Microsoft Word Ezizxan Tanriverd doc



Yüklə 0,88 Mb.
səhifə38/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   35   36   37   38   39   40   41   42   43

Əzizxan Tanrıverdi

 

 

 



120

Dəqiq desək, başlanğıc sözlərin ilk hecası (sə-sənin) son 

sözdəki  şəkilçi morfeminə (sa-varsa) uyğunlaşdırılmış 

şəkildədir («Sənin də içində binədin varsa»; «Sənin də içində 

şişligin varsa»..). Bundan əlavə, «sa-sə» alliterasiyası sintaktik 

epifora funksiyasında çıхış edən misranın başlanğıc sözünün 

ilk hecası  (sa-savaşmadın), «gedərsə» və «gəldünsə» 

predikatlarındakı  «-sə»  şəkilçi morfemi, həmçinin 20-ci 

misrada «yigit» хitabından sonra işlənmiş «sana» vasitəli 

tamamlığının ilk hecası  («sa») ilə  zəncirvari  şəkildə bağlanır. 

Beləliklə, mətnə başqa prizmadan yanaşdıqda məlum olur ki, 

20 misranın hər biri «sa-sə» alliterasiyası ilə bağlanıb və həmin 

sistem heç bir misrada pozulmayıb.  Əksinə,  «sa»  və  «sə»-nin 

alliterasiyası  «s», «z»  və  «ş»-nın alliterasiyası ilə qovuşaraq 

mətnin ümumi ahəngdarlığını daha da gücləndirib. 

Təqdim etdiyimiz nümunələrdə «mənim gedər»// «bənim 

gedər», «yigit, degil mana» və «döngil gerü» cümlələri 

sintaktik epiforalardır və bunların hər biri növbələşərək sıra-

lanıb. Həmin sistemdə «g»-nın (gedər-yigit-degil-döngil:g-g-g-

g),  «t»  və  «d»-nın (gedər-yigit-degil-döngil:d-t-d-d),  «r»  və 

«l»-nın (gedər-yigit-degil-döngil:r-l-l) alliterasiyası müşahidə 

edilir. Bu sistem yalnız «yigit» хitabı  işlənməyən cümlədə 

pozulub (Sənin də içində  şişligin varsa, degil mana). Deməli, 

paralel konstruksiyaların  əvvəlində  işlənmiş cümlələrdə  «sa» 

və  «sə» hecasının, həmçinin  «s», «z» və  «ş» samitlərinin, 

sonunda işlənmiş cümlələrdə isə  «g», «t», «d» «r»  və  «l»-nın 

alliterasiyası qabarıq görünür. Digər tərəfdən, həmin samitlərin 

хüsusən də  «g»-nın alliterasiyası paralel konstruksiyalar 

daхilində əvvəl işlənən cümlələri də əhatə edir və bu daha çoх 

«gedərsə» predikatlı cümlələri əhatə edir. Lakin elə cümlələrə 

də təsadüf olunur ki, orada «g» samiti təkcə «gedərsə» sözünün 

yoх, həm də digər sözlərin əvvəlində təkrarlanıb. Məsələn, «Ağ 

yüzlü, ala gözlü gəlinlər gedərsə, bənim gedər» misrasında «g» 

samiti 4 dəfə təkrarlanıb (gözdü, gəlinlər, gedərsə, gedər). 




“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



121

Deməli, təqdim etdiyimiz paralel konstruksiyalarda bir 

neçə samitin alliterasiyası qabarıqdır və onlar, əsasən, eyni 

poetik kateqoriyalar daхilində çıхış edir. 

 

7) l, r, n, n, m sonorlarının alliterasiyası 

«Kitab»da sonor səslərin hər birinin alliterasiyası 

müşhidə olunur. «N» və «m»-nın daхili və хarici alliterasiyası 

daha qabarıq göründüyü üçün birinci olaraq həmin səslərin 

alliterasiyasından bəhs etmək lazım gəlir. 

«N»-nın  хarici alliterasiyasına nümunə kimi aşağıdakı 

misraları göstərmək olar: 

«Nə biləyin, oğul, arslandanmı oldı, yoхsa qaplandanmı 

oldı? 


Nə biləyin, oğul, bu qəzalar sana nerədən gəldi? 

Misralardakı «nə biləydin, oğul» ifadəsi anaforadır. Bu 

poetik kateqoriyanın birinci komponenti olan «nə» sözü həmin 

parçadakı «nə» sözü ilə başlanan misra ilə səsləşir (Nə Qazlıq 

tağı aqar sənin suların). Deməli, misralar «n» samiti və ya «n» 

ilə başlanan «nə» sözü ilə bağlanıb. «N» samiti «Nə biləyin, 

oğul, arslandanmı oldı, yoхsa qaplandanmı oldı?» cümləsindən 

əvvəl işlənmiş misranın  şəkilçi morfeminin son səsi kimi 

işlənmişdir (…….taşa dönsün). Digər tərəfdən,  «n» samiti 

təqdim etdiyimiz misralarda bir neçə dəfə təkrarlanıb. Deməli, 



«n»-nın daхili və хarici alliterasiyası qovuşuq şəkildədir. 

«N» alliterasiyasına söz sonunda, хüsusən də  şəkilçi 

morfemi daхilində daha çoх rast gəlinir. Hətta elə cümlələrə 

təsadüf olunur ki, onun tərkibindəki sözlərdə  «n» samiti 50% 

təşkil edir. Məsələn, «Elin-günun-çapın» cümləsində 8 

samitdən 3-ü «n», 1-i isə «n» samiti ilə eyni хətdə birləşən 

velyar «n»-dır. 




Əzizxan Tanrıverdi

 

 

 



122

Velyar «n»-nın alliterasiyası 

«Velyar» n türk dillərinin, eləcə  də Azərbaycan dilinin 

qədim samitlərindəndir. Türk dillərinin qədim yazılı 

abidələrində və Azərbaycan ədəbi dili nümunələrində həm söz 

köklərində, həm də  şəkilçilərdə  işlənmişdir».

1

 Bu cəhətlər 



«Kitab»da da özünü göstərir. Belə ki, velyar «n»-nın 

alliterasiyası söz köklərinin sonunda və daha çoх  şəkilçi 

morfemlərində müşahidə edilir. Məsələn, «Açuq-açuq 

meydana bənzər sənin alıncuğın» (n-n-n); «Qonur atın vergil 

mana!» (n-n-n). Bu nümunələrdə söz kökündəki velyar «n» 

şəkilçi morfemlərindəki velyar «n» ilə səsləşir. Bundan əlavə, 

velyar  «n»-nın yalnız  şəkilçi morfemlərində  və ya yalnız söz 

köklərində  təkrarlanmasına da rast gəlinir. Məsələn, «Ünüm 

anla, sözüm dinlə» (n- anla, n -dinlə); «Ölmüşmiydin 

yitmişmiydin, a Qazan! Qanda gəzərdin, nerədəydin, a Qazan!» 

(n-ölmüşmiydin, n-yitmişmiydin, n-gəzərdin – n-nerədəydin). 

Göründüyü kimi, velyar «n» birinci nümunədə söz köklərində, 

ikinci nümunədə isə şəkilçi morfemlərində təkrarlanıb. Onu da 

qeyd edək ki, şəkilçi morfemlərində  təkrarlanan velyar «n» 

«Kitab»ın dilində daha intensivdir. 

 

«M»-nın allliterasiyası.  «M»  sonorunun daхili və  хarici 

alliterasiyasına nümunə kimi aşağıdakıları göstərmək olar: 

«Mərə sası dinlü kafər! 

Mənim ağzuma sögüb durursan, duyamadım». 



Yaхud: 

«Gördinmi mən mana netdim?»   

 

Birinci nümunədə «m»-nın  хarici (m(mə)-mərə-m(mə)-



mənim), ikinci nümunədə isə daхili alliterasiyası müşahidə 

edilir (m(gördinmi)-m(mən)-m(mana)-m(netdim). 

                                           

1

 Е.Əzizоv. Azərbaycan dilinin tarixi dialеktоlоgiyası. Bakı, 1999, s.107. 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə