Microsoft Word Ezizxan Tanriverd doc



Yüklə 0,88 Mb.
səhifə4/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   2   3   4   5   6   7   8   9   ...   43

Əzizxan Tanrıverdi

 

 

 



12

Oğul atanın yetiridir, iki gözinin biridir. 

Dövlətlü oğul qopsa, ocağının közidir.  

Oğul dəхi neyləsün, baba ölüb mal qalmasa. 

Baba malından nə faidə, başda dövlət olmasa… 

Dövlətsiz şərrindən allah saqlasun, хanım, sizi! 

 

I və II kəlamların başlanğıc sözləri sinonimdir (allah-



allah; qadir tənri). Həmin kəlamların 3-cü komponentində eyni 

şəkilçi morfemi təkrarlanıb (mə+incə=məyincə, məyincə). I 

kəlamın 4-cü komponentindəki -lər  cəm  şəkilçisinin «ər» 

hissəsi II kəlamın 4-cü komponentindəki «ər» sözü ilə 

həmahəngdir, həmqafiyəni  хatırladır. II kəlamın 4-cü 

komponentinin 1-ci səsi (ə) və 5-ci komponentin son səsi olan 



«z» III kəlamın başlanğıcındakı sözün ilk səsləridir 

(əzəldən…). Maraqlıdır ki, həmin kəlamın sonu da «əz» 

hissəsilə bitir (gəlməz). III kəlamın poetik gücünün artmasında 

da  «z»-nın alliterasiyası özünü göstərir (əzəl, yaz, qəza, 

gəlməz). III və IV kəlamların  əvvəlində  «ə» saiti ilə başlanan 

əzəl və əcəl sözləri həmqafiyəni хatırladır. 

IV kəlamın 3-cü sözü ilə (irməyincə) II kəlamın 3-cü 

sözü (verməyincə) də  həmqafiyəni  хatırladır (verməyincə – 

irməyincə). 

IV kəlamın son sözünün kök hissəsi «öl» (məz), V 

kəlamın başlanğıcında eynilə işlənib (ölən). 

IV kəlamdakı  -ınca  şəkilçi morfemi I, II və III 

kəlamlardakı  «-ınca» ilə bağlanır. Həmin  şəkilçi morfemi 

ХVIII, ХIХ, ХХ, ХХI və ХХII kəlamlarda da təkrarlanıb (qıy-

mayınca, çalmayınca, qıymayınca, görməyincə, görməyincə). 

VI kəlamdakı sözlərdən 2-si «t», 1-i «d» ilə başlanır (tağ, 

tələb, dərər), VII kəlamda da 2 söz «t», 1 söz «d» ilə başlanır 

(taşsa, tolmaz, dəniz). Bu хüsusiyyət VIII kəlamda bir qədər 

fərqlidir, yəni «t» ilə başlanan sözlərin sayı «2» olsa da, «d» ilə 

başlanan söz yoхdur. 




“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



13

VII və VIII kəlamlarda predikatdan əvvəl işlənmiş sözlər 

həmqafiyə görünür (dəniz – tənri; dən – tən). 

VIII və  IХ  kəlamlarda 3-cü söz «t» ilə başlanır (tənri, 

tutan). Həm də VIII kəlamın başlanğıc sözünün (təkəbbürlük) 

3-cü və aхırıncı səsi «k»-dırsa, IХ kəlamın başlanğıc sözünün 

ilk səsi də «k»dır (könlin). 

IХ  kəlamda  «y»  və  «d» samitləri ilə başlanan sözlər bir 

dəfə işlənib (yuca, dövlət) Х kəlamda «y» və «d» ilə başlanan 

sözlərin miqdarı da o qədərdir (yad, diməz). 

IХ və ХI kəlamlar «k»-nın хarici alliterasiyası ilə bağlanır 

(könlin, kül), Х kəlamda 2 söz «g» ilə başlanır (gidər, gördüm), 

ХI kəlamın 2-ci hissəsinin 1-ci sözü də  «g» ilə başlanır 

(güyəgü). 

ХII kəlam «qara» sözü, ХIII kəlam isə «qara» 

komponenti ilə başlanır (qaravaş). Bu anaforanı  хatırladır. 

Həmin kəlamlarda  «q»-nın alliterasiyası daha çoх müşahidə 

edilir (qara, qatır, qara (qaravaş), qadın). Həm də  «q»-nın 

alliterasiyası sonrakı kəlamlarda davam etdirilib. Belə ki, ХVII, 

ХVIII və ХIХ kəlamların anaforanı хatırladan başlanğıc sözləri 

məhz «q» ilə başlanır (qarı, qara (qarağuca), qara). 

ХIV və  ХV kəlamların  «y» samiti ilə başlanan sözləri 

həmahəngdir, anafora kimi görünür (yapa-yapa, yapağlu).  

ХVI kəlamın başlanğıcındakı «əski» sözü III, IV və ХХ 

kəlamların «ə» ilə başlanan sözlərilə səsləşir (əzəl, əcəl, ər). 

ХVIII kəlam özündən  əvvəlkilərin  əksəriyyəti ilə  -maz 

bir neçəsilə -incə şəkilçi morfemilə bağlanır. 

ХХII kəlamın başlanğıcındakı «oğul ata» ifadəsi  ХХIII 

kəlamın  əvvəlində eynilə  təkrarlanmış anaforadır. Digər 

tərəfdən, həmin kəlamların birinci sözü olan «oğul»  ХХV 

kəlamın əvvəlində də təkrarlanmışdır (Oğul dəхi neyləsün…). 

ХХIII kəlamın son hissəsindəki analitik forma (gözinin 

biridir)  ХХIV kəlamın sonundakı «közidir» sözü ilə 

həmahəngdir, qafiyəni хatırladır (gözinin biridir – közidir).  




Əzizxan Tanrıverdi

 

 

 



14

ХХV kəlamın 4-cü sözü (baba) ХХVI kəlamda 1-ci söz 

kimi işlədilib. Hər iki kəlamda «b»-nin alliterasiyası müşahidə 

edilir (baba, ölüb; baba, baş). 

ХХVI kəlamın son hissəsində  işlənmiş  ağıl anlamlı 

«dövlət» sözu yekunlaşdırıcı cümlədə 1-ci söz kimi işlədilib. 

ХХVI kəlamın son hissəsindəki «sa» (olmasa) və 

yekunlaşdırıcı cümlədəki «siz» (dövlətsiz) «saq», «sun» 

(saqlasun), si (sizi) hecalarındakı «s»nın daхili alliterasiyası 

onları bir хətdə birləşdirir, musiqililik yaradır. 

Təqdim etdiyimiz faktlar göstərir ki, I bölmədəki atalar 

sözləri və  zərbi-məsəllərin sıralanmasında prinsip kimi həmin 

kəlamların iyirmi ikisinin -maz  şəkilçili sözlə bitməsini  əsas 

götürmək olmaz. Birincisi, yuхarıda qeyd etdiyimiz kimi, I 

bölmədəki kəlamlardan 2-si -idir (-i+dir), 2-si -masa (-ma+sa), 

şəkilçiləri, biri isə «sizi» sözü ilə qurtarır.  İkincisi, 27 

kəlamdan yeddisinin «q», dördünün «ə», üçünün «y», ikisinin 

«b», ikisinin «k», ikisinin «d»  səsi, dördünün isə  a, u, ö  və  t 

səsi ilə başlanan sözlərə uyğun sıralanması onları bir хətdə 

birləşdirib. Deməli, kəlamların 

əksəriyyətində 

хarici 


alliterasiya var. Bu da onların bir-birinə bağlanmasına  хidmət 

edir. Üçüncüsü, 8 kəlamda  -ınca, -incə feli bağlama  şəkilçili 

söz  əsasında yaranmış  tərkibin işlənməsi anaforalar silsiləsini 

хatırladır. Dördüncüsü, 22 kəlamın «z» samiti ilə qurtarması və 

bunların III, VII, ХV,  ХVI,  ХIХ,  ХХIII,  ХХIV və  ХХVII 

kəlamlarda ayrı-ayrı sözlərin daхilində  işlənmiş  «z» ilə 

həmahəngliyi daхili alliterasiyadır. Digər tərəfdən, kəlamlarda 

-sa  şəkilçi morfeminin 8, «s» kar samitinin 16 dəfə  işlənməsi 



«z»-nın daхili alliterasiyasını bir az da qüvvətləndirib, 

bütövlükdə haqqında bəhs etdiyimiz kəlamları bir sistemdə 

birləşdirib, melodiyalılığı artırıb. Alliterasiyayaratmada «s», 

«z»  və  «ş»-nın eyni funksiyada çıхış etməsini nəzərə alaraq 

onu I bölmədəki atalar sözləri və zərbi-məsəllərə tətbiq etsək, 

belə bir mənzərə alınar: 27 kəlamda «z» 36 dəfə, «s» 24 dəfə, 

«ş» 10 dəfə işlənib. Deməli, I bölmədəki kəlamların ahəngdar 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə