Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə39/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   35   36   37   38   39   40   41   42   ...   139

___________________________________________________132 

Biz  İstanbul səfərində Sizə yaxşı yol arzulayır, böyük uğurlar 

diləyirik. Arzu edirik ki, regionumuzda, nəhayət, sülh olsun. Hər şeyə 

görə çox sağ olun. 



Mark Palaqaşvili  (Gürcü Yəhudiləri Dini İcmasının başçısı): 

Hörmətli Heydər  Əlirza oğlu, həmişə olduğu kimi, söz demək üçün 

mənə çox az vaxt qalır. Biz, o cümlədən də  mən burada, Sizin 

görüşünüzdə olduğumuza, təbriklərinizi eşitdiyimizə görə Sizə 

minnətdarıq. Biz özümüz də çox şey demək istəyirik. Hər halda, mən 

istəyirəm ki, belə görüşlər digər dövlətlər üçün etalon, nümunə olsun. 

Qoy hamı bizə baxsın, bizə həsəd aparsın və heç olmasa, nəyisə təkrar 

edə bilsinlər. Bu, bizim fəxarətlərimizdən biri olardı. 

Mən Bakıda doğulmuşam və 65 illik həyatımda heç bir pozuntu, 

ekstremizm, antisemitizm və s. hiss etməmişəm. Ona görə  də 

Azərbaycanda yaşayan gürcü yəhudiləri adından Sizə bir daha dərin 

minnətdarlığımı bildirirəm. Habelə ümid edirəm ki, biz əldə 

etdiklərimizlə kifayətlənməyəcək, daim irəliləyəcəyik. 

Sizə yaxşı yol olsun, respublikamız üçün zəruri bütün 

təşəbbüsləriniz və yaxud arzularınız yerinə yetsin. Çox sağ olun. 

Heydər Əliyev: Hörmətli dostlar, əvvəla, ümumən və o cümlədən 

Azərbaycanda dinin vəziyyəti, ölkəmizdə ictimai-siyasi şərait 

haqqında çox qiymətli sözlərinizə, çox qiymətli fikirlərinizə görə sağ 

olun. 


Bilirəm ki, siz həmişə bizim xəttimizi dəstəkləyirsiniz, həmişə 

obyektiv və ədalətli mövqe tutursunuz. Yəni Siz bizim xəttimizi kor-

koranə  dəstəkləmirsiniz, məhz obyektivlik, ədalətlilik mövqeyindən 

dəstəkləyirsiniz.  Əminəm ki, biz sizinlə bundan sonra da belə 

əməkdaşlıq edəcəyik. 

Mən məmnunam ki, biz bu gün görüşə bildik. Siz doğru dediniz, 

mən sabah İstanbula uçuram. Məsələlər olduqca çoxdur. Bu gün 

mənim bir dəqiqə  də vaxtım yoxdur, elə  əvvəlki günlərdə  də 

olmamışdır. Ancaq dünən təqvimə baxanda və 

  

 




___________________________________________________133 

görəndə ki, bu gün tolerantlıq günüdür, bizim işçilərə tapşırdım ki, 

görüşmək üçün sizi toplamağa çalışsınlar. Mənə dedibr ki, 

şeyxülislam xaricə gedir. Dedim ki, əgər mümkündürsə, qoy bir gün 

gözləsin, biz görüşək. Çünki məhz bu gün görüşmək, danışmaq, 

bugünkü sözlərimizi demək lazım idi. 

Mən Azərbaycanın dövlət təhlükəsizliyini möhkəmləndirmək üçün 

hər  şey edirəm. Bu sülhdür. Mən hər  şey edirəm ki, Ermənistan - 

Azərbaycan münaqişəsini sülh yolu ilə aradan qaldıraq, işğal olunmuş 

torpaqları sülh yolu ilə azad edək, vətəndaşlarımızı - azərbaycanlıları 

öz doğma yerlərinə qaytaraq. Sülh isə tolerantlığın ən başlıca amilidir. 

Mən bunu edirəm və edəcəyəm, ümidvaram ki, biz qarşıya 

qoyduğumuz məqsədə nail ola biləcəyik. Biz həmişə sizin də 

dəstəyinizdən, sizin dualarınızdan istifadə etmişik. Hesab edirəm ki, 

sizin bugünkü, İstanbula ATƏT-in zirvə görüşünə yola düşməyim 

ərəfəsindəki dualarınız bu və bir çox başqa məsələləri həll etməkdə 

mənə kömək olacaqdır. 

Hamınıza təşəkkür edirəm. Hamınıza cansağlığı arzu edirəm. Siz 

öz dini icmalarınıza - həm müsəlmanlara, həm xristianlara, həm 

yəhudilərə  və başqa icmaların hamısına mənim bugünkü sözlərimi 

çatdırın, mənim hörmət-ehtiramımı, səmimi salamlarımı çatdırın. Sağ 

olun. 


  


___________________________________________________134 

ATƏT-in ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT VƏ 

HÖKUMƏT BAŞÇILARININ NÖVBƏTİ ZİRVƏ 

GÖRÜŞÜNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN 

TÜRKİYƏNİN İSTANBUL ŞƏHƏRİNƏ 

YOLA DÜŞMƏZDƏN ƏVVƏL 

BİNƏ HAVA LİMANINDA YERLİ VƏ XARİCİ 

JURNALİSTLƏRİN SUALLARINA CAVAB 

 

17 noyabr 1999-cu il 

 

S u a l: Cənab prezident, qardaş Türkiyə Respublikasına 

növbəti səfəriniz barədə nə deyə bilərsiniz? 

C a v a b: Mən qardaş Türkiyə Respublikasına həmişə çox böyük 

həvəslə  və  məhəbbət hissi ilə gedirəm. Çünki bu, bizim üçün dost 

ölkədir. Mən çox məmnunam ki, XX əsrin sonunda ATƏT-in zirvə 

görüşü məhz Türkiyədə - İstanbulda keçirilir. Bu, türk dünyası üçün 

və Türkiyə Cümhuriyyəti üçün, eləcə  də bizim üçün çox böyük, 

əlamətdar hadisədir. Xalqımız, türk xalqı bununla fəxr edə bilər. 

Məqsədimiz aydındır - zirvə görüşündə iştirak etməkdir. Bilirsiniz 

ki, ATƏT-in zirvə görüşü dünya beynəlxalq təşkilatlarının ən mötəbər 

görüşlərindən hesab olunur. Çünki ümumiyyətlə, ATƏT 25 il bundan 

öncə yarandıqdan indiyə  qədər həqiqətən, dünyada həm sülhün, həm 

təhlükəsizliyin, həm də insan haqlarının qorunması, demokratiyanın 

inkişafı üçün çox böyük səylər qoyur və bu prinsiplərin həyata 

keçirilməsi üçün həddən artıq fəaliyyət göstərir. 

Ona görə  də Azərbaycanın müstəqil dövlət olaraq inkişaf etməsi, 

ümumiyyətlə, bu təşkilatda olması və zirvə görüşündə iştirak etməsi - 

dünyanın ATƏT-ə daxil olan ölkələrinin döv- 

  

 



___________________________________________________135 

lət başçıları, nümayəndə heyətləri ilə birlikdə iştirak etməsi, əlbəttə ki, 

bizim millətimiz üçün, Azərbaycan xalqı üçün çox əhəmiyyətlidir. Biz 

bununla fəxr edə bilərik. Biz fəxr edə bilərik ki, ölkəmiz, millətimiz, 

dövlətimiz müstəqildir və biz müstəqil dövlət olaraq dünyanın böyük 

dövlətləri ilə  bərabər hüquqda belə bir təşkilatdayıq və bu təşkilatın 

zirvə görüşündə onlarla bərabər hüquqda iştirak edəcəyik. Məqsəd 

bundan ibarətdir. 

Orada müzakirə olunacaq məsələlər məlumdur. Mən bu yaxınlarda 

bir qrup yazıçı və şairlə görüşümdə də bu barədə demişəm. Hər halda 

ATƏT-in üçüncü zirvə görüşüdür ki, mən Azərbaycanı təmsil edirəm. 

Birinci zirvə görüşü 1994-cü ilin dekabr ayında Budapeştdə, ikincisi 

1996-cı ilin dekabr ayında Lissabonda - Portuqaliyada olmuşdur. 

Nəhayət, indiki görüş İstanbuldadır. Çox məmnunam ki, Azərbaycan 

təmsil olunubdur. Azərbaycanın prezidenti kimi, mən Azərbaycanı 

təmsil edəcəyəm və  əvvəlki zirvə görüşlərində olduğu kimi, 

Azərbaycanın milli mənafelərinə aid olan məsələlərin,  şübhəsiz ki, 

həyata keçirilməsinə nail olacaq və nail olmağa çalışacağam. 

Azərbaycanın milli mənafeləri tamamilə qorunacaqdır. 

S u a l: Cənab prezident, Azərbaycan bu görüşdən nə gözləyir? 

C a v a b: Hazırda bütün Avropa nə gözləyirsə, Azərbaycan da 

onu gözləyir. Çox şey gözləyir. Xartiya - Avropa regionunda sülhün 

və  təhlükəsizliyin möhkəmləndirilməsi, demokratiyanın, Helsinki 

sazişinin digər prinsiplərinin inkişafı üçün bir çox vacib müddəaları 

əks etdirən siyasi bəyannamə  qəbul olunacaqdır. Yəni, çox şey 

gözlənilir. 



S u a l: Cənab prezident, Bakı-Ceyhan boru kəməri haqqında 

anlaşma imzalanacaqmı? 

C a v a b: Bakı-Ceyhan boru xətti ilə bağlı anlaşma üzərində bir 

ildir ki, çalışırıq. Bilirsiniz ki, beş ildir - 1994-cü ilin 

  

        



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə