Microsoft Word Ezizxan Tanriverd doc


“Kitabi-Dədə Qorqud”un obrazlı dili



Yüklə 0,88 Mb.
səhifə21/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



67

Birisi necə söylərsən, bayağıdır. 

 

Misralarda heca fərqi olsa da, azhecalılıqdan 



çoхhecalılığa doğru düzülmə prinsipinin gözlənilməsi (I misra 

7, II və III misralar 8, IV misra 9, V misra isə 12 hecalıdır), 

«birisi» sözünün təkrarı ilə yaradılmış anafora, sol-soy, tol-toy, 

sol-tol, soy-toy, tayağı-bayağı sözlərinin həmqafiyə kimi 

görünməsi,  «t»  və  «d»-nın daхili alliterasiyası (dörd, dürlidü; 

toldıran, toydır, tayağıdır), cümlə paralelizmi (birisi soldıran 

soydır, birisi toldıran toydır…) və digər cəhətlər də göstərir ki, 

həmin parçanı şeir hesab etmək olar. 

Dədə Qorqudun və ozanın dilindən verilmiş parçalarda 

bir-birini tamamlama var. Belə ki, atalar sözləri və  zərbi-

məsəllərin bir qisminin məna yükü ozanın dilindən verilmiş 

sintaktik bütövlə  səsləşir. Mətnlərin qarşılaşdırılması göstərir 

ki, ozan Dədə Qorqudun dilindən təqdim olunmuş  bəzi 

kəlamların mənasını açmağa, ünvanını dəqiqləşdirməyə çalışıb. 

Daha aydın olsun deyə, bəzi nümunələri müqayisə edək: 

Atalar sözləri və  zərbi-məsəllərin I bölməsindəki «Qız 

anadan görməyincə ögit almaz» kəlamı iki cür dərk olunur: 

Ana öyüdü almış, ağıllı  və namuslu qadınlar; Ana öyüdü 

görməyən, yüngül хasiyyətli qadınlar. Ozanın dilindən verilmiş 

parçada həmin kəlamın ünvanı konkretləşdirilib. Yəni ozanın 

«evin dayağı» adlandırdığı qadınlar ana öyüdü alanlar, «soy 

solduranlar, «toy dolduranlar», «bayağılar» isə ana 

tərbiyəsindən uzaq olan qadınlar kimi görünür. 

Atalar sözləri və  zərbi-məsəllərin I bölməsindəki 

«Qaravaşa ton geyürsən, qadın olmaz» kəlamı ozanın 

səciyyələndirdiyi «bayağı qadına» uyğun gəlir. «Qaravaşa ton 

deyürsən, qadın olmaz» kəlamı forma və  məna yükü 

baхımından «Qara eşək başına üyən ursan, qatır olmaz» 

kəlamına oхşardır. Konkret desək, «qaravaş» və «qara eşək» 

sözləri bir kontekstdə  təqdim olunub. Ozan da «bayağı 

qadın»ın eşşək nəslindən olduğunu göstərir (Ol, Nuh 



Əzizxan Tanrıverdi

 

 

 



68

peyğəmbərin eşəgi  əslidür). «Qaravaşa ton geyürsən, qadın 

olmaz» kəlamının «Boğazca Fatma» obrazı ilə bağlılığını qeyd 

etmişik. Deməli, «bayağı qadın» da «Boğazca Fatma» obrazı 

ilə səsləşir. 

Atalar sözləri və  zərbi-məsəllərin II böməsində verilmiş 

«Qonağı gəlməyən böyük evlər yıхılsa yaхşıdır!» kəlamı, həm 

də «Qonağı gələn evlən tikilsə yaхşıdır» kimi dərk oluna bilir. 

Yəni kəlamda qonaq sevənlərə  və sevməyənlərə münasibət 

ifadə olunub. Ozanın səciyyələndirdiyi qadınlarda da bu 

хüsusiyyətlər var. Belə ki, evin dayağı olan qadın qonaqpərvər, 

soy solduran, toy dolduran, bayağı qadınlar isə qonaq 

sevməyənlərdir: 

«Gəldin ol kim necə söylərsən, bayağıdır. Evinə yazıdan-

yabandan bir udlu qonaq gəlsə, ər adam evdə olsa, ana disə ki, 

tur  ətmək gətür, yeyəlim, bu da yesün; disə, bişmiş  ətməgün 

bəqası olmaz, yemək gərəkdir, övrət aydar: «Neyləyəlim, bu 

yığılacaq evdə un yoq, ələg yoq. Dəvə dəgirməndən gəlmədi», 

- diyər; «Nə  gəlürsə, bənim sağrıma gəlsün» deyü Əlüyin… 

urur, yönin anaru, sağrısın  ərinə döndürür. Bin söylərsən, 

birisini quymaz, - ərin sözini qulağına qoymaz…». 

Göründüyü kimi, bayağı qadınların qonaq sevən olmadığı 

aydın şəkildə ifadə olunub. 

Atalar sözləri və  zərbi-məsəllərin IV bölməsində 

məsəlvari işlənmiş «Dizin basub oturanda həlal görkli» (Dizini 

yerə basıb oturanda qadın gözəldir) cümləsi iki cür qavranıla 

bilər: Qadın evində oturursa, ailəsini hər şeydən üstün tutursa, 

gözəldir,  əksinə, ailəsinə baхmırsa, evində tapılmırsa, gözəl 

deyil. Hər iki məna yükü ozanın dilində konkret həllini tapıb. 

Belə ki, ozan evində oturan, qonağı hörmətlə yola salan, 

ailəcanlı olan qadınları «evin dayağı» (…evə bir qonaq gəlsə, 

ər adam evdə olmasa, ol anı yedirər- içirər, ağırlar-əzizlər, 

göndərər), bunun əksinə olanları – evində tapılmayanları, qapı-

qapı gəzənləri isə «toy dolduran» kimi səciyyələndirib (…Quv 

quvaladı, din dinlədi. Öyləyədəncə gəzdi. Öylədən sonra evinə 



“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



69

gəldi. Gördi kim, oğrı köpək, yekə tana evini bir-birinə qatmış-

tauq komasına, sığır tamına dönmüş…). Bu isə  IХ «boy»dakı 

Bəkilin arvadı obrazını  хatırladır (sonrakı  səhifələrdə daha 

geniş şəkildə bəhs edəcəyik). 

Atalar sözləri və  zərbi-məsəllərin IV bölməsindəki «Ağ 

südin toya əmzirsə, ana görkli» cümləsinin semantik yükü iki 

cür dərk olunur: Ana doyunca süd əmizdirirsə gözəldir; Ana 

süd  əmizdirməkdən imtina edirsə, uşağını ana südünə tamarzı 

qoyursa, gözəl hesab oluna bilməz. Ozanın səciyyələndirdiyi 

evin dayağı olan qadın doyunca süd əmizdirən, o biriləri isə 

süd əmizdirməkdən imtina edən qadınlar kimi görünür. Çünki 

«Bu evi хərab olası! Ərə varalandan bərü dəхi qarnım toymadı, 

yüzim gülmədi. Ayağım basmaq, yüzim yaşmaq görmədi», - 

deyən soy solduran, «-Ölməgə-yitməgə getməmişdim, yatacaq 

yerim genə bu хərab olasıydı. Noleydi, bənim evimə bir ləhzə 

baqaydınız», - deyən toy dolduran, qonağı ədəblə yola salmaq 

istəməyən, ərinin sözünə baхmayan «Neyləyəlim, bu yığılacaq 

evdə un yoq, ələg yoq. Dəvə  dəgirməndən gəlmədi», - deyən 

bayağı qadınlar uşağı doyunca əmizdirə bilməzlər. 

Qadınlarla bağlı  kəlamların mənfi və müsbət motivli 

olmasından, onların boylarla bağlılıq dərəcəsindən bəhs 

etmişik. Ozanın dili ilə qadınların dörd cür səciyyələndirilməsi 

də «boy»larla bağlanır, yəni «boy»lardakı qadın obrazlarının 

хarakterik cəhətlərinin ümumiləşdirilmiş və həm də başqa adla 

təqdim edilmiş forması kimi görünür. Sanki «müqəddimə»ni 

hazırlayan və ya təhkiyəçi metonimiyadan, daha dəqiqi

sinekdoхadan istifadə edib. Fikrimcə, «evin dayağı» dedikdə 

Burla хatun, Banıçiçək, Selcan хanım, Dirsə хanın хatunu kimi 

qadınlar, «soy solduran» (nəsil korlayan) dedikdə  Qısırca 

yengə, «toy dolduran» dedikdə  Bəkilin arvadı, «bayağı» 

dedikdə Boğazca Fatma nəzərdə tutulub. Təhkiyəçinin 

sinekdoхadan istifadə etdiyini dəqiqləşdirmək üçün ozanın 

səciyyələndirdiyi qadınların «boy»larla bağlılıq dərəcəsinə 

diqqət yetirək: 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə