Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə36/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   32   33   34   35   36   37   38   39   ...   139

___________________________________________________123 

ildən artıq bir müddətdə müstəqil dövlət olduğu vaxtda bunun xüsusi 

əhəmiyyəti var. Çünki, şübhəsiz, hər bir müstəqil dövlət milli 

mədəniyyətinin, milli dilinin, milli adətlərinin və s. prinsiplərini 

inkişaf etdirir və  təkmilləşdirir. Bu təbiidir. Amma bu, heç də başqa 

dillərə, başqa dinlərə,  əqidələrə, başqa mənəviyyata, adətlərə, necə 

deyərlər, müqavimət göstərməməlidir. 

Mən  şadam ki, Azərbaycanda belə  əlverişli vəziyyət var. Təkrar 

edirəm, buna hamımız birlikdə, birgə  səylərlə nail olmuşuq. Bu gün, 

dözümlülük günündə mən sizi salamlayıram. Demək istəyirəm ki, biz 

bundan sonra da bu şəraiti inkişaf etdirəcək və  dərinləşdirəcəyik. 

Dözümlülük günü münasibətilə sizi təbrik edirəm. 



Hacı Allahşükür Paşazadə  (Qafqaz Müsəlmanları  İdarəsinin 

sədri şeyxülislam): Bismillahir-rəhmanir-rəhim! 

Cənab prezident! Bu gün bizim buraya bu tərkilədə gəlməyimizin 

elə özü müstəqil Azərbaycanımızda dini qarşıdurmanın yox, aramızda 

çox yaxşı münasibətlərin olduğunu göstərir. Bu dostluq münasibətləri 

gündən-günə genişlənir. Bizim bir-birimizə çox köməyimiz dəyir. 

Hətta elə məsələlər var ki, biz birlikdə yığışilə bunları aradan qaldıra 

bilirik. Məsələn, bu məsələlər xristianlığa və ya yəhudiliyə aid olanda 

da biz yığışilə onları həll edirik. 

Mən deyərdim ki, indi dünyada elə ölkə yoxdur ki, bayramlarda, 

moizə olanda orada bir məsciddə  həm müsəlman, həm xristian, həm 

də  yəhudi bir yerə toplaşsın. Yaxud şeyxülislam gedib kilsədə  çıxış 

etsin, bir yerdə dualar oxunsun. Bunu bizim Azərbaycanımızda 

görmək olar. Mən tam qətiyyətlə deyirəm ki, bunu başqa yerdə 

görmək çətindir. Ərəb ölkələrində nə qədər müsəlman dövləti olsa da, 

bugünkü gündə onlarda bunu görmək çox çətindir. 

Azərbaycanda hətta xırda dini icmalar da diqqətdən kənarda 

qalmır. Məsələn, elə bu gün də hər üç yəhudi icmasının 

  

 




___________________________________________________124 

- dağ  yəhudilərinin, Avropa yəhudilərinin və gürcü yəhudilərinin 

nümayəndələri burada iştirak edirlər. Dini icmanın böyük - 

kiçikliyindən asılı olmayaraq, hamı vicdan azadlığı hüquqlarından tam 

istifadə edir. Bu sahədə bizim hüquqlarımız tam təmin olunur. 

İndi daxildə qarşıdurma yaratmaq istəyən, Azərbaycanda vicdan 

azadlığı olmadığı barədə xaricdə yalan məlumatlar yaymağa çalışan 

bəzi şər qüvvələr var. Onlar ölkəmizdə demokratiyanı, hətta bugünkü 

həyatımızı görmək istəmirlər. 

Mən Sizə açıq deyim ki, hazırda Azərbaycanda sünni-şiə məsələsi 

yoxdur. Halbuki dünyanın başqa yerlərində bununla bağlı çox 

çətinliklər yaranır, qarşıdurmalar var. Ümumiyyətlə, ölkəmizdə 

məhzəblər arasında çəkişmələr yoxdur. Bütün bunlar isə Sizin 

rəhbərliyiniz, siyasətiniz, göstərdiyiniz yol, habelə Azərbaycan 

xalqının özünün mentaliteti sayəsində mümkün olmuşdur. 

Bəzi sektaların Azərbaycana gəlməsindən və  bəzilərinin onlara 

olan münasibətindən danışsaq, kimisə məcburən müsəlman - şiə və ya 

sünni etmək olmaz, buna heç bir qanunda icazə verilmir. 



Heydər Əliyev: Məcburən ola bilməz axı! 

Hacı Allahşükür Paşazadə: Ona görə buraya gələn bəzi adamlar, 

- hansılar ki, Avropadan müdafiə olunurlar, - ayrı-ayrı ailələrin 

çətinliklərindən istifadə edərək onları xristianlığa, yaxud başqa dinə 

keçməyə  məcbur edirlər. Belə hallar olubdur. Mən onların 

dediklərinin hamısı ilə razı deyiləm. Baxın, hansı müstəqil dövlətdə 

son vaxtlar yeni bir yeparxiya yaranıb? Gürcüstandamı, 

Özbəkistandamı, Qazaxıstandamı, Türkmənistandamı, 

Ermənistandamı yaranıb? Azərbaycanda xristian kilsəsinin yeni bir 

yeparxiyası yaranmasının özü sübut deyilmi ki, burada xristian-

müsəlman, rus-azərbaycanlı söhbəti yoxdur?! 

  

 



___________________________________________________125 

20 Yanvar hadisələri zamanı Qorbaçov bu damğanı bizə vurmuşdu, 

ona lazım idi desin ki, guya burada islam ekstremizmi vardır. Şəhidlər 

xiyabanında uyuyanların arasında azərbaycanlılarla yanaşı, yəhudi də, 

rus da, tatar da var. Biz onları rus kilsəsi ilə birlikdə  dəfn etdik. 

Kilsənin nümayəndəsi orada çıxış edəndə azərbaycanlılardan bir nəfər 

də  ağır söz demədi. Sovet rejimi, onun başında duran Qorbaçov isə 

bizi bütün dünyaya ekstremist kimi göstərmək istəyirdi. 

Bizi bu gün belə  qələmə vermək istəyənlər var. İslama qarşı belə 

münasibət indi də var. Qoy bütün dünya bilsin və  mən prezidentim 

kimi Sizə  də deyirəm: bizim Allahımız və Quranımız var. Biz hər 

hansı dövlətin siyasətini qəbul etməyəcəyik. Bizim Azərbaycan 

dövlətimiz var, öz mədəniyyətimiz, islam əqidəmiz var. Biz öz milli 

adətlərimiz,  ənənələrimizlə islam qayələrinə çatacağıq. Başqa 

dövlətlərin o şəkildə islami havadarlığı da bizə lazım deyil, bunu 

istəmirik. 

Xristian və  yəhudi dinlərindən olanlar bizim qardaşlarımızdır. 

Çünki Quran bunu bizdən tələb edir. Orada deyilir ki, Allaha iman 

gətirən bütün adamlar qardaşdırlar.  Əgər biz Adəm-Həvva 

ailəsindəniksə  və Musaya, İsaya, Məhəmməd  Əleyhissəlama iman 

gətiririksə, hamımız qardaşıq. 

Cənab prezident, mən Sizi başa düşürəm və çox minnətdarlığımı 

bildirirəm ki, bizi qəbul edib bu qardaşlığı daha da möhkəmləndirməyi 

tapşırırsınız.  İnanın ki, inşallah, bu qardaşlıq davam edəcəkdir. Siz 

çox yaxşı dediniz ki, bəzən xırda  şeylər olur. Əsas odur ki, bizim 

birliyimiz, inamımız və imanımız var, müqəddəs kitablarımız - Quran, 

Tövrat,  İncil var. Bunlara əsaslanaraq islamın və başqa dinlərin bizə 

buyurduqlarını, inşallah, yerinə yetirəcəyik. Çünki Allah-təala bizə 

əmr edib ki, hamınız birlikdə Allahın nurundan yapışın və ondan 

ayrılmayın. Söz veririk ki, bundan sonra da tələb olacaqdır. 



Heydər Əliyev: Sağ olun, şeyx. 

  



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə