
 
 
 
 


 
49
2.1.2.8. Meyvələrdə fenolların  
ümumi miqdarının təyini 
 
Təyinat metodikası.
 Meyvələrin 5 q-lıq çəki nümunəsini 
10 ml qaynar etalon və metanolla təsbit edir, sonra rəng-
sizləşənədək soyuq spirtlə ekstraksiya edir və həcmi 50 ml-dək 
çatdırılır. 0,5 ml məhlulu 10 millimetrlik dərəcələrə bölünmüş 
sınaq  şüşəsinə yerləşdirir, üzərinə 7 ml-dək su əlavə edir, 
qatışığı qarışdırır, üzərinə 0,5 ml Folin – Denis məhlulu əlavə 
edir və yenidən çalxalanılır. 3 dəq.-dən sonra üzərinə 1 ml 
doymuş Na
2
CO
3
 məhlulu əlavə edir və distillə olunmuş su ilə 
ölçü xəttinədək doldurulur. Bir saat keçdikdən sonra 1 sm-lik 
küvetdə 
725


 nm dalğa uzunluğunda optiki sıxlığı ölçülür. 
Əgər məhlul bulanıq olarsa, onda bu məhlulu sentrifuqalanır.  
Müqayisələndirmək üçün lazım olan məhlul eyni reaktiv-
lərlə hazırlanır. Kalibrləmə qrafiki standart tanin məhluluna 
əsasən qurulur. 
 
2.1.2.9. Şərablarda vanilinin köməyi ilə fenol 
birləşmələrinin təyini 
 
Bu metod, vanilinin güclü turşu mühitdə flavanların ben-
zol halqası ilə qarşılıqlı  təsiri zamanı  çəhrayı  rəngin  əmələ 
gəlməsinə əsaslanır. 
Reaktivlər:
 1 q vanilini 100 ml 70%-li sulfat turşusunda 
həll etməklə hazırlanması mümkün olan vanilin məhlulu; 3 q 
taninin 100 ml 10%-li spirtdə pH 3,2 şərti daxilində həll edil-
məsi yolu ilə hazırlanması mümkün olan standart tanin məh-
lulu, sonra bu məhluldan 0,5; 1,0; 2,0; 3,0; 4,0; 5,0 ml götürüb 
dərəcələnmiş 10 ml-lik sınaq şüşələrinə keçirir, üzərinə 6,0 ml-
dək distilləedilmiş su və 4,0 ml tanin məhlulu əlavə edilir. 
Təyinat metodikası:
 4 ədəd kolba götürür və onlardan 
ikisinə, hər birinə 4 ml qırmızı  şərablar üçün 1:50 nisbətində
ağ şərablar üçün isə 1:10 nisbətində durulaşdırılmış şərab daxil 


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə