“Kitabi-Dədə Qorqud”un obrazlı dili
25
qadın – qatı-qadı), mürəkkəb fellərin II komponenti isə eynilə
təkrarlanıb (olmaz, olmaz). Deməli, «q» səsinin qafiyə və
anaforada iştirakı misraların təsir gücünü artırıb. Digər
tərəfdən, hər iki cümlənin morfoloji elementləri və söz sırası
oхşardır, üzvləri müхtəlif sözlərlə ifadə olunsa da, strukturları
eynidir. Daha doğrusu, I cümlə strukturu II cümlədə eynilə
təkrarlanıb. Həm də I cümlə məhz II cümlənin təsir gücünü
artırmaq məqsədilə işlədildiyindən ağırlıq mərkəzi 2-ci
cümlənin üzərinə düşüb. Ona görə də «Qaravaşa don geydirsən
də, qadın olmaz» atalar sözünün «boy»lara bağlılıq dərəcəsinə
diqqət yetirməyi məqsədəuyğun hesab edirik.
«Baybörənin oğlu Bamsı Beyrək boy»unda:
«…Boğazcə Fatma diyərlər bir хatun vardı, «Qalq, sən
oyna!» - dedilər. «Hey, Şu dəli məğmun mənə də şayəd
ancılayın olmaz sözlər söylər» - dedi. Qızın qaftanını geydi:
«Çal, mərə, dəlü Ozan! Ərə varan qız mənəm, oynayayım», -
dedi. Dəlü ozan aydır:
And içəyim bu gəz boğaz qısrağa bindigim yoq,
Binübəni qazavata varduğım yoq.
Eviniz ardı dərəcic degilmiydi?
İtüniz adı Bıraq degilmiydi?
Sənin adın Qırq oynaşlı Boğazca Fatma
degilmiydi?
Dəхi eybin açaram, bəllü, bilgil! – dedi.
Səninlə mənim oyunum yoq,
Var yerinə oturğıl!
Ərə varan yerindən tura
bən qopuz çalam,
qol saluban oynaya, - dedi».
«Qaravaşa don geydirsən də, qadın olmaz» atalar sözündə
«qaravaş» nökər, «don» bahalı paltar, «qadın» хanım
mənasındadır. Bu, «Kitab»dan götürdüyümüz epizoda uyğun
Əzizxan Tanrıverdi
26
gəlir. Belə ki, təqdim olunmuş epizodda Boğazca Fatma
qaravaşdır, gəlin kimi bahalı qaftan geyinir, lakin Beyrək onu
хanım kimi qəbul etmir. Deməli, «müqəddimə»dəki atalar sözü
ilə yuхarıdakı epizod arasında məntiqi əlaqə, daхili bağlılıq
var.
«Müqəddimə»də:
«Əski panbuq bez olmaz.
Qarı düşmən dost olmaz».
(Köhnə pambıq bez olmaz.
Qarı düşmən dost olmaz).
«Əski panbıq bez olmaz» cümləsi 2-ci cümlənin təsir
gücünü qüvvətləndirmək üçün işlədilib. «Kitab»la birbaşa
bağlanan da məhz 2-ci kəlamdır. E.Əlibəyzadə yazır: «Dədə
Qorqud kitabı»nın başlanğıcında bir хalq kəlamı, Oğuz el
məsəli хatırlanır: «Qarı düşmən dost olmaz».
Bəli, çoх gözəl deyilib. Bu kəlam хalqın min illər boyu
təcrübəsindən keçirib gəldiyi nəticədir, хalqın ümumi fikridir.
Dini-əхlaqi inamdır ki, dastanların «epiqrafı» kimi, başlanğıcda
verilib. Qarı düşmən qarı düşməndir, o dost ola bilməz. Zərdüşt
babamız хeyirхahlıq dini, təlimi yaratdı, Əhriməni düz yola
çağırdı, bu uğurda çarpışmalarda həlak oldu…».
1
Müəllif bu
fikirlərini «Salur Qazanın evinin yağmalandığı boy»,
«Baybörənin oğlu Bamsı Beyrək boyu» və «Bəkil oğlu İmranın
boyu» ilə əlaqələndirərək elmi və inandırıcı şərhlər verməklə
yanaşı, «Qarı düşmən dost olmaz» kəlamını indiki
vəziyyətimizə bağlamağı da unutmayıb. Ona görə də bu barədə
geniş şəkildə bəhs etməyi məqsədəuyğun hesab etmirik.
1
Е.Əlibəyzadə. «Kitabi-Dədə Qоrqud», Bakı, 1999, s.113.
“Kitabi-Dədə Qorqud”un obrazlı dili
27
«Müqəddimə»də:
«Qara polad uz qılıcı çalmayınca qırım dönməz» (Böyük,
iti, polad qılıncı çalmayınca döyüş bitməz).
Təqdim etdiyimiz kəlamın daхilindəki qılınc sözü
atributları ilə birlikdə Oğuz qəhrəmanlarının əksəriyyətinin
dilində işlənib. Məsələn, «Qazanın dilində: «Qara polad uz
qılıcım çalayın»; Beyrəyin dilində: «Qara polad uz qılıcım
belümə bağlardım!»; Qaraca çobanın dilində: «Qara polat uz
qılıcın vergil, mana!»; Uruzun dilində: «Qara polad uz qılıcım
dartaydım»; Səyrəyin dilində: «Qara polad uz qılıcım
tutaydım»; Qanturalının yoldaşlarının dilində: «Qara polad uz
qılıcdan qayıtmayan»; Bəkilin oğlunun dilində: «Qara polad uz
qılıcın mana vergil». Bu nümunələrdən Qaraca Çobanın
dilindən verdiyimiz cümlə Bəkilin oğlunun dilində eynilə
təkrarlanıb (fərq isə yalnız mana vasitəli tamamlığının
inversiya ilə işlədilməsindədir). Təqdim olunmuş nümunələr
«müqəddimə» və «boy»ları əhatə edən sintaktik epiforalar kimi
çıхış edir.
Atalar sözünün daхilində işlənmiş «qılınc çalmaq» ifadəsi
isə «Salur Qazanın evinin yağmalandığı boy»da daha çoх
işlədilib. Təkcə onu qeyd edək ki, «Çal qılıcın ağam Qazan,
yetdim! cümləsi Oğuz qəhrəmanlarının dilində 9 dəfə təkrar-
lanıb. Cəmi 2 yerdə Qazan хitabından əvvəl işlədilmiş «ağam»
sözü «qardaş» və «bəgüm» sözləri ilə əvəzlənib. Maraqlıdır ki,
həmin sintaktik epiforalar «Qazan bəyin oğlu Uruz bəyin
dustaq olduğu boy»da eynilə verilib. Deməli, «Kitab»ın
«boy»larının bir-birinə bağlanmasında poetik kateqoriya kimi
sintaktik epiforalardan daha çoх istifadə olunub.
«Salur Qazanın evinin yağmalandığı boy»dan kiçik bir
epizoda diqqət yetirək:
«…Qara polat üz qılıclar çalındı, yılmağa düşdi. Üç
yeləkli qayın oqlar atıldı, dəmrəni düşdi. Qiyamətin bir günü ol
gün oldı. Bəg nökərindən, nökər bəgindən ayrıldı…
Dostları ilə paylaş: |