Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə43/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   39   40   41   42   43   44   45   46   ...   139

___________________________________________________146 

Belə bir pakt regionda sülh, sabitlik və təhlükəsizlik yaranmasına, 

Cənubi Qafqazın suveren, müstəqil demokratik dövlətlərinin iqtisadi 

tərəqqisinə və əməkdaşlığına gətirilə çıxarardı. XXI əsrin astanasında 

beynəlxalq birliyin Cənubi Qafqazda uğurlu fəaliyyəti azad, bölünməz 

və  təhlükəsiz Avropanın yaradılmasına mühüm töhfə olardı. 

Diqqətinizə görə təşəkkür edirəm. 

  

 




___________________________________________________147 

«XAM NEFTİN AZƏRBAYCAN RESPUBLİKASI, 

GÜRCÜSTAN VƏ TÜRKİYƏ RESPUBLİKASININ 

ƏRAZİLƏRI İLƏ BAKI-TBİLİSİ-CEYHAN ƏSAS  

İXRAC BORU KƏMƏRİ VASİTƏSİLƏ NƏQL 

EDİLMƏSİNƏ DAİR AZƏRBAYCAN  

RESPUBLİKASI, GÜRCÜSTAN VƏ TÜRKİYƏ 

RESPUBLİKASI, ARASINDA SAZİŞ»in 

İMZALANMASI MƏRASİMİNDƏ

*

 NİTQ 

 

İstanbul, «Çırağan sarayı»  

 

18 noyabr 1999-cu il 

 

Hörmətli prezidentlər! 



Hörmətli dostlar! 

Hörmətli xanımlar və cənablar! 

 

                                                            



*

 

Mərasimdə Bakı-Tbilisi-Ceyhan  əsas ixrac boru kəmərinin layihəsini dəstəkləmək, 



Qazaxıstanın neft həcmlərini bu layihəyə  cəlb etmək üçün ABŞ-m  şahidliyi ilə Azərbaycan 

Respublikası, Türkiyə Respublikası, Gürcüstan və Qazaxıstan Respublikası arasında «İstanbul 

bəyannaməsi», Transxəzər qaz kəməri barədə Azərbaycan Respublikası, Türkiyə Respublikası, 

Gürcüstan və Türkmənistan arasında «Hökumətlərarası  bəyannamə», Azərbaycan qaz 

layihələrinin inkişafını  və Azərbaycan qazının Türkiyə Respublikasına və digər beynəlxalq 

bazarlara satışını dəstəkləyən sənəd kimi, Azərbaycan Respublikası arasında «Qarşılıqlı anlaşma 

memorandumu» imzalandı. 

Mərasimdə Türkiyə prezidenti Süleyman Dəmirəl, ABŞ prezidenti Bill Klinton, Gürcüstan 

prezidenti Eduard Şevardnadze, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkmənistan 

prezidenti Saparmurad Niyazov nitq söylədilər. 

  

 



___________________________________________________148 

Mən bu gün böyük iftixar hissi keçirirəm. Ona görə ki, beş il 

bundan öncə, 1994-cü ilin sentyabr ayında Bakıda imzalanmış «Əsrin 

müqaviləsi» adlı böyük neft müqaviləsinə, Xəzər dənizinin neft və qaz 

ehtiyatlarından müştərək istifadə etmək üçün yaranmış konsorsiumun 

tərkibinə Azərbaycan, Amerika Birləşmiş  Ştatları, Avropa ölkələri

Türkiyə və Rusiya daxildirlər və bu müqavilənin imzalanmasından beş 

il keçəndən sonra həmin müqavilə imzalanarkən nəzərdə tutulmuş 

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin həyata keçirilməsi üçün artıq bu 

gün bu sənədlər imzalandı. 

Məlumdur ki, bu, asan iş deyildi. Bizim qarşımızda çox böyük 

çətinliklər var idi. «Əsrin müqaviləsi»ni imzalayanda da biz böyük 

çətinliklərlə rastlaşdıq. Sonra da Bakı-Ceyhan neft kəmərini çəkmək 

üçün bizim qarşımızda çox böyük maneçiliklər,  əleyhimizə  çıxanlar 

var idi. Ancaq biz öz iradəmizi itirmədik, başladığımız işi axıra 

çatdırdıq. 

Bu barədə Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında olan 

əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Ona görə  də  mən Türkiyə 

Cümhuriyyətini, Türkiyə xalqını  və Türkiyə Cümhuriyyətinin 

prezidenti, əziz dostum, qardaşım Süleyman Dəmirəli ürəkdən təbrik 

edirəm. 

Biz bu boru xəttini Gürcüstandan keçiririk. Şübhəsiz ki, əgər bu 

xəttin Gürcüstan ərazisindən keçməsi mümkün olmasaydı bu, baş 

tutmazdı. Ona görə də Gürcüstan prezidenti cənab Şevardnadzenin də 

bu məsələnin həll edilməsi üçün çox böyük səyləri olmuşdur. Mən 

gürcü xalqını, Gürcüstanı  və  əziz dostum, qardaşım Eduard 

Şevardnadzeni ürəkdən təbrik edirəm. 

Ancaq onu da bəyan edirəm ki, əgər bu məsələləri həyata keçirmək 

üçün Amerika Birləşmiş  Ştatlarının dəstəyi olmasaydı, biz bunların 

heç birisini edə bilməzdik. 

«Əsrin müqaviləsi»nin imzalanmasından 

əvvəl müstəqil 

Azərbaycana qarşı bir il böyük təzyiqlər göstərildi. Bizim qarşımızı 

almaq istəyirdilər. Məhz Amerika Birləşmiş  Ştatlarının, onun 

prezidenti, hörmətli dostum cənab Bill Klintonun dəstəyi 

  

 




___________________________________________________149 

nəticəsində biz 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi»ni 

imzaladıq. Amma ondan sonra da problemlərimiz çox oldu. Bakı-

Ceyhanı başqa ölkələr qəbul etmirdilər. Ancaq hörmətli cənab 

prezident Bill Klinton bu məsələ ilə ardıcıl surətdə  məşğul olurdu, 

bizə  dəstək, ruh verirdi və Türkiyəni, Azərbaycanı, Gürcüstanı, 

Xəzəryanı başqa ölkələri bu məsələyə  cəlb edirdi, öz hörməti, öz 

nüfuzu ilə, bu barədə ardıcıl siyasəti ilə biz belə böyük «Əsrin 

müqaviləsi»nin imzalanmasına nail olduq. 

Ona görə  də  mən, biz hamımız birlikdə Amerika Birləşmiş 

Ştatlarına, onun prezidenti, əziz dostumuz cənab Bill Klintona 

təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Hörmətli cənab 

prezident Bill Klinton, mən sizi də bu münasibətlə ürəkdən təbrik 

edirəm. 


Bu boru xəttinin, yəni neft kəmərinin istifadə edilməsi layihəsinə 

indi Qazaxıstan da qoşulubdur. Qazaxıstan da öz neftinin böyük bir 

hissəsini bu kəmər vasitəsilə keçirəcəkdir. 

Biz Azərbaycan olaraq, - Gürcüstan da bunu qəbul edibdir, - bunu 

qəbul etmişik və üzərimizə düşən bütün öhdəlikləri həyata 

keçirəcəyik. Hesab edirəm ki, Qazaxıstan bu yolla, bu boru xətti ilə 

neftin ixracında böyük uğurlar əldə edəcəkdir. Ona görə də mən qazax 

xalqını və Qazaxıstan prezidenti, əziz dostum Nursultan Nazarbayevi 

ürəkdən təbrik edirəm. 

Mən Türkiyə xalqına, Türkiyənin vətəndaşlarına hörmət və 

ehtiramımı bildirirəm və onları təbrik edirəm. Beş ildir ki, Türkiyəyə 

hər dəfə gələndə mənə sual verirdilər: Bakı-Ceyhan boru xətti nə vaxt 

olacaqdır? Mən də  hər dəfə deyirdim ki, olacaqdır, olacaqdır, 

olacaqdır! Artıq bu gün bu oldu və saziş imzalandı. Hamınızı ürəkdən 

təbrik edirəm! 

  

 



 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə