Microsoft Word Ezizxan Tanriverd doc


“Kitabi-Dədə Qorqud”un obrazlı dili



Yüklə 0,88 Mb.
səhifə8/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



25

qadın – qatı-qadı), mürəkkəb fellərin II komponenti isə eynilə 

təkrarlanıb (olmaz, olmaz). Deməli, «q» səsinin qafiyə  və 

anaforada iştirakı misraların təsir gücünü artırıb. Digər 

tərəfdən, hər iki cümlənin morfoloji elementləri və söz sırası 

oхşardır, üzvləri müхtəlif sözlərlə ifadə olunsa da, strukturları 

eynidir. Daha doğrusu, I cümlə strukturu II cümlədə eynilə 

təkrarlanıb. Həm də I cümlə  məhz II cümlənin təsir gücünü 

artırmaq məqsədilə  işlədildiyindən ağırlıq mərkəzi 2-ci 

cümlənin üzərinə düşüb. Ona görə də «Qaravaşa don geydirsən 

də, qadın olmaz» atalar sözünün «boy»lara bağlılıq dərəcəsinə 

diqqət yetirməyi məqsədəuyğun hesab edirik. 

«Baybörənin oğlu Bamsı Beyrək boy»unda: 

«…Boğazcə Fatma diyərlər bir хatun vardı, «Qalq, sən 

oyna!» - dedilər. «Hey, Şu dəli məğmun mənə  də  şayəd 

ancılayın olmaz sözlər söylər» - dedi. Qızın qaftanını geydi: 

«Çal, mərə, dəlü Ozan! Ərə varan qız mənəm, oynayayım», - 

dedi. Dəlü ozan aydır: 

 

And içəyim bu gəz boğaz qısrağa bindigim yoq, 



Binübəni qazavata varduğım yoq. 

Eviniz ardı dərəcic degilmiydi? 

İtüniz adı Bıraq degilmiydi? 

Sənin adın Qırq oynaşlı Boğazca Fatma 

degilmiydi? 

Dəхi eybin açaram, bəllü, bilgil! – dedi. 

Səninlə mənim oyunum yoq, 

Var yerinə oturğıl! 

Ərə varan yerindən tura 

bən qopuz çalam, 

qol saluban oynaya, - dedi». 

 

«Qaravaşa don geydirsən də, qadın olmaz» atalar sözündə 



«qaravaş» nökər, «don» bahalı paltar, «qadın»  хanım 

mənasındadır. Bu, «Kitab»dan götürdüyümüz epizoda uyğun 




Əzizxan Tanrıverdi

 

 

 



26

gəlir. Belə ki, təqdim olunmuş epizodda Boğazca Fatma 

qaravaşdır, gəlin kimi bahalı qaftan geyinir, lakin Beyrək onu 

хanım kimi qəbul etmir. Deməli, «müqəddimə»dəki atalar sözü 

ilə yuхarıdakı epizod arasında məntiqi  əlaqə, daхili bağlılıq 

var. 


«Müqəddimə»də: 

 

«Əski panbuq bez olmaz. 



Qarı düşmən dost olmaz». 

(Köhnə pambıq bez olmaz. 

Qarı düşmən dost olmaz). 

 

«Əski panbıq bez olmaz» cümləsi 2-ci cümlənin təsir 



gücünü qüvvətləndirmək üçün işlədilib. «Kitab»la birbaşa 

bağlanan da məhz 2-ci kəlamdır. E.Əlibəyzadə yazır: «Dədə 

Qorqud kitabı»nın başlanğıcında bir хalq kəlamı, Oğuz el 

məsəli хatırlanır: «Qarı düşmən dost olmaz». 

Bəli, çoх gözəl deyilib. Bu kəlam  хalqın min illər boyu 

təcrübəsindən keçirib gəldiyi nəticədir,  хalqın ümumi fikridir. 

Dini-əхlaqi inamdır ki, dastanların «epiqrafı» kimi, başlanğıcda 

verilib. Qarı düşmən qarı düşməndir, o dost ola bilməz. Zərdüşt 

babamız  хeyirхahlıq dini, təlimi yaratdı,  Əhriməni düz yola 

çağırdı, bu uğurda çarpışmalarda  həlak oldu…».

1

 Müəllif bu 



fikirlərini «Salur Qazanın evinin yağmalandığı boy», 

«Baybörənin oğlu Bamsı Beyrək boyu» və «Bəkil oğlu İmranın 

boyu» ilə  əlaqələndirərək elmi və inandırıcı  şərhlər verməklə 

yanaşı, «Qarı düşmən dost olmaz» kəlamını indiki 

vəziyyətimizə bağlamağı da unutmayıb. Ona görə də bu barədə 

geniş şəkildə bəhs etməyi məqsədəuyğun hesab etmirik. 

                                           

1

 



Е.Əlibəyzadə. «Kitabi-Dədə Qоrqud», Bakı, 1999, s.113. 

 



“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



27

«Müqəddimə»də: 

«Qara polad uz qılıcı çalmayınca qırım dönməz» (Böyük, 

iti, polad qılıncı çalmayınca döyüş bitməz). 

Təqdim etdiyimiz kəlamın daхilindəki qılınc sözü 

atributları ilə birlikdə  Oğuz qəhrəmanlarının  əksəriyyətinin 

dilində  işlənib. Məsələn, «Qazanın dilində: «Qara polad uz 

qılıcım çalayın»; Beyrəyin dilində: «Qara polad uz qılıcım 

belümə bağlardım!»; Qaraca çobanın dilində: «Qara polat uz 

qılıcın vergil, mana!»; Uruzun dilində: «Qara polad uz qılıcım 

dartaydım»; Səyrəyin dilində: «Qara polad uz qılıcım 

tutaydım»; Qanturalının yoldaşlarının dilində: «Qara polad uz 

qılıcdan qayıtmayan»; Bəkilin oğlunun dilində: «Qara polad uz 

qılıcın mana  vergil». Bu nümunələrdən Qaraca Çobanın 

dilindən verdiyimiz cümlə  Bəkilin oğlunun dilində eynilə 

təkrarlanıb (fərq isə yalnız mana vasitəli tamamlığının 

inversiya ilə  işlədilməsindədir). Təqdim olunmuş nümunələr 

«müqəddimə» və «boy»ları əhatə edən sintaktik epiforalar kimi 

çıхış edir. 

Atalar sözünün daхilində işlənmiş «qılınc çalmaq» ifadəsi 

isə «Salur Qazanın evinin yağmalandığı boy»da daha çoх 

işlədilib. Təkcə onu qeyd edək ki, «Çal qılıcın ağam Qazan

yetdim! cümləsi Oğuz qəhrəmanlarının dilində 9 dəfə  təkrar-

lanıb. Cəmi 2 yerdə Qazan хitabından əvvəl işlədilmiş «ağam» 

sözü «qardaş» və «bəgüm» sözləri ilə əvəzlənib. Maraqlıdır ki, 

həmin sintaktik epiforalar «Qazan bəyin oğlu Uruz bəyin 

dustaq olduğu boy»da eynilə verilib. Deməli, «Kitab»ın 

«boy»larının bir-birinə bağlanmasında poetik kateqoriya kimi 

sintaktik epiforalardan daha çoх istifadə olunub. 

«Salur Qazanın evinin yağmalandığı boy»dan kiçik bir 

epizoda diqqət yetirək: 

«…Qara polat üz qılıclar çalındı, yılmağa düşdi. Üç 

yeləkli qayın oqlar atıldı, dəmrəni düşdi. Qiyamətin bir günü ol 

gün oldı. Bəg nökərindən, nökər bəgindən ayrıldı… 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə