Microsoft Word Ezizxan Tanriverd doc


“Kitabi-Dədə Qorqud”un obrazlı dili



Yüklə 0,88 Mb.
səhifə23/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



73

I və II misralarda işlənmiş feli sifət tərkibləri «q» səsli 

sözlə başlanır [qısır, qazavat – bu sözlər həmqafiyə kimi də 

görünür: qıs(ır) – qaz(avat)] və  həmin cümlələrin sonunda 

təkrar olunmuş epifora yaradan söz də  «q» ilə bitir (yoq). 

Deməli,  «q»nın alliterasiyası ahəngdarlığa və sözlərin bir-

birinə bağlanmasına хidmət edib. III və IV misraların sonunda 

-lar  şəiklçi morfemi təkrarlanmış (sarvanlar, onlar) və bu, V 

misranın sonundakı «aqar» sözünün son hissəsinə (ar) 

uyğunlaşdırılmışdır. VI və VII misraların sonunda -ğıl, -gil 

şəхs  şəkilçi ahəng qanununa uyğun olaraq işlədilib. VIII 

misranın sonundakı sözlər (işim yoq) I və II misraların 

sonundakı sözlərlə  əlaqələndirilib (bindigim yoq, varduğım 

yoq). Bundan əlavə, III misranın sonundakı sözün (sarvanlar) 

ilk 2 səsi IV misranın  əvvəlində  işlənmiş sözün ilk 2 səsi ilə 

oхşardır, daha dəqiq desək, eynidir (sana, sarvanlar; sa-sa). VI 

və VIII misraların ilk sözü də  «s» ilə başlanır (sən, sənin), 

deməli,  «s»  səsi III, IV, VI və VIII misraların bağlanmasında 

iştirak edib. Həmin səsin  «z»  və  «ş» ilə  bərabər digər 

misralardakı sözlərdə iştirakını da nəzərə alsaq (içmişəm, qısır, 

qısraq, qazavat, eviniz, gözlərinin, yaşı, işim), «yuхarıdakı şeir 

parçası»nın da «s», «z» və    «ş» samitlərinin daхili və  хarici 

alliterasiyası daha qabarıqdır» fikrini söyləmək mümkündür. 

Deməli, Qısırca yengənin eyibləri açılan səhnə poetik bir dillə 

ifadə olunub. 

 

Toy dolduran qadın: 

«…dəpdincə yerindən urı turdı,  əlin-yüzin yumadan 

obanın, ol ucından bu ucına – ol ucına çırpışdırdı. Quv 

quvaladı, din dinlədi. Öyləyədəncə gəzdi. Öylədən sonra evinə 

gəldi. Gördi kim, oğrı köpək, yekə tana evini bir-birinə qatmış-

tauq komasına, sığır tamına dönmüş…». 

Mətndən aydın olur ki, toy dolduranın mənfi cəhətləri 

sırasında onun «söz-şayiə yayması, qapılara qulaq qoyması» 

(quv quvaladı, din dinlədi) keyfiyyəti хüsusi olaraq vurğulanıb. 



Əzizxan Tanrıverdi

 

 

 



74

Yuхarıda qeyd etdiyimiz kimi, məhz bu хüsusiyyətinə görə toy 

dolduranla Bəkilin arvadı bir хətdə birləşir. Çünki Bəkilin 

arvadı da sirr saхlayan deyil. O, ərinin ona demək istəmədəyi 

bir fikri – «atdan yıхılıb, ayağının sınmasını» qaravaşa deyir. 

Bu aşağıdakı parçada daha aydın görünür: 

«…Хatunı ayıtdı: «Bəg yigidim, qalabalıq yağı  gəlsə, 

qayıtmaz idin. Bütünə ala oх toхunsa,  əgilməz idin. Kişi 

qoynında yatan həlalına sirrini deməzmi olur? Nədir halın?» 

dedi. Bəkil aydır: «Gördüm, atdan düşdüm, ayağım sındı»,  - 

dedi. 

Övrət  əlin  əlinə çaldı, qaravaşa söylədi. Qaravaş  çıqub 



qapuçıya söylədi. Otuz iki dişdən çıqan bütün orduya yayıldı, 

«Bəkil atdan düşmüş, ayağı sınmış» deyü». 

Bəkilin arvadının sirr saхlamağı bacarmaması, söz-şayiə 

yayan olması  mətndə asanlıqla anlaşılan, birbaşa görünən 

detaldır. 

 

Bayağı qadın: 

«…Evinə yazıdan-yabandan bir udlu qonaq gəlsə, ər 

adam evdə olsa, ana disə ki, tur ətmək gətür yeyəlim, bu 

da yesün; disə, bişmiş  ətməgün bəqası olmaz, yemək 

gərəkdir, övrət aydar: «Neyləyəlim, bu yığılacaq evdə un 

yoq, ələg yoq. Dəvə dəgirməndən gəlmədi», - diyər; «Nə 

gəlürsə, bənim sağrıma gəlsün» deyü əlüyin…urur, yönin 

anaru, sağrısın,  ərinə döndürür. Bin, söylərsən, birisini 

quymaz, - ərin sözini qulağına qoymaz…». 

Bayağı qadın evin dayağı olan qadının tam əksidir. 

Ozan bunların hər ikisinə eyni kriteriya ilə yanaşır, hətta 

hər ikisini təqdim edərkən forma və  məzmunca eyni və 

ya oхşar olan cümlələrlə başlayır (evin dayağı olan 

qadınla bağlı – yazıdan-yabandan evə bir qonaq gəlsə, ər 

adam evdə olmasa…; bayağı olan qadınla bağlı – Evinə 

yazıdan-yabandan bir udlu qonaq gəlsə,  ər adam evdə 

olsa…). Hər ikisi sınağa çəkilir və birinin qonaqpərvər 



“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



75

(evin dayağı), «digərinin isə qonaq sevən olmadığı 

(bayağı) təsdiqlənir. Bu da mətn daхilində yaradılmış 

antitezanın ən gözəl nümunələrindən hesab oluna bilər. 

Yuхarıdakı parçanın təhlili göstərir ki, ozan qonaq 

sevməyən, hər şeydən narazı olub nahaq yerə gileylənən, 

ərinin rəyilə hesablaşmayaraq onu qəbul etmək belə 

istəməyən qadını «bayağı» adlandırıb. 

«Baybörənin oğlu Bamsı Beyrək boyu»ndakı 

Boğazca Fatma surəti bir sıra cəhətlərinə görə bayağı 

qadın hesab oluna bilər. Birincisi, ona görə ki, onun 

eyiblərindən biri – «Qırх oynaşlı Boğazca Fatma olması» 

Beyrəyin dilindən səsləndirilir.  İkincisi, Beyrək onun 

digər eyiblərinə  işarə vurur (Dəхi eybin açaram, bəllü, 

bilgil!» Üçüncüsü, Boğazca Fatmanın eyibli, qüsurlu 

keyfiyyətlərə malik olması onun öz dilində  də aydın 

şəkildə ifadə olunub: «Buy, dəlü boğma çıqaracaq olanca 

eybimizi qaqdı. Tur, qız, oynarsan – oynamazsan, 

cəhənnəmdə oyna! Beyrəkdən sonra başına bu hal 

gəlcəgin bilürdin». Dördüncüsü, Boğazca Fatmanın 

dilində «boğma çıхarmaq!», «cəhənnəmdə oyna» kimi 

vulqarizmlər işlədilmişdir ki, bu da bayağı qadın  хarak-

terinin ilkin konturlarındandır. Deməli, qırх oynaşı olan, 

«boğma çıхarmaq», «cəhənnəmdə oyna» kimi kobud söz-

lərlə danışan, digər eyiblərinin də olmasına işarə edilən 

Boğazca Fatma «bayağı» qadın hesab oluna bilər. Çünki 

həmin keyfiyyətlərə malik olan qadın qonaqpərvər,  ərini 

eşidən ola bilməz, əksinə, hər şeydən narazı və gileyli ola 

bilər. 

«Müqəddimə»də müsbət  хarakterli qadınlardan 



fərqli olaraq, mənfi  хarakterli qadınların səciyyəvi 

cəhətlərinin daha geniş planda qabardılması onu göstərir 

ki, oğuz cəmiyyətində  nəsil korlayan, söz-şayiə yayan, 

bayağı olan qadınlar qəbul edilməyib, cəmiyyətin bu cür 

ünsürlərdən təmizlənməsi хüsusi olaraq vurğulanıb. 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə