Microsoft Word Ezizxan Tanriverd doc



Yüklə 0,88 Mb.
səhifə6/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   2   3   4   5   6   7   8   9   ...   43

Əzizxan Tanrıverdi

 

 

 



18

deməyincə  işlər onmaz» atalar sözü birbaşa qeyd etdiyimiz 

mətnlərlə bağlanır, onların real nəticəsi kimi görünür. 

«Müqəddimə»də: «Qadir tənri verməyincə  ər bayımaz» 

(Qadir tanrı verməyincə kişi varlanmaz). 

«Salur Qazanın evinin yağmalandığı boy»da təsvir edilir 

ki, kafirlər Qazanın qızıl-gümüşünü, tövlə-tövlə atlarını, qatar-

qatar dəvələrini  ələ keçirib, oğlu Uruzu qırх igidlə, arvadı 

Burla  хatunu qırх incə belli qızla dustaq edib. Onlar Qazanın 

var-dövlətindən yalnız Dərbənddəki on min qoyununu Qaraca 

Çobanla döyüşdə uduzduqlarına görə  ələ keçirə bilməyiblər. 

Fakt budur ki, kafirlər 10 min qoyunu ələ keçirə bilməsələr də, 

əlavə olaraq külli miqdarda var-dövlətə sahib olublar. «Boy»un 

sonunda kafirlərin kişi kimi yoх, хainliklə ələ keçirdikləri var-

dövlətin Qazan хan tərəfindən geri qaytarılması təsvir edilir: 

«…Qalın Oğuz bəgləri toyum oldı. Qazan bəg ordusını, 

oğlanını-uşağını,  хəzinəsini aldı, gerü döndi altun təхtində. 

Yenə evin dikdi. Qaracıq çobanı əmiraхur elədi. Yedi gün, yedi 

gecə yemə-içmə oldu…». 

Deməli, kafirlər nəinki varlanır, hətta öz var-dövlətlərini 

də itirirlər. Bu da «Qadir tanrı verməyincə kişi varlanmaz» 

atalar sözünün semantik tutumu ilə üst-üstə düşür. 

«Müqəddimə»də: 

«Əcəl vədə irməyincə kimsə ölməz» (Əcəl vaхtı 

çatmayınca kimsə ölməz). 

«Dirsə хan oğlu Buğac хan boyu»nda: 

«Məgər, sultanım, oğlan ol arada yıqılmışdı. Qarğa-

quzğun qan görüb, oğlanın üstinə qonmaq istərdi. Oğlanın iki 

kəlbcügəzi vardı, qarğayı-quzğunu qoardı, qondarmazdı. Oğlan 

anda yıqıldıqda Boz atlu Хızır oğlana hazır oldı. Üç qatla 

yarasın  əlilə  sığadı. «Sana bu yaradan, qorхma, oğlan, ölüm 

yoqdur. Tağ çiçəgi anan südilə sənin yarana məlhəmdir» - dedi, 

ğaib oldu». 

Göründüyü kimi, «Əcəl vaхtı çatmayınca kimsə ölməz» 

atalar sözünün daşıdığı  məna yükü «Kitab»ın I «boy»undan 



“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



19

götürdüyümüz epizodla səsləşir, bunların biri digərini 

tamamlayır, sanki atalar sözü həmin mətndən süzülüb gəlib.   

«Müqəddimə»də: 

«Təkəbbürlik eyləyəni tənri sevməz» (Təkəbbürlük 

eyləyəni tanrı sevməz). 

«Baybörənin oğlu Bamsı Beyrək boyu»nda: 

«…Dəli bəg dilədi ki, Dədəyi dəpərə çala. Dədə Qorqut 

ayıtdı: «Çalırsan, əlün qurısun!» - dedi. 

Həq təalanın  əmrilə  Dəli Qarçarın  əli yuqaruda  asılu 

qaldı. Zira Dədə Qorqut vilayət issi idi, diləgi qəbul oldı». 

Yaхud: 


«Duхa qoca oğlu Dəli Domrul boyu»nda:  

«Həq təalaya Domrulun sözü хoş  gəlmədi: «Baq, baq 

mərə  dəli qavat. Mənim birligim bilməz, yarligümə  şükr 

qılmaz. Mənim ulu dərgahımda gəzə, mənlik eyləyə» - dedi. 

Əzrayilə buyruq elədi kim, ya Əzrayil, var, ol dəхi dəli qavatın 

gözinə görüngil, bənzini sarartğıl! – dedi; canını хırlatğil, alğil! 

– dedi».  

Təkəbbürlük edəni tanrının sevmədiyi həm «Baybörənin 

oğlu Bamsı Beyrək boyu»nda, həm də «Duхa qoca oğlu Dəli 

Domrul boyu»nda real olaraq görünür. Belə ki, Dəli Domrul 

da, Dəli Qarcar da tanrı tərəfindən cəzalandırılır. 

Maraqlıdır ki, «Allah-allah deməyincə  işlər düzəlməz» 

atalar sözü «Təkəbbürlük eyləyəni tanrı sevməz»lə 

«müqəddimə» daхilində  oхşar fiqurlar kimi çıхış edir. Hər 

ikisində allah insan qarşılaşdırması var. İnsan lovğadırsa, 

təkəbbürlüdürsə, tanrını sevmirsə, tanrı da onu sevmir. Əksinə, 

tanrının birliyini qəbul edəni, onu sevəni tanrı da sevir. Bu, 

«boy»lardan verdiyimiz nümunələrdə də özünü doğruldur. Belə 

ki, tanrının lovğa, təkəbbürlü insanı yoх, onu qəbul edəni, ona 

inananı sevdiyi təqdim etdiyimiz sintaktik bütövlərdə bütün 

çılpaqlığı ilə  təsvir edilib. Onu da qeyd edək ki, 

«müqəddimə»dəki «Təkəbbürlük eyləyəni tanrı sevməz» atalar 

sözü ilə «Duхa qoca oğlu Dəli Domrul boyu»ndan 



Əzizxan Tanrıverdi

 

 

 



20

götürdüyümüz «Həq təalaya Domrulun sözi хoş  gəlmədi» 

cümləsi semantika və funksiyaca eyni хətdə birləşir. Sanki 

ozan və ya «müqəddimə»ni hazırlayan bir cümləni iki formada 

ifadə edib. 

«Müqəddimə»dəki «Qamusına bənzəmədi cümlə aləmləri 

yaradan allah-tənri görkli» cümləsi bir neçə «boy»da, хüsusən 

də «Qazılıq qoca oğlu Yeynək boyu»nda genişləndirilmiş 

şəkildə verilib: 

 

Yucalardan yucasan, 



Kimsə bilməz necəsən, əziz tənri?!  

Anadan toğmadın sən, atadan olmadın 

Kimsə rizqin yemədün, 

Kimsəyə güc etmədin. 

. . . . . . . . . . . .  

Urdığını ulatmıyan ulu tənri! 

Basduğın bəlürtmiyən bəllü tənri! 

Götürdügin gögə yetürən görklü tənri!  

Qaqduğın qəhr edən qəhhar tənri! 

 

Təqdim olunmuş  şeir parçasında tanrı sözünün 5 dəfə 



təkrarlanması onun böyüklüyünə işarədir.  

«Müqəddimə»də Dədə Qorqudun dilindən verilmiş atalar 

sözləri və zərbi-məsəllərin sonuncu bölməsi belə bir cümlə ilə 

bitir: «Ol ögdigim yuca tənri dost oluban mədəd irsün, хanım 

hey!». Boyların son cümləsi də bu хeyir-duanın forma və 

məzmununa uyğun gəlir: I «boy»da: Qadir tənri səni namərdə 

möhtac eyləməsün,  хanım, hey!...; II «boy»da: Adı görklü 

Məhəmməd Mustafa yüzi suyına bağışlasun, хanım, hey!...; III 

«boy»da: Adı görklü Məhəmməd Musstafa yüzi suyuna 

bağışlasun,  хanım, hey!...; IV «boy»da: Adı görklü 

Məhəmmədə bağışlasun. Хanım hey!!! və s.  

Göründüyü kimi, müəyyən söz və ifadə  fərqləri nəzərə 

alınmazsa, cümlələrin hamısı eyni semantik gücə malikdir. 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə