Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə37/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   33   34   35   36   37   38   39   40   ...   139

___________________________________________________126 

Aleksandr  (Rus Pravoslav Kilsəsi Bakı  və  Xəzəryanı 

Yeparxiyasının yepiskopu): Zati-aliləri, çox hörmətli cənab prezident! 

İcazə verin, bu görüşə imkan yaratdığınıza görə Sizə  dərin 

minnətdarlığımı bildirim və hazırda Azərbaycanda mövcud olan 

müasir dini həyatın problemləri barəsində fikrimi söyləyim. 

Azərbaycan xalqı  həqiqətən çox tolerantlı xalqdır. Bu ilin 

yanvarında Moskvada mənə Bakı  və  Xəzəryanı yepiskopu rütbəsi 

veribrkən söylədiyim xüsusi nitqdə bunu vurğulamışam. Bu gün 

burada eşitdikklərimizə  əsasən inamla demək olar ki, BMT-nin, 

YUNESKO-nun elan etdiyi bu bayram -tolerantlıq günü həm də 

Azərbaycanın milli bayramıdır. Çünki tolerantlıq Azərbaycan xalqının 

özünəməxsus, xarakterik xüsusiyyətidir. 

Bizim Azərbaycanda dini həyatın problemlərinə Sizin belə 

dərindən diqqət yetirməyiniz məni çox sevindirdi. Başqa cür ola 

bilməzdi. Sizin kimi müdrik bir siyasətçi Azərbaycan Respublikası 

xalqının həyatının bu sahəsinə də diqqət yetirməyə bilməz. 

Son vaxtlar ərzində baş vermiş hadisələr ilk növbədə onu göstərir 

ki, Azərbaycan hökuməti vicdan azadlığına, dini etiqad azadlığına 

əməl olunması prinsipləri üzərində  həqiqətən möhkəm dayanır. Bir 

çox din xadimlərinin onilliklər  ərzində mübarizə apardığı  məsələlər 

Azərbaycanda təkcə kağız üzərində  bəyan edilmir, həm də  həyatda 

yerinə yetirilir, Azərbaycan Respublikasının ictimai həyatının  əsl 

qanunudur. Azərbaycanda pravoslav kilsəsinin nümayəndəsi kimi, 

mən buna şahidlik edə bilərəm. 

Təəssüf ki, mövcud qanunun çərçivəsindən kənara çıxan bəzi 

hadisələr son vaxtlar bizim dini həyatımızda xoşagəlməz ovqat 

yaratmışdır. Lakin zənnimcə, baş vermiş və dini həyatımıza   müəyyən   

uyğunsuzluq  gətirmiş   həmin   hadisələrin 

  

 




___________________________________________________127 

Azərbaycan ərazisində yayılmış ənənəvi dinlərə heç bir dəxli yoxdur. 

Çünki Azərbaycanda  ənənəvi dünya dinləri liderlərinin qarşılıqlı 

ünsiyyəti, həm də  təkcə onların deyil, sıravi dindarların ünsiyyəti 

göstərir ki, Azərbaycanda dini dözümlülüyə  və dini həyatımızın bu 

sahəsindəki qanunvericiliyin əsas normalarına əməl olunur. 

Amma kütləvi informasiya vasitələri həmin hadisələrə, o cümlədən 

lüteran icmasında və daha haradasa baş vermiş hadisələrə ayrı cür don 

geyindirməyə çalışmışlar. Bəzən bizə də müraciət edir və buna bənzər 

hadisələri  şərh etməyimizə  cəhd göstərirdilər. Mən cavab verməli 

olurdum ki, kütləvi informasiya vasitələrinin siyasi şərhçisi deyiləm, 

cənab prezidentin hərəkətlərinin  şərhçisi deyiləm - bundan ötrü 

prezidentin mətbuat katibi var. Həmin məsələlər barəsində bu gün 

Sizin dedikləriniz də sübut edir ki, Siz bu problemlərin ədalətli həllinə 

çox böyük maraq göstərmisiniz. 

Mən Sizə həm öz şəxsi minnətdarlığımı, həm də dindar pravoslav 

xristianların, - təkcə pravoslavların deyil, bizdə xristian məzhəbləri 

çoxdur, molokanlar, baptistlər, adventistlər də var, - digərlərinin də 

dərin minnətdarlığını bildirmək istəyirəm. Bizim Azərbaycan 

Respublikasında onların hamısı eyni hüquqlardan istifadə edirlər və 

Azərbaycan Respublikasının dini etiqad azadlığı haqqında 

qanunvericiliyi müxtəlif dinlərin nümayəndələrinə eyni dərəcədə 

şamil olunur. 

Cənab prezident, biz bilirik ki, İstanbula zirvə görüşünə gedirsiniz

orada həm Avropa, həm də Asiya dövlətlərinin müasir siyasi həyatının 

bir çox problemləri həll ediləcəkdir. Sizin zəhmətinizə Allahdan 

kömək diləyir və arzu edirəm ki, zirvə görüşündə bu problemləri 

uğurla və Azərbaycan Respublikası üçün faydalı  şəkildə  həll 

etməyinizə Tanrı özü yardımçı olsun. 

Siz burada əmin-amanlığın bərqərar olması, xalqın rifahının 

yüksəlməsi, insan hüquqlarına dair əsas beynəlxalq nor- 

  

 



 


___________________________________________________128 

maların Azərbaycan Konstitusiyasında öz ifadəsini tapması üçün çox 

iş görmüsünüz. Arzu edirəm ki, Siz bu dəfə  də,  İstanbul zirvə 

görüşündə Azərbaycan xalqının nümayəndəsi və Azərbaycan 

Respublikasının başçısı missiyanızı  uğurla yerinə yetirəsiniz və 

Azərbaycan həmin toplantıda  əldə olunacaq xeyirxah bəhrələrdən 

istifadə edə bilsin. Sizə təşəkkür edirəm. 

Heydər Əliyev: Çox sağ olun. 

Semyon  İxiilov  (Dağ  Yəhudiləri Dini İcmasının başçısı): Çox 

hörmətli cənab prezident, zati-aliləri! 

Biz çox mütəəssir olduq ki, Siz məhz belə bir gündə, belə ciddi 

konfransa - zirvə görüşünə getmək  ərəfəsində, YUNESKO-nun elan 

etdiyi dözümlülük günündə bizi dəvət etməyə  və tolerantlıq 

mövzusunda söhbətə vaxt tapmısınız. Tolerantlıq ciddi məsələdir. 

Azərbaycanda yaşayan yəhudilərin hüquqları heç vaxt nə rəhbərlik 

tərəfindən, nə  də sadə insanlar tərəfindən pozulmamışdır, biz 

həyatımızda antisemitizmin nə olduğunu heç zaman bilməmişik. 

Bizim işimizə  gəldikdə isə,  əsas konfessiyalar dostluq şəraitində 

fəaliyyət göstərirlər. Onlar islama etiqad edən şeyxülislam Allahşükür 

Paşazadə həzrətlərinin, pravoslavlığa etiqad edən möhtərəm Aleksandr 

ata həzrətlərinin və bizim -iudaizmə etiqad edən yəhudilərin şəxsində 

təmsil olunmuşlar. Həqiqətən də  şeyximiz başda olmaqla, bizim 

fəaliyyətimizdə  hər  şey elə  əlaqələrdirilmişdir ki, heç yerdə  və 

dünyanın heç bir şəhərində belə dostluq, həmrəylik yoxdur. Buraya 

kim gəlirsə  gəlsin - istər ATƏT-dən, istərsə  də digər nümayəndə 

heyətləri, hətta Amerikadan, İsraildən, başqa ölkələrdən gəlin yəhudi 

nümayəndə heyətləri sadəcə heyrətlənirlər, bəziləri isə heyran qalırlar. 

Zənnimcə, bunun arxasında hansısa həsəd də var. Tamamilə 

mümkündür. 

  

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə