Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə44/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   40   41   42   43   44   45   46   47   ...   139

___________________________________________________150 

ATƏT-in İSTANBUL ZİRVƏ GÖRÜŞÜNDƏ 

GÜRCÜSTAN PREZİDENTİ 

EDUARD ŞEVARDNADZE İLƏ GÖRÜŞDƏKİ 

SÖHBƏTDƏN 

 

İstanbul, «Çırağan sarayı»  

 

18 noyabr 1999-cu il 

 

Heydər  Əliyev:  Əziz dostum Eduard Şevardnadze! Sizi səmimi-

qəlbdən salamlayıram. Bizim ölkələrimiz -Gürcüstan ilə Azərbaycan 

qədim dostluq ənənələrinə malikdir. Bu əlaqələrin gündən-günə 

inkişaf etməsini bir daha yüksək qiymətləndirirəm. Mən 

dövlətlərimizin, xalqlarımızın  ənənəvi dostluq və qardaşlıq 

əlaqələrinin daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verirəm. 

Eduard   Şevardnadze: Əziz dostum Heydər Əliyev! 

Bakı-Tbilisi-Ceyhan  əsas ixrac boru kəmərinin inşası ilə  əlaqədar 

tarixi sənədlərin ATƏT-in  İstanbul zirvə görüşünün keçirildiyi 

günlərdə yüksək səviyyədə imzalanmasından son dərəcə  məmnun 

olduğumu bildirirəm. Bu layihənin reallaşması yolunda ölkələrimizin 

məruz qaldığı  təzyiqlərə, qarşılaşdığı maneələrə, çətinliklərə 

baxmayaraq, Siz çox uzaqgörənliklə bölgədə  təhlükəsizlik və 

əməkdaşlığın daha da genişlənməsinə, təcavüzə, separatçılığa son 

qoyulmasına bütün varlığınızla çalışırsınız. 

Bu boru kəmərinə dair sazişin imzalanmasının məhz həmin 

layihənin təşəbbüskarı və müəllifi Sizsiniz. Bu layihə Sizin ardıcıl və 

məqsədyönlü siyasətiniz, qətiyyətli mövqeyiniz, əzm- 

  

 



___________________________________________________151 

karlığınız sayəsində gerçəkləşdiyini xüsusi vurğulamaq istəyirəm və 

bu münasibətlə Sizi səmimi-qəlbdən təbrik edirəm. 

Heydər  Əliyev:  Mən də Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına 

dair sənədlərin imzalanması münasibətilə ürəkdən təbrik edirəm. 

Nəzərə çarpdırıram ki, qonşu Gürcüstanın  ərazisindən keçəcək  əsas 

ixrac boru kəməri dost ölkənin iqtisadi tərəqqisi, regionda sülh və 

sabitlik yaranması üçün əhəmiyyətli olacaqdır. 

Eduard  Şevardnadze: ATƏT-in  İstanbul zirvə görüşünü də 

söylədiyiniz dərin məzmunlu nitqinizdə Siz Cənubi Qafqazda sülhün, 

əmin-amanlığın və sabitliyin bərqərar edilməsi üçün irəli sürdüyünüz 

təklifləri yüksək qiymətləndirirəm. Siz Azərbaycanın haqq işini bir 

daha bütün dünyaya bəyan etdiniz və sülh danışıqlarını beynəlxalq 

hüquq prinsipləri və normaları əsasında başa çatdırmağa çağırdınız. 



Heydər  Əliyev:  İstanbul sammitində qaldırılan məsələlərə 

toxunaraq, qeyd etmək istəyirəm ki, tarixi sənədlərin imzalanması 

bölgəmizin parlaq gələcəyinin inkişafında mühüm rol oynayacaqdır. 

Bu tarixi sənədlər dövlətlərimizin müstəqilliyinin möhkəmləndirilməsi 

və iqtisadi yüksəlişi üçün əlbir səylər göstərilməsinin vacibliyini daha 

da artıracaqdır. 



Eduard  Şevardnadze: Bütün bunlar bizi daha da yaxınlaşdırır, 

ölkələrimiz arasında  əməkdaşlığın daha da genişləndirilməsi və 

möhkəmləndirilməsi üçün son dərəcə əlverişli şərait yaradır. 

  

 




___________________________________________________152 

ATƏT-in İSTANBUL ZİRVƏ GÖRÜŞÜNDƏ  

İSRAİLİN BAŞ NAZİRİ EHUD BARAK İLƏ  

GÖRÜŞDƏKİ SÖHBƏTDƏN 

 

Ankara, «Çırağan sarayı» 

 

18 noyabr 1999-cu il 

 

Heydər  Əliyev: Hörmətli Baş nazir! Sizinlə görüşdən məmnun 

qaldığımı bildirmək istərdim. Cənab Barak, xatırınızdadırsa, Siz Baş 

nazir seçilərkən mən Sizə təbrik məktubu göndərmişdim. Azərbaycan-

İsrail  əlaqələrinin hazırkı  vəziyyətindən mən çox razıyam. Bununla 

belə, bütün sahələrdə ölkələrimizin  əməkdaşlığının daha da inkişaf 

etdirilməsi vacibdir. 

Ehud Barak:  Cənab prezident, Sizinlə ilk görüşdən məmnunluq 

duyduğumu demək istərdim. Azərbaycan xalqına salamlarımı 

çatdırmağı xahiş edirəm. 

Kiçik bir xalq olsa da yəhudilər dünyanın bir çox yerlərində 

yaşayırlar. Qonşu ölkələr ilə  İsrail arasında münaqişə olsa da, biz 

dövlətimizin güclü, dostlarımızın çox olmasına həmişə xüsusi diqqət 

yetiririk. 

Azərbaycan ilə  İsrail arasında  əməkdaşlığın gündən-günə inkişaf 

etməsinə öz hökuməti xüsusi əhəmiyyət verir. Azərbaycanla bir çox 

sahələrdə, o cümlədən ticarət sahəsində 

əlaqələrin 

möhkəmləndirilməsi vacibdir. İsrail hökuməti Azərbaycana həmişə 

dəstək verməyə hazırdır. 

Heydər  Əliyev:  Səmimi sözlərə görə minnətdarlığımı bildirirəm. 

Azərbaycana rəhbərlik etdiyim dövrdə  İsraillə  sıx  əlaqələr 

yaranmasına daim ciddi diqqət yetirmişəm. Baxmayaraq ki, 

müstəqillik yolu ilə inkişaf edən Azərbaycan bir sıra çətinliklərlə 

qarşılaşır. 

 

  



 


___________________________________________________153 

Ermənistamn Azərbaycana təcavüzü ölkəmizin  ərazilərinin 20 

faizindən çoxunun işğal olunmasına, bir milyondan çox 

vətəndaşımızın yerindən-yurdundan zorla qovulmasına, qaçqınların 

böyük  əksəriyyətinin çadırlarda ağır  şəraitdə yaşamasına, 

Azərbaycanın belə  ağır problemlə üzləşməsinə baxmayaraq Amerika 

Konqresinin 1992-ci ildə respublikamıza qarşı  ədalətsiz 907-ci 

düzəlişi qəbul etməsini bir daha təəssüflə qeyd etmək istərdim. 

Azərbaycan və  yəhudi xalqları tarixən yaxın dost olublar. 

Ölkəmizdə yaşayan yəhudilərə müstəqil respublikamızın 

bərabərhüquqlu vətəndaşları kimi həmişə xoş münasibət bəslənilir. 

Mən Amerikaya səfərim zamanı orada yəhudi icmaları 

konfranslarının başçıları ilə görüş keçirir, onlarla səmərəli danışıqlar 

aparırdım və bunlar məni məmnun etdi. Onu da deyim ki, xaricdə 

yaşayan yəhudilərin nümayəndələri tez-tez ölkəmizə ziyarət edirlər. 

Ölkələrimiz arasında  əlaqələrin daim inkişaf etməsi üçün geniş 

imkanlar vardır. Bu münasibətlərin daha da genişləndirilməsi olduqca 

zəruridir. 



Ehud Barak: Azərbaycanda yaşayan yəhudilərə göstəribn dostluq 

münasibətinə görə, cənab prezident, Sizə  və xalqınıza dərin 

minnətdarlığımı  və  təşəkkürümü bildirirəm. Mən Sizi İsrailə  rəsmi 

səfərə dəvət edirəm. 



Heydər Əliyev: Təşəkkür edirəm, cənab Baş nazir. Ümidvaram ki, 

gələcək görüşlərimizdə  də dövlətlərimizi maraqlandıran bir sıra 

məsələnin həllinə  də, eləcə    də beynəlxalq və regional əməkdaşlıq 

barədə bugünkü kimi geniş fikir mübadiləsi keçirəcəyik. Sizin 

dəvətinizi qəbul edirəm. Eyni zamanda Sizi də Azərbaycana rəsmi 

səfərə dəvət edirəm. 



Ehud Barak:  Təşəkkür edirəm, cənab prezident. Həm 

söhbətimizdən, həm də dəvətinizdən çox məmnunam. 

  

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə