Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə51/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   47   48   49   50   51   52   53   54   ...   139

___________________________________________________178 

han boru xətti haqqında. Bundan əlavə, bəyannamə imzalandı. O 

bəyannaməyə  həm Klinton, həm də Nazarbayev imza atdılar, yəni 

bizdən başqa, bu dövlətlər - Amerika da, Qazaxıstan da, - bir halda ki, 

o, bu boru xətti ilə neft keçirmək istəyir, - bu layihənin həyata 

keçirilməsi üçün üzərlərinə öhdəliklər götürürlər. Bu da çox böyük 

hadisədir. Başqa sənədlər də imzalandı, onları bizim şirkətlər 

imzaladılar. Böyük bir paket imzalandı. Bu, tarixi hadisədir. 

Siz orada mənim çıxışımı eşitdiniz. Biz beş ildir çalışırıq. Təbiidir 

ki, hamı bilir - bunun əsasını biz qoymuşuq.  Əgər biz «Əsrin 

müqaviləsi»ni imzalamasaydıq Bakı-Ceyhan haqqında söhbət ola 

bilməzdi. «Əsrin müqaviləsi»ni imzaladıq, onu həyata keçirdik, neft 

hasil etdik. Hamı, dünya inandı ki, Xəzərdə neft var və çoxdur, 

Azərbaycanın nefti həddindən artıq çoxdur. Ona görə də belə bir baha 

qiymətli kəmərin tikilməsi üçün qərar qəbul olundu. Bu, asan məsələ 

deyil. Beş ildir biz bundan ötrü çalışırıq. Mən özüm bu barədə  nə 

qədər işlər görmüşəm, onu dünən dedim. Hər dəfə Türkiyəyə gələndə 

bunu məndən soruşurdular, - heç kəsdən yox, - Bakı-Ceyhan nə vaxt 

olacaq? Mən də dedim, oldu! 

Mən çox şadam. Çünki bu gün həm Azərbaycanın hörmətini 

qaldırdıq, həm Türkiyənin hörmətini qaldırdıq, həm də dünyaya sübut 

etdik ki, bəli, Azərbaycanın bəyan etdiyi neft ehtiyatları  Xəzər 

dənizində, xüsusən Azərbaycan sektorunda var və ondan da artıqdır. 

Bilirsiniz ki, sonra Türkmənistan qazının nəqli haqqında da müqavilə 

imzalandı. Hesab edirəm, bu da çox əhəmiyyətli bir haldır. Çünki beş-

altı ildir ki, Türkmənistan öz qazını haradan keçirmək barədə çalışır. 

İrandan keçirmək istədi və Türkiyə ilə müqaviləsi vardı. Amma bu, 

mümkün olmadı. Sonra bir layihəsi var idi ki, Əfqanıstan vasitəsilə 

Pakistana keçirilsin. Üç-dörd il bundan əvvəl Amerikanın «Yunokal» 

şirkətinin nümayəndəsi mənə dedi ki, biz layihə hazırlamaq 

  

 

 



 

 



___________________________________________________179 

istəyirik. Mən dedim ki, siz əcəb işlə məşğul olursunuz. Soruşdular ki, 

nə üçün? Dedim ki, bu, mümkün deyildir, -sadəcə, vəziyyəti 

anlamırsınız. Amma bir-iki ildən sonra mənimlə yenidən görüşəndə 

etiraf etdi ki, siz düz deyirsiniz. Ona görə  də Türkmənistan qazı 

satmaq üçün yol axtarırdı. Buradan da keçməsini həm istəyirdi, həm 

də istəmirdi. Ancaq indi gördü ki, başqa yol yoxdur. Şübhəsiz ki, 

Amerika Birləşmiş  Ştatları da onlara həm təsir etdi, həm də  dəstək 

verdi. Qaz kəmərinin çəkilməsi haqqında sənədi də Türkmənistan, 

Azərbaycan, Gürcüstan və Türkiyə imzaladılar. 

Amma eyni zamanda biz ayrıca bir memorandum da imzaladıq. 

Birinci imzalanmış  sənəddə deyilir ki, gələcəkdə Azərbaycanın qazı 

da bu kəmərdən keçəcəkdir. Amma əlavə bir memorandum da 

imzaladıq ki, Türkiyə öhdəlik götürür ki, gələcəkdə Azərbaycanın nə 

qədər artıq qazı olsa, onu alacaq və təkcə özü üçün yox, Avropaya da 

çıxaracaqdır. Bu da çox böyük hadisədir. Ona görə  də  mən hesab 

edirəm ki, biz böyük qələbələrlə geriyə dönürük. Bizim millətimiz, 

xalqımız, ölkəmiz sevinməlidir ki, belə böyük nailiyyətlər  əldə 

etmişik. 

Mən bu sammiti və Bakı-Ceyhan layihəsinin, Xəzər qaz 

layihəsinin Türkiyədə, İstanbulda imzalanmasını bir daha xüsusi qeyd 

edirəm. Türk xalqı kimi, Azərbaycan xalqı da buna sevinir. Ona görə 

də dünən axşamı əziz dostum Süleyman Dəmirəllə bir yerdə keçirdik 

və bu nailiyyətləri bir yerdə qeyd etdik. Mənim sizə deyəcəyim sözlər 

budur. 

J u r n a l i s t: Biz dünən bütün axşamı, gecəni İstanbulu gəzdik. 

Siz görəydiniz ki, hamı bizi necə hərarətlə qarşılayırdı. Ən sadə türk 

adamları küçələrdə, mağazalarda, restoranda Bakı-Ceyhan haqqında 

ağızdolusu danışır, sevinirdilər. Mən ömrümdə belə şey görməmişdim. 

Özü də türk xalqı o qədər də siyasiləşmiş xalq deyildir. Amma 

aşağıdan yuxarıya qədər hamı bu hadisəni müzakirə edirdi. Hamı 

deyirdi ki, bunu Heydər Əliyev edibdir. 

  

      




___________________________________________________180 

Heydər Əliyev: Bəli, hamı da bunu bilir. Ona görə də Türkiyədə 

Azərbaycana və  şəxsən Azərbaycanın Prezidenti Heydər  Əliyevə 

həmişə çox məhəbbət olubdur. Amma Bakı-Ceyhana görə bu 

məhəbbət həddindən artıqdır. 



J u r n a l i s t: Özü də inanmırdılar ki, bu layihə barədə saziş 

imzalanacaqdır. 



Heydər Əliyev: Bəli, bəli, inanmırdılar. 

J u r n a l i s t: Viktor Kalyujnı bəyanat verib ki, bu neft kəməri 

iqtisadi baxımdan sərfəli deyil, siyasi mülahizələrə əsaslanır. 



Jurnalist: Xahiş edirik, ikitərəfli görüşləriniz barədə danışasınız. 

Heydər Əliyev: İkitərəfli görüşlərim də çox oldu və bunlar çox da 

səmərəli oldu. Prezident Klintonla çox gözəl görüşümüz, 

danışıqlarımız oldu. Bütün məsələlər haqqında, o cümlədən də 

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə  həll olunması 

barəsində danışdıq. Prezident Şirakla çox gözəl görüşümüz və 

danışıqlarımız oldu. Almaniyanın kansleri Şröderlə görüşüm oldu. 

Bilirsiniz ki, mən bizdə olan bir-iki rəsm  əsərini təqdim etdim. 12 

əsərdən 2-si bizdədir, qalanları Nyu-Yorkda saxlanılıb. Mən ona 

təsdiq etdim ki, bunlar da sizinkidir. Başqa  əlaqələrimiz haqqında, 

Ermənistan-Azərbaycan münaqişəsi barədə danışdıq. 

Bütün bu görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsi, 

Azərbaycanın düşdüyü vəziyyət və bu məsələnin sülh yolu ilə  həll 

edilməsi mövzusu birinci yer tuturdu. Mənim apardığım danışıqların 

hamısını bilirsiniz, bunları sadalamaq istəmirəm. Mən bunların 

hamısını çox uğurlu hesab edirəm. Bir də, güman edirəm ki, siz 

mənim sammitdəki çıxışıma diqqətlə baxmısınız. Mən çox sərt çıxış 

etdim, amma eyni zamanda konstruktiv çıxış idi. Konstruktivliyi də 

ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və təhlükəsizliyin yaranması 

üçün paktın hazırlanmasını təklif etdim. Həm Amerika Birləşmiş Ştat- 

  

 



 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə