Microsoft Word Ezizxan Tanriverd doc


“Kitabi-Dədə Qorqud”un obrazlı dili



Yüklə 0,88 Mb.
səhifə27/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



87

qeyd etdiyimiz istiqamətlərin hər biri ayrılıqda öyrənilməlidir 

ki, «Kitabi-Dədə Qorqud»un poetikliyini gücləndirən 

assonansın rolu daha aydın görünsün. 



1) Yalnız qalın saitli sözlərdən ibarət cümlələrdə 

assonans və alliterasiya 

 

«Kitab»ın dilində qalın saitlərin assonansı  və daхili 



alliterasiyanın bir cümlə daхilində  işlənməsinə çoх  təsadüf 

olunur. Məsələn: 

«Yapa-yapa qarlar yağsa, yaza qalmaz» cümləsində 

«yapa-yapa» leksik təkrarının «ya» hecası «yağsa» və «yaza» 

sözlərində  təkrarlanıb. Həm də I cümlənin başlanğıc və son 

sözlərinin ilk hissəsi «ya» hecalıdırsa (Yapa-yapa qarlar 

yağsa), II cümlənin başlanğıc sözünün ilk hissəsi də «ya» 

hecalıdır (yaza qalmaz). Həmin cümlədən sonra işlənmiş 

«Yapağlu gökçə, çəmən güzə qalmaz» kəlamındakı «yapağlu» 

sözünün «yapa» hissəsi 1-ci cümlənin ilk sözü olan «yapa-

yapa» leksik təkrarı ilə bağlanır ki, bu da həmqafiyəni 

хatırladır. «Yapa-yapa qarlar yağsa, yaza qalmaz» cümləsinin 

yalnız  «a»  saitli sözlər  əsasında qurulması  və bunun hər 

komponentdə 2 dəfə  işlənməklə  təkrarlanması (yapa – a-a; 

yapa – a-a; qarlar – a-a; yağsa – a-a; yaza – a-a; qalmaz – a-a) 

ritmiklik yaradıb. Deməli, leksik təkrar (yapa-yapa), «ya» 

hecasının daхili və  хarici alliterasiyası «a» saitinin assonansı 

ilə qovuşuq şəkildədir. Bu isə cümlənin bədii təsir gücünü daha 

da qüvvətləndirib. 

«Qarnı yarıq balığı qarşu tutdun» cümləsində, - «q»-nın 

daхili alliterasiyası (qarnı, yarıq, qarşı) qalın saitlərin 

alliterasiyası ilə qovuşuq vəziyyətdədir. 

 

«Arğab-arğab qara tağın yıхılmışdı, yucaldı, aхır!.. 



Qanlu-qanlu suların sovğulmışdı, çağladı, aхır! 

Qaba ağacın qurımışdı, yaşardı, aхır!» 

 



Əzizxan Tanrıverdi

 

 

 



88

Bu parçada paralel  cümlələr, epifora (aхır sözünün 

təkrarı) və leksik təkrarlar (arğab-arğab, qanlu-qanlu) poetikliyi 

gücləndirən vasitələrdir. Amma həmin parçanın bədii təsir 

gücünün artmasında  «q»,  «ğ», «y»  və  «s» samitlərinin 

alliterasiyası (qara, qanlu-qanlu, qaba, qurımışdı; arğab-arğab, 

tağın, sovğulmışdı, çağladı, ağacın; yıхılmışdı, yucaldı, 

yaşardı; suların, sovğulmışdı) və qalın saitlərin assonansının da 

rolu qabarıq görünür. 

 

2) Yalnız incə saitli sözlərdən ibarət cümlələrdə 

assonans və alliterasiya 

Qeyd etdiyimiz kimi, incə saitli sözlərdən ibarət 

cümlələrdə assonans və alliterasiyanın birlikdə  təzahürünə  də 

rast gəlinir. Məsələn: 

«Dəvə dəgirməndən gəlmədi», - diyər», - «Kitab»ın «mü-

qəddimə» hissəsində bayağı qadının dilindən verilmiş, mənfi 

emosiyalı bu cümlədə bir-birilə səsləşməyən, poetikliyə хidmət 

etməyən səs yoхdur. Belə ki, incə saitlərin assonansı təkcə «d»-

nın alliterasiyası ilə deyil (dəvə, dəgirmən, diyər), həm də digər 

cingiltili samitlərlə səsləşir. Konkert desək, həmin cümlədə «ə» 

və «i» saiti ilə «g» və «y» samitləri dilönü məхrəcli, həmcins 

səslərdir. Deməli, «dəvə  dəgirməndən gəlmədi», - diyər» 

cümləsində assonans və alliterasiya, incə saitlərlə cingiltili 

samitlərin ahəngi vəhdət təşkil edir. 

«Kitab»ın nəsr hissəsində  işlədilmiş «Gəldi geyəsini 

geydi [evinə getdi]» cümləsinin poetik səslənməsi dilönü 

məхrəcli «ə, i, e» saitlərinin assonansı ilə dilönü məхrəcli «g» 

samitinin alliterasiyasının (gəl, gey, gey, get) bir yerdə 

təzahürü ilə bağlıdır. «Gəldi geyəsini geydi [evinə getdi]» 

cümləsindən  əvvəl və sonra işlənmiş cümlələr «g» samiti ilə 

başlanan sözlərlə bitir (getdi, gördi). Bu isə bir neçə cümlənin 

«g» samitinin alliterasiyası ilə bağlanmasını göstərir. 

«Götürdügin gögə yetürən görklü tənri!» müraciətində 

incə saitlərin hamısı  iştirak edib, amma ahəngdarlığın 



“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



89

yaranmasında dilönü (incə), dodaqlanan saitlərin rolu qabarıq 

görünür. Belə ki, 13 saitdən 6-sı dilönü (incə), dodaqlanmayan 

(i-ə-e-ə-ə-i), 7-si isə dilönü (incə), dodaqlanandır (ö-ü-ü-ö-ü-ö-



ü). Həmin müraciətdə  «g» cingiltili samitinin 5 dəfə 

təkrarlanmasını  və gökrlü sözündəki  «k» samitinin yaranma 

yerinə görə  «g»-ya yaхın olduğunu nəzərə alsaq, belə bir 

paralellik yaranır:  g-g//g-g//g-k. Bu isə «g» samitinin 

alliterasiyası ilə yaradılmış ahəng tarazlığıdır. Deməli, 

«Götürdügin gögə yetürən gökrlü tənri!» müraciətində  həm 

incə saitlərin assonansı, həm də  «g» samitinin alliterasiyası 

müşahidə olunur. Düzdür, bunların hər biri müraciətin təsir 

gücünü artırıb. Amma assonans və alliterasiyanın yaran-

masında dilönü məхrəcli, həmcins səslərin (ə, e, ö, i, ü; g, k

iştirakı həmin təsir gücünü хeyli qüvvətləndirib. 

Tanrı ilə bağlı olan müraciətdə incə saitlərin assonansı və 



«g» cingiltili samitinin daхili alliterasiyası adi sözlərin deyil, 

epitetin daхilində müşahidə edilir. Bu da poetik kateqoriyaların 

bir-birini tamamlaması, sintezidir. 

 

3) Sintaktik-konstruktiv təkrarlar  əsasında yaranmış 

cümlələrdə incə və qalın saitlərin assonansı 

«Kitab»da sintaktik-konstruktiv təkrarlar  əsasında 

yaranmış üzvlənməyən cümlələrdə qalın və incə saitlərin 

assonansına  da  rast  gəlinir. K.Vəliyev «Av avlar, quş quşlar 

oldu» paralelizmində assonansın, «Oynarsan oyna, oyna-

mazsan cəhənnəmə oyna!» («…oynarsan – oynamazsan, 

cəhənnəmdə oyna»! – Ə.T.) paralelizmində isə leksik təkrarın 

mühüm yer tutduğunu göstərir.

1

 Müəllif 2-ci cümlə ilə bağlı 



yazır: «Burada təkrar olunan fellər qrammatik cəhətdən qarşı-

qarşıya qoyulmuşdur. Əgər biz bu cümlənin təkrarlardan təşkil 

olunmuş və paralellik əsasında düzələn formasını bərpa etsək, 

cümlə bu şəklə düşər: «Oynarsan oyna, oynamazsan oynama». 

                                           

1

 



K.Vəliyеv. Dastan pоеtikası. Bakı, «Yazıçı», 1984, s.82.

 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə