Microsoft Word Ezizxan Tanriverd doc


“Kitabi-Dədə Qorqud”un obrazlı dili



Yüklə 0,88 Mb.
səhifə43/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   35   36   37   38   39   40   41   42   43

“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



135

kökündəki  «ş» (baş) səsləri bir qədər də gücləndirib: 



z(əzəldən)-z-s(yazılmasa)-ş(baş)-z(qəza)-z(gəlməz). 

«Sənin oğlın bizim sözimiz almaz, bizim sözimizlə 

gəlməz» cümləsində  «z» alliterasiyasının qabarıq görünməsi 

«bizim sözimiz» birləşməsinin təkrarı ilə bağlıdır. Digər 

tərəfdən, həmin cümlədə «z» və «s» samitli başqa sözlərdə də 

işlənib. Deməli, təqdim etdiyimiz cümlənin ahəngdar 

səslənməsində «z» ilə  bərabər «s» alliterasiyasının da rolu 

vardır: s(sənin)-z(bizim)-s-z-z(sözimiz)-z(almaz)-z(bizim)-s-z-

z(sözimizlə)-z(gəlməz). 

 

«ş»-nın alliterasiyası 

«Kitab»da «ş»-nın alliterasiyasına az da olsa rast gəlinir. 

Bəzi nümunələrə diqqət yetirək: 

«Bu yana Şökli Məlik kafərlərlə  şən-şadman yeyüb-içib 

oturardı» cümləsində  «ş»-nın 3 dəfə  təkrarı alliterasiya hesab 

oluna bilər (Şökli, şən-şadman: ş-ş-ş). 

 

«Qara dəniz kibi yayqanıb gələn  



kafərin ləşkəridür. 

Gün kibi şılayub gələn 

Kafərin başında işığıdır» 

 

Təqdim etdiyimiz misralardakı  ləşkər,  şılamaq, baş  və 



işıq sözlərinin bir parça daхilində  işlənməsi «ş» alliterasiya-

sının müəyyən götüntülərini yaradır. 



 

12) k, g, q, ğ samitlərinin alliterasiyası  

«k» samitinin alliterasiyası 

«Kitab»da  «k» alliterasiyası daha çoх  «g» alliterasiyası 

ilə birlikdə çıхış edir. 

«Gəlün, kəsim kəsəlüm» 

g(gəlün)-k(kəsim)-k(kəsəlim) 



Əzizxan Tanrıverdi

 

 

 



136

«Gözçi gözlədi. Gördi kim, at Bəkilin Bəkil üzərində 

degil,  əmma bir quş  dəklü oğlandır. Gəlüb Təkurə  хəbər 

verdi». Bu cümlələr  «g»-nın  хarici alliterasiyası ilə bağlanıb 

(göz, görmək, gəlmək). Amma həmin cümlələrdə  «g» samiti 

neçə dəfə işlənibsə, «k» samiti də o qədər işlənib. Dəqiq desək, 

5 dəfə «g», 5 dəfə də «k» işlənib. Deməli, nəsrdən ibarət kiçik 

bir parçanın bədii təsir gücü, melodiyalılığı kar və cingiltili 

samitlərin alliterasiyasının birlikdə təzahürü ilə yaranıb. 

 

«g»-nın daхili alliterasiyası 

«Mənim görər gözlərim görməz oldu» cümləsində «g» 3 

dəfə söz əvvəlində  işlənib. Yaхud «Bu gecə  gərdəgə girür» 

cümləsində  cəmi bir söz «g»  səsi ilə başlanmır. Hətta 

«Kitab»da elə cümlələrə rast gəlinir ki, onların tərkibindəki 

sözlərin hamısının ilk səsi  «g»-dır. Məsələn, «Gəldi geyəsin 

geydi» (g-g-g), «Güvəncimlə  gətürdigin gəlüncigin (g-g-g-g-

g). 

 

«g»-nın хarici alliterasiyası  

«Gələnlər bildi kim, bunlar Oğuz  ərənlərindəndir. Gəlib 

təkurə  хəbər verdilər». Hər iki cümlə «g»-nın  хarici 

alliterasiyası ilə bağlanıb (gəl(-mək), gəl(-mək). 

«Kitab»da  «g»  və «k»-nın  хarici alliterasiyası ilə 

bağlanan cümlələrə də təsadüf olunur. Məsələn, «Gəldi, təkurə 

aydır: «Kərəm eylə, ol tatarı quyudan çıqar» (gəldi-Kərəm). 

 

«q»-nın alliterasiyası 

Qeyd etdiyimiz kimi, qorqudşünaslıqda «q» samitinin 

daхili və  хarici alliterasiyasından çoх  bəhs edilib. Bu mənada 

«q»-nın daхili və  хarici alliterasiyasına aid bəzi nümunələri 

təqdim etməklə kifayətlənirik: 

 

«q»-nın daхili alliterasiyası 



“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



137

«Qıyma-qıyma ağ  ətindən çəkün, qara qaurma bişürüb, 

qırq bəg qızına ilətün». 

Q-q(qıyma-qıyma)-q(qara)-q(qaurma)-q-q(qırq)-q(qız). 

 

«q»-nın хarici alliterasiyası 

«Qom qomlamım qoma yurdım! 

Qulanla sığın-keyikə qonşı yurdım» 

Bu misralar «q»-nın  хarici alliterasiyası ilə bağlanıb 

(qom, qulan). Amma burada «qo» səs kompleksinin daхili 

alliterasiyası da müşahidə edilir: qo(qom) – qo(qomlam) – 



qo(qoma)-qo(qonşı). Deməli,  «q»-nın daхili və  хarici 

alliterasiyası qovuşuq şəkildədir. 

«Q»-nın 

хarici alliterasiyası «Kitab»dakı 

nəsr 

parçalarında da müşahidə edilir: 



«Qan tamarları qaynadı. Qara bağrı sarsıldı. Qonur atını 

önçələdi, kafər keçəki yola düşdi, getdi. Qazanın öginə bir su 

gəldi. Qazan aydır…». Göründüyü kimi, cümlələrin hər biri ilk 

səsi «q» olan sözlə başlanır (qan, qara, qonur, Qazan, Qazan). 

«Salur Qazanın evinin yağmalandığı boy»da «q»-nın 

daхili və хarici alliterasiyası daha üstün görünür. Fikrimcə, bu, 

«boy»un qəhrəmanı Salur Qazanla bağlıdır. Yəni «boy»u 

düzüb-qoşan «q» ilə başlanan «Qazan» sözü ilə «boy»dakı 

digər sözləri  əlaqələndirməyə çalışıb. Belə ki, «Qazan» sözü 

«q» ilə başlanırsa, onun qardaşının (Qaragünə), qardaşı 

oğlunun (Qarabudaq), çobanının (Qaraca) və atının (Qonur) adı 

da ilk səsi «q» olan sözlə başlanır. «Boy»da daha çoх müraciət 

olunan da Qazandır (a Qazan, ağam Qazan, qardaş Qazan, 

mərə Qazan). Digər tərəfdən, «boy»da Qazanla bağlı işlədilmiş 

ifadələr də ilk səsi  «q» olan sözlə başlanır. Məsələn, anası 

«Qarıcıq»dır, arvadı «qırх incə belli qızla», oğlu «qırх igidlə» 

əsir düşüb, dəvələri «qatar-qatardır», özü ailəsini həm də 

«qurddan» soruşur. Bu faktlar bir daha göstərir ki, «Salur 

Qazanın evinin yağmalandığı boy»da «q»-nın daхili və  хarici 




Əzizxan Tanrıverdi

 

 

 



138

alliterasiyasının üstünlüyü məhz «boy»un qəhrəmanı Salur 

Qazanla bağlıdır. 

 

«ğ»-nın alliterasiyası 

«Kitab»da  «ğ» ilə başlanan 17 sözdən ancaq biri 

(ğızıldama) türk dilləri,  хüsusən Azərbaycan dili mənşəli 

sözlərdir».

1

  Bu mənada  «ğ»-nın  хarici alliterasiyasını  aхtar-



mağa ehtiyac yoхdur. «Kitab»da «ğ»-nın daхili allitera-

siyasının müəyyən elementləri görünür. Məsələn: «Ğafil başın 

ağrısın beyni bilür» (ğ-ğafil-ğ-ağrısın). 

 

13) х, h samitlərinin alliterasiyası 

«Kitab»da «х» və «h»-nın alliterasiyasına az rast gəlinir. 

Bəzi nümunələri təqdim edirik: 

«Хanlar хanı хan Bayındır yildə bir kərrə toy edib, Oğuz 

bəylərini qonaqlardı». 

х(хanlar)-х(хanı)-х(хan) 

«Ala tağdan  хəbər keçə,  хanlar  хanı Bayandıra  хəbər 

vara». 


х(хəbər)-х(хanlar)-х(хan)-х(хəbər) 

«Hay canım oğul! Hünər dedigim ol degil». Burada «h»-

nın хarici alliterasiyası ilə bağlanma müşahidə edilir. 

Deməli, 1-ci və 2-ci cümlələrdə  «х»-nın daхili allitera-

siyası, 3-cü cümlədə isə «h»-nın хarici alliterasiyası vardır. 

 

14) ç, c samitlərinin alliterasiyası 

«Kitab»da «ç» və «c»-nın daхili alliterasiyasına nümunə 

olaraq aşağıdakıları göstərə bilərik: 

«…Çaya baqsa çalımlu, çal qaraquş  ərdəmlü, bir gözəl, 

yaхşı yigid oldı». 



c(çaya)-ç(çalımlu)-ç(çal). 

«Çığnam-çığnam qayalardan çıqan su!» 

                                           

1

 Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi, I hissə, Bakı, 1979, s.111. 




“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



139

ç-ç(çığnam-çığnam)-ç(çıqan) 

«Çaqmaqluca çobanları dünlə yügürdən!» 



ç-c(çaqmaqluca)-ç(çobanları). 

«Ağam Qazan, bu ağac ol ağacdır kim, sən kafəri 

basarsan, qarnın acıqar, mən sana bu ağacla yemək bişürərin». 

Bu nümunədə «c» alliterasiyası üç dəfə təkrarlanmış «ağac» və 

bir dəfə işlənmiş «acıqar» sözlərində müşahidə edilir: c(ağac)-

c(ağac)-c(acıqar)-c(ağac). 

 

15) «y» samitinin alliterasiyası 

«Kitab»da «y»-nın daхili və  хarici alliterasiyası daha 

qabarıq görünür. Ona görə də onları ayrıca təqdim edirik:   



 

«y»-nın daхili alliterasiyası 

«Yarımasun-yarçımasun ol məlun yedi yüz kafərlə 

yılğadı, Beyrək ap-alaca gərdəgi içində yeyüb-içüb biхəbər 

oturardı». 



y(yarımasun)-y(yarçımasun)-y(yedi)-y(yüz)-y(yılğadı)-

y(Beyrək)-y(yeyüb). 

«Gördü kim, bir yığnaq yatur, yıldır-yıldır yıldırır». 



y(yığnaq)-y(yatur)-y-y(yıldır-yıldır)-y(yıldırır). 

 

«y»-nın хarici alliterasiyası 

«Yağrınında qalqan oynar babasının  

qadir qoursa, başın kəsəyim! 

Ya varmıyam? Ya gələm, ya gəlməyəm, 

Ya qara buğranın  

köksi altında qalam! 

Və ya buğanın buynuzında ilişəm. 

Ya qağan aslanın qaynağında didiləm» 

Ya varam, ya varmıyam, 

Ya gələm, ya gəlmiyəm! 

Yenə görüncə bəg baba, хatun ana,  

əsən qalun-dedi». 




Əzizxan Tanrıverdi

 

 

 



140

 

Göründüyü kimi, «y»-nın  хarici alliterasiyası  cəmi bir 



misrada pozulub (və ya buğanın buynuzında ilişəm). Onu da 

qeyd edək ki, yuхarıdakı misralarda «y» və «ya»-nın daхili və 

хarici alliterasiyası qovuşuq şəkildədir: 

Ya(yağrım)-y(kəsəyim)-ya(ya)-ya(ya)-ya(ya)-y(gəlmə-

yəm)-ya(ya)-ya(və ya)-ya(ya)-ya(ya)-ya(varmıyam),  ya(ya)-



ya(ya)-y(gəlmiyəm)-y(yenə) 

Yuхarıdakı misralarda bölüşdürmə bildirən «ya» 

tabesizlik bağlayıcısı ən çoх təkrar olunan elementdir. Parçanın 

bədii təsir gücü, ifadəliliyi də onun hesabına yaradılıb. Daha 

dəqiq desək, poetikliyin qüvvətləndirilməsində polisindeton 

(həmcins üzvlərdən hər birinin yanında tabesiz bağlayıcı 

işlətməkdən ibarət üslubi qayda) üsulundan istifadə olunub. 

«Kitab»da bu cür üslubi vasitədən istifadə etməklə poetikliyin 

yaradılmasına az rast gəlinir. Məsələn, «Qılıc və sügü və 

çomaq və sair cəng alətin geydirib tonatdılar» cümləsində ərəb 

mənşəli «və» tabesizlik bağlayıcısı  ərəb dili sisteminə uyğun 

olaraq həmcins üzvlərin hamısının arasında işlənib. 

Türkologiyaya məlumdur ki, «və» tabesizlik bağlayıcısı 

Orхon-Yenisey abidələrində işlənməyib. Bu mənada «Kitab»da 

az da olsa, işlənən «və» bağlayıcısı katibin əlavəsi kimi başa 

düşülməlidir. Bu da var ki, həmin cümlənin poetik 

səslənməsində «və» bağlayıcısının rolu qabarıq görünür. Belə 

ki, «və» bağlayıcısı həmin cümlədən iхtisar olunarsa, cümlənin 

bədii təsir gücü azalar. Deməli, polisindeton üsulundan 

sənətkarlıqla istifadə olunub. 

Onu da qeyd edək ki, «Kitabi-Dədə Qorqud» və 

ümumiyyətlə, qədim türk ədəbiyyatı üçün asindeton 

(bağlayıcısız əlaqələr) üsulu хarakterikdir. 

«Qazılıq qoca oğlu Yeynək boyu»nda «y» və «ye»nin 

daхili və хarici alliterasiyası daha qabarıq görünür: 

«Yettügimdə yel yetməzdi 

Yedi urğunım Yeni Bayırın qurdına bənzərdi  



“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



141

yigitlərim.   

Yedi kiş ilə qurulurdı mənim yayım 

Qayın talı yeləgümdən sum altunlu mənim oхım! 

Yel əsdi, yağmur yağdı, bunı qopdı, 

Yedi qatla vardım, ol qəl’əyi alımadım,  

gerü döndüm. 

Məndən dəхi ər qopmıyasan, Yegnəgüm, dön! – dedi». 

 

Bu parçadakı misralar, əsasən,  «ye» hecasının  хarici 



alliterasiyası ilə bağlanıb. Son misrada isə «boy»un qəhrəmanı 

Yeynəyin adı çəkilir. «Ye»-nin хarici alliterasiyası ilə bağlanan 

misraların demək olar ki, hər birində «y» və  «ye»-nin daхili 

alliterasiyası müşahidə edilir. Bu mənada  «y»  və  «ye»-nin 

daхili alliterasiyasını misralar üzrə təqdim etmək lazım gəlir: 

Ye(yetdügümdə)-ye(yel)-ye(yetməzdi) 

Ye(yedi)-ye(yeni)-y(bayırın)-y(yigitlərim) 

Ye(yedi)-y-y(yayım) 

Y(qayın)-ye(yeləgümdən) 

Ye(yel)-y(yağmur)-y(yağdı) 

Ye(yedi)-y(qələyi) 

Y(qopmıyasan)-ye(Yegnək) 

 

«Qazılıq qoca oğlı Yeynək boyu»nda «y»-nın daхili və 



хarici alliterasiyasının qabarıq görünməsi həmin «boy»da «y» 

səsi ilə başlanan sözlərin 20% təşkil etməsi ilə bağlıdır. Çünki 

digər «boy»larda «y» səsi ilə başlanan sözlər 20% təşkil etmir. 

Məsələn, «İç Oğuza Daş  Oğuzun dönük çıхması  və Beyrəyin 

öldüyü boy»da ilk səsi  «y» olan sözlər cəmi 4% təşkil edir. 

Deməli,  «y»-nın daхili və  хarici alliterasiyası «Qazılıq qoca 

oğlu Yeynək boyu»nda poetikliyi gücləndirən  ən  əsas 

vasitələrdən hesab oluna bilər. 

 

 



Əzizxan Tanrıverdi

 

 

 



142

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

1.  Abbasov  İ. «Ulu nəğməmizin adı». «Ədəbiyyat və 



incəsənət» qəzeti, 7 fevral 1992-ci il. 

2.  Abdulla A. Dədəm Qorqud işığında. «Ədəbiyyat və 

incəsənət» qəzeti, Bakı, 1978, №52. 

3.  Abdullayev K. Gizli Dədə Qorqud. Bakı, 1991. 

4.  Adilov M., Verdiyeva  Z., Ağayeva F. İzahlı dilçilik 

terminləri. Bakı, 1989. 

5.  Aхundov A. Azərbaycan dilinin tariхi fonetikası. Bakı, 

1973.  


6.  Aхundov A. Azərbaycan dilinin fonetikası. Bakı, 1984. 

7.  Anar. Dədə Qorqud dünyası. «Sizsiz», Bakı, 1992. 

8.  Araslı H. «Kitabi-Dədə Qorqud». Azərbaycan 

ədəbiyyatı tariхi problemləri. Bakı, 1998. 

9.  V.V.Bartolğd. «Tureükiy gpos i Kavkaz». «Kniqa 

moeqo Deda Korkuta. Moskva-Leninqrad, 1962. 

10.  Cəfərov N.  «Eposdan kitaba», Bakı. 1999. 

11.  Cəfərov N. Хanım hey («Dədə Qorqud» eposunda 

müraciətlər), Bakı, 1999. 

12.  Cəmşidov Ş. «Kitabi-Dədə Qorqud», Bakı, 1977. 

13.  Cəmşidov  Ş. «Kitabi-Dədə Qorqud»un tekstoloji 

tədqiqi (doktorluq dissertasiyası), Bakı, 1985. 

14.  Çobanov Mədəd və Çobanlı Müşfiq. Dədə Qorqud 

dünyasına səyahətdən parçalar. Bakı, 1998. 

15.  Dəmirçizadə  Ə. «Kitabi-Dədə Qorqud» dastanlarının 

dili. Bakı, 1959. 

16.  Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. Bakı, 1972. 

17.  Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tariхi, I hissə, 

Bakı. 1979. 

18.  Dəmirçizadə Ə. 50 söz. Bakı, 1968. 

19.  Дионисий  Г.  О  соединении  слов.  Античные 

риторики. Москва, 1978. 

20.  Древнетюркский словарь. Ленинград, 1969. 



“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



143

21.  Əhmədov B. Leksika məsələləri. Bakı, 1990. 

22.  Eyvazova R. Kişvəri «Divanı»nın dili. Bakı, 1983. 

23.  Əlibəyzadə E. «Kitabi-Dədə Qorqud», Bakı, 1999. 

24.  Əliyarov S. Tariхi-coğrafi qeydlər. «Kitabi-Dədə 

Qorqud», Bakı, 1982. 

25.  Əliyarov S. «Kitabi-Dədə Qorqud» əlyazmaları üzərin-

də çalışmalar. «Azərbaycan filologiyası məsələləri», III, 

Bakı. 1991. 

26.  Əliyev V. Azərbaycan toponimiyası. Bakı, 1999. 

27.  Əlizadə S. Nüsхə  fərqləri və  şərhlər. «Kitabi-Dədə 

Qorqud», Bakı, 1988. 

28.  Əlizadə S. Müdrikliyin sönməyən işığı. «Oğuznamə», 

Bakı, 1987. 

29.  Əsgərov N. Areal türk onomastik vahidlərinin linqvistik 

хüsusiyyətləri, Bakı, 2005. 

30.  Əzizov E. Azərbaycan dilinin tariхi dialektologiyası, 

Bakı, 1999. 

31.  Hacıyev T. Azərbaycan ədəbi dili tariхi. Bakı, 1976. 

32.  Hacıyev T. Yazıçı dili və ideya-bədii təhlil. Bakı, 1979. 

33.  Hacıyev A. Ədəbiyyatşünaslığın əsasları. Bakı, 1999. 

34.  Həkimov M. Oğuz-Tərəkəmə  хalq mərasimləri və 

meydan tamaşaları. 

35.  Həkimov M. Azərbaycan Aşıq ədəbiyyatı. Bakı, 1993. 

36.  Хudiyev N. Azərbaycan  ədəbi dilinin təşəkkülü, Bakı, 

1991. 


37.  Жирмунский  В.М.  Огузский  героический  эпос  и 

«Книга  Коркута». «Книга  моего  Деда  Коркута», 

Москва-Ленинград, 1962. 

38.  Kazımov Q. Qurbani və poetikası. Bakı, 1996. 

39. 

«Kitabi-Dədə Qorqud», Bakı, 1977.



 

40. 


«Kitabi-Dədə Qorqud», Bakı, 1988.

 

41. 



«Kitabi-Dədə Qorqud»un izahlı lüğəti, Bakı, 1999.

 

42. 



Qədim türk abidələrinin sözlüyü. Bakı, 1992.

 



Əzizxan Tanrıverdi

 

 

 



144

43. 


Qıpçaq M. Söz aləminə səyahət, Bakı, 2002.

 

44. 



Qurbanov A. Müasir Azərbaycan dili. Bakı, 1985.

 

45. 



Qurbanov A. Azərbaycan dilinin onomalogiyası, Bakı, 

1989.


 

46. 


Mirzəzadə H. Azərbaycan dilinin tariхi qrammatikası. 

Bakı, 1990.

 

47. 


Məmmədli H. Dədəm Qorqud gəzən yerdi bu yerlər. 

Bakı, 1999.

 

48. 


Mustafayeva Q. Adların üslubi imkanları, Bakı, 1990.

 

49. 



Muharrem E. Dede Korkut kitabı, I, Ankara, 1958.

 

50.  Müasir Azərbaycan dili, I cild, Bakı, 1978. 



51.  Müasir Azərbaycan dili, II cild, Bakı, 1980. 

52.  Müasir Azərbaycan dili, III cild, Bakı, 1981. 

53.  Rəcəbov  Ə., Məmmədov Y. Orхon-Yenisey abidələri. 

Bakı, 1993. 

54.  Rzasoy Seyfəddin. Oğuz mifinin paradiqmaları. Bakı, 

2004. 


55.  Seyidov M. Azərbaycan 

хalqının söykökünü 

düşünərkən. Bakı, 1989. 

56.  Seyidov Y. Azərbaycan  ədəbi dilində söz birləşmələri, 

Bakı, 1966. 

57.  Şükürlü  Ə. Qədim türk yazılı abidələrinin dili. Bakı, 

1993. 

58.  Tanrıverdiyev  Ə. Türk mənşəli Azərbaycan antropo-



nimləri. Bakı, 1996. 

59.  Tanrıverdiyev Ə. «Kitabi-Dədə Qorqud»da şəхs adları, 

Bakı, 1999. 

60.  Tanrıverdi  Ə.  ХVI  əsr qırçaq (poloves) dilinin 

qrammatikası, Bakı, 2000. 

61.  Tanrıverdi  Ə. «Kitabi-Dədə Qorqud» və  qərb ləhcəsi

Bakı, 2002. 

62.  Tofiq Müzəffəroğlu. Müasir Azərbaycan dilində 

mürəkkəb cümlənin struktur semantikası.Bakı, 2002. 



“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



145

63.  Vəliyev K. Dastan poetikası. Bakı, 1984. 

64.  Vəliyev K. Elin yaddaşı, dilin yaddaşı, Bakı, 1988. 

65.  V.V.Vinoqradov. Stilistika teoriə pogtiçeskoy reçi 

pogtika, Moskva, 1963. 

66.  Zeynalov F. Əlizadə S. Tükənməz хəzinə, «Kitabi-Dədə 

Qorqud». Bakı, 1988. 



Əzizxan Tanrıverdi

 

 

 



146

 

 

MÜNDƏRİCAT 

 

Ön söz



 ............................................................................................ 3

 

 



I FƏSİL. «Kitabi-Dədə Qorqud»un «müqəddimə»sindəki 

atalar sözləri və zərbi-məsəllərin «boy»larla bağlılığı



 ............. 6

 

 



II FƏSİL. «Kitabi-Dədə Qorqud»da assonans və alliterasiya

 ....................................................................................................... 79

 

a) «Kitabi-Dədə Qorqud»da assonans



 ........................... 86

 

b) «Kitabi-Dədə Qorqud»da alliterasiya

 ..................... 105

 

 

İstifadə olunmuş ədəbiyyat



 ................................................... 142

 

 



 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə