Himalay Ənvəroğlu __________________________
23
Bəzən hətta "bir əsərdə müxtəlif
metodun prinsipləri özünü
göstərirdi" (85, səh.51).
Veselovskinin fikrincə epik sistemin dağılmasına şəxsiyyə-
tin ruhi həyatını mürəkkəbləşdirən intibah epoxası səbəb
olmuşdur.
Hegel eposun və romanın kolliziyasının müəllif iradəsindən
asılı olmadığını bildirirdi. Yəni bir tərəfdən "rəvayətlərin hifz
elədiyi mifləri pozmaq olmazdı" (5, səh.76) deyən Aristotellə
eyniyyət təşkil edirdisə, digər tərəfdən onun "şair də ixtiraçı
olmalıdır və rəvayətlərdən lazım gəldiyi şəkildə istifadə
etməlidir" (5, səh.76) mövqeyi ilə ziddiyyət təşkil edirdi.
Məlum olduğu kimi hələ "eramızdan əvvəl VII əsrdə yunan
ədəbiyyatında qəhrəmanlıq eposu aparıcı rolunu itirir. Bu, yunan
xalqının həyatında ciddi dəyişikliklərin baş verdiyi dövrə təsadüf
edir" (115,səh.122). Ona görə də eramızdan əvvəlki VII-VI əsrləri
Yunanıstanda inqilablar epoxası adlandırırlar. Məlum olduğu
kimi ədəbi növ və janrların
taleyi həm də müəyyən tarixi
dövrlərin ictimai-siyasi münasibətlərindən də asılı olub: qəbilə və
tayfanın idraki və mənəvi meyllərinin meydana gətirdiyi epos
özünün ən yaxşı ifadəsini tayfa quruluşundan dövlət quruluşuna
keçid dövrünün böyük sənətkarı Homerin yaradıcılığında
tapmışdır. Onun "Iliada" və "Odisseya"sı nəinki ayrı-ayrı ədəbi
janrın tarixində, o cümlədən insanlığın bədii təfəkkürünün
intibahında mühüm rol oynamışdır. Iri həcmli ədəbi forma olan
romanın da bir janr kimi taleyinin başlanğıcını müəyyən mənada
eposun varisi hesab edənlərə qoşulmasaq da,
qeyd etməliyik ki,
müəyyən mərhələdə eposla roman arasında tipoloji yaxınlıq
olmuşdur. Bunu həmin janrların poetikası və struktur tərəfləri
sübut edir. Homer təfəkkürünü "mifik" adlandıranlar və mifik
təfəkkür altında "həqiqi", məntiqi-anlayış təfəkkürünün əksinə
olan obrazlı təfəkkürü təsəvvür edirlər. Əgər mifik təfəkkür
obrazlı təfəkkürün xüsusi tipidirsə, onda mifoloji təfəkkür saf
halında ibtidai sadəlövhlükdür. Bizim eranın birinci əsrində
yaşamış Strabon "Coğrafiya" əsərində elmin poeziyadan ayrılma-
sından bəhs edir. Strabonun fikrincə Homer poemalarında xəyal
______________________
Азярбайъан романынын инкишаф проблемляри
24
real mövcud olanın əsasında yaranır. Yəni poemaların fabulası
şair və salnaməçilərin xronikasıdır. Homerin epik sistemində his-
sə bütövün bütün xüsusiyyətlərini qəbul edir və onun hüduduna
yüksəlir. "Hamısı" anlayışı epik ölçüdür. "Hər kəs"
də epik məna
ifadə edir. Başqa sözlə, "hər biri" nə düşünürsə "hamısı"na aiddir.
Homerdə "hər biri"si "hamısı"dır. Yaxud, əksinə, "hamı", "hər
biri" deməkdir. "Hər adam"da epik insanın "hamısı"dır. Bundan
əlavə "bütün" epik xalqı, "hamı" epik tayfanı bildirir.
Eposun "hər adamı" və epik insanın "hamı"sı mahiyyət
etibarilə bir-birini tamamlayır. "Hər adam"la "hamı" arasında epik
qəhrəman dayanır. Qəhrəman isə tayfanın "hər adamı"dır və
kəmiyyət etibarilə tayfa çoxluğundan ayrılan, eyni zamanda
tayfanın bir hissəsi, çoxluğun zərrəsi kimi ümumi, epik
keyfiyyətdir. Yəni epik qəhrəman həm hissə, həm də bütövdür,
tayfanın "hamı" adamıdır. Bu onun həm xalqa başçı olmasını,
həm də ondan asılı olmasını göstərir. Çünki hər bir epik qəhrəman
tayfaya uyğunlaşdırılıb. Homer eposunda "tayfa"sız, tayfadan
kənarda
qəhrəman, qəhrəmansız da tayfa yoxdur. Bu, eposun
etnik mənşəyə və qəhrəmanların geneologiyasına olan marağı ilə
izah edilməlidir. Çünki epik qəhrəmanların döyüşləri tayfanın
döyüşlərini əvəz edirdi. Bu, o deməkdir ki, kütlənin çoxluğunun
bir insanda ifadəsi vahidin fövqəladəliyi ilə şərtlənir. Daha
doğrusu, epik qəhrəman döyüşçüdürsə, həddən artıq igid, şuranın
ağsaqqalıdırsa, müdrik olmalıdır. Məsələn, troyalı Aqamemnon
Axilles haqqında deyir ki, "bu insan bütün insanlardan müqayisə
edilməz dərəcədə qüdrətlidir". Epos qanunlarına görə xalq
çoxluğunun ən yaxşı keyfiyyətlərini ifadə edən qəhrəman
mahiyyət etibarilə ağıllı və qüdrətli olmalıdır. Əks halda,
qəhrəmanlığını itirər. Tayfa kollektivinin hər bir üzvü "yaxşı" da
ola bilər, "yaramaz"da. Lakin eposun qəhrəmanı həmişə "yaxşı"
və "əla" olmalıdır. O, mütləq müsbət başlanğıcdır, tayfanın adi
üzvləri ona çatmağa çalışsalar da, qəhrəman əlçatmaz olaraq qalır.
Çünki xalq, tayfa bütün gücünü ona verdiyi üçün kollektivin "hər
biri" keyfiyyət etibarilə tayfa qəhrəmanından zəifdir.
Himalay Ənvəroğlu __________________________
25
Sinkretik bədii təfəkkürün spesifikasına
tam uyğun olan
epik qəhrəman tayfa döyüşçüsü kimi iki əks qütbü özündə
birləşdirir. O, həm tayfanın ucalığını təcəssüm etdirir, həm də onu
gücdən salır, obyektiv gücsüz edir. Eposda həyat gücü üstün-
lüyünü saxlayır. Hərəkət, hücum və xalq gücü ümumi gücün
vəhdəti kimi meydana çıxır və epik qəhrəmanın fövqəladəliyi
spesifik dünya duyumuna çevrilir.
Əlbəttə, bununla belə Homer eposunun struktur modelini və
ideoloji konsepsiyasını sonrakı dövrlərin eposlarına, o cümlədən
milli eposlara bilavasitə şamil etmək olmaz. Lakin həmin eposun
elə tərəfləri var ki, bunlar zamanı və milli sədləri aşa bilir. Bu, ilk
növbədə janr stixiyasına və sinkretikliyə aiddir.
Bunu Firdovsinin
Sultan Mahmuda həsr etdiyi "Şahnamə" eposunda da aydın
görmək olur. Bunu "Insanların ən qüdrətlisi" olan Axilleslə
tipoloji qohumluğu olan "Cahan pəhləvanın": "Iran eposunun və
bir sıra başqa türkdili xalqların məşhur qəhrəmanı zal oğlu
Rüstəmin" (67, səh.101) obrazında da görürük. "Şahnamə"də və
başqa mənbələrdə Rüstəm ulu tanrının özü üçün yaratdığı ən
sadiq qul hesab edilir. Müxtəlif tarixi və əfsanəvi mənbələri
özündə əks etdirən "Şahnamə"də mifologiya mühüm yer tutur.
Biz mifologiyanı və sinkretizmi bu eposda müəllif təfəkküründən
daha çox janrın və təsvir materialının xarakterinə aid edirik.
Məsələn, poemada ümumiləşmiş düşmən obrazı kimi yaradılan
Zöhhakın tarixi izləri hətta qədim hind mifologiyasına gedib çıxır
(67, səh.78).
Burada əjdaha mifik obrazının Zöhhaka çevrilməsi qeyd
edilir. Bu, sonradan epik xüsusiyyət kəsb edərək "Şahnamə"də
Cəmşidin Ərəbistanda hökmran olduğu vaxtda Mardas adlı
xeyirxah bir kişinin oğlu olan Zöhhakın çirkin, ağıldan yüngül,
lakin hakimiyyətə həris simasında göstərilir. Iranın əfsanəvi-mifik
qəhrəmanı Feridunun haqqında məlumatın izləri "Avesta"dan
gəlir. Poemada surətə çoxlu eyni fəaliyyət növü yazılır. Bu
təkrarların səbəbini həm qədim pəhləvanlar haqqında mif, əsatir,
əfsanə və rəvayətlərin şifahi xalq yaradıcılığ ənənələri ilə bağlı
olmasında axtarmaq, həm də eposa xas xüsusiyyət kimi qiymət-
______________________
Азярбайъан романынын инкишаф проблемляри
26
ləndirmək lazımdır. Doğrudan da, təhkiyəçi
bir neçə hadisəni bir-
birinə qarışdırır, köhnə miflərin, əsatir, əfsanə və rəvayətlərin
süjetlərindən, eləcə də olmuş hadisələrin motivlərindən istifadə
edərək yeni əsər yaradır. Məsələn, "Avesta"da və "Şahnamə"də
müəyyən epizodlar təşkil edən Feridunun "hökmranlıq
bioqrafiyasının 500 il davam etdiyi" göstərilir. Feridun əfsanəsinə
epizodik münasibət Iran epik poeziyasının mifdən azad olmağa
başlandığını göstərir. Bununla belə, hələ rəvayətlərdə mifologiya
müəyyən yer tuturdu. Poemada Zöhhak əfsanəsinə, Feridunun
onunla
mübarizəsinə, eləcə də dəmirçi Gavəyə müəyyən yer
verilməsi bunu sübut edir. Məsələn, Gavənin dəmirçi döşlüyünü
bayraq edərək xalqı müstəbidə qarşı aparması sözün həqiqi
mənasında epik igidlikdir. Bu şəxsi intiqamdan daha çox qəbiləni,
tayfanı, vətəni müstəbiddən xilas etməkdir. Çünki Zöhhak yadelli
idi və Iran padşahlarının tacını ələ keçirmək istəyirdi.
Iran-türk nağıllarında geniş yayılmış atanın oğlanları ilə
yoxlama döyüşləri Feridun əfsanəsində də vardır. Feridun
əjdahaya çevrilib oğlanları ilə vuruşur. Kiçik oğlu epik nağıl
ənənəsinə uyğun olaraq adını deyir, özünü tərif edir, düşməni
gözləyən təhlükə haqqında xəbərdarlıq edir. Bu, sırf nağıl-igidlik
motividir. "Şahnamə"də Simurq da şəxsləndirilmişdir. O, şüurlu
hərəkət edir və düşünülmüş qərarlar qəbul edir. Iran eposunda
Simurqun şöhrəti yalnız Rüstəmlə müqayisə edilə bilər. Ma-
raqlıdır ki, Rüstəmin özünün doğulması da
bu quşun müdrikliyi
ilə bağlıdır. Epik təhkiyə qanunlarına əsasən baş qəhrəmanın
(Rüstəmin) doğulmasının təfsilatı nəql edilməli idi. "Şahnamə"də
geniş yer tutan Rüstəm İran eposunun ən sevimli qəhrəmanı
Səyavuşun tərbiyəçisi, ən tragik qəhrəmanı Zöhrabın atası,
qüdrətli İran şahı Keykavusun və yenilməz pəhləvan Bijanın
xilaskarı kimi göstərilmişdir.
Başqa əfsanəvi-mifik hökmdar və pəhləvan obrazlarına
nisbətdə Rüstəmin genezisi daha mürəkkəbdir. Məsələn, "Aves-
ta"da Rüstəmə və atasına yer verilməməsi guya Rüstəmin məbəd-
lərə zidd baxışlarının "Avesta"nın müəlliflərinin xoşuna gəlmə-
məsindən irəli gəlmişdir. Bütün bunlar onu göstərir ki, Rüstəmin