Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə28/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   24   25   26   27   28   29   30   31   ...   139

___________________________________________________95 

A n a r: Ancaq icraiyyə komitəsinin bir müavini azərbaycanlı idi. 

Heydər  Əliyev:  Qulaq as. Mən ilk dəfə Dağlıq Qarabağda ikinci 

katibi rus seçirdim ki, heç olmasa bir az fəaliyyət göstərsin. Belə idi 

ki, bu, Naxçıvanda qanuni bir şeydir, amma burada yox, ola bilməzdi. 

Bax, Moskvanın münasibəti belə idi. 

Məsələn, götürək təhlükəsizlik orqanlarını. Dağlıq Qarabağda 

dövlət təhlükəsizliyi idarəsinin başçısı  həmişə erməni idi. Amma 

Naxçıvanda? Mən Naxçıvanda erməni də görmüşəm, rus da 

görmüşəm, yəhudi də görmüşəm, azərbaycanlını isə çox nadir. Mən 

isə  hələ  Mərkəzi Komitəyə keçməmiş, KQB sədri olan kimi oradan 

ermənini götürdüm və bir rus təyin elədim. Bildim ki, azərbaycanlı 

təyin etmək mümkün deyildir, rus təyin elədim. Vilayət soveti 

sədrinin birinci müavinini azərbaycanlı təyin elədim. 

Amma mən sizə nə deyə bilərəm? Azərbaycanlıları oraya işləməyə 

göndərirdim, altı aydan sonra gəlib deyirdilər ki, bizi geri çağır, 

çətindir. Dözmürdülər. Ermənilər hər  şeyə dözürdülər, amma onlar 

dözmürdülər. 

Başa düşürsünüzmü, ona görə  də Dağlıq Qarabağ sadə bir yer 

deyildir. Burada Moskva erməniləri daim müdafiə edirdi. Mən sizə bir 

fakt deyim, bunu heç vaxt yadımdan çıxara bilmirəm. Mərkəzi 

Komitədən sektor müdiri mənə telefon etmişdi ki, bilirsiniz, Daşkəsən 

Filiz Kombinatının baş mühəndisi ermənidir, onu işdən çıxarıblar. 

Deyirəm nə olsun ki, oranın baş mühəndisi ermənidir, işdən çıxarıblar. 

Erməni olduğuna görə  işdən çıxarmayiləlar ki. Bir də ki, bizim 

nomenklaturamız deyil ki. Deyirəm ki, bunu sən haradan bildin? 

Deyir ki, universitetin bir-iki erməni professoru gəlib mənim yanıma, 

etiraz edirlər. Başa düşürsünüzmü? 

Məni yenicə birinci katib seçmişdilər - bir, yaxud iki ay idi. 

Ermənilər həmin Daşkəsəndə, Bayan kəndində bir daşnak abidəsi 

qoymuşdular. 

  



___________________________________________________96 

Bəxtiyar Vahabzadə: Yadımdadır, katibi də çıxardılar. 

Heydər  Əliyev:  Oranın da birinci katibi gecə  gəlib onu uçurub 

dağıtmışdı. Mən də  cəmisi iki ay idi işləyirdim.  Əşi, bizim başımıza 

nə gətirmədilər? Mən o katibi işdən çıxardım, qərar qəbul elədik. 

Bilirsiniz, mən bu dərdlərin hamısını çəkmişəm. Bilirəm, hamısını 

bilirəm. 88-ci ildə  də bir tərəfdən Azərbaycanın rəhbərləri, nə  təhər 

deyərlər, səriştəsizlik göstərdilər, ikinci tərəfdən də ki, Moskva bunun 

qarşısını ala bilərdi. 

İndi ilə o vaxt arasında fərq var. O vaxt sovet hökuməti idi, özü də 

onun güclü dövlət strukturu vardı, onu dəyişmək mümkün deyildi. Bir 

faktı  də sizə deyim. 77-ci ildə SSRİ-nin yeni Konstitusiyası  qəbul 

olunurdu. Konstitusiya komissiyası  təyin olunmuşdu, sədri Brejnev 

idi, biz də onun üzvü idik, mən də Azərbaycanın nümayəndəsi idim. 

Vaxtaşırı komissiyanın müzakirələri keçirdi. Bunları da o vaxt 

Mərkəzi Komitənin katibi vardı - akademik Ponomaryov - o aparırdı. 

Brejnev o qədər iştirak eləmirdi. Bir dəfə Moskvaya, komissiyanın 

iclasına gəldim. Gördüm, xeyli ərizə  gəlib ki, «Dağlıq Qarabağı 

Azərbaycanın tərkibindən çıxarıb Ermənistana vermək lazımdır». 

Gördüm ki, Ponomaryov deyir bunu komissiyanın müzakirəsinə 

qoymaq lazımdır - ermənilər ona da təsir göstərirdilər. Elə bu faktın 

özü ki, komissiyanın müzakirəsinə buraxılsın, başa düşürsünüzmü, bu 

nə deməkdir? 

Hələ komissiyanın iclasından bir gün qabaq mən buna nə  qədər 

etiraz elədim, gördüm yox... Yenə  də getdim rəhmətlik Brejnevin 

yanına. Ona dedim ki, bu nədir, belə  şey ola bilməz! O, telefonu 

götürüb Ponomaryova zəng elədi ki, çıxar onu. 

Nə  qədər belə hallar, belə  şeylər olubdur. Başa düşürsünüzmü? 

Mən Dağlıq Qarabağın vəziyyətini 50-ci illərdən özüm 

  

 



 


___________________________________________________97 

görürəm. Amma o vaxta qədər, 23-cü ildən 50-ci ilə kimi olan tarixi 

də  mən yaxşı bilirəm. 14 il burada rəhbərlik edib, 5 il də Moskvada 

olduğum zaman bunların hamısını bilirəm. Bu, asan məsələ deyildir. 

Onları  həmişə müdafiə ediblər - həm Rusiya, həm Avropa, həm 

Amerika. Başa düşürsünüzmü? Amma bizi kimdir müdafiə edən? 

Türkiyədə Ermənistanla sərhədlər bizə görə bağlıdır. Amma bizim 

dostumuz Süleyman Dəmirəl mənə keçən il də danışmışdı, bu il də 

danışdı. Qarsın bələdiyyəsi, - deyir, orada da əsasən azərilərdir, - təklif 

verib ki, yol açılmalıdır ki, biz ticarət eləyək. Lap bu dəfə  mənə 

danışilə, - deyir getdim oraya, onları  yığilə dedim ki, ay balam, siz 

azərilərsiniz. Orada bir milyon azərini yerlərindən çıxarıblar. Biz bunu 

edə bilmərik, siz niyə belə edirsiniz? 

Bəli, orada yerli bələdiyyə ticarət naminə birinci dəfə deyil ki, bu 

məsələni qaldırır. Amma təkcə  bələdiyyə deyil, başqaları da 

qaldırırlar. Orada hökumət - şübhəsiz ki, prezident də, Baş nazir də, 

başqaları da çox prinsipial mövqe tuturlar. İndiyə  qədər onların 

Ermənistanla diplomatik əlaqələri yoxdur və indiyə  qədər də 

sərhədləri açmayıblar. 

Bir budur, bundan artıq başqa bir şey yoxdur. Çox ağır bir 

problemdir. Deyirlər ki, gəlin müharibə edək. Burada soruşursunuz ki, 

bizim ordumuz necədir? Mən sizə deyirəm, -ordumuz var və müharibə 

etməyə qadir ordumuz var. İndi danışırlar ki, orduda yeyinti də var

filan da var. Mən komissiya təşkil eləmişəm, yoxlayırlar, hələ 

nəticəsini almamışam. Güman edirəm ki, bunlar da var. Təəssüf ki, 

bizim bugünkü reallığımız bundan ibarətdir. Çox təəssüf ki, bunlar da 

var. 

Sən deyirsən ki, burada evlər, nə bilim, binalar tikiblər, filan 



ediblər, feşməkan ediblər. Görürəm, buna görə ürəyim ağrıyır ki, 

qaçqınlar çadırda yaşayır, bunlar evlər tikiblər. 

Siz hamınız yaxşı bilirsiniz ki, mən hələ sovet vaxtı, 70-ci illərdə 

vəzifəli şəxslərin bağ evləri tikməsini qadağan etmiş- 

  

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə