Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə31/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   27   28   29   30   31   32   33   34   ...   139

___________________________________________________104 

Amma tale belədir. Sizin taleyiniz bu cür gətirib, Siz bu çətin 

missiyanı xalq üçün boynunuza götürmüsünüz, gərək axıra qədər 

çatdırasınız və bizi bu bəladan qurtarasınız. Mən əminəm ki, bu, belə 

də olacaqdır. 

Bir məsələni Sizin nəzərinizə çatdırmaq istəyirəm. Biz Qarabağ 

problemindən danışanda  ərazi bütövlüyümüzdən danışırıq. Bu, 

beynəlxalq hüququn qəbul elədiyi bir maddədir. Amma ikinci maddə 

də insan haqlarının qorunmasıdır. 200 min azərbaycanlı 

Ermənistandan qovulub, nə qədər də adam Dağlıq Qarabağdan. 



Heydər  Əliyev:  İndi Ermənistan adlanan torpaqdan əsrin 

əvvəlindən azərbaycanlılar axışıb Azərbaycana gəliblər. 1918-ci ildə 

çoxları köçüb gəliblər, ondan qabaqkı dövrlərdə  də  gəliblər. 1948-ci 

ildə 200 minə  qədər azərbaycanlı deportasiya olunubdur. O vaxt 

Ermənistan məsələ qoydu ki, xaricdən ermənilər öz torpaqlarına 

qayıtmaq istəyirlər, - deportasiya, yadınızdadır, - torpağımız yoxdur. 

ona görə  də  qərar çıxdı  və Azərbaycanın başçıları da, Mircəfər 

Bağırov da o qərara razılıq vermişdi. Amma təşəbbüskar Ermənistan 

tərəfı idi. Qərar çıxdı ki, bir çox rayonlardan azərbaycanlıları 

deportasiya etsinlər. Onun 50 illiyi ilə əlaqədar mənim fərmanım var, 

siz onu oxumusunuz. Bəli, azərbaycanlıları  gətirdilər, özü də necə - 

yük vaqonlarında gətirilə tökdülər Mil, Muğan düzünə, susuz yerlərə. 

Adamların çoxu qırıldı. Xocalı soyqırımı. Yaxud da Dağlıq 

Qarabağdan azərbaycanlılar çıxarılıb, onların haqları pozulubdur. 

Dağlıq Qarabağın  ətrafında olan yerlər işğal edililb, oradan 

azərbaycanlılar zorla çıxarılıb, onların haqları pozulubdur. 

    Elə bunlar özü tamamilə kifayətdir sübut eləyək ki, insan haqları 

pozulubdur. Amma təəssüf ki, insan haqları  cəmiyyətlərində  də  hər 

şey subyektivdir. Mən bunu sizə açıq deyirəm. 

Bəxtiyar Vahabzadə: Heydər müəllim, bir məsələ  məni      çox   

narahat   edir.   Qəzetləri   oxuyuram,   hamımızın 

  

 

 




___________________________________________________105 

vətənidir, hamımız bu barədə düşünürük. Birləşmiş Millətlər 

Təşkilatının dörd qətnaməsi olubdur: Şuşa haqqında, Kəlbəcər 

haqqında... Ermənilər qeyd-şərtsiz oradan çıxmalıdırlar. Bunları niyə 

saya salan yoxdur? 

Heydər  Əliyev: Bunu necə demək olar? Birləşmiş Millətlər 

Təşkilatının Baş  Məclisində  mən bunu demişəm, ATƏT-in bütün 

iclaslarında demişəm, hər yerdə demişəm. Ermənistan yerinə yetirmir. 

Bizə  də deyirlər ki, Təhlükəsizlik  Şurasının qəbul etdiyi qətnaməni 

icra etmək mexanizmi yoxdur. 

Bəxtiyar Vahabzadə: Mənim yadımdadır, Siz bir dəfə Amerikada 

dediniz ki, bu qətnamələr var, nəyə görə yerinə yetirilmir? Kofi 

Annandan  əvvəlki Baş katib idi, dedi ki, biz qətnamə  qəbul edirik, 

amma yerinə yetirmək mexanizmi bizdə deyildir. Bu, mənim 

yadımdadır. 

Heydər  Əliyev:  Bəli, sən mənimlə getmişdin, orada çıxışımda 

bunları dedim. Allaha şükür ki, sən bunu özün eşitdin. Bu, 94-cü ildə 

idi. Mən ilk dəfə Birləşmiş Millətlər Təşkilatının Baş  Məclisinə 

getdim, orada çıxış etdim. Sən də zalda oturmuşdun. 



Bəxtiyar Vahabzadə: Zalda deyildi, balaca otaqda idi. məni də 

çağırdınız. 



Heydər  Əliyev:  Mən çıxışımı deyirəm. Amma balaca otaqda ki, 

onunla danışırdım, sən də orada iştirak edirdin. 



Bəxtiyar Vahabzadə: Həsən Həsənov idi, mən idim, bir də o kişi 

idi. 


Heydər Əliyev: Butros Qali. Sonra buraya da gəldi. 

Bəxtiyar Vahabzadə: Adam təəccüb edir, elə bil bu qərarları heç 

bunlar verməyilələr. 



Heydər  Əliyev:  Bəxtiyar müəllim, dünya belədir. Bu dünyanın 

reallığını bilməyən adamlar çox səhvlər edirlər. 



Bəxtiyar Vahabzadə: Bilirsiniz, bizə müraciət edirlər... 

  

 



 


___________________________________________________106 

Heydər  Əliyev:  Mənim məsləhətim belə ola bilər. Deyirlər ki, 

danışıqlar aparır, biz bilmirik. Siz izah edin ki, heç bir ölkə gizli 

danışıqlar aparanda heç kim bilmir. Fələstinlə İsrail arasında ilk dəfə 

müqavilə imzalananda Norveçdə - Osloda danışıqlar elə getmişdi ki, 

heç onların orada görüşdüklərini də bilməmişdilər. Nəticəyə gələndən 

sonra elan etdilər. Bundan sonra hamı bildi ki, onlar Norveçdə Baş 

nazirin vasitəçiliyi ilə görüşüblər. 

Mən Koçaryanla görüşürəm, iki saat, bəzən üç saat danışırıq, 

mübahisə edirik. Gəlib deyim ki, mən nə dedim, o nə dedi? 

Q a b i l: Heydər müəllim, ümidimiz sülhə qalilədır. Sülhün 

bayrağına, Sizin yüksək səviyyəli diplomatik səylərinizə, 

danışıqlarınıza qalilədır. Camaat buna inanır. 

Heydər Əliyev: Elə ona görə də mən özümü fəda edirəm ki, bəli, 

bilirəm, Azərbaycan xalqını bu bəladan, faciədən qurtarmaq lazımdır. 

Azərbaycanın böyük iqtisadi potensialı, böyük təbii sərvətləri var. 

Azərbaycan güclü dövlət ola bilər, Azərbaycan iqtisadi cəhətdən 

inkişaf etmiş dövlət ola bilər və olacaqdır. Bunun üçün də - başqa 

tədbirlər ki, görürük, müqavilələr imzalamışıq, islahatlar aparırıq və s. 

- bunlarla yanaşı, sülh olması lazımdır. Lazımdır ki, Ermənistanla 

Azərbaycan arasında münaqişə qurtarsın. Ondan sonra, mən sizə 

deyim ki, Azərbaycan nəinki bölgədə, bəlkə də böyük bir regionda ən 

inkişaf etmiş dövlət olacaqdır. Çünki bizim böyük imkanlarımız var, 

bizim coğrafi vəziyyətimiz çox əlverişlidir. 

Məsələn, Bakı-Ceyhanın nə  qədər xeyri olacaqdır. Yaxud elə 

Türkmənistan qazının buradan gəlib keçməsi ilə biz ondan tariflər 

alacağıq. Amma özümüzün də nə qədər imkanlarımız var. Biz özümüz 

təsəvvür edə bilmirdik ki, bu qədər qaz yatağımız var. Mən bir dəfə 

sizə danışmışam. «Şahdəniz» yatağı haqqında müqaviləni 

imzalayanda, - bu, sayca üçüncü müqaviləmiz idi, - yaxşı yadımdadır, 

96-cı ilin iyun ayı idi, 

  

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə