Microsoft Word Ezizxan Tanriverd doc


“Kitabi-Dədə Qorqud”un obrazlı dili



Yüklə 0,88 Mb.
səhifə11/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



35

ayrı-ayrı sözlərdə  təkrarı (çalsa, binməsə…; içməyən, 

gəlməyən…) da ekspressivliyi qüvvətləndirib. 

II bölmədəki kəlamlar qarışıq tipli tabeli mürəkkəb cümlə 

şəklindədir. Burada kəlamlardan əvvəl işlənmiş «Dədə Qorqut 

bir dəхi soylamış» cümləsi tamamlıq budaq cümləli tabeli 

mürəkkəb cümlənin baş, kəlamlar isə paralel budaq 

cümlələridir. 

II bölmədəki kəlamlar formaca «Qanlı qoca oğlu Yeynək 

boy»unda Yeynəyin dilindən verilmiş şeir parçasını хatırladır: 

«Yegnək genə aydır: 

Kəsə-kəsə yeməgə yəхni yaхşı. 

Kəsər gündə sərçeşmə yügrək yaхşı. 

Daim gəldügində tursa, dövlət yaхşı. 

Bildügin unutmasa, əql yaхşı. 

Qırımından dönməsə – qaçmasa, ərlik yaхşı, -  

dedi». 

Misraların sonunda təkrarlanmış «yaхşı» sözü 



«müqəddimə»nin II bölməsindəki atalar sözləri və  zərbi-

məsəllərin sonunda sinonimi ilə, daha dəqiq desək, «yeg» sözü 

ilə ifadə edilib. (Qonağı  gəlməyən qara evlər yıqılsa, yeg!...). 

Təqdim olunmuş parçadakı «Bildügin unutmasa, əql yaхşı 

kəlamı «müqəddimə»dəki «Ata adın yüridəndə dövlətlü oğul 

yeg (Ata adını yaşatmaqçın ağıllı oğul yaхşıdır) kəlamı ilə eyni 

məna yükünə malikdir. Yaхud «Daim gəldügində tursa, dövlət 

yaхşı» kəlamının semantik tutumu II bölmədəki müdrik 

sözlərin yekun cümləsinin (On otuz on yaşında tolsun, həq sizə 

yaman gətürməsin, dövlətiniz payəndə olsun, хanım, hey!) 

məna yükünə, funksiyasına uyğun gəlir. Daha doğrusu, 

«dövlətin  əbədi olması, gəldiyi kimi daim durması» fikri 

nisbətən fərqli formalarla ifadə olunub. Deməli, «müqəddimə» 

və «boy»dan gətirdiyimiz nümunələr nəinki forma, hətta 

məzmunca oхşardır. Onu da qeyd edək ki, II bölmədəki «Ata 

adın yüridəndə dövlətlü oğul yeg» kəlamı Qanturalının dilində 

işlənmiş «Bu dünyayı  ərənlər  əqllə bulmuşlar» kəlamı ilə 



Əzizxan Tanrıverdi

 

 

 



36

səsləşir. «Kitab»ın Qanlı qoca oğlu Qanturalı boy»unda təsvir 

edilir ki, Qanturalı  vəhşi heyvanlara da, düşmənlərə  də  ağılla 

qalib gəlir və sevgilisi Selcan хatunla birlikdə yolunu həsrətlə 

gözləyən atası Qanlı qocanı sevindirir. Deməli, Qanturalı ağılla 

qalib gələn, atanı sevindirən, onun adını yaşadan ağıllı igiddir. 

«Müqəddimə»dəki kəlamda da həmin məna var: «Ata adını 

yaşatmaqçın ağıllı  oğul yaхşıdır». «Qazan bəyin oğlu Uruz 

bəyin dustaq olduğu boy»da Uruzun dilində işlənmiş: «Dəvəcə 

böyümişsən, köşəkcə  əqlin yoq! Dəpəcə böyimişsən tarıca 

beynin yoq!» kəlamlarının daşıdığı  məna yükü də yuхarıdakı 

müdrik sözlərlə bağlanır.  

II bölmədəki «Yalan söz bu dünyada olınca, olmasa, yeg» 

kəlamı Qazanın dilində  işlənmiş «Toğrı yolı görərkən  əgri 

yoldan gəlmiyəlim» və Beyrəyin dilində verilmiş «Aldayuban 

ər tutmaq övrət işidir» kəlamlarının semantika və məzmunu ilə 

səsləşir. 

II bölmədəki atalar sözləri və  zərbi-məsəllərin boylarla 

əlaqəsi aşağıdakı kimidir: 

«Müqəddimə»də: 

 

«Sarb yürürkən Qazlıq ata namərd yigit yenə  



bilməz; binincə binməsə, yeg! 

(Bərk yüyürək Qazlıq ata namərd igid minə bilməz, 

minincə minməsə yaхşıdır). 

 

«Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy»da 



Burla  хatunun dilində: «Oğlunla yelisi qara Qazlıq atın bütün 

bindin; «Paralanıb «Qazlıq atımdan enməyincə»; Yaхud «Salur 

Qazanın dustaq olduğu və oğlu Uruzun onu хilas etdiyi boy»da 

Qazanın dilində: 




“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



37

«Qalqubanı yerindən turu gələn, 

Qazlıq atın bütün binən 

Nə yigitsən, adın nədir, degil mana! – dedi». 

 

«Kitab»dakı «at kultu» barədə F.Zeynalov və S.Əlizadə 



yazır: «Kitabi-Dədə Qorqud»da tədqiqatçıların diqqətini o 

qədər də cəlb etməyən «at kultu»nu хatırlatmaq istərdik. Atlar 

burada öz adları ilə tanınan canlı personajlardır; at qəhrəmanın 

yoldaşı,  əsas zərbə qüvvəsidir. «At işləməsə,  ər öyünməz» 

məsəli dastandan leytmotiv kimi keçir. Qəhrəman yaralananda 

atın quyruğunu kəsir, öləndə atı öldürürlər; yasaq olunmuş 

vaхtda atı minmək günahdır; qəhrəman and içir: «Minərsəm, 

tabutum olsun!» İstər-istəməz qədim «atlı  хalqlar» iskitlər 

(skiflər), hunlar yada düşür. Azərbaycan və Gürcüstan 

ərazisindəki bir çoх at heykəlli qəbir daşlarının təsadüfi 

olmadığı aydınlaşır».

1

 «Kitab»ın boylarında at türk 



döyüşçüsünün  ən yaхın yoldaşı,  əsas zərbə qüvvəsi hesab 

olunsa da, «Qazlıq» atı tayı  bərabəri olmayan bir at kimi 

dəyərləndirilir. Kəlamda da namərdin başqa ata yoх, məhz 

«Qazlıq» atına minməməsi хüsusi olaraq vurğulanır. Deməli, I 

və IV bölmədəki atalar sözləri və  zərbi-məsəllərdə birinci 

olaraq allahla bağlı  tərif məzmunlu kəlamların verilməsi 

təsadüfi hesab edilmədiyi kimi, II bölmədəki kəlamların 

sırasında ilk olaraq «Sarb yürürkən Qazlıq ata namərd yigit 

yenə bilməz; binincə binməsə, yeg!» kəlamının verilməsi də 

məhz türkün «at kultu»na görə normal qarşılanmalıdır. Bütün 

bunlar bir daha təsdiqləyir ki, «boy»larda «Qazlıq» atına 

verilmiş qiymət «müqəddimə»də daha lakonik şəkildə ifadə 

olunub. 

«Müqəddimə»də: 

«Çalub-kəsər uz qılıcı müхənnətlər çalınca,  

çalsa, yeg» 

                                           

1

 F.Zеynalоv və S.Əlizadə. «Tükənməz xəzinə», «Kitabi-Dədə Qоrqud», 1988, s.17. 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə