Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə32/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   28   29   30   31   32   33   34   35   ...   139

___________________________________________________107 

Rəsul Quliyev, - hansı ki, indi üç ildən artıqdır oturub NyuYorkda

Azərbaycana qarşı cürbəcür təxriləat, çirkin, həddindən artıq  ədəbsiz 

işlər görür. Həddindən artıq. Mən ədəbsiz insanlar görmüşəm, amma 

sizə deyim ki, bu qədər ədəbsiz insan tariximdə görməmişəm, - bunun 

imzalanmasına etiraz elədi. Dedim ki, sən necə etiraz edirsən, - 

birincisi, müqavilə hazırdır, ikincisi, sən neft şirkətini  əlinin altında 

saxlayırsan. Bu günə kimi müqavilə hazırlanilə, sən də bunun 

şərtlərini bilirsən. Bilirsən ki, bu nədir. İndi bunun imzalanmasına bir 

həftə qalilə, sən bunu pozmaq istəyirsən. Nə cür ola bilər? Dedi yox, o 

yan, bu yan. 

Bunu bir dəfə danışmışam. Neft şirkətinin bütün rəhbərlərini, 

mütəxəssisləri, Rəsul Quliyevi, Nazirlər Kabinetinin rəhbərlərini - 

Fuad Quliyevi və birinci müavin Rasizadəni burada zala yığdım. 

Dedim ki, de sözlərini. Başdan-ayağa cəfəngiyat danışdı. Onun ən 

yaxın dostları - Natiq Əliyev, Xoşbəxt Yusifzadə, o biri müavinlər, 

Zeynalov var, gərək ki, Bəxtiyar müəllimin qohumudur, - hamısı 

durdu onun üzünə ki, sənin dediyin bu sözlər əsassızdır. 

Məqsədi nə idi? Məqsədi Azərbaycanı dağıtmaq idi. Bilirdi ki, 

artıq birinci müqavilə nə gətirəcəkdir. Bilirdi ki, bu müqavilələr belə 

getsə, bunlar Azərbaycana nə  gətirəcəkdir. Amma o istəyirdi ki, 

Azərbaycan üçün pis olsun və beləliklə  də istədiyinə nail olsun. 

Düzdür, mən o vaxt onu o qədər də anlaya bilmirdim ki, o, bu cür 

fikirli adamdır. Mən bunu anlaya bilmirdim. Amma sonra hər  şey 

mənə aydın oldu. 

Biz müqaviləni imzalayanda geoloqlarımız proqnoz vermişdilər ki, 

həmin yataqda - "Şahdəniz" yatağında 400 milyard kubmetr qaz 

olacaq, amma indi deyirlər ki, 1 trilyondan artıq olacaqdır. Başqa bir 

yataq da var, deyirlər oranın ehtiyatı 3 trilyon olacaqdır. Ona görə də 

biz indi narahatıq -bu qədər qazı olan ölkə  gərək bunu satsın. Nefti 

satmaq belədir ki, onu dəmir yolu ilə də, başqa yolla da aparıb 

  

 



 


___________________________________________________108 

satmaq olar. Amma qazı satmaq üçün mütləq boru kəməri lazımdır. 

Biz bu işlərlə məşğuluq. Azərbaycan üçün dörd il, beş il, altı, yeddi il 

vaxt lazımdır. Bəlkə o vaxta qədər mən olmayım, ancaq mən 

Azərbaycanın gələcəyini təmin edirəm. Xalqımızın gələcəyini təmin 

edirəm. Mənim, sənin, onun övladlarının, nəvələrinin gələcəyini təmin 

edirəm. 

Amma mənə o tərəfdən də mane olurlar, bu tərəfdən də. Bunu 

bilin, nə qədər cəhd eləsə də, heç kəs mənə mane ola bilməz. Mən öz 

işimi görürəm və görəcəyəm. Mənim işim də Azərbaycan xalqına 

sədaqətlə xidmət etməkdir. 

Y e r d ə n: Çox sağ olun. 

A n a r:  Cənab prezident, bu, bizim qurultayın kitabıdır. Siz söz 

vermişdiniz ki, Yazıçılar Birliyinə təqdimatına gələcəksiniz. 



Heydər Əliyev: Nə vaxt istəyirsinizsə, gəlim. 

A n a r: Biz həmişə istəyirik. Siz haçan desəniz. 

Heydər  Əliyev:  Gəl belə edək, bu ay biz sammitlə  məşğuluq. 

Dekabr ayının  əvvəllərində  mənə  xəbər ver, gəlib iştirak edim. Çox 

böyük məmnuniyyətlə. 

  



___________________________________________________109 

12 NOYABR - KONSTİTUSİYA GÜNÜ 

MÜNASİBƏTİLƏ 

AZƏRBAYCAN XALQINA TƏBRİK 

 

Əziz Azərbaycan vətəndaşları! 



Sizi 12 noyabr - Konstitusiya günü münasibətilə  səmimi-qəlbdən 

təbrik edir, hər birinizə xoş arzularımı yetirirəm. 

Müstəqil dövlətimiz və xalqımız üçün taleyüklü əhəmiyyət kəsb 

edən ilk Konstitusiyamızın qəbul edilməsindən dörd il keçir. 

Çoxəsrlik dövlətçilik  ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə 

söykənərək yaradılan bu Konstitusiya Azərbaycan xalqının keçdiyi 

inkişaf yolunun məntiqi nəticəsidir. 

Vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsi, 

müstəqil dövlətimizin qorunub saxlanılması  və inkişaf etdirilməsi, 

cəmiyyətdə demokratik dəyişikliklərin həyata keçirilməsi üçün 

hərtərəfli zəmin və  şərait yaradan Konstitusiya həm hakimiyyət 

orqanlarının, həm də  hər bir Azərbaycan vətəndaşının fəaliyyətinin 

əsasını təşkil edir. 

Keçən müddətdə respublika həyatının bütün sahələrinin yeni 

Konstitusiyaya uyğunlaşdırılması  və ondan irəli gələn başlıca 

tələblərin həyata keçirilməsi üçün mühüm işlər görülmüşdür. 

Konstitusiyanı daha dərindən mənimsəmək, Azərbaycanda 

demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində 

dönmədən tətbiq etmək hər birimizdən xüsusi səy tələb edir. 

  

 



 


___________________________________________________110 

Əziz vətəndaşlar! 

Əmin olduğumu bildirirəm ki, müstəqil dövlətimizin 

möhkəmlənməsi və  tərəqqisi yolunda hər bir vətəndaş böyük 

məsuliyyət hissi ilə Konstitusiyamızın əsas müddəalarının qorunması 

və  həyata keçirilməsinə çalışacaqdır. Sizə bu yolda böyük uğurlar 

diləyirəm. 

 

HEYDƏR ƏLİYEV  



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 11 noyabr 1999-cu il 



  


___________________________________________________111 

BAKI ŞƏHƏRİNİN YENİ GÜNƏŞLİ  

MASSİVİNDƏ YAŞAYAN KEÇMİŞ DÖYÜŞÇÜ, 

"AZƏRBAYCAN BAYRAĞI" ORDENLİ  

İBAD MÖVSÜM OĞLU HÜSEYNOVA 

 

Hörmətli İbad Hüseynov! 



Məni toy mərasiminə  dəvət etdiyinə görə  sənə öz təşəkkürümü 

bildirirəm. Dəvət teleqramında sən 1994-cü ildə döyüş bölgəsində 

səngərdə mənimlə görüşüb şəkil çəkdirdiyini qeyd edirsən. 

Mən həmin il döyüş bölgələrində  əsgər və zabitlərlə olan 

görüşlərimi yaxşı xatırlayıram. 

Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiə 

edilməsində göstərdiyin igidlik və  şücaətə görə  mən öz fərmanımla 

səni "Azərbaycan Bayrağı" ordeni ilə təltif etmişəm. Sənin kimi şanlı 

yolu keçmiş bir gəncin ailə qurmasına, əlbəttə, sevinirəm. Lakin işim 

çox olduğuna görə sənin toyunda iştirak edə bilməyəcəyəm. 

Sevilə-seçdiyin gözəl azərbaycanlı  qızı ilə birlikdə  səni ürəkdən 

təbrik edir, sizə xoşbəxtlik, həyat, ailə  səadəti arzulayıram. Bu şad 

gününüzdə 

hər ikinizin valideynlərinə, qohum-əqrəbalarına 

gözaydınlığı verir, onları səmimi- qəlbdən təbrik edirəm. Arzu edirəm 

ki, gənclərimizin belə xoş günləri çox, qəm-qüssələri az olsun. 

 

HEYDƏR ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 12 noyabr 1999-cu il 



  


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə