Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə35/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   31   32   33   34   35   36   37   38   ...   139

___________________________________________________120 

xalqlara və ya müsəlman dini tərəfindən xristianlığa və əksinə, xristian 

dini, yəhudi dini tərəfindən müsəlman dininə pis yanaşılması hallarını 

tamamilə aradan qaldıra bilmişik. 

Bu, Azərbaycanın reallığıdır. Bu baxımdan, hesab edirəm, biz 

cəsarətlə deyə bilərik ki, Birləşmiş Millətlər Təşkilatının, YUNESKO-

nun tolerantlığa nail olmaq barədə çağırışını  uğurla həyata keçiririk. 

Bununla belə, mən məhz bu gün sizinlə görüşmək qərarına gəldim, 

deyim ki, yaxşı - onsuz da yaxşıdır, ancaq həmişə yaxşı olması üçün, 

sabah bugünkündən daha yaxşı olması üçün biz nə etməliyik. 

Əlbəttə, Azərbaycanda mövcud olan millətlərarası, dinlərarası, 

etnik vəziyyət yüksək qiymətə layiqdir. Bu, hamının -həm 

azərbaycanlıların, həm rusların, həm ukraynalıların, həm  yəhudilərin 

digər millətlərdən olan insanların, o cümlədən bizim dini 

konfessiyaların - Azərbaycanda başlıca dinimiz olan islam dininin, 

xristian-pravoslav, - yəhudi dinlərinin səyləri ilə  əldə edilmişdir. 

Hesab edirəm ki, bizim nəinki  əldə olunmuş nailiyyətləri 

möhkəmləndirməyə, həm də daha çox iş görməyə  və bütün dünyaya 

nümayiş etdirməyə imkanımız var ki, əhalisinin  əksəriyyəti 

baxımından müsəlman ölkəsi olan Azərbaycanda həqiqətən 

demokratik, hüquqi, dünyəvi dövlət qurulur, burada dünyəvi cəmiyyət 

artıq formalaşmışdır, tolerantlıq prinsipi nəinki mövcuddur, həm də 

hakim mövqe tutur. 

Siz bilirsiniz, son vaxtlar müəyyən hallar olub ki, bizim inziləati 

orqanlar bəzi dinlərin, o cümlədən lüteran, apostol məzhəblərinin 

nümayəndələrinə qarşı bəzi inziləati tədbirlər görüblər. Yəni, bəziləri 

hesab edib ki, baptistlərin, daha hansısa sektanın ayrı-ayrı 

nümayəndələri azərbaycanlıları bu dinə döndərməyə, başqa sözlə, 

müsəlmanı xristian, baptist, katolik, nə bilim, daha nə etməyə  cəhd 

göstərirlər. Açıq deyirəm, bu işdə ciddi səhvlərə yol verilmişdir. 

Mən bunu eşidəndə, xüsusən də Amerika Birləşmiş Ştatlarının bəzi 

konqresmenlərindən, Azərbaycanın böyük dostu, 

  

 

 



 


___________________________________________________121 

ABŞ senatoru Braunbekdən mənə bu hallarla əlaqədar narahatlıq 

bildirən məktublar gələndə  Təhlükəsizlik  Şurasının xüsusi iclasını 

çağırdım. Müvafiq rəhbər işçiləri dinlədim, vəziyyətlə tanış oldum, 

lazımi göstərişlər verdim. Göstərişlər isə ondan ibarətdir ki, insan 

azaddır, insan azadlığı bütün sahələrdə azadlığın olmasını  nəzərdə 

tutur. Biz şəxsiyyət azadlığını Azərbaycanda demokratik cəmiyyətin 

başlıca amili elan etmişik. Demokratikləşdirmə və demokratik dövlət 

quruculuğu, demokratik cəmiyyətin formalaşdırılması hər şeydən öncə 

şəxsiyyət azadlığını, insan azadlığını, söz azadlığını, mətbuat 

azadlığını, bir sözlə, bütün insan azadlıqlarını, dini etiqad azadlığını, 

vicdan azadlığını  nəzərdə tutur. İnsan azaddır. Hansı Allaha sitayiş 

etmək istəyirsə, qoy ona da sitayiş etsin. İnsanı bir dindən başqa bir 

dinə keçməyə  məcbur etmək olmaz. Əgər insan özü daxilən bunu 

istəyirsə, onda bunu heç kim ona qadağan edə bilməz. Mən doğru 

deyirəm, ya yox? Siz mənimlə razısınızmı?  



C a v a b: Razıyıq. 

Heydər  Əliyev:  Ona görə  də  mən tədbirlər gördüm və göstəriş 

verdim. Hesab edirəm ki, belə səhvlərə yol verilməyəcəkdir. 

Amma bunun özü Azərbaycandakı iri konfessiyalar arasında baş 

vermir - siz, onların liderləri buradasınız. Həmin hallar hansısa xırda 

sektalar, yaxud onlara bənzər qruplarla bağlıdır, ancaq bu, nədənsə, 

kimisə narahat edir. Doğrudur, bəziləri mənə deyirdilər ki, həmin 

sektalardan tək-təkləri gəncləri təkcə bu məqsəd üçün deyil, sonradan 

onları hansısa pis işlər görməyə göndərmək üçün cəlb edirlər ki, 

müəyyən cinayətlər törətsinlər, yaxud terrorçu olsunlar və sair. Hesab 

edirəm ki, əvvəla, din çətin ki, bu işlə məşğul ola bilsin, ikincisi isə, 

əgər hətta bu baş versə  də, onda biz vicdan azadlığına qarşı deyil, 

məhz ona qarşı mübarizə aparacağıq. Vicdan azadlığı toxunulmazdır. 

  

 

 




___________________________________________________122 

Bu fakt barədə ona görə deyirəm ki, siz yəqin ki, bilirsiniz, xüsusən 

də ona görə ki, bu, bir qədər yayılmışdır,  əks-sədası Birləşmiş 

Ştatlardan mənə  gəlib çatmışdı. Həm də ona görə deyirəm ki, siz 

biləsiniz, mən sizə  şərh etdiyim mövqelərdə, prezident seçildikdən 

sonra and içdiyim mövqelərdə dururam və bundan sonra da 

duracağam. Həmin faktlar Azərbaycanda azadlıq - şəxsiyyət azadlığı, 

vicdan azadlığı haqqında ümumi vəziyyəti, tolerantlığın vəziyyətini 

xarakterizə edə bilməz. 

Bir daha demək istəyirəm ki, tolerantlıq geniş anlayışdır. O, təkcə 

dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, 

mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir. 

Mədəniyyətlərə dözümlülüyə  gəldikdə isə, burada, ümumiyyətlə, 

dözümlükdən söhbət gedə bilməz. Deyək ki, azərbaycanlıların rus 

mədəniyyətinə, Qərb mədəniyyətinə, yəhudi mədəniyyətinə 

məhəbbətindən və ya əksinə söhbət gedə bilər. Mən bilirəm ki, vaxtilə 

İsrailə köçüb getmiş bakılılar, Azərbaycan vətəndaşları orada "Bakılı" 

adlanan böyük cəmiyyət yaradıblar. Onlar bir yerə yığışır, Azərbaycan 

mahnıları oxuyurlar, Azərbaycan musiqisi, muğamları səslənir. Yaxud 

da bilirəm ki, bizim muğamımızı, musiqimizi Gürcüstanda olduqca 

çox sevirlər. Təəssüf ki, biz Ermənistanla münaqişə  vəziyyətindəyik. 

Hesab edirəm ki, nə vaxtsa biz bu münaqişəni də aradan qaldıracağıq. 

Ermənistanda Azərbaycan musiqisinin erməni musiqisindən daha çox 

sevildiyi vaxtlar yadımdadır. Toylarda, adətən, Azərbaycan musiqisi, 

Azərbaycan rəqsləri ifa olunardı. Ümumiyyətlə, bütün bunlar 

dözümlülük çərçivəsindən çox kənara çıxır, bu, artıq mədəniyyətlərin 

dotsluğu, mədəniyyətlərin qarşılıqlı təsiri, qarşılıqlı əlaqəsidir. 

Yenə deyirəm, bunlar hamısı Azərbaycanda müxtəlif millətlərdən 

olan insanların uzun illər ərzində yaşamasının müsbət nəticəsidir. Bu, 

təkcə XX əsrdə deyil, həm də XIX əsrdə, keçmiş dövrlərdə  də 

olmuşdur. Ancaq indi, Azərbaycanın 8 

  

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə