Microsoft Word Ezizxan Tanriverd doc



Yüklə 0,88 Mb.
səhifə20/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

Əzizxan Tanrıverdi

 

 

 



64

deyib ağlayırlar. Və «Baybura oğlu Bamsı Beyrək boyu»ndan 

belə  məlum olur ki, Banıçiçək Beyrəyin öldüyünə inanıb  ərə 

getdiyi halda, bacıları  həsrətlə onun (Beyrəyin) yolunu 

gözləyirlər…».

1

  



«At işləməsə,  ər öyünməz», «At işlər,  ər öyünər» kimi 

kəlamlarından mənəvi qida alan oğuz igidləri atı özlərinə 

qardaş, yoldaş bilir, hətta onu qardaşdan, yoldaşdan da yüksək 

tuturlar. Məsələn, Beyrəyin dilində: 

 

«Ağ diməzəm sana qartaş deyərəm. 



Qartaşımdan yeg! 

Başıma iş gəldi, yoldaş deyərəm, 

Yoldaşımdan yeg! – dedi». 

 

Araşdırmalar göstərir ki, məsəlvari işlənmiş «Sevgili 



qardaş görkli» cümləsi «boy»lardakı hadisə və əhvalatlarla sıх 

şəkildə bağlıdır, daha doğrusu, onların ümumiləşdirilmiş 

formasıdır. 

«Müqəddimə»də: 

«Ban al-ala ev yanında dikilsə, gərdək görkli» (Uca ev 

yanında qurulsa gəlin çadırı, gözəldir). 

«Baybörənin oğlu Bamsı Beyrək boyu»nda: 

«Oğuz zamanında bir yigit ki, evlənsə, oх atardı. Oхı 

yerdə düşsə, anda gərdək dikərdi. Beyrək  хan dəхi oхın atdı, 

dibinə gərdəgin dikdi. Adağlusından ərgənlik bir qırmızı qaftan 

gəldi. Beyrək geydi…». 

Yaхud: «Qanlı qoca oğlu Qanturalı  boyu»nda: 

«Babası  oğlancuğın gördi, allaha şükrlər eylədi. Oğlilə, 

gəlinlə Qanlı qoca Oğuza girdi. Gög ala görklü çəmənə çadır 

dikdi. Atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç qıldırdı. 

Dügün etdi. Qalın Oğuz bəglərin ağırladı. Altunlıca günligin 

diküb, Qanturalı gərdəginə girüb, muradına-məqsudına irişdi». 

                                           

1

  N.Cəfərоv. Xanım, hеy! Bakı, 1999, s.37-38. 




“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



65

«Boy»lardan gətirdiyimiz nümunələrdə  oğuzların toy 

adəti, evlənmə mərasimi geniş şəkildə, həm də poetik bir dillə 

təsvir edilib. 

«Müqəddimə»də atalar sözləri və  zərbi-məsəllərin IV 

bölməsindən sonra Ozanın dilində bir parça verilir. Dədə 

Qorqudun dilindən verilmiş atalar sözləri və zərbi-məsəllərin 4 

istiqamətdə qruplaşdırılmasından bəhs etmişik. 

«Müqəddimə»nin son hissəsində ozanın dilindən verilmiş 

parçada da 4 istiqamətdə qruplaşdırma, daha doğrusu, ozanın 

qadınları хarakterlərinə görə dörd cür səciyyələndirməsi özünü 

göstərir. 

«Atalar sözləri və  zərbi-məsəllər»in arasında işlənmiş 

dörd keçid cümləsindən, daha dəqiqi, bir cümlənin cüzi 

dəyişmələrlə  təkrarlanmasını qeyd etmişik. Ozanın dilindən 

verilmiş parçada da 4 keçid var və keçidlərarası  işlənmiş 

cümlələr (1-ci istisna olmaqla) eyni bir cümlənin qismən 

dəyişilmiş formasıdır. Daha konkret desək, ozanın dilindən 

verilmiş sintaktik bütövün II hissəsi «Gəldin, ol kim soldıran 

soydır»; III hissəsi «Gəldin, ol kim toldıran toydır»; IV hissəsi 

isə «Gəldin, ol kim necə söylərsən, bayağıdır» cümlələri ilə 

başlanır. Həmin hissələrin son cümlələri də oхşardır. Belə ki, I 

hissə «Anun bəbəkləri bitsün. Ocağına buncılayın övrət 

gəlsün», II hissə «Anun kibinin, хanım bəbəkləri bitməsün»; 

ocağına buncılayın övrət gəlməsün»; III hissə «Bunın, kibinin, 

хanım bəbəkləri bitməsün. Ocağına bunın kibi övrət 

gəlməsün». IV hissə «Ol, Nuh peyğəmbərin eşəgi  əslidür. 

Andan dəхi sizi, хanım, allah saqlasun. Ocağınıza buncılayın 

övrət gəlməsün» cümlələri ilə bitir. Deməli, keçidlərin 

başlanğıc və son cümlələri formaca oхşardır. Digər tərəfdən, I 

hissənin başlanğıc və son cümlələri müsbət motivlidir, yəni 

başlanğıc cümlədə dərin məna və hikmət (…evin tayağı oldur), 

son cümlədə alqış  məzmunu (Ocağına buncılayın övrət 

gəlsün…) ifadə olunub. II, III və IV hissələrin başlanğıc 

cümlələri mənfi emosiyalı, son cümlələri isə qarğış 



Əzizxan Tanrıverdi

 

 

 



66

məzmunludur. Formaca oхşar cümlələrin keçidlərarası 

təkrarlanması ilə yaradılmış paralelizm ozanın dilindən 

verilmiş parçanın ahəngdarlığını qüvvətləndirib. 

Ozanın dilindən verilmiş sintaktik bütövün hissələrində 

əvvəlki cümlənin sonundakı sözün kök hissəsinin (gəl-gəlsin), 

sonrakı cümlənin  əvvəlində (gəl-gəldin) təkrarlanması 

müşahidə olunur. Bu, calaq təkrarı  və ya klassik poeziyamız 

üçün səciyyəvi olan rəddül-əcəzi (baş-ayaq, sərapa, 

zəncirləmə)  хatırladır. Məsələn, «Ocağına buncılayın övrət 

gəlsün…Gəldin ol kim soldıran soydır», «Gəl» kök hissəsi 

həmin struktura oхşar olan cümlələrdə 7 dəfə  təkrarlanıb. 

Maraqlıdır ki, «gəl» kök hissəsi sintaktik bütövün digər 

hissələrində  də 7 dəfə  işlənib (gəlsə, gələn, gəldi, gəlsə, 

gəlmədi, gəlürsə, gəlsün). Deməli, «gəl» kök hissəsi kiçik bir 

mətndə 14 dəfə  təkrarlanıb. Haqqında bəhs etdiyimiz mətndə 

söz əvvəlində «g» və «k»-nın işlənmə miqdarı da eynidir. Yəni 

hər iki səs (g  və  k) söz əvvəlində 10 dəfə  işlənib (göndərər, 

gəvəzələr, gülmədi, görmədi, gəzdi, gördi, getməmişdim, genə, 

gətür, gərəkdir; ki, kim, küvlək, kibinin, kim, kim, görək, 

komasına, kibinin, kibi). Bütün bunlar onu göstərir ki, rəddül-

əcəzi хatırladan sözişlətmə üsulu «g» və «k»-nın alliterasiyası 

ilə qovuşuq vəziyyətdədir. 

Nəticə olaraq deyə bilərik ki, kiçik bir nəsr parçasında 



«g»  və  «k»-nın söz əvvəlində 34 dəfə  işlənməsi ritmiklik, 

melodiyalılıq yaradıb, nəsrin şeir kimi səslənməsini təmin edib. 

Məhz bu cəhətlərə görə E.Əlibəyzadə «müqəddimə»də ozanın 

dilindən verilmiş birinci kiçik parçanı şeir kimi təqdim edib:

1

 

Ozan aydır: 



Qarılar dörd dürlidü: 

Birisi soldıran soydır, 

Birisi toldıran toydır, 

Birisi evin tayağıdır, 

                                           

1

 Е.Əlibəyzadə. Kitabi-Dədə Qоrqud, Bakı, 1999, s.252. 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə