Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə48/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   44   45   46   47   48   49   50   51   ...   139

___________________________________________________167 

ALMANİYA FEDERATİV RESPUBLİKASININ 

KANSLERİ GERHARD ŞRÖDER İLƏ  

GÖRÜŞDƏKİ SÖHBƏTDƏN 

 

İstanbul, «Çırağan sarayı»  

 

19 noyabr 1999-cu il 

 

Heydər Əliyev: Cənab Şröder, sizi səmimi-qəlbdən salamlayıram 

və  nəzərə çarpdırıram ki, Almaniya ilə bütün sahələrdə  əlaqələrin 

genişləndirilməsinə Azərbaycan həmişə xüsusi diqqət yetirir. 

Mən 1947-ci ildə Azərbaycana gətirilmiş Bremen qalereyası 

rəsmlərinin Almaniyaya qaytarılması haqqında sərəncamı və məktubu 

AFR kanslerinə  təqdim edirəm. Xatırladım ki, ikinci dünya 

müharibəsi qurtardıqdan sonra bir zabitin həmin  əsərləri Bakıda 

satmağa cəhd göstərərkən respublikamızın müvafiq orqanları 

tərəfindən yaxalanmışdı. 

Bu əsərlər o vaxt Azərbaycan Dövlət İncəsənət Muzeyinə verilmiş 

və orada saxlanılmışdır. Lakin 1992-ci ildə muzeydən 130 əsər, o 

cümlədən Bremen qalereyasının 10 əsəri oğurlanmışdır. Həmin əsərlər 

1997-ci ildə Amerikanın Nyu-York şəhərində tutuldu və  oğruların 

orada məhkəməsi oldu. Cənab kansler, biz bu iki əsəri və Nyu-Yorkda 

məhkəmə orqanlarının sərəncamında olan əsərləri sizə veririk. Mən 

1947-ci ildən müzeyimizdə saxladığımız həmin  əsərlərlə bağlı 

sənədləri də sizə təqdim edirəm. 

Gerhard  Şröder: Çox səmimi dostluq hərəkətinə görə Sizə 

ürəkdən təşəkkür edirəm,  əmin olduğumu bildirirəm ki, bu addım 

Azərbaycan ilə Almaniya arasında bütün sahə- 

  

 



 


___________________________________________________168 

lərdə, həmçinin mədəniyyət sahəsində  əlaqələrin daha da inkişaf 

etməsinə layiqli töhfə olacaqdır. 

Cənab prezident, mən Bremen şəhərinin rəhbərliyinə bu barədə 

məlumat verəcəyəm və biz müsadirə edilmiş bu əsərlərlə  əlaqədar 

mülkiyyət hüququnu müəyyənləşdirəcəyik. Mən  əminəm ki, təkcə 

bremenlilər deyil, Almaniyanın bütün sakinləri də Sizin bu addımınızı 

və  mədəniyyət sahəsində  əməkdaşlığımızı yüksək qiymətləndirəcək, 

münasibətlərimizə hörmətlə yanaşacaqlar. Bu əsərlərin bizə verilməsi 

ölkələrimizin siyasi, iqtisadi və  mədəni sahədə qarşılıqlı 

münasibətlərinin daha da inkişaf etməsinə Sizin töhfəniz olacaqdır. 

Mən Sizə çox minnətdaram.

*

 

Heydər  Əliyev: Azərbaycan 1991-ci ilin sonlarında öz dövlət 



müstəqilliyini əldə etdi, suveren dövlət oldu. Bildirirəm ki, müstəqillik 

yolu ilə inamla addımlayan Azərbaycanda hüquqi, demokratik, 

dünyəvi dövlət quruculuğu və demokratik islahatların həyata 

keçirilməsi sahəsində böyük nailiyyətlər  əldə edilmiş, Dünya Birliyi 

ilə  əlaqələrin möhkəmləndirilməsi üçün böyük işlər görülmüşdür. 

Azərbaycan həm də bir sıra problemlərlə qarşılaşmışdır. Ermənistan-

Azərbaycan münaqişəsi ölkəmiz üçün ən ağrılı problemdir. 

Azərbaycan 1988-ci ildən bəri Ermənistan silahlı qüvvələrinin 

təcavüzünə məruz qalmışdır. Hazırda atəşkəs rejiminə əməl olunsa da, 

ölkəmizin ərazisinin 20 faizi Ermənistanın işğalı altında qalmaqdadır, 

bu ərazilərdən qaçqın düşmüş 1 milyondan çox vətəndaşımız hələ də 

çadırlarda ağır vəziyyətdə yaşayırlar. 

Bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün Minsk 

qrupu çərçivəsində danışıqlar aparılır. Bu münaqişənin sülh yolu ilə 

həll edilməsi üçün Ermənistan prezidenti ilə  də birbaşa danışıqlar 

aparırıq. 

 

                                                            



*

Görüşdə Azərbaycan prezidenti Heydər  Əliyev və AFR kansleri Herhard Şröder arasında 

bu barədə sənəd imzalandı. 

  

 




___________________________________________________169 

Biz ölkəmizin  ərazi bütövlüyünün bərpa olunmasını, yerlərindən 

zorla qovulmuş qaçqınlarımızın doğma yurdlarına qayıtmasını 

istəyirik və Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək 

idarəetmə statusu verməyə tərəfdarıq. 

Gerhard Şröder: Cənab prezident, nəzərə çarpdırıram ki, ATƏT-

in Minsk qrupu çərçivəsində münaqişənin tezliklə həll olunması üçün 

Almaniya öz səylərini artıracaq və Azərbaycanın mövqeyini bundan 

sonra da dəstəkləyəcəkdir. 

Mən ölkələrimizin bütün sahələrdə  əməkdaşlığımın daha da 

möhkəmləndirilməsindən, yaradılmış birgə müəssisələrin fəaliyyətinin 

genişləndirilməsindən, Xəzərin Azərbaycan sektorundakı yataqların 

birgə  işlənilməsində Almaniya şirkətlərinin də yaxından iştirakından 

məmnun qaldığımı bildirirəm. 

Heydər  Əliyev:  Cənab  Şröder, səmimi və mehriləan görüş üçün 

Sizə  təşəkkürümü bildirir və Sizi Azərbaycana rəsmi səfərə  dəvət 

edirəm. 

Gerhard  Şröder:  Cənab prezident, mən bu dəvəti məmnunluqla 

qəbul edirəm. 

  

 

 




___________________________________________________170 

ATƏT-in PARLAMENT ASSAMBLEYASININ  

SƏDRİ XANIM HELLE DEN İLƏ  

GÖRÜŞDƏKİ

*

 SÖHBƏTDƏN 

 

İstanbul, «Çırağan sarayı»  

 

19 noyabr 1999-cu il 

 

Heydər  Əliyev:  Hörmətli xanım Helle Den. ATƏT-in zirvə 

görüşünün yüksək səviyyədə, uğurla başa çatması münasibətilə Sizi 

səmimi-qəlbdən təbrik edirəm. Onu da xüsusi olaraq qeyd edim ki, 

mən  İstanbul sammitində  qəbul olunmuş  sənədləri yüksək 

qiymətləndirirəm. 



H e l l e D e n: Səmimi sözlər və mənimlə görüşə vaxt ayırdığınız 

üçün Sizə minnətdarlığımı bildirirəm. İstanbul sammitinin keçirildiyi 

günlərdə nail olduğum müvəffəqiyyətlərə görə Sizi ürəkdən təbrik 

edirəm. 


Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan 

qaldırılması üçün aparılan birbaşa danışıqlardan razıyam və belə 

danışıqları müsbət qiymətləndirirəm. 

Gələn ilin aprel ayında Azərbaycana səfər etmək niyyətindəyəm. 

ATƏT-in  İstanbul zirvə görüşündə Sizin nitqinizi böyük diqqətlə 

dinlədim və maraqla qarşıladım. Dərin məzmunlu nitqinizdə 

qaldırdığınız məsələləri və irəli sürdüyünüz 

 

 



 

                                                            

*

 

ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1999-cu il noyabrın 18-19-da 



keçirilmiş  İstanbul zirvə görüşündə Azərbaycan prezidenti Heydər  Əliyev Türkmənistan 

prezidenti Saparmurad Niyazov, Ukrayna prezidenti Leonid Kuçma, Qazaxıstan prezidenti 

Nursultan Nazarbayev, Moldova prezidenti Petru Luçinski, Ermənistan prezidenti Robert 

Koçaryan ilə də görüşmüşdür. 

  

 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə