Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə40/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   36   37   38   39   40   41   42   43   ...   139

___________________________________________________136 

sentyabr ayından bəri Azərbaycan Bakı-Ceyhan boru xətti layihəsinin 

qəbul edilməsində aparıcı rol oynayilə, hegemonluq edibdir və buna 

nail olubdur. Bir il bundan öncə Ankarada bəyannamə imzalanandan 

sonra biz çox iş görmüşük. Bizim nümayəndə heyəti bu il ərzində 

demək olar ki, qısa fasilələrlə iki-üç aylarla Ankarada, İstanbulda 

Türkiyə ilə, Gürcüstanla, xüsusilə Türkiyə ilə birlikdə bu müqavilənin 

hazırlanması üçün çalışilədır. Bu iş başa çatilə  və müqavilə orada 

imzalanacaqdır. 

S u a l: Transxəzər təbii qaz kəməri ilə bağlı hansısa çərçivə 

anlaşması gözlənilirmi? 

C a v a b: O da imzalanacaqdır. 

S u a l: Cənab prezident, siz orada Azərbaycanın adi silahlar 

kvotasının artırılması məsələsini qaldıracaqsınızmı? 

C a v a b:  Sən mənə qulaq asdın. Biz dörd ildir bu məsələni 

qaldırırıq. Ancaq buna nail ola bilmirik, çünki heç bir ölkənin kvotası 

qaldırılmır. Mən o vaxt ilk dəfə açıqladım və bir daha sizə deyirəm ki, 

Azərbaycanda olmuş  hərc-mərclik, hakimiyyətsizlik, hakimiyyət 

uğrunda  əsassız mübarizə Azərbaycanı belə bir faciəyə  də düçar 

edibdir. 

Bəli, 1992-ci ilin may ayında, Varşava paktı dağılandan sonra 

NATO ilə Rusiya arasında danışıqlar aparılan zaman, şübhəsiz ki, 

Rusiya başçılıq edərək, MDB dövlətlərini Daşkəndə toplamışdı ki, 

Varşava paktında, o cümlədən Rusiyanın  ərazisində olan silahların 

hansı ölkədə, hansı respublikada nə  qədər saxlanması müəyyən 

edilsin. 

Demək lazımdır ki, Azərbaycanın ekspertləri orada çox səmərəli 

fəaliyyət göstərmiş  və yaxşı  təkliflər hazırlamışdılar. Amma o vaxt 

Azərbaycanın dövlətçiliyi haqqında düşünən yox idi. Mütəlliləov 

cinayət etdi, hakimiyyətdən getdi. Tərəfdarları bir-iki ay çalışdılar onu 

hakimiyyətə  gətirsinlər. Bir yerə toplaşmış Xalq Cəbhəsi, Müsavat, 

başqaları xalqın o dövrdə Azərbaycana qarşı olan ədalətsizliyə, sovet 

hakimiy- 

  

 




___________________________________________________137 

yətinə, kommunist partiyasına qarşı qalxdığı bir zamanda bu fürsətdən 

istifadə edib hakimiyyəti  ələ keçirməyə çalışdılar. Bu hakimiyyət 

mübarizəsindən də kim uddu, kim uduzdu? Yenə  də Azərbaycan 

uduzdu! Birincisi, Azərbaycanda ictimai-siyasi vəziyyət pozuldu, 

dağıldı, Azərbaycan bərbad bir vəziyyətə düşdü.  İkincisi də, belə bir 

məsələ  həll olunduğu zaman Azərbaycandan Daşkəndə normal bir 

nümayəndə heyəti, düşünülmüş  təkliflərlə silahlanmış nümayəndə 

heyəti getmədi. 

Bilirsiniz ki, may ayının 7-də ermənilər  Şuşanı  işğal etdilər, 

xatirinizdədir. Azərbaycanda böhran başlanmışdı, çünki 

hakimiyyətsizlik idi. May ayının 14-də Mütəlliləovun tərəfdarları onu 

bir daha hakimiyyətə  gətirdilər. Bəli, may ayının 15-də camaat, xalq 

toplaşdı, onu hakimiyyətdən qovdu və düz elədi. Amma o vaxtlar 

xalqın fikri, məqsədi ilə hakimiyyət uğrunda mübarizə aparan və bu 

gün də o fikirlərindən hələ ki, daşınmayan insanlar hərəsi özü üçün 

düşünürdü. Millət haqqında, ölkəmiz, dövlət haqqında düşünən yox 

idi. 


Ona görə də Daşkəndə kim gedib, kim getməyilə - heç kəsə məlum 

deyildir.  İki-üç il bundan öncə biz bu məsələni araşdıranda tapa 

bilmirdik ki, oraya kim gedib və müqaviləyə kim imza atıbdır. İmzaya 

baxırıq, heç kəs tanıya bilmir. Biri deyir ki, Rəhim Qazıyevin 

imzasıdır. Abbas Abbasov, - o, indi bu adamlardan bizim yanımızda 

olandır, - boynuna aldı ki, oraya gedibdir. Bəs imza kimindir? Deyir, 

mənimki deyildir. Bəs kiminkidir? Bəlkə Rəhim Qazıyevindir? Rəhim 

Qazıyevin imzası ilə tutuşdurdular, dedibr ki, yox, onun imzası 

deyildir. Nəhayət, tapdılar ki, o vaxtlar Nazirlər Soveti sədrinin 

müavini olub, Əzizbəyov, - hamının yadından çıxmış bir adamdır, 

yəqin ki, müvəqqəti işləmiş adamdır,- o imza atıbdır. 

Ən böyük əhəmiyyətli, dövləti  əhəmiyyəti olan məsələni bu cür 

həll etməkmi olar? Belə nümayəndə heyəti ilə  həll etməkmi olar? 

Ekspertlər indi də sağdır, onlar danışırlar ki, o vaxt təklif 

  

 

 




___________________________________________________138 

hazırlamışdılar ki, Azərbaycanın  ərazisi də,  əhalisi də  Cənubi 

Qafqazın o biri respublikalarından artıq olduğuna görə bizim kvota da 

artıq olmalıdır: 400, 415, 420. Buna da razılıq alınmışdı. Amma 

Rəhim Qazıyev gedib Qraçovla, filanla danışırdı ki, onlar bunu 

hakimiyyətə  gətirsinlər. Mütəlliləov Moskvanın xüsusi xidmət 

orqanlarının əli ilə yenidən hakimiyyətə gələ bilmişdi. Xalq Cəbhəsi, 

Müsavat və başqa bu kimi təşkilatlar da birləşilə hakimiyyəti  əldə 

etmək istəyirdilər. Hərəsi öz mənafelərinə nail olmaq üçün millətin 

mənafeyini qurban verdilər. 

O vaxtdan biz düşmüşük bu tələyə. Mən dedim, bir də sizə təkrar 

edirəm ki, dörd ildir bu barədə bizimlə danışıqlar aparırlar. Özü də 

Amerika Birləşmiş Ştatlarının yüksək nümayəndə heyətləri danışıqlar 

aparır. Üç il bundan qabaq, Lissabon zirvə görüşü ərəfəsində gəldilər, 

burada danışıqlar apardıq. Nəhayət, Lissabonda mənə müraciət etdilər. 

Biz buna razılıq vermədik. Amma sonra gördük ki, kvotanı qaldırmaq 

mümkün deyildir. Lakin adi silahlar haqqında müqavilə  də 

imzalanmalıdır. Çünki imzalanmasa, bu, ola bilər, bizim region üçün 

daha böyük təhlükədir. 

Siz bilirsiniz, Rusiya indi iddia edir ki, yeni müqavilə əsasında ona 

Qafqazda bu silahları daha çox saxlamağa icazə verilsin, Qafqazda 

vəziyyət ağırdır. Demək, bu müqavilə imzalanmasa, Rusiya harada nə 

qədər istəyirsə, gətirilə o qədər də silah saxlayacaqdır. Başa 

düşürsünüzmü? Vəziyyət belədir. Ona görə  də biz məcbur olduq, 

razılıq verdik. Bizə kvotanı heç kəs artırmayacaqdır. 

S u a l: Cənab prezident, İstanbulda GUÖAM çərçivəsində 

görüş keçiriləcəkmi? 

C a v a b: Ola bilər. Daha nə sözünüz var? Bir belə adam 

yığışıbsınız, bir dənə  əməlli sual verə bilmirsiniz. Siz narahat 

deyilsinizmi ki, orada bir şey imzalanacaqmı? Görürəm, hamınız sakit 

olmusunuz. Bəs niyə sakit oldunuz? 



J u r n a l i s t: Yazıçılarla görüşdə hər şeyi demisiniz

  

 



 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə