Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə52/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   48   49   50   51   52   53   54   55   ...   139

___________________________________________________181 

larını, həm Avropa Birliyini, həm Türkiyəni, həm Gürcüstanı, həm 

Ermənistanı, həm ATƏT-in bu işdə marağı olan başqa ölkələrini dəvət 

etdim ki, bu paktın hazırlanilə bağlanması üçün səylərini göstərsinlər. 

Amma  şərtlər qoydum. Şərtlər də ondan ibarətdir ki, Cənubi 

Qafqazdan bütün silahlar çıxarılmalıdır, Cənubi Qafqaz 

silahsızlaşdırılmalıdır, ayırıcı  xətlər olmamalıdır, təhlükəsizlik təmin 

edilməli, terrorizm, etnik təmizləmə, separatizm aradan qaldırılmalı, 

ikili standartlara, baş vermiş faktlar əsasında hərəkətlərə yol 

verilməməlidir. Bunlar çox ciddi məsələlərdir. Mən bunları qaldırdım 

və hesab edirəm ki, ATƏT-in üzvlərinin  əksəriyyətini Azərbaycanın 

bu təklifinə cəlb etdik. Bu da çox böyük hadisədir. 

Dağlıq Qarabağ haqqında da kəskin mövqeyimi bir daha bildirdim, 

Minsk qrupunu tənqid etdim. Amma Ermənistan prezidenti ilə 

danışıqlarımızı da müsbət qiymətləndirdim. Mən bu gün də belə 

fikirdəyəm. Hesab edirəm ki, bu danışıqlar davam edəcəkdir. İndi həm 

Minsk qrupu işləyəcək, həm də bu danışıqlar davam edəcək ki, 

məsələni sülh yolu ilə həll edək. 



J u r n a l i s t: Deyəsən, birgə bəyanat olmalı idi. 

Heydər Əliyev: Birgə bəyanat yox. Ancaq biz, Amerikanın xarici 

işlər naziri xanım Olbrayt, Fransanın xarici işlər naziri Vedrin, 

Rusiyanın xarici işlər naziri İvanov, - bunlar Minsk qrupunun 

həmsədrləridir, - bir də Ermənistan prezidenti və Azərbaycan 

prezidenti Minsk qrupunun fəaliyyətini gücləndirmək üçün görüş 

keçirilə müzakirə apardıq. Mən Minsk qrupunun fəaliyyətsizliyini 

orada da üzlərinə dedim və  tələb etdim ki, Minsk qrupu fəaliyyətini 

artırsın. Onlar da söz verdilər ki, artıracaqlar. 

Yəni Azərbaycanın mənafelərini təmin etmək üçün qısa bir 

müddətdə nə mümkündürsə, mən etdim. Daha bir sözünüz var? 

İndi gedin o ağlayanlara, qara yaylıq bağlayanlara, sonra «yürüş 

edənlərə» deyin ki, onları  İstanbul küçələrində görmədik. Onlar 

harada idilər? Gəlib burada nümayiş keçirmək 

  

 




___________________________________________________182 

istəyirdilər. Siz bilirsiniz ki, biz Klinton qalan oteldə yaşayırdıq. 

Həmin oteldə  təkcə Klinton yaşayırdı, bir də Azərbaycan prezidenti. 

Biz orada yaşayırdıq. Siz də oraya gəlib-gedirdiniz, hamınızın imkanı 

vardı. Yəqin ki, elə bunun özü də Azərbaycana və Azərbaycan 

prezidentinə göstəribn münasibətdir. 



Jurnalist:  İmzalanma zamanı deyirdilər ki, Klinton gəlməyəcək, 

olmayacaq, onu burada gözləməyin, onun nümayəndəsi gələcəkdir. 

Dedik ki, axı o, Heydər  Əliyevə söz vermişdir, məktubunda da 

yazmışdır ki, İstanbula şəxsən gələcəkdir. Amma o gələndə hamı rahat 

oldu. 

Heydər  Əliyev:  Əlbəttə, onun bayrağı orada idi, belə  şey ola 

bilməzdi. O, bu işə çox maraqlı bir şəxsdir, bu məsələnin həll 

olunması üçün şəxsən çox işlər görübdür. Mən bunu orada öz 

çıxışımda qeyd etdim, siz eşitdiniz. Sonra onunla təkbətək görüşümdə 

də xidmətlərini qeyd etdim. Biz çalışdıq, çox işlər gördük. Amma 

Amerika Birləşmiş  Ştatlarının,  şəxsən Bill Klintonun bu işə daimi 

dəstəyi olmasaydı və məsələni həyata keçirmək üçün maliyyə vəsaiti 

tapmaqdan ötrü onun tədbir görəcəyi barədə bəyanatlar verilməsəydi, 

təbiidir ki, bunu etmək bir az çətin olacaqdı. Sağ olun. 

  

 




___________________________________________________183 

İSTANBUL ZİRVƏ GÖRÜŞÜ BAŞA ÇATDIQDAN 

SONRA BAKIYA QAYIDARKƏN  

BİNƏ HAVA LİMANINDA  

JURNALİSTLƏRİN SUALLARINA CAVAB 

 

20 noyabr 1999-cu il 

 

Heydər Əliyev: Güman edirəm ki, siz televiziya vasitəsilə hər şeyi 

görmüsünüz, hər  şeyi eşitmisiniz. Ona görə sizə geniş  məlumat 

verməyə ehtiyac yoxdur. Təyyarədə də məni müşayiət edən televiziya, 

qəzet jurnalistləri xahiş etdilər, mən təxminən 40-45-50 dəqiqə onlara 

izahat verdim. Ona görə indi siz məndən tam geniş  məlumat almaq 

istəyirsinizsə, bu, mənim vaxtımı çox alacaqdır. Ancaq onu qeyd edə 

bilərəm ki, İstanbul sammiti dünya tarixində, XX əsrdə  ən böyük 

hadisələrdən biridir və ATƏT-in XX əsrdə son sammitidir, bundan 

sonra daha olmayacaqdır. Bunun da İstanbulda keçməsi, şübhəsiz ki, 

Türkiyə üçün və Türkiyənin dostu olan bir ölkə kimi, bizim üçün də 

çox böyük əhəmiyyət kəsb edir. Çünki orada qəbul olunmuş sənədlər 

artıq  İstanbul sənədləri adlanacaqdır. Bu, zahiri tərəfi, yəni xarici 

tərəfi. Daxili tərəfi də ondan ibarətdir ki, çox məzmunlu bir sammit 

oldu - həm məsələlərin müzakirə edilməsi, həm qəbul olunan 

sənədlərin sayı, həm də onların dünya üçün əhəmiyyəti və məzmunu. 

Bilirsiniz ki, orada üç sənəd qəbul olundu. Birincisi -İstanbul 

xartiyasıdır. 1975-ci ildə Helsinki xartiyasından sonra 1990-cı ildə 

Paris xartiyası  qəbul edilmişdir.  İndi isə -1999-cu ildə  İstanbul 

xartiyası  qəbul olundu. Bu xartiya dünyada sülhün, təhlükəsizliyin 

təmin olunması, bu gün dünyada olan   reallıqlara   söykənərək  və   

Helsinki   aktından sonra 

  

 



 


___________________________________________________184 

dünyanın inkişaf etməsi, müstəqil dövlətlərin yaranması - çünki Paris 

xartiyası qəbul olunanda hələ indiki müstəqil dövlətlər yox idi, nəinki 

Sovetlər  İttifaqından ayrılmış ölkələr, eyni zamanda şərqi Avropa 

ölkələri də  hələ Varşava paktının içində idilər - ona görə  də bu, 

reallıqlara söykənən bir xartiyadır. Xartiyanın  əsas mənası, məqsədi 

Avropada sülhü təmin etmək,  əmin-amanlığı  təmin etmək, 

təhlükəsizliyi təmin etmək, ölkələrin  ərazi bütövlüyünü qorumaq və 

baş vermiş ixtilafları, münaqişələri sülh yolu ilə  həll etmək, 

demokratiyanı inkişaf etdirmək, insan haqlarına xüsusi fikir vermək 

və s. - bax, bu məsələlərdir. Yəqin ki, bizim mütəxəssislər bu xartiya 

haqqında sonra sizə geniş məlumat verəcəklər. 

Bu xartiyanı Azərbaycan imzaladı, mən Azərbaycanın xalqı 

adından, Azərbaycanın dövləti adından imzaladım. Hesab edirəm ki, 

imzamı, Azərbaycanın imzasını tarixi bir sənədə qoymuşam. Çünki 

Azərbaycanın imzası keçmişdə heç bir yerdə yox idi. Siz bilirsiniz ki, 

indi, müstəqillik  əldə edəndən sonra mən bir çox yerlərdə 

Azərbaycanın adından belə beynəlxalq sənədlərə imzalar atmışam. 

Bunların içərisində ən mühümü İstanbul xartiyasıdır. 

İkinci sənəd Avropada adi silahlar haqqında sənəddir. Mən bu 

yaxınlarda Azərbaycanın hörmətli şairləri, yazıçıları ilə görüşərkən bu 

barədə bir az izahat vermişdim. Çünki bizim ictimaiyyətimizin bu 

müqavilə haqqında az məlumatı var və ictimaiyyətdə bu barədə heç 

vaxt müzakirə getməmişdir. 

Ancaq biz özümüz Azərbaycan dövləti olaraq dörd ildən artıqdır 

ki, bu məsələ ilə  məşğul idik və öz mövqelərimizi qorumağa 

çalışırdıq. 

Avropada adi silahlar haqqında bu müqavilə 1990-cı ildə NATO 

ilə Varşava paktı arasında imzalanıbdır. Ona görə imzalanıb ki, hər bir 

tərəf o biri tərəfin adi silahlarının həm miqdarını, həm də yerləşdiyi 

regionları müəyyən etsin, belə- 

  

 



          


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə