Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə47/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   43   44   45   46   47   48   49   50   ...   139

___________________________________________________163 

rılmasına daim xüsusi diqqət yetirir və buna böyük əhəmiyyət 

verirəm. 

Amerika Konqresinin 1992-ci ildə qəbul etdiyi 907-ci düzəlişin bu 

əməkdaşlığın sürətli inkişafına maneçilik törətdiyini bir daha nəzərə 

çarpdıraraq həmin düzəlişin aradan qaldırılmasının vacib olduğunu 

xüsusi vurğulamaq istərdim. 

Əmin olduğumu bildirirəm ki, ikitərəfli Amerika-Azərbaycan 

əlaqələri son illər  ərzində, cənab prezident, Sizinlə birgə yaranmış 

möhkəm dostluq və  əməkdaşlıq təməlinə söykənərək daim uğurlu 

olacaq, xalqlarımızın mənafelərinə xidmət edəcək, onların rifah 

halının yüksəlməsinə, ölkələrimizin iqtisadi dirçəlişinə kömək edəcək, 

bütün Qafqaz regionunda sülhün, sabitliyin və  əmin-amanlığın 

bərqərar olunması üçün böyük imkanlar açacaqdır. 

Azərbaycan ilə Amerika arasında həm enerji sektorunda, həm də 

digər sahələrdə qarşılıqlı surətdə faydalı 

əlaqələrin 

möhkəmləndirilməsi, iqtisadi münasibətlərin daha da sıxlaşdırılması  

ilə    bağlı    məsələlərin  bu  gün  müzakirə  edilməsi sözsüz ki, 

əhəmiyyətli nəticələr verəcəkdir. ATƏT-in  İstanbul zirvə görüşünün 

tarixi sənədlərində irəli sürülmüş müddəaların həyata keçirilməsi 

sahəsində qarşıda duran vəzifələr barədə söhbətimiz, eləcə  də 

beynəlxalq aləmdə, Qafqazda vəziyyət, regionda əməkdaşlığın 

perspektivləri və hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər 

haqqında da fikir mübadiləmiz Amerika - Azərbaycan  əlaqələrinin 

möhkəmlənməsində, regionda sülhün bərqərar olması üçün xüsusi 

əhəmiyyətə malikdir. 

  

 




___________________________________________________164 

AVROPA KOMİSSİYASININ SƏDRİ  

POMANO PRODİ İLƏ  

GÖRÜŞDƏKİ SÖHBƏTDƏN 

 

İstanbul, «Çırağan sarayı»  

 

19 noyabr 1999-cu il     

  

Heydər  Əliyev: Hörmətli cənab Prodi, Sizinlə bir daha 

görüşməyimə çox şadam. Sizi Avropa komissiyasının sədri seçilməniz 

münasibətilə ürəkdən təbrik edirəm. Avropa Birliyinin Strukturları ilə 

Azərbaycan arasında  əlaqələrin genişlənməsinə  və  sıx  əməkdaşlığa 

böyük əhəmiyyət verirəm. Tarixi İpək yolunun bərpası və TRASEKA 

proqramları üzrə  əməkdaşlığın genişlənməsi çox mühüm hadisədir. 

Əminəm ki, Avropa ilə Asiya arasında nəqliyyat 

kommunikasiyalarının inkişafında bu layihələr xüsusi rol 

oynayacaqdır. 

Avropa Birliyinin ölkəmizə humanitar və texniki yardımlarını 

minnətdarlıqla qeyd etmək istərdim. Ermənistan-Azərbaycan, Dağlıq 

Qarabağ münaqişəsi nəticəsində işğaldan azad edilmiş rayonlarımızın 

bərpasında Avropa komissiyasının TASİS proqramı  çərçivəsində 

köməyini yüksək qiymətləndirir və  cənab Romano Prodi, Sizin 

rəhbərliyinizlə bu proqramların müvəffəqiyyətlə davam etdiriləcəyinə 

əmin olduğumu bildirirəm. 



Romano Prodi: Hörmətli cənab prezident! Avropa komissiyasının 

sədri seçilməyim münasibətilə  səmimi təbriklərinizə görə Sizə 

təşəkkür edirəm. Avropa Birliyi ölkənizlə  əməkdaşlığa böyük 

əhəmiyyət verir. Avropa strukturları Cənubi Qafqaz regionu ilə təkcə 

iqtisadi əlaqələrə deyil, bütün sahələrdə hərtərəfli əməkdaşlığa maraq 

göstərir. 

  

 



___________________________________________________165 

Böyük tarixi İpək yolunun bərpasına dair 1998-ci ilin sentyabrında 

Bakıda keçirilmiş beynəlxalq konfrans yüksək qiymətə layiqdir. 

Regionun inkişaf strategiyasının müəyyən edilməsində bu tədbir 

böyük əhəmiyyət daşıdığını xüsusi qeyd etmək istərdim. 

Heydər  Əliyev:  Bu həqiqətən də belədir, cənab Prodi. Onu da 

deməliyəm ki, müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan 

Respublikasında demokratikləşmə prosesi və islahatlar uğurla həyata 

keçirilir. Xəzərin enerji ehtiyatlarının istifadəyə verilməsi və  nəqli 

sahəsində görülən işlər də  uğurla həyata keçirilir. Bildiyiniz kimi, 

ölkəmiz bu layihələrin təşəbbüskarıdır. 1994-cü ildə Bakıda böyük 

səylər hesabına imzalanmış  «Əsrin müqaviləsi» adlanan ilk neft 

müqaviləsi sonrakı genişmiqyaslı neft layihələrinin həyata 

keçirilməsində böyük əhəmiyyət daşıyır. 

Xəzər neftinin dünya bazarlarına çıxarılması üçün Bakı-

Novorossiysk kəməri ilə yanaşı, bu ilin aprel ayında Bakı-Supsa boru 

xətti də istifadəyə verilmişdir. Neft nəqlinin etibarlılığının təmin 

edilməsi üçün əsas ixrac boru kəməri kimi Bakı-Tbilisi-Ceyhan 

xəttinin inşası üçün İstanbulda imzalanmış  sənədlərin böyük tarixi 

əhəmiyyətini xüsusi vurğulardım. Bu yolda bizim qarşımıza çox 

maneələr çıxıb. Ölkəmizə  təzyiqlər göstərililə, region dövlətlərində 

qeyri-sabitlik yaratmaq cəhdləri olub. Bütün bu çətinliklərə 

baxmayaraq Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasının reallaşması 

məndə məmnunluq duyğusu yaradır. 

Onu da deyim ki, Xəzərin zəngin enerji ehtiyatlarının hasilatında 

ölkəmizin xarici şirkətlərlə geniş  əməkdaşlığı karbohidrogen 

yataqlarının işlənilməsində  İtaliyanın «ENİ-ACİP»  Şirkətinin də  fəal 

iştirakını məmnuniyyət hissi ilə qeyd etdi. 

Müstəqillik yolu ilə irəliləyən Azərbaycan dövlətinin qarşılaşdığı 

ən böyük problem olan Dağlıq Qarabağ münaqişəsi 12 ildən bəri 

davam  edir,   erməni  silahlı  qüvvələrinin   təcavüzü  nəticəsində 

  

 

 




___________________________________________________166 

torpaqlarımızın beşdə bir hissəsi işğal olunub, bir milyon soydaşımız 

qaçqın vəziyyətinə düşərək çadır şəhərciklərində ağır şəraitdə yaşayır. 

Bütün bunlara baxmayaraq ölkəmiz Ermənistan-Azərbaycan 

münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Beş ildən bəri atəşkəs 

rejiminə  əməl edilir. Münaqişənin həlli ilə  məşğul olan ATƏT-in 

Minsk qrupu 1992-ci ildən fəaliyyət göstərir, lakin arzu etdiyimiz 

nəticələr hələ də əldə olunmayıb. 

Azərbaycan və Ermənistan prezidentləri arasında son vaxtlar bir 

neçə görüş keçirilib. Münaqişəni nizamasalma prosesi, eyni zamanda 

ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilməsi olduqca 

zəruridir. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində 

və onun nəticələrinin aradan qaldırılmasında ölkəmiz beynəlxalq 

birliyin köməyinə ümid bəsləyir. 

Romano Prodi: Hörmətli cənab prezident! Mən Xəzər dənizinin 

enerji ehtiyatlarının hasilatının və dünya bazarlarına nəqlinin 

əhəmiyyətini yüksək dəyərləndirirəm. 

Bakı-Ceyhan əsas ixrac boru kəmərinin inşası ilə bağlı sənədlərin 

və digər layihələrin imzalanması münasibətilə Sizin başçınızı səmimi-

qəlbdən təbrik edirəm. 

Azərbaycan ilə Avropa Birliyi arasında tərəfdaşlığın və 

əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açılıb. Mənim rəhbərlik 

etdiyim təşkilat bölgədə sülh və sabitlik yaranmasına hər cür kömək 

göstərməyə hazırdır. 

Hörmətli cənab prezident! İcazə versəniz mən bu göruşdən və 

maraqlı söhbətdən məmnun qaldığımı bildirərdim. 

  

 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə