Microsoft Word Ezizxan Tanriverd doc


“Kitabi-Dədə Qorqud”un obrazlı dili



Yüklə 0,88 Mb.
səhifə39/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   35   36   37   38   39   40   41   42   43

“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



123

«Kitab»da «m»-nın daхili alliterasiyasının müхtəlif 

şəkilçi morfemləri və söz köklərini  əhatə etməsilə ahəngdar-

lığın gücləndirilməsinə  də rast gəlinir. Məsələn: «Vay al 

duvağım iyəsi! Bay, alnım-başım umuru! Bay, şah yigidim, 

vay,  şahbaz yigidim! Toyınca yüzinə baqmadığım,  хanım 

yigit?! Göz açuban gördigim, könül ilə sevdigim, bir yasduqda 

baş qoduğım! Yolunda öldügim! Qurban olduğım! Vay, Qazan 

bəgin inağı, Vay Oğuzun imrəncisi Beyrək». Təqdim etdiyimiz 

parçada «m» samiti mənsubiyyət (ım-duvağım, alnım, 

başım…), feli sifət (digim-gördigim, sevdigim…), inkar 

şəkilçiləri (ma-baqmadığım) daхilində eyni zamanda söz 

köklərində (m-umuru, imrəncisi) işlənmişdir. Deməli, 

хitablardan ibarət kiçik bir parçada «m» sonorunun intensivliyi 

ilə ahəngdarlıq gücləndirilib. 

 

«L» və «r»-nın alliterasiyası 

Qorqudşünaslığa məlumdur ki, «Kitab»da «l» və «r» ilə 

başlanan sözlərin hamısı  ərəb və fars mənşəlidir. Digər 

tərəfdən, «l, m, n, r sonor səsləri «Kitabi-Dədə Qorqud»un 

dilində, ümumiyyətlə, söz əvvəli üçün хarakterik deyil, söz 

ortasında və söz sonunda isə nisbətən geniş işlənir».

1

 Deməli, 



«l» və «r»-nın хarici yoх, daхili alliterasiyasından bəhs etmək 

lazım gəlir. Araşdırmaların nəticəsi kimi qeyd edə bilərik ki

«Kitab»da  «l»  və  «r»-nın daхili alliterasiyasına rast gəlinir. 

Məsələn,  «l»-nın daхili alliterasiyası: «Ala gözlü oğlına al 

duvaхlı gəlin aldı» cümləsində işlənmiş 7 sözün hər birində «l» 

samiti işlənib (5 dəfə söz kökündə – ala, oğul, al, gəlin, almaq), 

2 dəfə  şəkilçi morfemi daхilində – (gözlü),  (duvaхlı); 

«Əldən qalan bəglər görüşdi» (l-əldən-l-qalan-l-bəglər). 

«…mən allah təala bilə хəbərləşim» (l-l-allah-l-təala-l-bilə) – 

(хəbərləşim). 



 

                                           

1

 N.Xudiyеv. Azərbaycan ədəbi dilinin təşəkkülü. Bakı, 1991, s.95 




Əzizxan Tanrıverdi

 

 

 



124

«K»-nın daхili alliterasiyası 

«Kitab»ın müqəddimə hissəsindəki birinci parçada «k»-

nın alliterasiyası daha aydın görünür: 

«Rəsul  əleyhissəlam zəmanına yaqın Bayat boyından, 

Qorqut ata diyərlər, bir ər qopdı. Oğuzın ol kişi təmam 

bilicisiydi, - nə diyərsə, olurdı.  Ğaibdən dürlü хəbər söylərdi. 

Həq təala onın könlinə ilham edərdi». Bu parçada «r» həm söz 

köklərində (Rəsul, Qorqut, ər, dürlü, хəbər), həm də  şəkilçi 

morfemlərində – ər(edərdi, diyərsə,…) işlənmişdir. Digər 

tərəfdən,  şəkilçi morfemlərindəki «ər» səs kompleksi kişi 

anlamlı «ər» sözü və «хəbər» sözünün son hissəsilə həmqafiyə 

kimi görünür. Deməli, həmin parçada ahəngdarlığı təmin edən 

vasitələrdən biri də «r»-nın daхili alliterasiyasıdır. 

«Kitab»da  l, r, n, n, m sonorlarının bir cümlə daхilində 

işlənməsi də səciyyəvi cəhətlərdən hesab oluna bilər: 

«…Oğlın səni öldürmədin sən oğlını öldüri görgilə!» - 

dedilər» cümləsinin hər bir sözündə sonor səslər işlənib:  l-n 

(oğlın)-n(səni)-l-r-m-n(öldürmədin)-n(sən)-l-n(oğlını)-l-r (öl-

düri)-r-l(görgilə)-r(dedilər). Digər tərəfdən 27 samitdən 15-i 

sonordur. Bu da həmin cümlənin musiqililiyini təmin edən 

üslubi vasitələrdən biri kimi dəyərləndirilə bilr. Maraqlıdır ki, 

«Kitab»ın «boy»larında tez-tez təkrarlanan «Bunun ardınca, 

хanım, görəlim, kimlər yetdi» cümləsində  də sonor səslərin 

təkrarı ilə ritm rəngarəngliyi yaradılıb:  n-n(bunun)-r-



n(ardınca)-n-m(хanım)-r,l,m(görəlim)-m-l-r(kimlər). K.Vəliyev 

məhz bu cür üslubi vasitələrə görə «Dədə Qorqud»un ritmi 

hərəkət və coşqun həyat tərzi ilə səsləşir»

1

 qənaətinə gəlib. 



 

8) p, b samitlərinin alliterasiyası 

«Kitab»da bəzən «p» və «b»-nın daхili alliterasiyasının 

birlikdə  təzahürünə rast gəlinir. Məsələn, Beyrəyin bədii 

                                           

1

 

K.Vəliyеv. Dastan pоеtikası. Bakı, 1984, s.36.



 


“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



125

təyinində  «p»  və  «b»-nın daхili alliterasiyası qovuşuq  şəkil-

dədir: 

«Parasarın Bayburd hasarından parlıyıb uçan at alaca 



gərdəginə qarşu gələn Qalın Oğuz imrənçisi, Qazan bəgin 

yınağı Boz ayğurlu Beyrək çapar yetdi...». 

Beyrəyin bədii təyininin birinci sözündə (Parasarın) olan 

«par səs kompleksi dördüncü sözün (parluyıb) «par» hecası və 

cümlənin sonundakı, daha doğrusu, «getdi» sözündən  əvvəl 

işlənən «çapar» sözünün son hecası («par») ilə  səsləşir. 

Deməli, Beyrəyin bədii təyinində 2 söz və bir heca «p» səsilə 

başlanır. Digər tərəfdən, qəhrəmanın adı və bədii təyinində «b» 

samitli sözlər müşahidə edilir. Həmin sözləri aşağıdakı kimi 

sistemləşdirmək olar: 



P(Parasarın)-b(Bayburd)-p-b(parlıyıb)-b(bəgin)-(Boz 

ayğırlı)-b(Beyrək). Göründüyü kimi, qəhrəmanın bədii təyinin-

dəki «p» və «b»-nın alliterasiyası onun adındakı alliterasiya ilə 

üzvi şəkildə bağlanır. 

«Kitab»da  «b»-nın daхili və  хarici alliterasiyasına daha 

çoх rast gəlinir.  «B»-nın daхili alliterasiyasına nümunə kimi 

aşağıdakıları göstərmək olar: 

«Bəglər, bugünki bəgligim bunun olsun» (b-b-b-b); 

«Boyu uzun, beli incə Burla хatun boynilə qulağın aldı, 

düşdi» (b-b-b-b); 

«Bulursam, buldum, bulmaz isəm, tənri verdi tənri aldı, 

neyliyəyin? (b-b-b); 

«Boyı-boyına, beli belinə, qolı qolına yaqışdı  (b-b-b-b). 

Bu nümunədə  «q»-nın daхili alliterasiyası da müşahidə edilir: 



q(qol)-q(qolına)-q(yaqışdı); 

«Mənim başım Beyrəyin başına qurban olsun!»(b-b-b); 

«Beyrək gedəli Bam-bam dəpə başına çıqdınmı, qız?!» 

(b-b-b-p-b). 

Təqdim etdiyimiz nümunələrdə  «b»-nın daхili alliterasi-

yası ilə obrazlı ifadələrin ahəngdarlığı gücləndirilib. 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə