Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə50/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   46   47   48   49   50   51   52   53   ...   139

___________________________________________________175 

İkinci  ən böyük hadisə Avropada adi silahlar haqqında qəbul 

olunmuş, artıq imzalanmış müqavilədir. Mən yazıçılarla,  şairlərlə bu 

yaxınlarda keçirdiyim görüşdə bu barədə ilk dəfə danışmışdım. 

Əvvəllər heç vaxt mən bunu mətbuata verməmişdim. Ancaq bilirsiniz 

ki, 1990-cı ildə Varşava paktı ilə NATO arasında adi silahlar haqqında 

müqavilə  qəbul edilmişdi, NATO-nun hansı ölkələrdə  nə  qədər adi 

silahlar saxlaması və Varşava paktının hansı ölkələrdə nə qədər silah 

saxlaması müəyyən olunmuşdu. Sovet İttifaqı, Varşava paktı dağıldı. 

Bilirsiniz ki, 1992-ci ildə bu məsələyə yenidən baxıldı. Rusiya 

başçılıq etdi, MDB ölkələrinin başçılarını 1992-ci il mayın 14-15-də 

Daşkəndə topladı. Keçmiş Sovetlər  İttifaqına daxil olmuş ölkələrin 

orada kvotaları müəyyən edildi. 

Mən demişəm, bir də  təkrar edirəm: O vaxt Azərbaycanda Xalq 

Cəbhəsi, Müsavat və başqa təşkilatlar Mütəlliləov hakimiyyəti ilə 

hakimiyyət uğrunda mübarizə apardı. Mütəlliləov istefa verdi,  bundan  

sonra tərəfdarları onu yenidən hakimiyyətə qaytarmağa çalışdılar və 

bir günlük qaytardılar. Xalq ayağa qalxdı.  Bundan istifadə edən Xalq  

Cəbhəsi, Müsavat və onlarla birlikdə olan başqa təşkilatlar burada 

boğuşan zaman, may ayında bu məsələlər həll edilirdi. Azərbaycan 

bizim ekspertlər   tərəfindən   əvvəlcədən   hazırlanmış  təklifləri - 

Cənubi Qafqazda Azərbaycanın kvotası Gürcüstanla, Ermənistanla 

bərabər ola bilməz - orada həyata keçirə bilmədi. Çünki oraya Rəhim 

Qazıyev getmişdi. O, həm Xalq Cəbhəsinin, həm də Mütəlliləovun 

nümayəndəsi idi. Oraya gedənlərdən biri də Əzizbəyov idi. Əzizbəyov 

o vaxt Nazirlər Soveti sədrinin müavini idi, heç bir siyasi hüquqa, yəni 

siyasi biliyə malik olan adam deyildi. Oraya bir də Abbas Abbasov 

getmişdi.  İndi o, izah edir ki, o, elə bunları müşayiət edirdi. Təəssüf 

ki, belə hallarda o, müşayiət etmək işləri ilə vaxtilə çox məşğul 

olubdur. Ancaq o vaxt Azərbaycana xəyanət edililbdir. Çünki Rəhim 

Qazıyev Qraçovla sövdələşmişdilər, Er- 

  

 




___________________________________________________176 

mənistana, Azərbaycana, Gürcüstana eyni kvota müəyyən olunmuşdu 

- 220 tank, 220 BMP, nə bilim, nə qədər təyyarə nə qədər top və filan.  

Biz dörd ildir bunun qarşısını alırdıq. Bax, bu müqaviləni 

imzalamağa amerikalılar daha çox tərəfdar idilər. Çünki amerikalılar 

bunu yenidən imzalamadığı halda Rusiya nəzarətsizlikdən istifadə 

edərək istədiyi yerlərə silahları yayırdı. Amma biz müqaviləyə razılıq 

verməyə  məcbur olduq və o imzalandı. Bizim kvotamız  əvvəl təyin 

olunduğu kimi qaldı. Təəssüflər olsun ki, Ermənistanın da öz kvotası 

var bundan əlavə, Rusiyanın orada təxminən 170 tankı, hərbi 

maşınları  və sair vardır. Nəzarətdə olmayan bir region kimi Dağlıq 

Qarabağda olan silahlar bu müqaviləyə düşmür 

Mən bunu elan etmişəm. Biz amerikalılara həmişə demişik ki, 

bunu uçota almaq lazımdır. Onlar deyirlər ki onda ya gərək Dağlıq 

Qarabağ bu müqavilənin subyekti olduğuna imza atsın, yaxud da ki, 

sizin  ərazidir - bu, sizin üstünüzə yazıla bilər. Yaxud, siz deyirsiniz

bu silahlar Ermənistanındır, onda siz etiraf edin ki, bu Ermənistanındır 

bunu Ermənistanın üzərinə yazaq. Biz çıxılmaz vəziyyətdə idik. Ona 

görə də biz artıq müqavimət göstərmədik, bu müqavilə də imzalandı. 

Bu, sammitin ilk müqaviləsi idi. Ancaq onun əsas nəticəsi, orada olan 

mühit, işgüzarlıq, hesab edirəm ki, XX əsrin sonunda dünyada gedən 

dəyişiklikləri əks etdirir. 

Mən bu sammitdən çox məmnunam. Hesab edirəm ki mənim 1994-

cü üdə Budapeştdə, 1996-cı ildə Lissabonda iştirak etdiyim 

sammitlərə nisbətən bu, öz məzmununa qəbul olunan sənədlərə görə 

çox yüksək səviyyəli bir sammit idi. Qardaş Türkiyənin bu sammitin 

ev sahibi olması və bu sammitin İstanbul sammiti, orada qəbul edibn 

əsas sənədlərdən birinin İstanbul xartiyası adlanması və bu toplantının 

Türkiyədə keçirilməsi şübhəsiz ki, bizim üçün iftixar hissidir Türkiyə 

nəyə qadir olduğunu dünyaya bir daha göstərdi. Əvvəlki 

  



___________________________________________________177 

sammitlərdə siz də olmusunuz. Demək istəyirəm ki, burada sammitin 

işi üçün yaradılmış  şərait hamısından yüksək idi. «Çırağan sarayı» 

bunun üçün nə qədər uyğun bir yer idi. 

Xatirimdədir, Lissabonda bizim üçün taxtadan ayrı-ayrı otaqlar 

ayırmışdılar, bu otaqda danışanı o birisi eşidirdi və gedib danışırdı. 

Ancaq burada çox gözəl şərait yaradılmışdı. Əlbəttə ki, bu da mənim 

üçün çox əhəmiyyətlidir. Çünki mən istəyirəm ki, qardaş Türkiyə 

bildirsin, dünyaya göstərsin ki, o, həqiqətən nəyə qadirdir, nə edə 

bilər. 


Təbiidir ki, Türkiyə bizim üçün qardaş, dost ölkə olduğu üçün 

prezident Klintonun beş gündən artıq Türkiyədə olması, həm 

Türkiyəni, həm bu ölkənin bəzi tarixi yerlərini ziyarət etməsi, həm də 

sammitdə  fəal iştirakı - təkcə Klintonun yox, dünyanın başqa böyük 

dövlətlərinin başçılarının da fəal iştirakı - bizi çox sevindirir. Dünən 

axşam Süleyman Dəmirəllə biz bir yerdə yemək yeyirdik. Bilirsiniz 

ki, mən artıq hava limanına gəlirdim, siz də hava limanında idiniz. O, 

mənə telefon edərək dedi ki, mən Klintonu bu dəqiqə yola saldım, 

ancaq səninlə görüşmək istəyirəm. Dedim ki, mən yol üstəyəm. 

Soruşdu ki, nədir? Dedim ki, təyyarə artıq uçmağa hazırdır. Bildirdi 

ki, təyyarə  sənin təyyarəndir? Dedim ki, bəli. Dedi ki, əmr elə, qoy 

sabah uçsun. Mən də bunu etdim. Biz axşam görüşdük, bir yerdə 

ailəvi yemək yedik, həm sammitin yekunları, həm də Bakı-Ceyhan 

boru kəməri haqqında ətraflı söhbət etdik. 

Burada bizim üçün, Türkiyə üçün və bütün dünya üçün baş verən 

ən tarixi hadisə Bakı-Ceyhan neft kəmərinin imzalanması 

mərasimidir. Bu imzalanma mərasiminin bu qədər yüksək səviyyədə, 

bu qədər möhtəşəm,  əzəmətli  şəraitdə keçməsi  şübhəsiz ki, Bakı-

Ceyhan kəmərinin nə qədər əhəmiyyətli olduğunu bildirir. 

Bilirsiniz, orada bir neçə sənəd, dövlətlərarası sənədlər imzalandı. 

Azərbaycan-Türkiyə-Gürcüstan sənədi - Bakı-Cey- 

  

 



 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə