Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə34/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   30   31   32   33   34   35   36   37   ...   139

___________________________________________________117 

Mən məmnunam ki, ölkəmizdə, müstəqil Azərbaycanda müxtəlif 

Millətlərə mənsub olan insanlar Azərbaycanın vətəndaşları olaraq sülh 

və əmin-amanlıq şəraitində yaşayır, bir-birinə hörmət bəsləyirlər. Bir 

dinin nümayəndələrinin digərinə, bir konfessiyanın başçısına 

hörmətsiz münasibət bəsləməsinə dair heç bir fakt yoxdıır. 

Cəmiyyətimizdə çox mürəkkəb proseslərin getdiyi bir şəraitdə, 

Azərbaycanın Ermənistanla artıq 12 il müharibə vəziyyətində olduğu, 

Ermənistanın təcavüzü nəticəsində Azərbaycan  ərazisinin 20 faizinin 

Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyi, bir milyondan 

çox azərbaycanlının öz yurd-yuvalarından qovulduğu bir şəraitdə, 

1988-ci ildə Dağlıq Qarabağ üstündə başlanmış münaqişənin 

respublikada sosial, siyasi vəziyyəti, o cümlədən dini vəziyyəti son 

dərəcə mürəkkəbləşdirdiyi bir şəraitdə bunu ölkəmizin çox mühüm 

nailiyyəti hesab edirəm. Bəzi insanlar ermənilər tərəfindən olan 

təcavüzə etiraz edərək ekstremizm, terrorizm həddinə çatmışdılar və 

təbii ki, tolerantlıq, dözümlülük prinsiplərinə zidd faktlar çox idi. 

Amma 1993-cü ildən başlayaraq Azərbaycanda ictimai-siyasi 

sabitliyə nail olduğumuz və bu sabitliyi pozan, özlərinin cinayətkar, 

antihumanist hərəkətləri ilə Azərbaycanın və Azərbaycan xalqının 

nüfuzuna zərər vuran qüvvələri cəmiyyətdən ardıcıl surətdə  təcrid 

etməyə müvəffəq olduğumuz dövrdən etibarən, hesab edirəm, 

respublikamızda çox əlverişli  şərait yaranmışdır. Azərbaycanda 

müxtəlif Millətlərə, müxtəlif dinlərə, müxtəlif mədəniyyətlərə mənsub 

olan insanların yaşaması buna sübutdur. Onlar sülh və  həmrəylik 

şəraitində yaşayırlar, bu və ya başqa dinə, bu və ya digər mədəniyyətə, 

Azərbaycanda məskunlaşmış xalqların adət-ənənələrinə, 

mənəviyyatına dözümsüzlük göstərilməsi barədə heç bir fakt yoxdur. 

Bu, çox böyük nailiyyətdir. 

Azərbaycanın prezidenti olaraq mən məmnunam ki, bayaq dediyim 

kimi, Ermənistanın təcavüzü nəticəsində mürəkkəb 

  

 



 


___________________________________________________118 

şəraitdə olmasına, digər tərəfdən müxtəlif xarici qüvvələrin təzyiqinə 

məruz qalmasına baxmayaraq, ölkəmiz ictimai-siyasi sabitliyi 

qoruyub saxlayır, müxtəlif millətlərdən, müxtəlif dinlərdən olan, 

müxtəlif adətlərə, müxtəlif mədəniyyətə  mənsub olan insanlar 

arasında dostluq münasibətlərini təmin edir. Elə bunun özü 

tolerantlıqdır, baxmayaraq ki, tolerantlıq çox geniş anlayışdır, özündə 

çox mənaları birləşdirir. İndi burada başqa sahələr haqqında danışmaq 

istəmirəm. Tolerantlıq münaqişələrin, terrorizmin, ekstremizmin, 

separatizmin olmamasını  tələb edir. Bunlar hamısı tolerantlıq 

anlayışına daxildir. 

Ancaq təəssüf ki, Azərbaycanda 1998-ci ildə Respublikamız 

Ermənistan tərəfindən təcavüzə  məruz qaldığı vaxtdan, 1990-cı ildə 

Sovetlər  İttifaqının kommunist rəhbərliyi öz xalqına qarşı 

təcavüzdaxili təcavüz etdiyi vaxtdan başlayaraq, insanların  əhval-

ruhiyyəsində ciddi dəyişikliklər baş verdi. Açığını deyim ki, məsələn, 

Azərbaycanda bəzi insanlar indiyədək belə fikirləşirlər və  əhaliyə  də 

belə təlqin etməyə çalışırlar ki, görürsünüz, 1990-cı ilin yanvarındakı 

hadisələr Rusiya tərəfindən Azərbaycana qarşı edilmiş  təcavüzdür, 

çünki rus əsgəri tanklarla və sairə ilə Azərbaycana daxil olmuş, bir 

gecədə çoxlu insan həlak olmuş, Bakının küçələrində qan 

tökülmüşdür. Halbuki, bu, belə deyildir. Bu, o zaman idi ki, biz 

hamımız bir dövlətin – Sovetlər  İttifaqının tərkibində idik, xalqlar 

dostluğu, beynəlmiləlçilik prinsipi mövcud idi. Bir ordu - sovet ordusu 

vardı, Sovetlər  İttifaqında yaşayan bütün xalqların nümayəndələri, o 

cümlədən də azərbaycanlılar onda xidmət edirdilər. Buna görə  də 

Azərbaycana qarşı  təcavüzü bu sovet ordusu, bu kommunist rejimi 

həyata keçirmişdir. 

Bir də deyirəm, bəzi insanlar ya bunu başa düşməyərək, yaxud da 

qəsdən, Millətlərarası münasibətləri qızışdırmaq üçün həm o vaxt, 

həm də indiyədək bunu Rusiyanın, az qala 

  

 




___________________________________________________119 

rus xalqının Azərbaycana təcavüzü kimi qələmə verməyə çalışırlar. 

Mən həmişə bunun qəti  əleyhinə olmuşam. Bu hadisə baş verəndə 

mən Moskvada yaşayırdım, öz mövqeyimi orada açıq  şəkildə 

bildirmişdim. Azərbaycana qayıdandan sonra da bu barədə həmişə çox 

obyektiv danışmışam. Prezident olaraq bu gün də deyirəm ki, o vaxt 

heç bir Millətlərarası münaqişələr olmamışdır. 

Bununla belə, həmin hadisə  bəzi insanlarda, ola bilsin, əhalinin 

bəzi təbəqələrində iz buraxmışdır. Bu şəraitdə də, hətta Millətlərarası 

münasibətlər baxımından bu hadisəyə düzgün qiymət verilməsinin 

olduğu  şəraitdə Azərbaycanda azərbaycanlılarla ruslar arasında  ən 

ideal, çox gözəl münasibətlər mövcuddur. Azərbaycanlılarla yəhudilər 

arasında münasibətlər çox gözəldir. Azərbaycanlılarla ukraynalılar, 

osetinlər, digər xalqların nümayəndələri arasında da münasibətlər 

beləcə gözəldir. Yəni, məsələn, mən hesab edirəm ki, Azərbaycan 

xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq 

hissinə malikdir. Azərbaycan  əhalisinin çox hissəsinin etiqad etdiyi 

müsəlman dinində, onun kökündə də tolerantlıq var. 

Doğrudur, son vaxtlar dünyanın müxtəlif regionlarında 

müsəlmanları ekstremist, təməlçi, tolerantlıq prinsiplərini tapdalayan 

insanlar kimi göstərməyə cəhdlər edilir. Bunu bəzi xristian ölkələrində 

edirlər. Amma bu ədalətsizlikdir. 

Şübhəsiz ki, hər bir xalqın içərisində, hər bir ölkədə quldurlar, 

terrorçular, cinayətkarlar, ekstremistlər var. Ancaq bunun xalqların 

dini kökləri, yaxud onların dini prinsipləri ilə heç bir əlaqəsi yoxdur. 

Mən bu barədə danışarkən, - bu mövzuda lap çox danışa bilərəm, 

bu, bizim müasir həyatımız üçün çox mühüm və maraqlıdır, - hesab 

edirəm ki, bizim xalqımızın, dövlətimizin son illərdəki  ən mühüm 

nailiyyətlərindən biri odur ki, nəinki hansısa münaqişəyə, hətta 

azərbaycanlılar tərəfindən digər 

  

 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə