Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə45/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   41   42   43   44   45   46   47   48   ...   139

___________________________________________________154 

ATƏT-in İSTANBUL ZİRVƏ GÖRÜŞÜNDƏ  

FRANSA PREZİDENTİ JAK ŞİRAKLA  

GÖRÜŞDƏKİ SÖHBƏTDƏN 

 

İstanbul, «Çırağan sarayı»  

 

18 noyabr 1999-cu il 

 

Heydər  Əliyev: Hörmətli cənab prezident. Sizinlə görüşməkdən 

məmnun qaldığımı bildirirəm. Mən Sizin Zirvə görüşündəki nitqinizi 

böyük maraqla dinlədim. Mən Ermənistan-Azərbaycan, Dağlıq 

Qarabağ münaqişəsinin sülh yolu ilə  həll edilməsi üçün ATƏT-in 

Minsk qrupunun həmsədri kimi Fransanın səylərinə böyük ümidlər 

bəsləyirəm. Sizinlə  səmimi dostluq münasibətlərini və Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün şəxsi 

səylərinizi yüksək qiymətləndirirəm. Cənab Jak Şirak, zirvə 

görüşündəki nitqinizdə bütün iştirakçı ölkələrin dövlət və hökumət 

başçılarının diqqətini bu problemin həllinə bir daha cəlb etdiyinizə 

görə Sizə dərin minnətdarlığımı bildirirəm. 

Bununla belə, diqqətinizi bir daha torpaqlarımızın hələ  də  işğal 

altında qaldığına, yerindən-yurdundan zorla qovulmuş bir milyondan 

çox vətəndaşımızın çadırlarda ağır  şəraitdə yaşadığına yönəltmək 

istərdim, həmçinin xahiş edirəm ki, Ermənistan-Azərbaycan 

münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında öz şəxsi səylərinizi 

mümkün qədər artırasınız. 

Azərbaycan-Fransa iqtisadi əməkdaşlığı haqqında da danışmaq 

istərdim. Çünki mən Xəzərin zəngin enerji ehtiyatlarının istifadəyə 

verilməsində Fransa şirkətlərinin fəal iştirakını yüksək 

dəyərləndirirəm. 

  

 

 




___________________________________________________155 

J a k Ş i r  a k: Hörmətli cənab prezident. Xoş sözlərinizə görə 

təşəkkür edirəm. Hər  şeydən  əvvəl Bakı-Ceyhan  əsas ixrac boru 

kəmərinin inşası barədə  sənədlərin imzalanması münasibətilə Sizi 

səmimi-qəlbdən təbrik edirəm. Mən  əminəm ki, bu layihənin 

beynəlxalq  əhəmiyyəti yüksək olacaq, region dövlətlərin və  qərb 

ölkələrinin iqtisadi yüksəlişi üçün böyük rol oynayacaqdır. 

Cənab prezident, mən ATƏT-in zirvə görüşündəki nitqinizi yüksək 

qiymətləndirirəm. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsinin sülh yolu ilə nizama salınması, regionda sabitliyin və 

əmin-amanlığın bərqərar edilməsi üçün Sizin apardığınız müdrik və 

uzaqgörən siyasətin tezliklə müsbət nəticələr verəcəyinə əminəm. 

Azərbaycanın və Ermənistanın dövlət başçılarının birbaşa 

görüşlərinin bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün 

əhəmiyyətli olduğunu xüsusi qeyd edərdim. 

Nizamasalma prosesində Minsk qrupunun həmsədri kimi öz 

ölkəmin də səylərini artıracağını bildirirəm. 

Əlbəttə ki, Fransa-Azərbaycan  əlaqələrinin inkişaf etdirilməsi və 

dərinləşdirilməsi, bir sıra beynəlxalq və regional problemlər barədə 

ətraflı fikir mübadiləsi aparmağı yenə də davam etdirməliyik. 

  

 




___________________________________________________156 

ATƏT-in İCRAÇI SƏDRİNİN VƏ ATƏT-in  

MİNSK QRUPUNUN HƏMSƏDRİ OLAN  

ÖLKƏLƏRİN XARİCİ İŞLƏR NAZİRLƏRİNİN 

AZƏRBAYCAN VƏ ERMƏNİSTAN  

PREZİDENTLƏRİ İLƏ GÖRÜŞLƏRİNDƏKİ 

SÖHBƏTDƏN 

 

İstanbul, «Çırağan sarayı»  

 

18 noyabr 1999-cu il 

 

Huber Vedrin  (Fransanın xarici işlər naziri): Mən görüş 

iştirakçılarını  səmimi-qəlbdən salamlayıram və bildirirəm ki, 

müstəqillik yolu ilə gedən Azərbaycanın və Ermənistanın inkişafı 

regionda sülh və sabitlikdən asılıdır. ATƏT-in Minsk qrupunun və 

onun həmsədrlərindən biri olan Fransa Ermənistan-Azərbaycan, 

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması sahəsində 

iş aparır və mən öz ölkəmizin regionda sülhün və sabitliyin bərqərar 

edilməsinə  hər cür kömək göstərməyə hazır olduğunu nəzərə 

çarpdırıram. 



Madlen Olbrayt  (ABŞ-ın Dövlət katibi): Bu görüşdən məmnun 

olduğumu bildirirəm. Azərbaycan və Ermənistan prezidentlərinin 

birbaşa görüşlərinin Ermənistan-Azərbaycan, Daglıq Qarabağ 

münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün böyük əhəmiyyət 

daşıdığını, bununla yanaşı, Minsk qrupu həmsədrlərinin öz 

fəaliyyətlərini genişləndirməyə hazır olduqlarını, ABŞ-ın regionda 

sülhün və sabitliyin bərqərar olmasında və münaqişənin tezliklə  həll 

edilməsində marağı olduğunu bildirirəm. 

  

 

 




___________________________________________________157 

İqor İvanov (Rusiyanın xarici işlər naziri): Qafqazda və regionda 

sabitliyin bərqərar olunmasına Rusiya böyük əhəmiyyət verir və 

nəzərə çarpdırıram ki, bizim ölkəmiz ATƏT-in Minsk qrupunun 

həmsədri kimi, münaqişənin dinc vasitələrlə aradan qaldırılmasını 

zəruri hesab edir, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa 

ikitərəfli görüşlərini dəstəkləyir və bu görüşlərin davam etdirilməsini 

zəruri sayır. 

Heydər  Əliyev: Dünyanın  ən qaynar və problemli regionlarından 

biri hesab edibn Qafqaz regionunda mövcud olan problemlərə böyük 

diqqət yetirdiklərinə, Sizə - görüş  iştirakçılarına səmimi 

minnətdarlığımı bildirirəm. Müstəqillik yolu ilə irəliləyən 

Azərbaycanın inkişafı üçün böyük çətinliklər doğurmuş Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 12 ildən bəri davam edir, 

məsələnin sülh yolu ilə nizamlanmasının dönmədən tərəfdarı 

olduğumu dəfələrlə bildirmişəm və hazırda sülh əldə olunmasının 

həyati zəruriliyini bir daha vurğulayıram. 

Mən münaqişə nəticəsində Azərbaycan  ərazisinin 20 faizinin hələ 

də  işğal altında qaldığını, bir milyondan çox soydaşımızın çadır 

şəhərciklərində  ağır vəziyyətdə yaşadıqlarına görüş  iştirakçılarının 

diqqətini cəlb edərək, bu münaqişənin tezliklə  həlli üçün hər cür 

səylər göstərilməsini xahiş edirəm. 

Mən 1992-ci ildən fəaliyyət göstərən Minsk qrupunun müəyyən iş 

apardığını, lakin hələ  hər hansı bir nəticə  əldə olunmadığını  təəssüf 

hissi ilə nəzərə çarpdırıram. 

Ermənistan prezidenti ilə apardığımız təkbətək görüşlər daxil 

olmaqla keçirilən müxtəlif səviyyəli görüşlərin davam etdirilməsi ilə 

yanaşı, Minsk qrupu həmsədrlərinin fəaliyyətinin daha da 

gücləndirilməsinin zəruriliyini qeyd etmək istəyirəm. 

Mən görüşdə  iştirak edən xarici işlər nazirlərinin öz ölkələrinin 

həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də 

  

 



 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə