Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə49/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   45   46   47   48   49   50   51   52   ...   139

___________________________________________________171 

təklifləri yüksək dəyərləndirirəm. Keçiriləcək görüşümüzdə Sizinlə bu 

barədə ətraflı söhbət edəcəyik. 

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə  həll 

edilməsinə ATƏT-in Parlament Assambleyası çox böyük maraq 

göstərir. Cənab prezident, biz münaqişənin tezliklə  həll olunması 

sahəsində Sizə hər cür yardım göstərməyə, dəstək verməyə hazırıq. 

Heydər  Əliyev:  Hörmətli xanım! Xoş sözləriniz üçün Sizə  dərin 

təşəkkürümü bildirirəm. Ermənistan-Azərbaycan münaqişəsinin həll 

olunması üçün yeddi il bundan əvvəl yaradılmış Minsk qrupu 

çərçivəsində müəyyən işlər görülsə  də, təəssüf ki, indiyə  qədər bir 

nəticə əldə edilməmişdir. 

Azərbaycan və Ermənistan prezidentləri arasında son vaxtlar 

birbaşa danışıqlar keçirilsə  də münaqişənin sülh yolu ilə  həllində 

ATƏT-in köməyinə çox böyük ehtiyac duyulur. 

ABŞ prezidenti Bill Klintonla, Fransa prezidenti Jak Şirakla, 

Almaniya kansleri Gerhard Şröderlə, ATƏT-in icraçı  sədri Knut 

Vollobeklə, Norveçin Baş naziri Kiyel Maqne Bondevik ilə 

keçirdiyim görüşlərdə bu barədə ətraflı fikir mübadiləsi aparılmışdır. 

ATƏT-in Parlament Assambleyasının da bu məsələyə yaxından 

kömək göstərməsi vacibdir. 

Sizin gələn ilin aprel ayında Azərbaycana səfər etmək niyyətinizi 

məmnunluqla qarşılayıram. ATƏT-in Parlament Assambleyasının 

sədri ilə ölkəmizdə bir çox məsələlər barədə ətraflı söhbət aparacağına 

əminəm. 


Həmin səfərə  qədər Ermənistan-Azərbaycan münaqişəsinin həlli 

barədə danışıqlar prosesi davam edəcəkdir. Bu prosesdə ATƏT-in 

Parlament Assambleyasının da təsir göstərməsi olduqca zəruridir. 

Helle Den: Sizin, cənab prezident, fikirlərinizlə həmrəy olduğumu 

bildirirəm. ATƏT-in Parlament Assambleyası bu prosesi irəli aparmaq 

üçün hər cür yardım göstərməyə hazır- 

  

 



 


___________________________________________________172 

dır. Parlament Assambleyası sülh prosesini dəstəkləmək üçün bütün 

vasitələrdən istifadə edəcəkdir. 

Cənab prezident, hökumətlərin bir-biri ilə danışıq apara bilmədiyi 

bir sıra məsələlərin həllinə Parlament Assambleyası  və onun üzvləri 

kömək etmək iqtidarındadır. ATƏT-in Parlament Assambleyasının 

sülh prosesinə  təsir göstərməsinin vacibliyi barədə Sizin, cənab 

prezident, fikrinizi bir daha yüksək dəyərləndirirəm. 

Mən Sizin ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət 

başçıları ilə İstanbulda keçirdiyiniz çoxsaylı görüşlərdən məmnunam. 

ATƏT-in Parlament Assambleyasının tədbirlərində  iştirak edən 

Azərbaycan parlamenti üzvlərinin həmin görüşlərdə bu mövzuda 

geniş məlumat verməsi vacibdir. 

Heydər  Əliyev: Hörmətli xanım Helle Den. Mən Sizin 

fikirlərinizlə  şərikəm. Azərbaycan Parlamenti deputatlarının belə 

tədbirlərdə bundan sonra da fəal iştirak edəcəyini bildirirəm. 

Helle Den:  Cənab prezident, qarşıdakı  işlərinizdə Sizə yeni-yeni 

uğurlar arzulayıram. Sizinlə Bakıdakı görüşümü səbirsizliklə 

gözləyəcəyəm. 

Heydər  Əliyev: Xanım Helle Den, Sizə  uğurlar diləyir və Sizi 

Azərbaycanda səbirsizliklə gözləyəcəyəm. Sağ olun. 

  

 



___________________________________________________173 

İSTANBUL ZİRVƏ GÖRÜŞÜ BAŞA ÇATDIQDAN 

SONRA BAKIYA QAYIDARKƏN TƏYYARƏDƏ 

JURNALİSTLƏRLƏ GÖRÜŞDƏ SÖHBƏT 

 

20 noyabr 1999-cu il 

 

Heydər  Əliyev:  Mənə çatdırdılar ki, siz təyyarədə  mənimlə 

görüşmək, sammit və ümumiyyətlə,  İstanbulda baş vermiş böyük 

beynəlxalq hadisələr haqqında qısa məlumat almaq istəyirsiniz. 

Təbiidir ki, vaxt çox azdır, çox şey demək olmaz. Ancaq onu 

bildirmək istəyirəm ki, həqiqətən bu, bəşər tarixinə daxil olacaq bir 

hadisədir. Çünki XX əsrin sonunda bu qədər geniş  əhəmiyyətli 

beynəlxalq toplantı, sammit keçirilir. Güman edirəm ki, XX əsrin 

sonuna qədər belə bir şey artıq olmayacaqdır. 

Bunun  ən böyük əhəmiyyəti ondan ibarətdir ki, bu, ATƏT-in 

sammitidir, zirvə görüşüdür. Gördüyünüz kimi, oraya çox yüksək 

səviyyəli nümayəndə heyətləri – prezidentlər, baş nazirlər və bir çox 

beynəlxalq təşkilatların nümayəndələri gəlmişdilər. 

Siz müzakirələri gördünüz. Amma nəticə bundan ibarətdir: 

birincisi, xartiya qəbul olundu. 1975-ci ildə Helsinkidə qəbul olunmuş 

sənədlərdən sonra 1990-cı ildə Paris xartiyası qəbul edilmişdir. Bu isə 

ATƏT-in 25 illik tarixində üçüncü belə sənəddir, İstanbul xartiyasıdır. 

Bu xartiyanın çox böyük mənası,  əhəmiyyəti vardır. Yəni Avropada 

təhlükəsizliyin, sülhün, əmin-amanlığın təmin edilməsi üçün bu 

xartiyada çox lazımlı maddələr - indiki reallıq, yəni Paris 

xartiyasından sonra baş vermiş hadisələr və onlara olan münasibət əks 

olu- 

  

 



 


___________________________________________________174 

nubdur. Yenə  də deyirəm, burada xartiyanın  əsas məğzi olan 

məsələlər - ölkələrin  ərazi bütövlüyünün, müstəqilliyinin qorunması, 

təhlükəsizliyinin təmin olunması, sülhün möhkəmləndirilməsi, insan 

haqlarının qorunması, demokratiyanın inkişaf etdirilməsi və başqa 

məsələlər öz əksini tapıbdır. 

Ona görə də bu xartiya üzərində çox iş getdi. Biz də Azərbaycanın 

mənafelərini gələcəkdə  təmin etmək üçün xartiyanın üzərində öz 

səylərimizi göstərdik və  təkliflərimizi həyata keçirə bildik. Şübhəsiz 

ki, siz onu oxuyanda tapa bilməzsiniz ki, orada hansı cümlə kimə 

aiddir. Amma biz bilirik ki, orada hansı cümlələr üzərində çalışmışıq 

və onların qəbul edilməsinə nail olmuşuq. 

Mən ümumiyyətlə, bu xartiyadan çox məmnunam və hamı bundan 

məmnundur. Mən bunu ATƏT-in fəaliyyətinin böyük nailiyyəti kimi 

qiymətləndirirəm və onun Azərbaycan üçün də çox böyük əhəmiyyəti 

olduğunu bildirmək istəyirəm. 

Bilirsiniz ki, ondan sonra siyasi bəyannamə  qəbul olundu. 

Sammitin gedişində müzakirə edibn məsələlər bu sənəddə  əksini 

tapıbdır. Orada ümumi məsələlər vardır. Amma konkret məsələlər 

Avropa qitəsinin ayrı-ayrı ölkələrindəki münaqişələrə - Bosniya və 

Herseqovina, Yuqoslaviya, Dnestryanı, Ermənistan-Azərbaycan, 

Gürcüstan və başqa münaqişələrə, onlara münasibətə aiddir. Hesab 

edirəm ki, orada Azərbaycan haqqında yazılmış maddə - 20-ci maddə 

bu günün reallığını əks etdirir və biz bundan məmnunuq. 

Keçən sammitdə biz vuruşduq, çarpışdıq və konsensus olmadığına 

görə yekun sənədinə maddə düşmədi. Bunun nəticəsində biz ATƏT 

sədrinin bəyanatı aldıq. Amma biz istədiklərimizin hamısı orada öz 

əksini tapdilə. Bu dəfəki sammitin bəyannaməsində isə maddə var. 

Hesab edirəm ki, reallığa görə biz bu maddəni qəbul edirik. Yəni 

bizim buna etirazımız yoxdur və  həmin maddənin formalaşdırılması 

üzərində özümüz işləmişik. 

  



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə