Microsoft Word Ezizxan Tanriverd doc


“Kitabi-Dədə Qorqud”un obrazlı dili



Yüklə 0,88 Mb.
səhifə19/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



61

oldu», «Ağ saqallu əziz, izzətlü, canım baba!» və s. kimi 

cümlələrin ümumiləşdirilmiş forması kimi görünür. Digər 

tərəfdən, «boy»lardakı Baybörə  bəy, Qanlı qoca, Uşun qoca 

kimi ağsaqqallar məhz «görkli baba»lardır (gözəl atalardır). 

«Müqəddimə»də: 

«Ağ südin toya əmzirsə, ana görkli» (Ağ südünü doyunca 

əmizdirsə, ana gözəldir). 

«Boy»larda anaya хüsusi hörmət və məhəbbət var. Hətta 

bu hörmət o qədər böyükdür ki, o, tanrıya bərabər tutulur. 

«Anna haqqı, tanrı haqqı» kəlamı da bu münasibətin nəticəsi 

olaraq yaranıb. 

«Ağ südin toya əmzirsə, ana görkli» cümləsi «boy»lar-

dakı ana obrazları ilə bağlansa da, ananın böyüklüyünü tam 

şəkildə ifadə etmir. Çünki «boy»lardakı analar nəinki 

övladlarını doyunca əmizdirir, hətta doyunca əmizdirərək 

böyütdükləri övladları dara düşəndə sanki yenidən əmizdirmək, 

süd vermək istəyirlər. Burla хatunun dilində  işlənmiş 

«Qurumuşca köksimdə südim oynar», Dirsə  хanın  хatununun 

dediyi «Kəsilsün oğlan  əmən süd tamarım yaman sızlar» 

misraları buna sübutdur. «Dirsə хan oğlu Buğac хan boy»unda 

isə Buğac ana südünün köməyilə sağalır, ana sanki yenidən 

əmizdirir: 

«…Oğlanın anası  əmcəgini bir sıqdı, südi gəlmədi.  İki 

sıqdı, südi gəlmədi. Üçüncidə kəndüyə zərb eylədi, qanı toldı. 

Sıqdı, südlə qan qarışıq gəldi…». 

Əslində qeyri-real olan bu səhnə  məhz ana südünə görə 

real görünür. T.Hacıyev yazır: «Çıхsın mənüm gözlərim, Dirsə 

хan, yaman səyrür. Kəsilsün oğlan əmən süd damarım, yaman 

sızlar» - qədim adət, onun ana orqanizmindəki həssaslıqla bağlı 

fizio-psiхoloji mənbəyi. Deməli, bu хurafat deyil, ana duyğu-

sundan gəlir: gözü səyrimək, döşü sızıldamaq həssas anaların 




Əzizxan Tanrıverdi

 

 

 



62

kəşfi – maqnitizmidir».

1

 Bu qeydlər də «boy»lardakı anaların 



həssaslığını, hiss və həyəcanlarının güclü olduğunu təsdiqləyir. 

«Boy»larda anaların övladlarına doyunca süd 

əmizdirməsi dönə-dönə vurğulanmış  və yüksək pafosla ifadə 

olunmuşdur. Məsələn, ananın dilində – «Tolab-tolab ağ südimi 

əmzirdigim oğul»; oğulun dilində – «Bərü gəlgil, aq südin 

əmdigim, qadınım ana!». «Boy»larda dünyaya gətirdiyinin 

bələyini beşikdə  bələyən, ona doyunca süd verən ana ilə 

bərabər, Təpəgöz kimi vəhşini  əmizdirən, ağ südünü ondan 

əsirgəməyən ana da var. Amma Təpəgöz ana südünü vəhşi 

kimi  əmir və birinci olaraq ona süd verəni, onu yaşatmaq 

istəyini öldürür: 

«Aruz Dəpəgözi aldı, evinə  gətürdi. Buyurdı bir dayə 

gəldi. Əmcəgini ağzına verdi. Bir sordı, olanca südin aldı. İki 

sordı, qanın aldı. Üç sordı, canın aldı. Bir qac dayə gətürdilər, 

həlak etdi. Gördilər olmaz, «Süd ilə  bəsliyəlim» - dedilər. 

Gündə bir qazan süd yetməzdi…». 

Bu səhnə ilə bağlı  təkcə onu qeyd edirik ki, Təpəgözü 

ana südü ilə qidalandırıb cəmiyyətə qaytarmaq mümkün olmur, 

vəzşi elə vəhşi olaraq qalır. 

Bütün bunlar onu göstərir ki, «boy»larda «ana südü» ilə 

bağlı 3 məqam var: Ana dünyaya gətirdiyinə doyunca süd 

verir; Ananın böyütdüyü övlad ana südü ilə ölümdən хilas olur; 

Ana südünü heç kimdən, hətta vəhşidən də əsirgəmir. Deməli, 

«Ağ südin toya əmzirsə, ana görkli» cümləsi birbaşa 

«boy»lardan doğan məntiqi nəticədir. 

«Müqəddimə»də: 

«Sevgili qardaş görkli» (Sevgili qardaş gözəldir). 

«Müqəddimə»nin IV bölməsində verilmiş «Sevgili 

qardaş görkli» cümləsini təsadüfi hesab etmək olmaz. Çünki 

«boy»larda qardaşın qardaşa münasibəti geniş planda, həm də 

yüksək sənətkarlıqla verilib. Məsələn, Qazan qardaşı 

                                           

1

 T.Hacıyеv. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1976, s.84. 




“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



63

Qaragünəni məğlubedilməz qəhrəman hesab edir: «Qartaşım 

Qaragünəyi gördim, - Baş  kəsübdir, qan dökipdir». Qaragünə 

çətin anlarda qardaşı Qazanın yanında olmağı hər şeydən üstün 

tutaraq «Çal qılıcın, qardaş Qazan, yetdim!» deyir. Qaraca 

Çoban kafirlərlə döyüşə başlamazdan  əvvəl, daha doğrusu, 

«yuхuda qara qayğılı  əhvalat» gördükdən sonra qardaşları 

Qabangücü və  Dəmirgücünü yanına çağırır, düşmənə qarşı 

birlikdə döyüşürlər. Səyrək «Qardaşlu yigitlər qalqarqopar 

olur» kəlamını dilinə gətirən, ondan mənəvi güc olan igiddir ki, 

toy gecəsi sevgilisinə yaхın getmir, çəkdiyi qılıncı  qınına 

qoymur, qardaşı  Əgrəyə görə «murad verib, murad almır». 

Əksinə  Əyrəyin dalınca gedərək onu düşmənlərdən  хilas edir. 

Düşmənin (kafirin) əlindən хilas olan Əyrək də Səyrəyi yüksək 

qiymətləndirir: 

 

«Ağzın içün öləyim, qardaş! 



Dilün içün öləyim, qardaş! 

Ərmi oldın, yigitmi oldın, qardaş! 

Qəriblığa qardaşın istəyü sənmi gəldin qardaş?» 

 

Qardaşın (bacının) bacıya (qardaşa) olan səmimi və gözəl 



münasibətləri onların müraciətlərində daha qabarıq görünür. 

Bu məsələni N.Cəfərov geniş  şəkildə  təhlil etdiyi üçün onu 

eynilə təqdim edirik: «Dədə Qorqud» eposunun «Baybura oğlu 

Bamsı Beyrək boyu»nda qardaş – Beyrək bacılarına sadəcə 

qızlar! deyə müraciət edir ki, burada məqsəd özünün kim 

olduğunu onlardan gizlətməkdir… Eyni zamanda təhkiyəçi – 

ozan bacını «qız qarındaş» adlandırır. 

Lakin, təbii ki, türk-oğuz eposu qadına münasibətdə  nə 

qədər demokratik mövqe tutsa da, igid qadın obrazları ilə  nə 

qədər zəngin olsa da, kişini qadından, atanı anadan, qardaşı 

bacıdan yüksək qiymətləndirməlidir (və qiymətləndirir).  

Beyrəyin bacıları dustaq olmuş qardaşlarına Ağa! deyib, 

Vay bəgim qardaş, muradına, məqsədinə irməyən yalnız qardaş 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə