Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə41/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   37   38   39   40   41   42   43   44   ...   139

___________________________________________________139 

Heydər 

Əliyev: Yazıçılarla görüşdə. Mən yazıçılarla 

görüşməsəydim?. Bilirsiniz, sizin əksəriyyətiniz müxalifətin hay-

küyünə uyursunuz. Müsavat da onların başçılarından biridir. Bəli, hər 

şeyə uyursunuz. Ona görə də bu hay-küyün təsiri altına düşürsünüz. 

Amma hay-küy edən adamlar heç vaxt Azərbaycanın milli 

mənafelərini qoruyan olmayıblar, Azərbaycanın milli mənafeləri 

haqqında düşünən olmayıblar. Mən hamısının haqqında deyirəm. 

Onların hər biri 1988, 1989-cu illərdə Azərbaycanda xalq öz 

hüquqlarını müdafiə etmək üçün qalxdığı zaman sadəcə, çevik olublar, 

üzə çıxıblar. Məqsədləri isə o olub ki, hakimiyyəti ələ keçirsinlər. 

Elə bu günlər də Elçibəy hansısa qəzetdə yazmışdı ki, Primakovla 

danışanda Primakov dedi ki, nə istəyirsən? Mən dedim ki, seçkilər 

keçirin- çünki bilirdik ki, o vaxt seçkilər keçirilsə, biz çoxluğu 

götürəcəyik. Demək, hakimiyyət mübarizəsi aparılırdı. Yəni o vaxt 

Dağlıq Qarabağ  məsələsinin, hamı birləşilə Azərbaycana qarşı olan 

hücumun qarşısını almaq üçün yox, belə bir gərgin vəziyyətdə 

hakimiyyət mübarizəsi aparırdılar. Bunu özləri etiraf edirlər. 

Bunlar budur və on ildir hərdənbir belə şeyləri ortaya atır, hay-küy 

salırlar. Siz də düşürsünüz bu hay-küyün təsiri altına. Mən sizə 

məsləhət görürəm ki, öz ağlınızla işləyin. Həmin o adamlar ki, indi 

hay-küy salırlar - onlar daim bir-birinə düşmən olublar, bir-biri ilə 

rəqabət aparıblar. Biri o birisinə deyir ki, sənin əlin qana batıb, o biri 

bu birisinə deyir ki, sənin əlin qana batıbdır. Biri o birisinə deyir ki, 

sən günahkarsan, o birisi deyir... 

İndi hamısı birləşilə, nə var-nə var, fürsət düşüb ki, yenə  də 

özlərini bir az göstərsinlər. O adamlardan indi kimsə Türkiyəyə 

getmək, orada nümayiş keçirmək istəyir. Kimsə burada hay-küy salır. 

Mənim xatirimdədir, keçmişdə Azərbaycanda "elə bir söz vardı:  

filankəsi  Biləcəridən  o tərəfə tanıyan 

  

 




___________________________________________________140 

yoxdur. Bu söz yadınızdadırmı?  İndi də  işlədirlər – Biləcəridən o 

tərəfə tanıyan yoxdur. 

Mən də deyirəm ki, birincisi, bu adamların bir-birinə sevgisi, 

məhəbbəti  əsl sevgi-məhəbbət deyildir. Elə dostluqdur ki, bu gün 

bunlar dostdurlar, sabah düşməndirlər. Bəzilərinin sevgisi-məhəbbəti 

də elə adamların sevgi-məhəbbətinə bənzəyir ki, bu gün bununladır, o 

birisi gün məhəbbətini o birinə bağlayır, dördüncü gün başqasına 

bağlayır. O adamlar bu qəbildən olan adamlardır. 

İndi belələri gedib İstanbulda nümayiş keçirmək istəyir. Sən 

kimsən, səni tanıyan kimdir? Yaxud o birilərin hamısının səsi harada 

çıxıbdır? Altı ildir ki, biz dünyanın  ən mötəbər kürsülərindən bu 

məsələlər haqqında fikir deyirik, Azərbaycanın mənafelərini müdafiə 

edirik, konkret təkliflər veririk, lazımi qərarların qəbul edilməsinə nail 

oluruq. Bunları isə  nə Biləcəridən o tərəfə tanıyanlar var, nə  də 

bunlarda bir sabitlik var. Məhəbbət sabitliyi də yoxdur, dostluq 

sabitliyi də yoxdur. İndi belə adamlar düşüblər ortaya. Məsləhət 

görmürəm ki, onların təsiri altına düşəsiniz. Sağ olun. 

  

 



___________________________________________________141 

QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ  

TƏŞKİLATININ ZİRVƏ GÖRÜŞÜNDƏ NİTQ 

 

İstanbul 

 

17 noyabr 1999-cu il 

 

Hörmətli cənab sədr, zati-aliləri, xanımlar və  cənablar! Biz Qara 



Dəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatının  əsası qoyulduğu  İstanbul 

şəhərində Türkiyənin təşəbbüsü ilə bu zirvə görüşünün keçirilməsini 

yüksək qiymətləndiririk. 

Türkiyədə baş vermiş dəhşətli dağıdıcı zəlzələ nəticəsində minlərlə 

adamın həlak olması bizi dərindən kədərləndirdi. Biz qardaş türk 

xalqının dərdini öz dərdimiz hesab edirik və «keçmiş olsun» deyirik. 

Hörmətli həmkarlarım! 

Təşkilatımızın fəaliyyətinin müəyyən nəticələrini qeyd etmək 

lazımdır. Yalta zirvə görüşünün bəyannaməsində göstəribn 

müddəaların həyata keçirilməsində  bəzi irəliləyişlər  əldə edilmişdir. 

Eyni zamanda Qara Dəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatının 

fəaliyyətini canlandırmaq üçün hələ istifadə edilməmiş xeyli imkanlar 

vardır. Ümidvaram ki, bugünkü görüşdə biz yeni minilliyin 

astanasında regionda yaranmış siyasi-iqtisadi şəraiti nəzərə alaraq, 

Qara Dəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr 

arasında  əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyən edə 

biləcəyik. 

Zənnimcə, Qara Dəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatı regionunda 

sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi həm Azərbaycan 

üçün, həm də digər iştirakçı dövlətlər üçün ən vacib vəzifədir. 1992-ci 

il İstanbul bəyannaməsində əksini 

  

 



 


___________________________________________________142 

tapmış  məqsədlərə nail olmaq yolunda qarşıya çıxan problemlər və 

çətinliklər təşkilatımızın mövcud olduğu yeddi il ərzində özünü əyani 

şəkildə göstərmişdir.  İştirakçı dövlətlərin mehriləan qonşuluq 

münasibətləri  əsasında regionda sülhü və  təhlükəsizliyi təmin etmək 

məqsədi ilə biz hamımız qəti tədbirlər görməliyik. Bu isə öz 

növbəsində genişmiqyaslı iqtisadi əməkdaşlıq üçün böyük imkanlar 

açardı. 


Bu baxımdan qeyd etmək istəyirəm ki, görüşümüzün ATƏT-in 

sammiti  ərəfəsində keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. 

Ümidvaram ki, ATƏT-in sabahkı zirvə görüşünün yekunları hərtərəfli 

regional əməkdaşlıq üçün yeni perspektivlər açacaqdır. 

Çıxışımın sonunda bu görüşün təşkilinə görə  və Qara Dəniz 

İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda sülh, təhlükəsizlik və tərəqqi 

naminə  əməkdaşlığın möhkəmləndirilməsi işinə Türkiyənin verdiyi 

töhfəyə görə Türkiyə Respublikasının prezidenti, zati-aliləri cənab 

Süleyman Dəmirələ  və Türkiyə hökumətinə minnətdarlığımı 

bildirirəm. 

Diqqətinizə görə təşəkkür edirəm. 

  



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə