Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə42/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   38   39   40   41   42   43   44   45   ...   139

___________________________________________________143 

AVROPADA TƏHLÜKƏSİZLİK VƏ 

ƏMƏKDAŞLIQ TƏŞKİLATININ  

ZİRVƏ GÖRÜŞÜNDƏ NİTQ 

 

İstanbul, «Çırağan sarayı»  

 

18 noyabr 1999-cu il 

 

Hörmətli cənab sədr! 



Hörmətli həmkarlarım! 

Xanımlar və cənablar! 

Biz ATƏT-in bu əsrdəki sonuncu zirvə görüşünün dünya 

sivilizasiyasının  ən böyük mərkəzlərindən biri olan əzəmətli  İstanbul 

şəhərində keçirilməsinə böyük əhəmiyyət veririk. Bizə göstəribn 

yüksək qonaqpərvərliyə  və sammitin işinin çox gözəl təşkil 

olunmasına görə Türkiyə Respublikasının prezidenti zati-aliləri 

Süleyman Dəmirələ  və Türkiyə hökumətinə xüsusi minnətdarlığımı 

bildirirəm. 

Türkiyədə baş vermiş ağır təbii fəlakət, dəhşətli zəlzələ nəticəsində 

minlərlə adamın həlak olması dost və qardaş türk xalqı ilə    bərabər  

bizi də  qəlbən  kədərləndirdi. Biz sizin dərdinizə  şərik çıxırıq və 

«keçmiş olsun» deyirik. Hörmətli sədr! 

İki dağıdıcı müharibənin dəhşətlərindən və «soyuq müharibə»nin 

sərt sınağından çıxmış iyirminci yüzilliyin sonunda Avropa qarşısında 

həqiqi sülh və sabitlik yolu açılmışdır. Lakin biz təxminən iyirmi beş 

il bundan əvvəl Helsinkidə elan edilmiş  məqsəd və prinsiplərin tam 

həyata keçirilməsinə, təəssüf ki, hələ də nail olmamışıq. 

  

 

 




___________________________________________________144 

ATƏT üzvü olan dövlətlərin suverenliyi, ərazi bütövlüyü və 

ümumiyyətlə, təhlükəsizliyi üçün yaranmış qorxu amansız reallığa 

çevrilmişdir, milyonlarla insana fəlakət və iztirab gətirmişdir. Mən bir 

daha beynəlxalq birliyin diqqətini Azərbaycanın düşdüyü dözülməz 

vəziyyətə  cəlb edirəm. Altı ildən çoxdur ki, suveren Azərbaycanın 

ərazisinin beşdə bir hissəsi erməni silahlı qüvvələrinin işğalı 

altındadır. Həyata keçirilmiş etnik təmizləmələr nəticəsində bir milyon 

Azərbaycanlı öz doğma yurd-yuvalarından qovulmuşdur. 

Təəssüf ki, sonuncu zirvə görüşümüzdən sonra sülh prosesi arzu 

etdiyimiz nəticəni verməmişdir. Minsk qrupunun həmsədrləri 

Lissabon zirvə görüşündə  qəbul edilmiş prinsiplərin həyata 

keçirilməsi üçün lazımi fəallıq və ardıcıllıq göstərməmişlər, Minsk 

prosesi passivləşmişdir. Belə bir şəraitdə Azərbaycan və Ermənistan 

prezidentləri arasında birbaşa görüşlər və danışıqlar keçirilməsi 

zərurəti yaranmışdır. Bir neçə belə görüş keçirilmişdir və bu görüşlər 

münaqişənin sülh yolu ilə aradan qaldırılmasına ümid verir. Şübhəsiz 

ki, münaqişənin aradan qaldırılmasının mühüm amillərindən biri də 

tərəflərin güzəştə getməyə hazır olmasıdır. Lakin güzəştin də 

beynəlxalq hüquq prinsipləri və normaları ilə müəyyən edilmiş həddi 

var. 

Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda ermənilər 



və azərbaycanlılar sülh və təhlükəsizlik şəraitində birgə yaşaya bilərlər 

və yaşamalıdırlar. Bu isə Azərbaycan ilə Ermənistan arasında sülhün 

və normal mehriləan qonşuluq münasibətlərinin yaranmasına xidmət 

edərdi. Bunun üçün Azərbaycanın işğal olunmuş  əraziləri azad 

edilməlidir, bunun üçün Azərbaycan Respublikasının tərkibində 

Dağlıq Qarabağın müvafiq statusu müəyyən edilməlidir. 

Qeyd etmək istəyirəm ki, Ermənistan prezidenti ilə danışıqlarımız 

Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün 

məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun fəaliyyətini  əvəz edə 

bilməz. Mən Minsk Konfransının həm- 

  

 



___________________________________________________145 

sədri olan ölkələrin dövlət və hökumət başçılarını Minsk qrupu 

çərçivəsində danışıqların tezliklə  bərpası üçün zəruri səylər 

göstərməyə çağırıram. Dünya Birliyi münaqişənin aradan 

qaldırılmasına dair bəyan edilmiş prinsipləri ardıcıl surətdə  və 

qətiyyətlə müdafiə etməlidir. 

Biz üzümüzə  gələn yüzillikdə ATƏT-in roluna bu problemlərin 

prizmasından baxırıq. ATƏT öz prinsiplərini müdafiə etmək məqsədi 

ilə  qətiyyətlə  fəaliyyət göstərməli və özünün əməliyyat imkanlarını 

xeyli gücləndirməli, ilk növbədə çox-millətli sülhyaratma qüvvələrini 

inkişaf etdirməlidir. 

Hesab edirəm ki, Avropada adi silahlı qüvvələr haqqında 

müqavilənin səmərəliliyi yüksəldilməlidir. Bəyan edirəm ki, regionun 

hərbiləşdirilməsi və  işğal edilmiş Azərbaycan torpaqlarında qanuna 

zidd xarici silahların yerləşdirilməsi Azərbaycanın təhlükəsizliyi üçün 

qorxu yaratmışdır. Buna baxmayaraq Azərbaycan bu müqavilədən 

irəli gələn öhdəliklərini tam yerinə yetirir. Bəzi dövlətlərin hərəkətləri 

isə  həm müqaviləni pozur, həm də onun iştirakçısı olan dövlətlərin 

təhlükəsizliyini sarsıdır. 

Cənubi Qafqaz regionu Avropanın ayrılmaz hissəsidir. Mən 

Amerika Birləşmiş Ştatlarının, Avropa Birliyi ölkələrinin, Rusiyanın, 

Türkiyənin, Gürcüstanın, Ermənistanın və ATƏT-in marağı olan 

bütün digər üzvlərinin dövlət və hökumət başçılarına müraciət edərək 

onları regionumuzun problemlərinin həlli üçün qətiyyətli fəaliyyət 

göstərməyə çağırıram. Mən Cənubi Qafqazda təhlükəsizlik və 

əməkdaşlıq paktının təsis olunmasını  təklif edirəm. Belə bir pakt 

dövlətlərarası münasibətlərin və münaqişələri aradan qaldırmağın 

prinsipial  əsaslarını  təsbit etməlidir. Onun əsasında regiondan xarici 

hərbi qüvvələr çıxarılmalıdır. Regionu bölən ayırıcı  xətlər aradan 

qaldırılmalıdır. Təcavüzə, etnik təmizləmələrə, separatçılığa və 

terrorizmə son qoyulmalıdır. Baş vermiş faktlar əsasında hərəkətlərə 

və ikili standartlara yol verilməməlidir. 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə