Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə38/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   34   35   36   37   38   39   40   41   ...   47

 
 
119 
 
Öyrəndiklərinizi tətbiq edin 
Səhralar
 
Ölkələr 
İsti səhralar 
Liviya, Misir, Əlcəzair, Namibiya, Avstraliya 
Soyuq səhralar
 
Antarktida 
 Nə öyrəndiniz 
Bitki və heyvanat aləminin kasıb olduğu ərazilərə səhralar deyilir. Afrikada  isti 
səhra səciyyəvidir. Burada yeraltı sular səthə çıxdığı yerlər — vahələr yaşamaq 
üçün əlverişlidir. Antarktida üçün isə  soyuq səhra səciyyəvidir. Burada buzdan 
azad olan yerlərdə mamır və şibyə bitir. 
Qiymətləndirmə meyarları: 
  Şərhetmə 
  Müəyyənetmə 
  İzahetmə  
 
Zəif Orta 
Yüksək 
Səhraların əlamətlərini şərh 
etməkdə çətinlik çəkir. 
Səhraların əlamətlərinin bir 
qismini şərh edir. 
Səhraların əlamətlərini ətraflı 
şərh edir. 
Dünya xəritəsində isti və 
soyuq səhraları düz göstərmir. 
 
Dünya xəritəsində isti və 
soyuq səhraları müəllimin 
köməyi ilə göstərir. 
Dünya xəritəsində isti və 
soyuq səhraları düzgün 
göstərir. 
Səhranın nümunəsində təbii 
kompleksin komponentləri 
arasında əlaqəni səhv izah 
edir. 
Səhranın nümunəsində təbii 
kompleksin komponentləri 
arasında əlaqəni qismən izah 
edir. 
Səhranın nümunəsində təbii 
kompleksin komponentləri 
arasında əlaqəni düzgün izah 
edir. 
 
 
Dərs 38  / Mövzu:
 
TORPAQ 
 
 
 Motivasiyanı dərslikdə mövzuya aid verilən şəkil və mətn əsasında qurmaq olar.   
Alt 
STANDARTLAR
2.1.7. Canlı aləmin müxtəlifliyinin səbəblərini şərh edir. 
 
 
 
Dərsin 
MƏQSƏDİ 
 torpağın əmələgəlməsini  izah edir; 
 torpağın quruluşunu şərh edir; 
 
torpağın münbitliyinin müxtəlif olmasının səbəblərini izah edir.
 
 


 
120
 Şagirdlərin torpaq haqqında ümumi təsəvvürləri vardır. Dərslikdə verilmiş 
praktiki işi qruplarda da keçirmək olar. Verilmiş praktiki iş  şagirdlərdə torpağın 
quruluşunu öyrənməkdə çox əhəmiyyətlidir. Dərslikdə verilmiş  təcrübəni yerinə 
yetirdikdən sonra vaxtdan asılı olaraq digər bir təcrübə də aparıla bilər. Bu zaman 
hər bir addıma uyğun suallar vermək olar: 
1. Bir ovuc torpağı stəkana tökün və su ilə qarışdırın.  Nə üçün torpaqdan hava 
qabarcıqları çıxır?  
2. Azca quru torpağı metal qaba töküb spirt lampasının üstündə qızdırın. Qızmış 
kütləni  lövhəyə tökün.  Nə baş verdi?    
3. Torpağı  qızdırmaqda  davam edin. Torpaqdan belə qoxunun gəlməsini nə ilə 
izah edərdiniz?  
 Dərslikdə olan şəkildəki torpaq tiplərinin müqayisəsi  şagirdlərə torpaqların 
quruluşunu başa düşməyə kömək edir. Yaxşı olar ki, şagirdlər horizontların sayına 
və qalınlığına diqqət yetirsinlər. Eyni zamanda bitki örtüyü, işıq və rütubətə diqqət 
yetirmək məqsədəuyğundur. Xüsusilə şagirdlərin diqqətini torpağın mühafizəsi və 
münbitliyinin artırılması  tədbirlərinin həyata keçirilməsinə yönəltmək lazımdır. 
Mövzuya aid şagirdlərin təqdimat hazırlaması da faydalıdır.  
 Öyrəndiklərinizi tətbiq edin  
a. Torpağın ən məhsuldar qatı 
b. Torpağın keçid qatı 
c. Süxur qırıntılarının daha çox olduğu qat 
 Nə öyrəndiniz  
Yerin üst məhsuldar qatı torpaq adlanır. O, üzvi və mineral tərkibdən ibarətdir. 
Torpaqda olan orqanizmlərin  çürümüş hissəsi  humus  adlanır. Rəngi tünd olan 
torpaqlar münbit olur. Belə torpaqlardan biri də qaratorpaqdır
Öyrəndiklərinizi yoxlayın 
a) Süxurların aşınması; b) Bitki və canlı orqanizmlərin yaranması; c) Süxurların 
xırdalanması; e) Məhv olmuş orqanizmlərdən çürümüş qalıqların yaranması;                 
d) Çürüntünün mikroorqanizmlər tərəfindən humusa çevrilməsi.  
Suallar Süxurlar Torpaq 
Necə yaranır? 
 
Maqmadan, yüksək 
temperatur və təzyiq 
nəticəsində; üzvi aləmin 
qalıqlarının toplanması 
nəticəsində 
Dağ süxurlarının 
parçalanması və üzvi 
aləmin  fəaliyyəti 
nəticəsində 
Hansı sahədə istifadə 
olunur? 
Tikintidə, memarlıqda Kənd təsərrüfatında 
Orqanizmlərin təsiri 
varmı? 
+ + 
Götürdüyünüz torpaq nümunəsinin münbitliyinə dair fikirlərinizi cədvəldə qeyd 
edin. 
Şagirdlər verilmiş torpaq nümunəsini təhlil edir və nə müşahidə olunduğunu  cəd-
vəldə yazırlar. Bu tapşırığı yerinə yetirməzdən öncə şagirdlərin cədvəldəki kompo-


 
 
121 
nentlərini başa düşüb-düşmədiyini aydınlaşdırmaq tövsiyə olunur. Yaranan suallar 
araşdırılmalıdır. 
Qum + 
Daş parçaları + 
Bitki hissələri  
Çürüntü  
Taxta parçaları — 
Neft  
Şüşə qırıntıları 
 
Su  
Həşəratlar  
Məsaməlilik  
Qiymətləndirmə meyarları: 
İzahetmə  
Şərhetmə 
Zəif Orta 
Yüksək 
Torpağın əmələgəlməsini  izah 
etməkdə çətinlik çəkir.  
Torpağın əmələgəlməsini  
əsasən izah edir. 
Torpağın əmələgəlməsini  
ətraflı izah edir. 
Torpağın quruluşunu düzgün 
şərh etmir.  
Torpağın quruluşunu 
çətinliklə şərh edir. 
Torpağın quruluşunu dəqiq 
şərh edir. 
Torpağın münbitliyinin müxtə-
lif olmasının səbəblərini izah 
edə bilmir.  
Torpağın münbitliyinin 
müxtəlif olmasının  səbəblə-
rinin bir qismini izah edir. 
Torpağın münbitliyinin 
müxtəlif olmasının 
səbəblərini düzgün izah edir. 
 
 
Dərs 39 / Mövzu:
 
İNSANIN TƏBİƏTƏ UYĞUNLAŞMASI 
 
 
 
 Dərsin əvvəlində şagirdlərdən insanların mühitə uyğunlaşmasına aid hansı nü-
munələr gətirə biləcəklərini soruşmaq olar. Şagirdlərin diqqətini sadə əşyalara  yö-
Alt 
STANDARTLAR
2.1.7. Canlı aləmin müxtəlifliyinin səbəblərini şərh edir. 
 
 
Dərsin 
MƏQSƏDİ 
 insanın ətraf mühitə uyğunlaşmasının səbəblərini izah edir. 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə