Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə15/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   11   12   13   14   15   16   17   18   ...   89

 59 
(azərbaycanlıların - Y.İ.) əli ilə etsinlər. Sosialist sifarişləri 
həmişə özünə icraçılar tapırdı.  İndi o hadisələrdən 40 il 
keçdikdən sonra... (həmin - Y.İ.) şəxslərin etdikləri səhv-
lərdə nə dərəcədə səmimi olduqlarını söyləmək çətindir...» 
(285, 29). 
Eposa qarşı belə düşmən münasibətin  əsasında nə 
dururdu?  
Eposun Azərbaycan  şair və yazıçıları  tərəfindən öz 
bədii  əsərlərində inkişaf etdirilib xalq arasında yayılan 
hansı  cəhətləri sovet ideoloqlarının qəzəbinə  səbəb 
olurdu?  
Bu sualların «Kitabi-Dədə Qorqud» eposunun müa-
sir Azərbaycan ədəbiyyatının inkişafındakı rolunun aydın-
laşdırılması baxımından xüsusi əhəmiyyəti var. 
Prof. C.Qasımov «Kitabi-Dədə Qorqud»un ittiham 
edilməsinin dörd əsas səbəbini göstərir:  
1. Marksizmin klassik irsə baxışları. «Kitabi-Dədə 
Qorqud» milli mənəvi əxlaqi və dini dəyərlərimizi özündə 
yaşatdığına görə marksizmə-leninizmə zidd bir əsər kimi 
ədəbi səhnədən (müvəqqəti də olsa) yığışdırıldı. 
2. Türkün özünə qayıdış çağırışı. Dastanda oğuzun 
(türkün) mənşəyindən, məişət tərzindən, qəhrəmanlıq, 
cəngavərlik tarixinə, hətta coğrafi  ərazi və  məkana qədər 
hər  şey öz əksini tapır. Lakin bütün bunların içindən bir 
ana xətt də keçir: Qorqud atanın son boydakı “türkün türkə 
inamı,  əcdada, babaya etiqadı  və  dəstəyi itəndə vurduğu 
fəsad” mesajı... Bu nəsihətin növbəti türk sərkərdələrinə 
çatmaması  və buraxılmış  səhvlərin, törədilmiş faciələrin 
növbəti dəfə  təkrarlanması, türkün bir mənəvi bayraq 
altında birləşməməsi üçün onun “dədə kitabı” - “Kitabi-
Dədə Qorqud” “burjuy”, “pantürkist” elan edilərək yasaq-
lanır. Başqa sözlə, Qorqudun vəsiyyətlərini onun nəvələ-
rindən uzun müddət tarix, zaman indi isə bolşeviklər giz-
lətmək istəyirdilər. 
 60
3. Erməni amili. Ermənilər milli mənəvi dəyərləri və 
ya mədəniyyət abidələrini özəlləşdirərkən  əsasən aşağı-
dakı prinsipdən çıxış edirdilər: 
Birincisi, başqa xalqlara məxsus abidələri özününkü 
elan etmək;  
İkincisi, modifikasiya (şəkildəyişmə - Y.İ.) edərək 
onları dəyişdirmək.  
Üçüncüsü, özəlləşdirə bilmədiklərini özlərinin və ya 
başqalarının əli ilə məhv etmək;  
Dördüncüsü, müxtəlif şayiələr yaymaqla əhalinin öz 
əli ilə  məhv etmək (məsələn, Azərbaycanda daşdan 
yonulmuş qoçların içərisində  qızıl və ya qiymətli  əşya 
gizlədildiyi uydurmasını ortaya ataraq yerli əhalinin əli ilə 
həmin abidələri məhv etmək). 
Fikrimizcə, ermənilərin bu əsəri məhv etmə  cəhd-
lərinin əsas səbəbi “Dədə Qorqud”un coğrafiyası ilə bağlı 
idi. Vaxtı ilə V.V.Bartold yazırdı ki, “Kitabi-Dədə Qorqud 
çox çətin ki, Qafqaz mühitindən kənarda yaranmış olsun” 
(bax: 374, 116). V.V.Bartoldun dediyi Qafqaz mühitində 
ermənilər nə etnos, nə xalq, nə də dövlət kimi görünmür. 
Dastanda Oğuzların Gürcüstanla həmsərhəd olduğu göstə-
rildiyi halda, bu gün ermənilərin məskunlaşdığı Azərbay-
can  ərazilərində ermənilərin yaşamadığı göstərilir. Bu da 
ermənilərin həyata keçirmək istədikləri uydurma “Böyük 
Ermənistan” ideyasının reallaşmasına mane olurdu. Ona 
görə də onlar türk xalqlarının tarix, coğrafiya, fəlsəfə, psi-
xologiya, ədəbiyyat, dövlətçilik, əxlaq, hüquq və s. dərsli-
yi olan bu mənəvi sərvəti hər vəchlə ədəbi-bədii səhnədən 
çıxarmağa çalışırdılar.  
4. Kitabi-Dədə Qorqud»un yasaqlanmasının imperi-
yanın əyalət-müstəmləkə düşüncəsindən doğması. Məlum-
dur ki, həmişə  və  hər yerdə imperiya maraqları güdən 
SSRİ  rəhbərliyi mənşə  və  şəcərə  məsələsinə xüsusi fikir 
verirdi. Fikrimizcə, azərbaycanlıların gəlmə elan edilməsi 


 61 
ideyası da buradan qaynaqlanırdı (217, 29-31). Başqa söz-
lə, «Dədə Qorqud» dastanda Azərbaycan xalqının bu tor-
pağın yerli əhalisi olması haqqında inkaredilməz tarixi 
faktlar imperiyanın bu əyalət-müstəmləkə düşüncəsinin 
əsaslarını dağıdırdı.  
Stalinizm dövrünün başa çatması ilə «Kitabi-Dədə 
Qorqud»a münasibət dəyişildi; eposun repressiyası dayan-
dırıldı, onun çapı, tədqiqi və bədii ədəbiyyatdakı təcəssümü 
ilə bağlı yeni dövr başlandı. Həmin tarixi məqamın carçısı 
görkəmli Azərbaycan ziyalıları  və eyni zamanda eposla 
bağlı müxtəlif təzyiqlərə məruz qalmış H.Araslı, Ə.Dəmir-
çizadə, M.Arif və M.H.Təhmasibin “Kommunist” qəzetinin 
1957-ci il 26 mart tarixli nömrəsində çap olunmuş “Dədə 
Qorqud dastanları” adlı məqaləsi oldu (bax: 42).  
Məqalədə repressiya dövründə «Kitabi-Dədə Qor-
qud» eposuna qarşı irəli sürülmüş bütün ittihamlara cavab 
verildi: “Azərbaycan xalqının qədim mədəniyyət abidələ-
rindən biri də «Kitabi-Dədə Qorqud» adı ilə məşhur olan 
qəhrəmanlıq dastanlarıdır. Xalqımızın orta əsrlər həyatın-
da baş vermiş tarixi, mədəni hadisələrin öyrənilməsi üçün 
çox böyük əhəmiyyətə malik olan bu zəngin xalq yaradı-
cılığı məhsulu son illərdə (1951-1956-cı illərdəki repress-
siyalar nəzərdə tutulur - Y.İ.) böyük bir yanlışlıq nəticəsi 
olaraq düzgün qiymətləndirilməmiş, hətta Azərbaycan xal-
qı ilə  əlaqəsi olmayan zərərli bir əsər kimi qələmə veril-
mişdir” (42). Dastanı xalqın vətənpərvərlik, fədakarlıq, sə-
daqət, qəhrəmanlıq, mətinlik kimi nəcib hisslərindən yoğ-
rulmuş abidə kimi səciyyə edən müəlliflər repressiyalar-
dan dolayı artıq eposu tədqiq etməkdən, ona öz bədii əsər-
lərində müraciət etməkdən çəkinən tədqiqatçılara, yazıçı 
və şairlərə, ümumən ziyalılara məqalənin sonunda belə bir 
“mesaj” verdilər: “Biz əminik ki, sovet alimləri bu abidə-
nin üzərində daha ciddi işləyərək, onun əsl qiymətini verə 
biləcəklər. Uzun müddət  şərqşünaslıq aləmini maraqlan-
 62
dırmış olan bu abidənin öyrənilməsi işi davam etdirilə-
cəkdir” (42). 
Bu məqalə «Kitabi-Dədə Qorqud»un taleyində mü-
hüm rol oynayır. Abidənin tədqiqi və bədii ədəbiyyatda tə-
cəssümü sahəsində tamamilə yeni bir dövr başlanır. Yazıçı 
və  şairlər abidəyə yenidən müraciət edir, onun obraz, 
süjet, motiv və ideyalarından istifadə etməklə yeni bədii 
əsərlər yaradırlar.  
Beləliklə, «Kitabi-Dədə Qorqud»un istər bir epos ki-
mi, istərsə  də  bədii  ədəbiyyatdakı  ədəbi taleyi müasir 
Azərbaycan  ədəbiyyatı ilə  sıx bağlıdır. Bu tarixlər bütün 
məkan-zaman sərhədləri ilə üst-üstə düşür. Müasir Azər-
baycan ədəbiyyatı dedikdə XX əsrin 20-ci illərindən bugü-
nəqədərki  ədəbiyyat nəzərdə tutulur. «Kitabi-Dədə Qor-
qud»un Azərbaycana «gəlişi» də həmin dövrə təsadüf edir. 
N.Ələkbərlinin yazdığı kimi, «20-ci illərdə Azərbaycan 
ədəbi ictimaiyyətinə bir neçə boyun rus dilinə  tərcüməsi 
və Kilisli Müəllim Rifət tərəfindən eposun orijinalda 
hazırlanmış  nəşri məlum idi» (118, 13). Ə.Abid Kilisli 
Müəllim Rifətin 1916-cı ildə Türkiyədə çap etdirdiyi 
nüsxə əsasında Azərbaycanda ilk dəfə olaraq 1926-cı ildən 
məqalələrlə  çıxış etməyə başlayır. 1939-cu ildə H.Aras-
lının Türkiyə nüsxəsi  əsasında hazırladığı «Kitabi-Dədə 
Qorqud» geniş tirajla çap olunaraq Azərbaycan cəmiy-
yətində yayılır. Bu baxımdan, müasir Azərbaycan ədəbiy-
yatının tarixi qırılmaz şəkildə bu eposla bağlıdır. 
«Dədə Qorqud»un müasir Azərbaycan ədəbiyyatında 
yaratdığı  təsirlər, nəsrin, poeziyanın və dramaturgiyanın 
inkişafında oynadığı rol tədqiqatçıların diqqətini cəlb et-
miş  və bu barədə müxtəlif vaxtlarda araşdırmalar aparıl-
mışdır. Həmin tədqiqatlar bizim araşdırmamızın problemi-
nin öyrənilməsində ayrıca baxış istiqamətini təşkil edir.  
Ümumiyyətlə götürdükdə «Dədə Qorqud» və müasir 
Azərbaycan  ədəbiyyatı» heç vaxt monoqrafik tədqiqatın 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə