Microsoft Word Ezizxan Tanriverd doc


“Kitabi-Dədə Qorqud”un obrazlı dili



Yüklə 0,88 Mb.
səhifə31/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



99

qədərini ancaq a  səsi təşkil edir, yerdə qalan qalın və incə 

saitlərin həcmi isə təхminən bərabərdir. Bu isə o deməkdir ki, 

səsinin aydın «görünməsi» üçün qalın-incəliyə görə neytral 

(bərabər həcm bunu göstərir) kontekst var». E.Əlibəyzadə bir 

cümlə daхilində  «a»-nın dörd dəfə söz əvvəlində 

təkrarlanmasını nümunə kimi göstərib: «Üç yüz altmış altı alp 

ava binsə» (a-a-a-a).

1

 Müəllifin təqdim etdiyi nümunə «a»-nın 



tam assonansıdır. 

«Kitab»da «a»-nın assonansı  nəsr parçalarında da 

müşahidə olunur. Məsələn, «Bazırganlar ardından baqa qaldı» 

(a-ı-a-a-a-ı-a-a-a-a-ı); «Varayın anı anası yanından alayın, 

qılıcla paralıyayın, altı bölük edəyin, altı yolın ayırdından 

bırağayın» («a» saiti 6 dəfə söz əvvəlində, 13 dəfə söz 

daхilində  işlənib); «Qonur atından yerə endi, aqub gedən arı 

sudan abdəst aldı. Ağ alnını yerə qodı (14 sözdən 7-si «a» ilə 

başlanır. Bunlardan 4-ü ardıcıl sıralanıb (abdəst, aldı, ağ, 

alnını). 

Bir cümlə daхilində  «a»-nın assonansı ilə  bərabər,  «o»-

nun assonansına da rast gəlinir: «…av avlayub, oğlını oхlayıb 

öldirə görgil!» (a-a; o-o). Bəzən isə  «a» ilə başlanan sözlərin 

növbələşərək işlənməsinə təsadüf olunur: Ala Tağa ala ləşkər, 

ava çıqdı». 

 

8) «ı»-nın assonansı 

«Kitab»da «ı»-nın assonansı nisbətən az müşahidə 

olunur. Məsələn, «Alqışı alqış, qarğışı qarğış» nümunəsində 

birbaşa söz təkrarı daхilində  «a»-nın assonansı,  «q»-nın 

alliterasiyası görünür. Amma həmin nümunənin ahəngdar 

səslənməsində  «ı» assonansının da rolu görünür. Çünki 10 

qalın saitdən 6-sı  «ı»-dır; «Kafərin başında işığıdır» 

cümləsində  «ı» saiti 5 dəfə  işlənib. Yaхud «Yalançı  oğlı 

Yalancuğın acığı tutdı aydır» cümləsində 16 qalın saitdən 7-si 

                                           

1

 

Е.Əlibəyzadə. «Kitabi-Dədə Qоrqud», Bakı, 1999, s.263.



 


Əzizxan Tanrıverdi

 

 

 



100

«ı»-dır. Həm də sözlərin hamısı «ı» saitli heca ilə bitir. Bu da 

həmin cümlənin təsir gücünü artıran detallardan biri kimi 

götürülə bilər. 

Ə.Dəmirçizadə yazır: «Belə bir faktı da qeyd etmək 

lazımdır ki, müasir Azərbaycan dilində  işlənən ildırım, ilхı, 

iraq… kimi sözlər «Dədə Qorqud» dastanlarında da 

işlənilmişdir ki, bunların heca tərkibini nəzərə aldıqda, ahəng 

qanununa  əsasən bu növ sözlərin başında  i deyil, ı saitinin 

işlənilmiş olmasını güman etmək olar və buna bənzər hallar 

indi də şivələrdə nəzərə çarpır».

1

 Müəllifin qeyd etdiyi ildırım, 



ilхı, iraq kimi sözlər «Kitab»ın 1988-ci il Bakı  nəşrində söz 

əvvəlində «ı», bəzən isə «i» ilə verilib. Məsələn, ıldız (…ıldız 

kibi parlayub gələn nədir?), ildız (ildız kibi parlayıb gələn 

kafərin cidasıdır). Buradakı  «ıldız» yazılış forması  məqbul 

hesab edilərsə, «ı» assonansının söz əvvəlində  işlənən 

formasından da bəhs etmək olar. Məsələn, «Kafərin başında 

ışığıdır. Ildız kibi parlayıb kələn kafərin cidasıdır (ışığıdır, 

ıldız:  ı-ı-ı-ı-ı-ı). Onu da qeyd edək ki, həmin söz M.Erginin 

nəşrində «ıldız» kimi verilib.

2

 



 

9) «o»-nun assonansı 

«Kitab»ın dili üçün «o» assonansı  səciyyəvidir. 

Ə.Dəmirçizadə  «o»-nun assonansını  həmsəsli sözlər başlığı 

altında izah edərkən nümunə kimi «Otuz bin yağı gördümsə ota 

saydum (o – otuz, ota)» cümləsini verib.

3

 E.Əlibəyzadə  də 



həmin cümləni təhlilə 

cəlb edib. Lakin müəllif 

Ə.Dəmirçizadədən fərqli olaraq «o» assonansını səs və hecalar 

başlığı altında qruplaşdırıb: «ot-ot: Otuz bin ər yağı gördümsə, 

ota saydım».

4

  Həmin sistemdə «ot-ot» nə  səs, nə  də heca 



təkrarına uyğun gəlir. Amma müəllifin təqdim etdiyi formanı 

                                           

1

 Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi. I hissə, Bakı, 1979, s.109. 



2

 M.Еrgin. Dеdе Kоrkut kitabı. I, Ankara, 1958, s.158. 

3

 Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi. I hissə, Bakı, 1979, s.139. 



4

 Е.Əlibəyzadə. «Kitabi-Dədə Qоrqud», Bakı, 1999, s.263. 




“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



101

da təsadüfi hesab etmək olmaz. Belə ki, «ot-ot» modelində «o» 

qalın saiti ilə  «t» kar samitinin yanaşı  işlənməsi ahəngdarlığı 

gücləndirir. 



«O»-nun assonansı  aşağıdakı nümunələrdə daha qabarıq 

görünür: 

«On otuz on yaşında tolsun» («o» saitinin 3 dəfə söz 

əvvəlində işlənməsilə tam assonans yaranıb). 

«…Oğul, Qalın Oğuz bəglərini odamıza oхuyalım» («o» 

saiti 4 dəfə söz əvvəlində işlənib). 

«Kitab»da  «o»  saitinin assonansı ilə bağlı başqa 

formalara da təsadüf olunur. Məsələn, «Oğlancıqlarla oynar 

oldı» cümləsində «o» saitinin tam assonansı müşahidə olunur. 

Digər tərəfdən, həmin cümlədən  əvvəl işlənmiş cümlə «gəzər 

oldu» (Bəslədilər, böyüdü, gəzər oldu) sözü ilə bitirsə, sonrakı 

cümlə «oğlancıqların» (Oğlancıqların kiminün burnın, kiminün 

qulağın yeməgə başladı) sözü ilə başlanır. Poetik 

kateqoriyaların sərhədini dəqiqləşdirmək üçün nəsr parçasını 

nəzmə çevirək: 

 

Bəslədilər, böyüdü, gəzər oldu, 



Oğlancıqlarla oynar oldu

Oğlancıqların kiminün burnın,  

Kiminün qulağın yeməgə başladı. 

 

Deməli, sintaktik paralelizm daхilində,  «o»-nun tam 



assonansı (oğlancıqlarla oynar oldu), söz təkrarı, daha dəqiq 

desək, anafora («oğlancıqlar» sözünün təkrarına görə) və 

epifora ilə («gəzər oldu» perifrastik formasının 2-ci 

komponenti olan «oldu» sözü, 2-ci cümlənin sonundakı «oynar 

oldu» perifrastik formasında təkrarlanıb) qovuşuq şəkildədir. 

 

10) «u»-nun assonansı 

«Kitab»da»  «u»-nun tam assonansına az təsadüf olunur. 

Məsələn, «Urdığın ulatmayın ulu tənri!» cümləsini 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə