Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə53/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   49   50   51   52   53   54   55   56   ...   139

___________________________________________________185 

liklə  də  təhlükəsizlik təmin edilsin. Ancaq Varşava paktı dağılandan 

sonra və ondan sonra da Sovetlər  İttifaqı dağılandan sonra, Sovetlər 

İttifaqına mənsub olan respublikalar dövlət müstəqilliyini  əldə 

edəndən sonra şübhəsiz ki, bu müqavilə pozulmuş hesab olunur. Ona 

görə də Amerika tərəfi, yəni NATO tərəfi çalışırdı ki, bu müqaviləni 

yeniləşdirsin. Bunun üçün onlar, yəni NATO tərəfindəki kvotalar 

məlum idi. Ancaq keçmiş Sovetlər  İttifaqının  ərazisində silahlar 

harada nə qədər olmalıdır - bunu müəyyən etmək lazım idi, bu, tələb 

olunurdu. 

O vaxt - 1992-ci ilin may ayının 14-15-də MDB üzvü olan 

dövlətlərin nümayəndələri Daşkənddə toplaşmışdılar və bu məsələni 

müzakirə edirdilər. Amma bu, elə bir gündə müzakirə olunmamışdı. 

Bu məsələ müzakirə olunan zaman hər bir dövlət öz nümayəndə 

heyətini göndərmişdi. Orada bu müqavilənin hazırlanması prosesi 

gedirdi. 

O vaxt Azərbaycanda hakimiyyətsizlik olduğuna baxmayaraq, 

daxildə hakimiyyət mübarizəsi getdiyinə baxmayaraq Azərbaycanın 

da ekspertləri gedib Daşkənddə bu barədə işlər görmüşdülər və mənə 

indi verilən məlumatlardan bəlli olur ki, Azərbaycan ekspertləri - indi 

onlar aşağı  vəzifəli insanlardır - orada vətənpərvərlik göstəriblər, 

Azərbaycanın mənafelərini müdafiə etməyə çalışıblar və sübut ediblər 

ki, bu kvotalar müəyyən edibndə  Cənubi Qafqazda Azərbaycan ilə 

Gürcüstanın və Ermənistanın kvotaları  fərqli olmalıdır. Azərbaycan 

həm  ərazisinə görə, həm də  əhalisinə görə digər iki respublikadan 

böyükdür. Ona görə  də Azərbaycana daha çox kvota verilməlidir və 

buna nail olublar. Ekspertlər səviyyəsində Azərbaycana təxminən 415, 

ya 420 tank, o qədər də BMP, o qədər də top, ümumiyyətlə, beş növ 

silah nəzərdə tutulurdu. Ancaq təəssüflər olsun ki, Azərbaycan bir 

tərəfdən Azərbaycanın rəhbərləri və ikinci tərəfdən o rəhbərlərə 

müxalifət çıxıb 

  

 




___________________________________________________186 

hakimiyyəti  ələ keçirən qüvvələr o həlledici dövrdə Azərbaycanın 

sabitliyini saxlaya bilməmişlər. 

Bilirsiniz, o dövr - Sovetlər  İttifaqının dağılması dövrü keçmiş 

Sovetlər  İttifaqına daxil olmuş  hər bir ölkə üçün, xalq üçün çox 

əhəmiyyətli idi. Çünki Sovetlər  İttifaqının bu qədər tezliklə 

dağılmasını heç kəs gözləmirdi, heç kəs təsəvvür edə bilməzdi. Bu 

dağılma prosesi gedirdi. Amma heç kəs təsəvvür edə bilməzdi ki, 

birdən-birə Sovetlər İttifaqı dağıla bilər. Demək, bu dağılan kimi hər 

bir ölkə, hər bir dövlət müstəqilliyini aldı. Bu müstəqillik də elan 

olunmuşdu. 

Məsələn, Azərbaycan bu prosesi görürdü. Düzdür, Azərbaycan 

burada təşəbbüskar deyildi. Çünki Azərbaycan 1991-ci ilin mart 

ayında keçirilən sessiyada Sovetlər İttifaqının, SSRİ-nin saxlanılması 

haqqında referendumu dəstəklədi və Azərbaycanda doxsan neçə faiz 

səs toplandı ki, azərbaycanlılar hamısı istəyirlər ki, Sovetlər  İttifaqı 

yaşasın. Bir neçə başqa respublika isə bunu etmədilər. Amma SSRİ 

çoxluq  əldə etdiyinə görə  qərar qəbul etdi ki, SSRİ-yə daxil olan 

respublikalar SSRİ-nin saxlanılmasını istəyirlər. Bu, mart ayının 17-də 

oldu. Amma avqust ayında Moskvada qiyam və onunla əlaqədar 

hadisələr oldu. Ondan sonra isə dərhal bir neçə ölkə öz müstəqilliyini 

elan etdi. Məsələn, sentyabrda elan edən oldu. 

Amma Azərbaycan hələ yenə də qorxurdu. Deyirdi ki, hələ  bəlkə 

SSRİ-nin tərkibində qalmaq lazımdır. Ona görə  də demək olar ki, 

başqa ölkələrdən ən gec - oktyabr ayının 18-də müstəqillik haqqında 

Konstitusiya aktı qəbul olundu və o qərarla da təyin edildi ki, dekabr 

ayının 30-da referendum keçiriləcəkdir. Nə üçün referendum 

keçiriləcəkdir?  Əgər mart ayında bunlar o referendumda Sovetlər 

İttifaqının, SSRİ-nin saxlanılmasına camaatın səsini süni olaraq 

toplayıb verməsəydilər, indi SSRİ-dən ayrılmaq üçün nə referendum? 

Müstəqilliyini elan etdin, qurtardı getdi! Bu referendum da 

  

 



 


___________________________________________________187 

dekabrın 30-da keçirildi. Demək, hüquqi nöqteyi-nəzərdən belə  çıxır 

ki, Azərbaycan dövləti öz müstəqilliyini 1991-ci ilin dekabrında aldı. 

Ancaq biz oktyabrın 18-də Konstitusiya aktının qəbul olunmasını əsas 

götürürük. 

Yəni bu proseslər gedirdi. Həm hakimiyyətdə olan qüvvələr, həm 

də müxalifətdə olan qüvvələr gərək Azərbaycanın milli mənafeləri 

haqqında düşünəydilər, bir-biri ilə vuruşmaq, dava etmək, hakimiyyət 

mübarizəsi aparmaq haqqında yox. Bu vaxt bir tərəfdən də 

Ermənistanla müharibə gedirdi, torpaqlarımız işğal olunurdu. 

Bilirsiniz ki, həmin o may ayında Azərbaycanın başına nə kimi 

fəlakətlər gəldi. Həmin may ayında müxalifət - Xalq Cəbhəsi

Müsavat və onların  ətrafında toplaşan adamlar xalqı öz arxası ilə 

aparırdılar. Çünki xalq o vaxtlar hakimiyyətdən o qədər narazı idi və 

həqiqətən müstəqillik istəyirdi -kim meydana çıxırdı, onun dalınca 

gedəcəkdi və getdi. Amma o vaxt, may ayında bu vuruşmanın 

nəticəsində nə oldu? May ayının 8-də ermənilər Şuşanı işğal etdilər. 

O vaxt da mənə demişdilər və indi də  mən Ermənistanın 

nümayəndələri ilə, xüsusən prezident Koçaryanla - o zaman 

Stepanakertdə oturmuş adamdır - danışıqlar aparıram. O dedi ki, 

Şuşanı biz işğal etmədik. Sadəcə,  Şuşanı azərbaycanlılar tərk edib 

çıxıb getdilər, biz də  gəldik ora. O, mənə danışır ki, orada kilsə 

vardır,- bilirsiniz, o kilsə  də  bərpa olunmuşdur. O vaxtlar, bizim 

vaxtımızda bərpa işi qurtarmışdı, - deyir o kilsədə o qədər silah var idi 

ki, onlarla bütün Stepanakerti dağıtmaq olardı. Biz gəldik, silahların 

hamısını götürdük və ondan sonra başladıq hərəkət etməyə. 

Amma Azərbaycanda nə var idi bu vaxt? Hakimiyyət mübarizəsi 

gedirdi. Mütəlliləov yenidən hakimiyyətə qayıtmaq istəyirdi, 

müxalifət onun qarşısını alırdı və nəhayət, ayın 15-də həmin o məlum 

hadisələr baş verdi. Ayın 15-də  də Azərbaycanın müqəddəratı 

Daşkənddə həll olunurdu. Görün, ona 

  

 



 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə