___________________________________________________158
ayrı-ayrılıqda münaqişənin həlli üçün səylər göstərməyə hazır
olduqlarını bəyan etməsindən məmnun qaldığımı bildirirəm.
Robert Koçaryan: Bu görüşün təşkilinə və regionda sülh
yaradılmasına göstəribn marağa görə iştirakçılara təşəkkür edirəm.
Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu ilə aradan qaldırılması üçün iki ölkə prezidentlərinin birbaşa
görüşlərinin əhəmiyyətini vurğulayaraq, ATƏT-in vasitəçilik
missiyasının da vacibliyini nəzərə çarpdırıram.
Knut Vollebek ( ATƏT-in icraçı sədri, Norveçin xarici işlər
naziri): Mən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
ATƏT-in Minsk qrupu çərçivəsində həlli sahəsində atılan addımları,
atəşkəs rejiminə əməl olunmasını, iki ölkənin başçıları arasında
aparılan dialoqu yüksək qiymətləndirirəm.
Huber Vedrin: Görüşə yekun vuraraq geniş fikir mübadiləsinə
görə görüş iştirakçılarına təşəkkür edir və münaqişənin tezliklə sülh
yolu ilə aradan qaldırılması üçün beynəlxalq birliyin, ATƏT-in öz
səylərini artırmağa hazır olduğunu bildirirəm.
___________________________________________________159
TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ
SÜLEYMAN DƏMİRƏL İLƏ
GÖRÜŞDƏKİ SÖHBƏTDƏN
İstanbul, «Çırağan sarayı»
19 noyabr 1999-cu il
Heydər Əliyev: Əziz dostum, qardaşım, icazə verin ATƏT-in
İstanbul zirvə görüşünün çox gözəl təşkil olunduğuna və səmərəli iş
üçün hər cür şərait yaradıldığına görə Sizə öz təşəkkürümü bildirim.
Süleyman Dəmirəl: Bu görüşün yüksək səviyyədə keçməsi məni
də çox məmnun etdi.
Heydər Əliyev: Hörmətli cənab prezident! İcazə versəniz qardaş
Türkiyədə bu gün baş vermiş dağıdıcı zəlzələ zamanı minlərlə adamın
həlak olmasından bir daha kədərləndiyimi bildirim. Bu fəlakətin
nəticələrinin tezliklə aradan qaldırılması üçün Türkiyə hökuməti
tərəfindən görülən tədbirləri yüksək qiymətləndirirəm.
Mən Türkiyənin ATƏT-in növbəti sammitinin ev sahibi
olmasından, zirvə görüşünün Türkiyədə keçirilməsindən, qəbul edibn
əsas sənədlərin birinin İstanbul Xartiyası adlandırılmasından iftixar
hissi duyuram. Bununla yanaşı, mən İstanbul bəyannaməsini də böyük
əhəmiyyəti olan tarixi hadisə kimi qiymətləndirirəm. Mən həmçinin
Bakı-Ceyhan əsas ixrac boru kəmərinin, Transxəzər qaz magistralının
inşası barədə sənədlərin imzalanması münasibətilə Sizi ürəkdən təbrik
edirəm. Sözsüz ki, ölkələrimizin iqtisadi tərəqqisi yolunda bu layihələr
əvəzsiz rol oynayacaqdır.
___________________________________________________160
Süleyman Dəmirəl: Bakı-Ceyhan boru kəmərinin tikintisi barədə
müqavilənin imzalanması münasibətilə mən də Sizi səmimi-qəlbdən
təbrik edirəm. Bu layihənin həyata keçirilməsi üçün, əziz dostum və
qardaşım, Sizin xüsusi rolunuzu, ardıcıl səylərinizi və əzmkarlığınızı
yüksək dəyərləndirirəm.
Heydər Əliyev: Çox sağ olun, cənab prezident.
Süleyman Dəmirəl: Bunu da demək istərdim ki, Türkiyə hökuməti
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həlli sahəsində Azərbaycanın mövqeyini bundan sonra da
dəstəkləyəcəkdir.
___________________________________________________161
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ
PREZİDENTİ BİLL KLİNTON İLƏ
GÖRÜŞDƏKİ SÖHBƏTDƏN
İstanbul, «Çırağan sarayı»
19 noyabr 1999-cu il
B i l l K l i n t o n: Hörmətli cənab prezident, ATƏT-in üzvü olan
ölkələrin dövlət və hökumət başçılarının İstanbul sammitində Sizinlə
yenidən görüşümdən çox şadam.
Mən Bakı-Ceyhan əsas ixrac boru kəməri barəsində sənədlərin
imzalanmasını böyük tarixi hadisə kimi dəyərləndirir və bu
münasibətlə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan prezidenti kimi,
Sizin uzaqgörən, ardıcıl siyasətiniz sayəsində 1994-cü ildə imzalanmış
«Əsrin müqaviləsi» Xəzər dənizinin enerji ehtiyatlarının bütün
dünyaya açılmasının əsasını qoydu. Bakı-Ceyhan kəmərinin reallığa
çevrilməsində Sizin misilsiz xidmətlərinizi yüksək qiymətləndirirəm.
Transxəzər qaz kəmərinin çəkilişinə dair imzalanmış sənədi də yüksək
dəyərləndirirəm. Əmin olduğumu bildirirəm ki, bu kəmərlər region
dövlətlərinin suverenliyinin və müstəqilliyinin daha da
möhkəmləndirilməsində mühüm rol oynayacaq və onların iqtisadi
tərəqqisinə böyük töhfə verəcəkdir.
Amerika-Azərbaycan əməkdaşlığının sürətlə inkişaf etdirilməsi
sahəsində Sizin göstərdiyiniz səylərdən məmnunam. Mən eləcə də
aramızda yaranmış şəxsi dostluq münasibətlərini həmişə çox
dəyərləndirirəm.
Heydər Əliyev: Hörmətli cənab prezident, təşəkkür edirəm.
Sizinlə hər bir görüşüm məndə həmişə xoş hisslər
___________________________________________________162
yaradır. 1999-cu ilin aprel ayında NATO-nun 50 illik yubiley
tədbirlərində iştirak etmək üçün Vaşinqtona səfərim zamanı və xüsusi
Klivlenddə müalicə olunarkən mənə göstəribn diqqət və qayğıya görə,
cənab prezident, Sizə, Amerika hökumətinə və xalqına bir daha dərin
minnətdarlığımı bildirirəm.
Bakı- Ceyhan əsas ixrac boru kəmərinin, Transxəzər qaz
magistralının reallaşması sahəsində Amerika dövlətinin prinsipial
mövqeyindən və şəxsən, cənab prezident, Sizin bu məsələlərə daim
xüsusi diqqət yetirmənizdən çox razıyam. Məhz bu ardıcıl səylərin
nəticəsində İstanbulda belə tarixi sənədlərin imzalanması mümkün
olmuşdur.
Bill Klinton: Cənab prezident, mən bunu xüsusi məmnunluqla
qeyd etmək istərdim ki, məhz Sizin liderliyiniz ilə Qafqazda və
Mərkəzi Asiyada sülhün, sabitliyin bərqərar olunması sahəsində işlər
görülür. Ermənistan və Azərbaycan dövlətləri başçılarının Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün son
vaxtlar apardıqları birbaşa danışıqlar Amerika hökuməti tərəfindən
rəğbətlə qarşılanır və diqqətlə izlənilir.
Mən Azərbaycan və Ermənistan prezidentlərinin, ATƏT-in icraçı
sədrinin və Minsk qrupunun həmsədrləri olan ölkələrin xarici işlər
nazirlərinin İstanbulda keçirilmiş görüşündən də məmnunam.
Bir daha bəyan edirəm ki, Minsk qrupunun həmsədrlərindən biri
kimi, Amerika Birləşmiş Ştatları münaqişənin dinc vasitələrlə aradan
qaldırılması üçün öz fəallığını daha da artıracaqdır.
Heydər Əliyev: Təşəkkür edirəm, cənab prezident. Mən
Azərbaycan Respublikasının prezidenti kimi, müstəqillik yolu ilə
inamla irəliləyən ölkəmizin Amerika Birləşmiş Ştatları ilə dostluq və
əməkdaşlıq əlaqələrinin, strateji tərəfdaşlıq münasibətlərinin bütün
sahələrdə daha da sıxlaşdı-
Dostları ilə paylaş: |