Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə29/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   25   26   27   28   29   30   31   32   ...   139

___________________________________________________98 

dim, yadınızdadır? Niyə qadağan etmişdim? Başqa respublikalarda hər 

yerdə tikirdilər. Çünki vəzifəli  şəxsin o cür bağ evi tikməyə qanuni 

vəsaiti yoxdur. Demək, əgər bunu tikirsə, haradansa qanunsuz istifadə 

eləyir. Ona görə də mən bunları qadağan etmişdim. Vəzifəli şəxslərə 

şəxsi avtomobil almağı qadağan etmişdim. Bir neçə zavod 

direktorunu, MK-nın işçilərini buna görə  işdən çıxartdım, 

cəzalandırdım. 

Mənim bu ciddi tədbirlərim nəyə yönəlmişdi? Azərbaycanda 

qanun-qayda yaratmağa, rüşvətxorluq, vəzifədən sui-istifadə  və 

korrupsiya ilə mübarizəyə. Bunu Sovetlər İttifaqında qaldıran mənəm. 

Mən Moskvaya, Siyasi Büroya gələndən bir-iki ay sonra iclasların 

birində dedim ki, bilirsiniz, mən Azərbaycanda bağ evlərini və s. 

qadağan eləmişdim, amma burada görürəm ki, bəzi nazirlərin, hətta 

Siyasi Büro üzvlərinin ailələri Moskva ətrafında bağ evləri tikirlər. 

Gəlin bu barədə fikir mübadiləsi aparaq. Biri oradan düşdü mənim 

üstümə, biri buradan. Sabahısı gün girdim Andropovun yanına, - o da 

belə fikirdə olan adam idi, mən sizə deyim, ona görə belə  çəsarətlə 

dedim ki, bilirdim, o belə fikirdə olan adamdır. Bizim buradakı 

tədbirlərimizi həmişə  dəstəkləyirdi, - dedi görürsünüzmü, neçə  nəfər 

adam sizin əleyhinizə çıxdı? Biz bunları niyə öz əleyhimizə qaldıraq? 

Amma mən burada heç nədən qorxmurdum. Sonra nə oldu? Mən 

istefa verəndən sonra, əziz Qabil dostum, burada mənim  əleyhimə 

cürbəcür yalanlar, iftiralar başlandı. Gördüm ki, «Kommunist» 

qəzetində, - Moskvada bu qəzetləri biz də alırdıq, - bir böyük səhifə 

yazı çıxıb: «Qadağalar». 



Bəxtiyar Vahabzadə: Əfəndiyev... 

Heydər  Əliyev: Yox, yox, Vaqif Əfəndiyev sonranın işidir. Bir 

böyük səhifə - «Qadağalar». Onu yazan da indi Kommunist 

Partiyasının başçılarından biridir, o vaxt «Kommunist» qəzetinin 

redaktoru idi - Ramiz Əhmədov. 



Q a b i l: Sonra «Əliyevşina» da getdi. 

  



___________________________________________________99 

Heydər  Əliyev:  «Əliyevşina» sonra, yanvar hadisələrindən sonra 

getdi. Bu, 89-cu ildə getdi, başa düşürsünüzmü. Yəhudilər, ermənilər 

«Literaturnaya qazeta»da mənim  əleyhimə bir məqalə  dərc elədilər. 

Azərbaycanda onu yayırdılar. Nəyə görə? Çünki mən rüşvətxorluqla, 

korrupsiya ilə mübarizə aparırdım, vəzifəsindən sui-istifadə 

eləyənlərlə mübarizə aparırdım. Mən bunları aparırdım və bunların da 

qurbanı oldum. Burada qəzetlərdə, filanda mənim əleyhimə  nə  qədər 

çıxışlar oldu. 

Amma «Əliyevşina»nı  Vəzirov düzəltmişdi, Qorbaçovla birlikdə. 

90-cı ildə yanvar hadisələri zamanı, - bunu dəfələrlə demişəm

bilirsiniz, özü də xəstə idim, «Barvixa» sanatoriyasında idim, - axşam 

eşitdim ki, Bakıda bu hadisələr olub, səhərisi gün gəldim evə. Daimi 

nümayəndəliklə  əlaqə saxladım, gedəndən də  əlaqəm yox idi. Çünki 

orada da Vəzirovun adamları  işləyirdilər, onlar məni heç yaxın 

qoymurdular. O binanı mən tikmişəm, orada səfirliyi mən yaratmışam. 

Amma məni oraya yaxın qoymurdular. Qoymurdular, mən də 

getmirdim. 

Amma ora getdim. Beş-altı min adam yığışmışdı. Orada kəskin 

çıxış elədim - Qorbaçovun əleyhinə, bütün bu təcavüzün  əleyhinə. 

Ondan iki-üç gün sonra məni həbs etmək istədilər. 

Yanvarın 21-də bu oldu, 4 fevralda «Əliyevşina» məqaləsi çıxdı. O 

məqaləni də Əbdürrəhman Vəzirov və onun buradakı yaxın adamları 

Qorbaçovun göstərişi ilə hazırlamışdılar. Götürün, baxın, - 

Qorbaçovun köməkçisi var, Çernyayev, o öz gündəliyini nəşr 

etdirilədir, - kitab elə  mənim stolumun üstündədir. Birinci 

səhifələrindədir, götürün baxın ona. Qorbaçovun ən yaxın 

adamlarındandır, bu gün də Qorbaçovun yanındadır. 

Yazır: filan gün. Biz səhər  Şahnazarovla bərabər getdik 

Qorbaçovun iş otağına. Qorbaçov Şahnazarovu qucaqlayıb öpdü və 64 

yaşı münasibətilə onu təbrik etdi. Sonra Dağlıq 

  



___________________________________________________100 

Qarabağ  məsələsi barəsində söhbət getdi. Dedik, bəs nə olacaq? 

Qorbaçov da dedi ki, tədbirlər görürəm, Azərbaycan belə eləyir, 

Ermənistan elə eləyir. Sonra soruşduq ki, bəs  Əliyev? Burada 

yazılıbdır. Qorbaçov deyir ki, «eşib axtarırıq, çox güclü şəkildə 

axtarırıq və  Əliyev barəsində elə material çıxaracağıq ki, Rəşidov 

haqqındakından daha pis olacaqdır». 

Başa düşürsünüzmü, bu, 88-ci ildə olan məsələdir. Məni orada da 

didirdilər, burada da mənim, nə  təhər deyərlər, çörək verdiyim 

adamlar məni didirdilər. Nəyə görə? Həmin bu şeylərə görə - bu cür 

cinayətkarlarla, vəzifəsindən sui-istifadə edənlərlə mübarizə 

apardığıma görə. 

Qabil müəllim, ona görə  mən bu gün bu şeylərin  əleyhinəyəm. 

Ancaq mən bu gün yenidən belə bir qanun qəbul eləyə bilmərəm. 

Onda dünya qalxacaq mənim  əleyhimə. Çünki sahibkarlar var, iş 

adamları var. Burada sahibkarlara şərait yaradılmalıdır,  şəxsi biznes 

olmalıdır. Biz qanun çıxarmışıq ki, kim haradasa, nə  iş görürsə, nə 

qədər pul xərcləyirsə, onun mənbəyini soruşmağa ixtiyarımız yoxdur. 

Çünki bazar iqtisadiyyatı yaratmalıyıq. 

Amma mən daxilən hesab edirəm ki, lap sənin pulun da varsa, 

Azərbaycanın belə bir vəziyyətində  sən özünə o cür saraylar 

tikməməlisən. Mən bu fikirdəyəm. Amma nə edim ki, o vaxt buna 

görə, bu mövqeyimə görə  cəzalandırıldım, indi də  əlim-qolum 

bağlıdır, çünki bazar iqtisadiyyatına gedirəm. Amma mən sənin 

fikrinlə tamamilə razıyam. 

İndi ona gəlirəm ki, siz deyirsiniz müharibə edək, yaxud da ki, 

deyirlər müharibə edək. Mən də demişəm, bəli, əgər olmasa, müharibə 

edəcəyik. Ordumuz var, özümüzü qorumağa, müharibə etməyə qadir 

ordumuz var. Amma yenə  də deyirəm, onun içində yaramaz işlər də 

var, yeyinti və s. də var, bu, indi Azərbaycanda hər yerdə var, təkcə 

Azərbaycanda yox, başqa yerlərin hamısında var. Bununla bərabər, 

ordumuz var. 

  

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə