___________________________________________________146
Belə bir pakt regionda sülh, sabitlik və təhlükəsizlik yaranmasına,
Cənubi Qafqazın suveren, müstəqil demokratik dövlətlərinin iqtisadi
tərəqqisinə və əməkdaşlığına gətirilə çıxarardı. XXI əsrin astanasında
beynəlxalq birliyin Cənubi Qafqazda uğurlu fəaliyyəti azad, bölünməz
və təhlükəsiz Avropanın yaradılmasına mühüm töhfə olardı.
Diqqətinizə görə təşəkkür edirəm.
___________________________________________________147
«XAM NEFTİN AZƏRBAYCAN RESPUBLİKASI,
GÜRCÜSTAN VƏ TÜRKİYƏ RESPUBLİKASININ
ƏRAZİLƏRI İLƏ BAKI-TBİLİSİ-CEYHAN ƏSAS
İXRAC BORU KƏMƏRİ VASİTƏSİLƏ NƏQL
EDİLMƏSİNƏ DAİR AZƏRBAYCAN
RESPUBLİKASI, GÜRCÜSTAN VƏ TÜRKİYƏ
RESPUBLİKASI, ARASINDA SAZİŞ»in
İMZALANMASI MƏRASİMİNDƏ
*
NİTQ
İstanbul, «Çırağan sarayı»
18 noyabr 1999-cu il
Hörmətli prezidentlər!
Hörmətli dostlar!
Hörmətli xanımlar və cənablar!
*
Mərasimdə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin layihəsini dəstəkləmək,
Qazaxıstanın neft həcmlərini bu layihəyə cəlb etmək üçün ABŞ-m şahidliyi ilə Azərbaycan
Respublikası, Türkiyə Respublikası, Gürcüstan və Qazaxıstan Respublikası arasında «İstanbul
bəyannaməsi», Transxəzər qaz kəməri barədə Azərbaycan Respublikası, Türkiyə Respublikası,
Gürcüstan və Türkmənistan arasında «Hökumətlərarası bəyannamə», Azərbaycan qaz
layihələrinin inkişafını və Azərbaycan qazının Türkiyə Respublikasına və digər beynəlxalq
bazarlara satışını dəstəkləyən sənəd kimi, Azərbaycan Respublikası arasında «Qarşılıqlı anlaşma
memorandumu» imzalandı.
Mərasimdə Türkiyə prezidenti Süleyman Dəmirəl, ABŞ prezidenti Bill Klinton, Gürcüstan
prezidenti Eduard Şevardnadze, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkmənistan
prezidenti Saparmurad Niyazov nitq söylədilər.
___________________________________________________148
Mən bu gün böyük iftixar hissi keçirirəm. Ona görə ki, beş il
bundan öncə, 1994-cü ilin sentyabr ayında Bakıda imzalanmış «Əsrin
müqaviləsi» adlı böyük neft müqaviləsinə, Xəzər dənizinin neft və qaz
ehtiyatlarından müştərək istifadə etmək üçün yaranmış konsorsiumun
tərkibinə Azərbaycan, Amerika Birləşmiş Ştatları, Avropa ölkələri,
Türkiyə və Rusiya daxildirlər və bu müqavilənin imzalanmasından beş
il keçəndən sonra həmin müqavilə imzalanarkən nəzərdə tutulmuş
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin həyata keçirilməsi üçün artıq bu
gün bu sənədlər imzalandı.
Məlumdur ki, bu, asan iş deyildi. Bizim qarşımızda çox böyük
çətinliklər var idi. «Əsrin müqaviləsi»ni imzalayanda da biz böyük
çətinliklərlə rastlaşdıq. Sonra da Bakı-Ceyhan neft kəmərini çəkmək
üçün bizim qarşımızda çox böyük maneçiliklər, əleyhimizə çıxanlar
var idi. Ancaq biz öz iradəmizi itirmədik, başladığımız işi axıra
çatdırdıq.
Bu barədə Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında olan
əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Ona görə də mən Türkiyə
Cümhuriyyətini, Türkiyə xalqını və Türkiyə Cümhuriyyətinin
prezidenti, əziz dostum, qardaşım Süleyman Dəmirəli ürəkdən təbrik
edirəm.
Biz bu boru xəttini Gürcüstandan keçiririk. Şübhəsiz ki, əgər bu
xəttin Gürcüstan ərazisindən keçməsi mümkün olmasaydı bu, baş
tutmazdı. Ona görə də Gürcüstan prezidenti cənab Şevardnadzenin də
bu məsələnin həll edilməsi üçün çox böyük səyləri olmuşdur. Mən
gürcü xalqını, Gürcüstanı və əziz dostum, qardaşım Eduard
Şevardnadzeni ürəkdən təbrik edirəm.
Ancaq onu da bəyan edirəm ki, əgər bu məsələləri həyata keçirmək
üçün Amerika Birləşmiş Ştatlarının dəstəyi olmasaydı, biz bunların
heç birisini edə bilməzdik.
«Əsrin müqaviləsi»nin imzalanmasından
əvvəl müstəqil
Azərbaycana qarşı bir il böyük təzyiqlər göstərildi. Bizim qarşımızı
almaq istəyirdilər. Məhz Amerika Birləşmiş Ştatlarının, onun
prezidenti, hörmətli dostum cənab Bill Klintonun dəstəyi
___________________________________________________149
nəticəsində biz 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi»ni
imzaladıq. Amma ondan sonra da problemlərimiz çox oldu. Bakı-
Ceyhanı başqa ölkələr qəbul etmirdilər. Ancaq hörmətli cənab
prezident Bill Klinton bu məsələ ilə ardıcıl surətdə məşğul olurdu,
bizə dəstək, ruh verirdi və Türkiyəni, Azərbaycanı, Gürcüstanı,
Xəzəryanı başqa ölkələri bu məsələyə cəlb edirdi, öz hörməti, öz
nüfuzu ilə, bu barədə ardıcıl siyasəti ilə biz belə böyük «Əsrin
müqaviləsi»nin imzalanmasına nail olduq.
Ona görə də mən, biz hamımız birlikdə Amerika Birləşmiş
Ştatlarına, onun prezidenti, əziz dostumuz cənab Bill Klintona
təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Hörmətli cənab
prezident Bill Klinton, mən sizi də bu münasibətlə ürəkdən təbrik
edirəm.
Bu boru xəttinin, yəni neft kəmərinin istifadə edilməsi layihəsinə
indi Qazaxıstan da qoşulubdur. Qazaxıstan da öz neftinin böyük bir
hissəsini bu kəmər vasitəsilə keçirəcəkdir.
Biz Azərbaycan olaraq, - Gürcüstan da bunu qəbul edibdir, - bunu
qəbul etmişik və üzərimizə düşən bütün öhdəlikləri həyata
keçirəcəyik. Hesab edirəm ki, Qazaxıstan bu yolla, bu boru xətti ilə
neftin ixracında böyük uğurlar əldə edəcəkdir. Ona görə də mən qazax
xalqını və Qazaxıstan prezidenti, əziz dostum Nursultan Nazarbayevi
ürəkdən təbrik edirəm.
Mən Türkiyə xalqına, Türkiyənin vətəndaşlarına hörmət və
ehtiramımı bildirirəm və onları təbrik edirəm. Beş ildir ki, Türkiyəyə
hər dəfə gələndə mənə sual verirdilər: Bakı-Ceyhan boru xətti nə vaxt
olacaqdır? Mən də hər dəfə deyirdim ki, olacaqdır, olacaqdır,
olacaqdır! Artıq bu gün bu oldu və saziş imzalandı. Hamınızı ürəkdən
təbrik edirəm!
Dostları ilə paylaş: |