___________________________________________________101
Ancaq indi kim müharibəni dəstəkləyəcəkdir? Kim? Heç kəs.
Yuqoslaviya kimi böyük bir dövlət Kosovodakı albanları etnik
təmizləməyə başladı. Nə qədər onunla danışıqlar apardılar. İki-üç ay
NATO gah Parisdə, Rambuyedə, gah nə bilim, harada, harada
danışıqlar apardı. O, bu fikrindən əl çəkmədi. Nə elədilər? NATO
yığışdı, neçə milyardlar xərcləndi, Konqresdən pul götürüldü.
Yuqoslaviyanı bombardman elədilər, dağıtdılar.
Orada müsəlmanları müdafiə etməkdən söhbət getmirdi, onu bilin.
Yox, heç ruslara qarşı da deyildi. Orada prinsip var - insan haqlarının
pozulması, etnik təmizləmə. Bu dəqiqə Amerika bu prinsipin həyata
keçirilməsini birinci növbəli məsələ hesab edir. İstanbulda qəbul
ediləcək bəyannamədə bu, çox geniş yer tapilədır.
İndi mən sizdən soruşuram. Gərək müharibə eləyək, qan tökək,
insanlar qırılsın. Ağdamı azad elədik, Füzulini azad elədik, getdik
Cəbrayılı azad elədik, ondan sonra Zəngilanı azad elədik, Kəlbəcəri
azad elədik. Buna hələ nə qədər qanlar töküləcək, nə qədər vəsait
gedəcək, nə olacaq, - bunu Allah bilir. Onların da ordusu var,
bizimkindən az deyildir. Keçən müharibə onların da gücünü, bizim də
gücümüzü göstərdi.
Amma edə bilərik. Gəldik durduq Dağlıq Qarabağın sərhədində.
Nə edəcəyik? Gedib erməniləri qıracağıq? Bütün dünya düşər bizim
üzərimizə. Serblər, Miloşeviç albanları oradan çıxaran zaman onun
başına nə iş gətirdilər? Müsəlmanın dalında heç duran yoxdur, başa
düşürsənmi? Yenə də deyirəm, albanların müsəlman kimi dalında
durmayiləlar. Albanlara da dünyada sən deyən elə bir dəstək verən
adam yoxdur. Amma erməniləri bütün dünya dəstəkləyir.
Bəxtiyar Vahabzadə: Üzr istəyirəm. O vaxt azərbaycanlıları
oradan köçürəndə mən də Qarabağa getmişdim. Ermənilər
azərbaycanlıları oradan döyə-döyə çıxarırdılar.
___________________________________________________102
Heydər Əliyev: Amma bir adam bir şey eləmədi, bir şey demədi.
Bəli, Ermənistan faktiki olaraq Dağlıq Qarabağda etnik təmizləmə
aparıbdır.
A n a r: Ermənistanda da aparıbdır.
Heydər Əliyev: Ermənistan da aparıbdır. Dağlıq Qarabağın
ətrafında olan təmiz azərbaycanlı rayonlarında da etnik təmizləmə
aparıbdır. Amma buna görə bir adam onları qınamır, bir dövlət
qınamır. Türkiyədən və İrandan savayı, dünyada bir dövlət
Ermənistanı təcavüzkar dövlət kimi tanımayıbdır. Başa düşürsünüz, ya
yox?
Anar: Heç İran da tanımayilədır, həm də ticarət edir, əlaqələri var.
Heydər Əliyev: İran tanıyır, İslam Konfransı Təşkilatı da tanıyır.
İslam Konfransı Təşkilatı yeganə yerdir ki, biz orada Ermənistanın
Azərbaycana təcavüzü haqqında qətnamələr çıxarırıq. Amma o
qətnamələr də orada qalır.
Reallıq bundan ibarətdir, əzizlərim, bundan ibarətdir. Siz bunu
düşünün. Dünyanın reallığını düşünün. Bu reallığı çoxları bilmir,
amma mən bunu bilirəm. Bu reallıqla hesablaşmaq lazımdır, başa
düşürsünüzmü?
Nə mümkündürsə dedim və hesab edirəm ki, bilmədiyiniz şeyləri
də sizə dedim.
Bəxtiyar Vahabzadə: Bayaq bir söz dediniz, dediyinizdə də
həqiqət var. Amma məsələ ondadır ki, biz o məktubu, səhv
eləmirəmsə, saat 12-də göndərmişdik.
A n a r: Biz konkret olaraq heç bir qəzetə göndərməmişik. "Turan"
agentliyi həm iqtidar qəzetlərinə, həm də müxalifət qəzetlərinə
paylayilədır.
Bəxtiyar Vahabzadə: Anar müəllim, hələ bundan başqa, mən
zəng elədim rəsmi dövlət qəzetlərinə. Amma mənə etiraz elədilər ki,
bizə gərək deyələr ki, çap eləyək. Amma bizim birinci müraciətimiz
«Xalq qəzeti»nə olubdur.
___________________________________________________103
Özü də mən eləmişəm. Biz qətiyyən o biri qəzetlərə verməmişik,
bilmirəm nə təhər olubdur.
A n a r: "Turan" agentliyi paylayilədır.
Heydər Əliyev: Eybi yoxdur, bu, əhəmiyyətsiz bir şeydir. Mən
sadəcə olaraq bunu dedim. Bu, mənim üçün o qədər əhəmiyyətli deyil,
qətiyyən əhəmiyyətli deyildir. Bu da sizi narahat eləməsin. Onsuz da
qəzetdə olsa da, olmasaydı da, mən sizi dəvət edəcəkdim.
Ümumiyyətlə, mənim indi vaxtım yoxdur. Təkcə sizinlə yox, daha
geniş ziyalı qrupları ilə görüşəcək, danışacağam. Yenə də deyirəm,
aparılan danışıqlar gizli gedir. Əgər gizli olmasa, bu danışıqlar aparıla
bilməz. Ancaq nə vaxt ki, hansı bir nəticə əldə olunacaq, o nəticə
mütləq sizə təqdim ediləcəkdir. Xalq bunu qəbul etsə, o, həyata
keçiriləcəkdir. Qəbul etməsə, həyata keçirilməyəcəkdir.
Müharibə haqqında demək istəyirəm ki, bəli, müharibə aparmağa
bizim gücümüz var. Amma dünyanın bugünkü reallığı onu göstərir ki,
biz məsələni sülh yolu ilə həll etməliyik.
A n a r: Bu görüş üçün və çox ətraflı məlumat verdiyiniz üçün
Sizə təşəkkür etmək istəyirəm. Sizin dediklərinizin bir qismini
bilirdik, çünki televiziyanı izləyir, qəzetləri oxuyuruq. Bu işdə Sizin
nə qədər böyük çətinliklərlə rastlaşdığınızı bilirik. Mənim də şəkər
xəstəliyim var, xüsusilə son günlər Rusiya televiziyasındakı verilişlərə
baxanda o xəstəlik bir az da artır. Amma Sizi görəndə, elə bil
ürəyimdən tikan çıxdı - necə lazımdısa, hamısını dediniz. Çünki
doğrudan da axı məntiq var. Azərbaycan Çeçenistanla həmsərhəd ölkə
deyildir. Dağıstan Rusiyanın ərazisidir. Əgər sən Dağıstanda öz
ərazinə nəzarət edə bilmirsənsə, bunu bizdən niyə tələb edirsən?
Aydındır ki, bunlar nə oyunlardır, nə üçün edilir. Biz bunların
hamısını başa düşürük. Ona görə Sizin vəziyyətinizi də başa düşürük.
Dostları ilə paylaş: |