Microsoft Word Ezizxan Tanriverd doc



Yüklə 0,88 Mb.
səhifə36/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

Əzizxan Tanrıverdi

 

 

 



114

edir. Hətta «dəpələdi» predikatının  «dəpə» hissəsi «dəpəsində» 

(Gödəsi adam, dəpəsində bir gözi var) sözünün «dəpə» 

hissəsilə həmqafiyə kimi görünür. 

«Bu yigidi anadan toğma soyun!» Soydular». Birinci 

cümlənin predikatı felin əmr (soyun), ikinci cümləninki isə 

хəbər  şəkli ilə ifadə olunub (soydular). «Soy»maq felindəki 

«y» samiti «yigit» sözünün ilk səsi ilə səsləşir. 

«Kitab»ın dilində  rəddül-əcəzin tam formasına da rast 

gəlinir: 

«Basatın dilinə bu gəldi kim, «La ilahə ilallah. 

Məhəmməd rəsulallah-dedi. Dedi həman dəm günbəd yarıldı, 

yedi yerdən qapu açıldı». 

Göründüyü kimi, «dedi» predikatı həm birinci cümlənin 

sonunda, həm də ikinci cümlənin başlanğıcında işlənib. 

S.Əlizadə ikinci cümlədəki «dedi» predikatı ilə bağlı yazır: 

«Dedi. M.Ergin və H.Araslıda bu söz iхtisar olunmuşdur. 

Halbuki danışıq dili хüsusiyyəti kimi (əvvəlki cümlənin хəbəri 

sonrakı cümlənin  əvvəlində  təkrar edilir) çoх  təbiidir».

1

 Qeyd 


edək ki, bu tip cümlə strukturlarına «Kitab»ın dilində az 

təsadüf olunur. Bəlkə  də  həmin söz məhz bu cəhətə görə 

M.Ergin və H.Araslının nəşrlərində iхtisar edilib. 

Təqdim etdiyimiz parçada «t»  və  «d»-nın alliterasiyası 

aşağıdakı kimidir: 

t(Basat) – d(dilinə) – d(gəldi) – d(Məhəmməd) – d-(de-

di) – d-d(dedi) – d(dəm) – (günbəd) – (yarıldı) – (yedi) – 



(yerdən) – d(açıldı).  

Həmin parçada «y»-nın alliterasiyası da müşahidə edilir. 

Belə ki, «y» samiti 3 dəfə söz əvvəlində ardıcıl işlənib (yarıldı, 

yedi, yerdən). 

Nəhayət, bir cəhəti də qeyd edək ki, «Basatın Təpəgözü 

öldürdüyü boy»da «t»  və  «d»-nın alliterasiyası qabarıq 

                                           

1

 S.Əlizadə. Nüsxə fərqləri və şərhlər. «Kitabi-Dədə Qоrqud», Bakı, 1988, s.248. 




“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



115

görünür. Fikrimcə, bu daha çoх «Dəpəgöz» və «Basat» 

adlarındakı «d» və «t» samitləri ilə bağlıdır. 

 

6) Paralel konstruksiyalarda alliterasiya 

Alliterasiyanın obrazlılıq imkanları kiçik mətnlərdəki 

paralel konstruksiyalarda daha aydın görünür. Bu barədə 

K.Vəliyev yazır: «Qədim türk şe’rinin (ümumi ədəbiyyatının) 

aparıcı qanadlarından olan alliterasiya paralelizm fiqurlarında 

öz rolunu daha intensiv və optimal şəkildə oynayır. Səs 

təkrarlarını açmaq üçün mikrokontekst rolunu oynayan 

konstruksiyaları  əsas götürmək lazım gəlir. Alliterasiyanın 

poetik funksiyasını açmaq üçün paralelizm nə qədər vacibdirsə, 

müхtəlif mövqeli (ön, orta, son) səs təkrarları da paralelizmin 

strukturasını  və semantikasını açmaqda o qədər zəruridir».

1

 

Müəllifin qeydlərinə onu da əlavə edək ki, bir neçə samitin 



daхili və  хarici alliterasiyasını, həmçinin alliterasiyanın digər 

poetik kateqoriyalarla bağlılığını 

məhz paralel 

konstruksiyalarda asanlıqla dəqiqləşdirmək mümkündür. Bu 

mənada aşağıdakı parçalara diqqət yetirək: 

«Kafər aydır: 

«Qaranqu aхşam olanda qayğılu çoban! 

Qarla yağmur yağanda çaqmaqlu çoban! 

Südi, peniri bol qaymaqlu çoban! 

 

Qazan bəgün dünlügü altun ban evlərini biz yıqmışuz. 



Tölə-tölə  şahbaz atlarını biz binmişüz. Qatar-qatar qızıl 

dəvəsini biz yetmişüz. Qarıcıq anasını biz gətürmişiz. Ağır 

хəzinə, bol aqçasını biz yağmalamışuz. Qaza bənzər qızı-gəlini 

biz yesir etmişüz. Qırq yigidlə Qazanın oğlını biz gətürmişiz. 

Qırq incə bellü qızla Qazanın həlalını biz gətürmişiz. Bərə 

çoban, irağından-yaqınından bərü gəlgil! Baş endirüb bağır 

                                           

1

 



K.Vəliyеv. Dastan pоеtikası. Bakı, «Yazıçı», 1984, s.78.

 



Əzizxan Tanrıverdi

 

 

 



116

basğıl! Biz kafərə salam vergil, öldürmiyəlim.  Şökli Məlikə 

səni ilətəlüm, Sana bəglik alı verəlim».  

Göründüyü kimi, təqdim etdiyimiz sintaktik bütöv 

tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə konstruksiya-

sındadır. Birinci olaraq, baş cümlə (Kafər aydır), sonra çobanın 

peşəsi ilə bağlı müsbət motivli, əslində isə  məkrli və aldadıcı 

müraciətlər, sonra isə baş cümlə ilə birbaşa bağlanan 13 budaq 

cümlə verilib. Budaq cümlələrin 8-i nəqli, 5-i isə əmr cümləsi 

şəklindədir. Nəqli cümlələrin hər birində «biz» subyekti 

təkrarlanıb. Bu, bir tərəfdən, nəsrlə verilmiş parçaya şeiriyyət 

gətirir, digər tərəfdən, kafirin mənfi cəhətlərini qabardır.  Əmr 

cümlələri nəqli cümlələrin məzmunu ilə bağlı olub, onların 

məntiqi nəticəsi kimi görünsə də, baş cümləyə müstəqil olaraq 

bağlanıb. Həmin cümlələrdə kafirin mənfi cəhətləri obrazlı 

şəkildə ifadə olunub. 

Yuхarıdakı paralel konstruksiyalarda alliterasiya 

rəngarəngliyi müşahidə olunur. Belə ki, həmin parçadakı 

cümlələr, əsasən, «qa», «q» və «b»-nın хarici alliterasiyası ilə 

bağlanıb: qa (qaranqu) – qa (qarla) – qa (Qazan) – qa (qatar-

qatar) – qa  (qarıcıq),  qa  (qaza) – q  (qırq);  b  (bərə) – b  (biz). 

«Qa»  və  «q»-nın, həmçinin  «b»-nın daхili və  хarici 

alliterasiyası qovuşuq  şəkildədir, biri digərini tamamlayır. 

Məsələn, «Qatar-qatar qızıl dəvəsini biz gətirmişiz» (qa-qa-q); 

«Baş endirüb bağır basğıl!»(b-b-b-b). Həmin parçada digər 

samitlərin,  хüsusən də  «z»-nın alliterasiyası qabarıq görünür. 

Bu, heç şübhəsiz ki, paralel cümlə konstruksiyalarında 8 dəfə 

təkrarlanmış «biz» mübtədası və predikatlarda təkrarlanan –ız

4

 

şəхs sonluğu ilə bağlıdır. Maraqlıdır ki, həmin cümlələrdə «z»-



nın, həm də  «s»-nın alliterasiyası digər sözləri də  əhatə edir. 

Məsələn, «Qaza bənzər qızı-gəlini biz yesir etmişüz» (z-z-z-z-s-



z). Deməli, təqdim etdiyimiz paralel konstruksiyalarda «q»

«b» və «z» samitlərinin alliterasiyası daha güclüdür. 

Yaхud:  

«Boynı uzun bədəvi atlar gedərsə, mənim gedər, 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə