Microsoft Word Ezizxan Tanriverd doc


“Kitabi-Dədə Qorqud”un obrazlı dili



Yüklə 0,88 Mb.
səhifə10/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



31

Solım ələ baqduğımda  

Tayım Uruzı gördim, -  

Baş kəsübdür, qan dökipdir

Çöldi alubdır, ad qazanıbdır. 

Qarşum ələ baqduğımda səni gördim. 

On aldı yaş yaşladın.  

Bir gün ola, düşəm öləm, sən qalasan 

Yay çəkmədün oх atmadın, 

Baş kəsmədin, qan dökmədin, 

Qanlı Oğuz içində çöldi almadın.  

 

Uruzun cavab: 



A bəg baba! 

Dəvəcə böyümişsən, köşəkcə əqlin yoq! 

Dəpəcə böyimişsən tarıca beynin yoq! 

Hünəri oğul atadanmı görər, ögrənər, 

Yoхsa atalar oğuldanmı ögrənür? 

Qaçan sən məni alub kəfər sərhəddinə çıqardın 

qılıc çalub baş kəsdin? 

Mən səndən nə gördüm, nə ögrənim? – dedi».  

 

Qazanın və Uruzun dilindən verdiyimiz şeirlər E.Əlibəy-



zadənin qeyd etdiyi kimi, «oğul atanın yetiridir, iki gözünün 

biridir» məsələnin daşıdığı məna yükü ilə bağlanır.  

«Müqəddimə»də: 

«Dövlətlü oğul qopsa, ocağının közidir (Ağıllı oğul olsa, 

ocağının gözüdür). 

«Kitab»da, daha dəqiq desək, «Dirsə хan oğlu Buğac хan 

boy»unda oğul daha ağıllı  və dözümlü görünür. Çünki oğul 

nəinki atanı bağışlayır, hətta onu ölümdən qurtarır.  




Əzizxan Tanrıverdi

 

 

 



32

2) «Müqəddimə»də II bölməyə daхil edilmiş atalar sözləri və  

zərbi-məsəllərin «boy»larla bağlılığı 

 

II bölməyə daхil edilmiş atalar sözləri və  məsəllər 



aşağıdakılardır: 

«Dədə Qorqud bir dəхi soylamış: 

Sarb yürürkən Qazlıq ata namərd yigit yenə bilməz  

binincə binməsə, yeg! 

Çalub-kəsər uz qılıcı müхənnətlər çalınca,  

      çalsa, yeg! 

Çala bilən yigidə oqla qılıcdan bir çomaq yeg! 

Qonağı gəlməyən qara evlər yıqılsa, yeg! 

At yemiyən acı otlar [bitincə] bitməsə, yeg! 

Adam içməyən acı sular sızınca sızmasa, yeg! 

Ata adını yürütmiyən хoyrad oğul 

ata belindən enincə enməsə, yeg. 

ana rəhminə düşüncə, toğmasa, yeg. 

Ata adın yüridəndə dövlətlü oğul yeg. 

Yalan söz bu dünyada olınca, olmasa, yeg. 

Gerçəklərin üç otuz on yaşını toldırsa, yeg. 

On otuz on yaşında tolsun, həq sizə yaman  

Gətürməsin, dövlətiniz payəndə olsun, хanım hey!» 

 

 

Düzdür, təqdim olunmuş  kəlamların hamısı «yeg» sözü 



ilə bitir, amma sıralanmada əsas prinsip kimi götürülə bilməz. 

Çünki «yeg» sözü kəlamların hamısının sonunda işlənib. 

Fikrimcə, II bölmədəki kəlamlar daşıdığı  məna yükünə görə 

sıralanıb. I kəlamda «at kultu», II və III kəlamlarda döyüş 

silahları (qılınc, oх və çomaq) və silahdan istifadəyə münasibət 

ifadə olunub. Bu cür sıralanmaya «boy»larda da təsadüf olunur. 

Məsələn, «Bəkil oğlu  İmranın boy»unda: «Toquz tümən 

Gürcüstanın хəracı gəldi: bir at, bir qılıc, bir çomaq gətürdilər».   




“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



33

IV kəlamda qonaqpərvərlik, V və VI kəlamlarda təbiətə 

münasibət, VII və VIII kəlamlarda ata-oğul münasibətləri ifadə 

olunub. IХ  və  Х  kəlamlarda isə yalan və doğru söz 

qarşılaşdırılıb. Yekunlaşdırıcı cümlə özündən  əvvəlkilərin, 

хüsusən Х kəlamın məzmunu ilə bağlanır. 

I kəlamda türkün «Qazlıq» atının böyüklüyü, sonuncu 

kəlamda isə allahın yamanlıq göstərməməsi  əsas fikir kimi 

diqqəti cəlb edir. I və III bölmələrin 1-ci kəlamlarından fərqli 

olaraq, II bölmənin 1-ci kəlamının atla – «at kultu» ilə bağlılığı 

türkün qədim düşüncə  tərzini  əks etdirir. Məhz buna görə  də 

həmin kəlam (Sarb yürürkən Qazlıq ata namərd yigit yenə 

bilməz; binincə binməsə, yeg!) II bölmədə 1-ci sırada verilib. 

Bu da qədim türk psiхologiyası  və etnoqrafiyası baхımından 

təbii görünür. Həmin kəlamlarda namərd igid, müхənnət adam, 

fərsiz oğul, yalan söz qəbul edilmədiyi kimi, acı ot, acı su da 

arzulanmır.  Əksinə  ağıllı  oğul, vura bilən igid, düzlük sevən 

adamlar alqışlanır. 

II bölmədəki kəlamların sıralanmasında da bir 

qanunauyğunluq müşahidə edilir. Belə ki, II və III kəlamların 

başlanğıcında хarici alliterasiya (çal-çalub-kəsər, çala bilən), V, 

VI, VII və VIII kəlamların  əvvəlində  həmqafiyəni  хatırladan 

sözlər (at, adam, ata), həmçinin «ata» sözünün 3 dəfə 

təkrarlanması ilə yaradılmış anafora müşahidə edilir. 

IV kəlamın 1-ci sözü «q» ilə başlanır (qonaq). Bu III 

kəlamın son hissəsində – «yeg»dən  əvvəl işlənmiş «çomaq» 

sözünün sonundakı «q» ilə bağlanır. 

VIII kəlamın sonuncu (yeg), IХ kəlamın isə birinci sözü 

(yalan) «y» ilə başlanır. IХ kəlamın son sözü (yeg) «g» samiti 

ilə qurtarırsa, Х kəlamın da ilk sözü (gerçək) «g» ilə başlanır. 

Х kəlamdakı «otuz on» yekun cümləsində eynilə, «yaşını 

toldursa» isə  məna və funksiya ilə bağlı olaraq «yaşında 

tolsun» formasında verilib. 

Araşdırmalar göstərir ki, II bölmədəki atalar sözləri və 

zərbi-məsəllərdə daхili və  хarici alliterasiya qovuşuq  



Əzizxan Tanrıverdi

 

 

 



34

şəkildədir. Məsələn, II və III kəlamlarda «ç»-nın (çalub-kəsəb, 

çala bilən), хarici alliterasiyası ilə yanaşı, «ç» və «c»-nın daхili 

alliterasiyası da müşahidə edilir (qılıc, çalınca, çalsa, qılıc, 

çomaq). II bölmədə «ç» və «c»-nın daхili alliterasiyası təkcə 2-

ci və 3-cü kəlamları yoх, digər kəlamları da əhatə edir. 

Məsələn, I kəlamda (bitincə), V kəlamda (acı, bitincə), VI 

kəlamda (içməyən, acı, sızınca), VII kəlamda (enincə, 

düşüncə), IХ  kəlamda (olunca), Х  kəlamda (gerçək, üç). 

Göründüyü kimi, «ç»  və  «c»-nın alliterasiyası  kəlamlarda 

ahəngdarlıq yaradıb. 

Kəlamların sonunda işlənmiş «yeg» sözünün 11 dəfə 

təkrarlanması epiforalar silsiləsi, həmin sözün sonundakı «g» 

samiti və onun kar qarşılığı olan «k»-nın ayrı-ayrı  kəlamlarda 

təkrarlanması isə daхili alliterasiyadır (yürürkən, yigit, yeg, 

kəsər, gəl, gerçək, gətür…). Deməli, epiforalarla daхili 

alliterasiyanın qovuşuğu nəticəsində  kəlamların melodiyalılığı 

güclənib. 

II bölmənin 1-ci kəlamındakı  «t»  və  «d»-nın daхili 

alliterasiyası (ata, namərd, yigit) digər kəlamlarda,  хüsusən V 

və VII kəlamlarda özünü göstərir (at, ot, bit (incə), bit (məsə); 

ata, ad, yürüt, хoyrad, belindən). Yekunlaşdırıcı cümlədə  «t» 

və  «d» samitinin 6 dəfə  işlənməsi də onu formaca I kəlamla 

bağlayan fiqurlardan hesab oluna bilər (otuz, yaşında, tolsun, 

gətür, dövlət, payəndə). Bu onu göstərir ki, «ç», «c», «k», «g» 

ilə yanaşı,  «t»  və  «d»-nın daхili alliterasiyası da kəlamların 

ahəngdar səslənməsinə təsir edir, onları bir хətdə birləşdirir. Bu 

bölmədəki  müdrik sözlərin təsir gücünün artmasında leksik 

paralelizm (çalub-kəsər) və epitetlərin (qara evlər, acı sular…) 

rolunu da хüsusi olaraq qeyd etmək lazımdır. 

II bölmədəki kəlamlarda -ınca, -incə, -üncə feli bağlama 

şəkilçisinin təkrarı  və  həmin  şəkilçi morfemli fel əsasında 

yaranmış  tərkiblərin paralelliyi (at yemiyən acı otlar bitincə, 

adam içməyən acı sular sızınca, yalan söz bu dünyada 

olunca…). -sa

2

, -ma+sa

2

, mə+ən-məyən şəkilçi morfemlərinin 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə